ABŞ səfiri: Tramp Qrenlandiyanı güclə ələ keçirmək fikrindən imtina edib
Dünya 22 May 2026, 08:41
379
ABŞ prezidenti Donald Tramp Qrenlandiyanı güclə ələ keçirmək fikrindən imtina edib.
APA xəbər verir ki, bu barədə ABŞ-ın Danimarkadakı səfiri Kennet Houeri məlumat verib.
"Prezident artıq güc tətbiq etməyi düşünmür. Qrenlandiyanın gələcəyini Qrenlandiyalıların özləri müəyyən etməlidir", - diplomat bildirib.
O, Qrenlandiya işçi qrupunun həm Trampın təhlükəsizlik narahatlıqlarını, həm də Qrenlandiya və Danimarkanın fikirlərini nəzərə alan bir həll yolu əldə edəcəyinə inandığını deyib.
Həmçinin oxuyun
O qeyd edib ki, bu həll yolu eyni zamanda Qrenlandiyalılara geniş iqtisadi imkanlar təqdim etməlidir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Lukaşenko: Belarus Ukraynadakı müharibəyə qoşulmaq niyyətində deyil
Belarus təcavüzə məruz qalmadığı təqdirdə, Ukrayna ilə müharibəyə qoşulmaq niyyətində deyil.AZƏRTAC “Belta”ya istinadla xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna Prezidenti Volodimir Zelenskinin bu mövzu ilə bağlı açıqlamalarını şərh edərkən jurnalistlərə bildirib.“Onun Belarusun yalnız bir halda — ərazimizə təcavüz ediləcəyi təqdirdə — münaqişəyə cəlb olunacağı ilə bağlı açıqlamalarına gəldikdə isə bizim Ukraynadakı müharibəyə qoşulmaq niyyətimiz yoxdur. Buna heç bir ehtiyac da yoxdur — nə mülki, nə də hərbi baxımdan. Əgər Volodimir Zelenski bu barədə danışmaq, məsləhət almaq və ya hər hansı məsələni müzakirə etmək istəyirsə, buyursun, biz buna açığıq. Mən onunla istənilən yerdə — Ukraynada və ya...
22 May 2026, 09:06
ABŞ Polşaya əlavə 5 min hərbçi göndərəcək
ABŞ-nin Polşaya əlavə 5 min hərbçi göndərəcəyini elan edib.AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb.O, Polşanın hazırkı Prezidenti Karol Navrotskini seçkilərdə dəstəklədiyini və onunla münasibətlərdən məmnunluğunu qeyd edib.
22 May 2026, 09:00
Eboladan ölənlərin sayı 130-u keçdi
Konqo Demokratik Respublikasında peyvəndi olmayan nadir virus "Bundibugyo"dan ölənlərin sayı 130-u keçib.Citypost.az Modern.az-a istinadən xəbər verir ki, hazırda Konqo Demokratik Respublikası (KDR) tarixinin ən çətin səhiyyə böhranlarından biri ilə üzləşir. Ölkədə ilk dəfə 1976-cı ildə aşkarlanan virus geri dönüb. Ebola virusunun "Bundibugyo" ştammı olduqca təhlükəlidir.ƏtraflıVirus qonşu Uqandanın paytaxtı Kampalaya yayılaraq bölgədə həyəcan səviyyəsini ən yüksək həddə çatdırıb.Ölkənin coğrafi quruluşu və dərin sosial-iqtisadi böhran epidemiyanın genişlənməsinə şərait yaradır. Torpaqlarının 60%-dən çoxunun sıx meşələrlə örtülü olduğu bir ölkədə yoxsulluq pik həddə çatıb. Kənd əhalisinin qida ehtiyacının 80%-ni yarasalar, meymunlar və kirpilər ödəyir.Keçmiş səhiyyə naziri Eteni Longondo insanların sağ qalmaq üçün bu heyvanları...
22 May 2026, 08:55
İndoneziya sahillərində güclü zəlzələ baş verib
İndoneziyada Molukka dənizi akvatoriyasında 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.Citypost.az "Report"a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.Məlumata görə, zəlzələnin episentri Ternate şəhərindən 145 km qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.
22 May 2026, 08:22
İzmirdə 50 qanunsuz miqrant saxlanılıb
Egey dənizinin Türkiyənin İzmir vilayətinin Çeşmə rayonu sahillərində biri uşaq olmaqla, 26 qanunsuz miqrant saxlanılıb.Citypost.az "Report"a istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb.Bununla yanaşı, Foça rayonu sahillərində batmaqda olan 24 qanunsuz miqrant xilas edilib.Həmin miqrantlar Miqrasiya İdarəsinə göndəriliblər.
22 May 2026, 08:00
Polşa israilli nazirin ölkəyə girişinə qadağa qoyacaq
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin Polşaya girişinə qadağa qoyulacaq.Citypost.az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Maçey Vevyur sosial şəbəkələrdə bildirib."Polşanın xarici işlər naziri Radoslav Sikorski israilli nazir Ben-Qvirin öz hərəkətlərinə görə Polşaya girişinə qadağa qoyulması üçün Daxili İşlər Nazirliyinə müraciət edib", - deyə Vevyur bildirib.Qeyd olunub ki, mayın 20-si İsrail XİN hərbi dəniz qüvvələrinin Qəzza zolağına humanitar yardım aparan "Sumud" flotiliyasının 430 fəalını saxladığını bəyan edib. Onların arasında dörd Polşa vətəndaşı var. Ben-Qvir həmçinin həbs edilmiş fəallarla görüşmək üçün Aşdod limanına gedib. (REPORT)...
21 May 2026, 17:51