Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub
Cəmiyyət 22 May 2026, 15:48
334
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul üzrə ixtisas imtahanının yazılı test mərhələsini uğurla keçən namizədlərin peşə yararlılığının qiymətləndirilməsi məqsədilə aprelin 8-dən mayın 20-dək şifahi müsahibə mərhələləri keçirilib.
Vəkillər Kollegiyasından Citypost.az-a məlumat verilib ki, müsahibələr tam şəffaf və obyektiv qaydada, videomüşahidə şəraitində təşkil olunub. Şifahi mərhələdə ümumilikdə 92 vəkilliyə namizəd iştirak edib.
İmtahanların nəticələrinə əsasən, Vəkillərin İxtisas Komissiyası tərəfindən peşə yararlılığı təsdiq edilən 79 nəfər vəkilliyə namizəd icbari təlim mərhələsinə buraxılıb.
Həmçinin oxuyun
Qeyd edək ki, vəkilliyə namizədlərin icbari təlimi mayın 25-i saat 09:00-da Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında başlanacaq.
Şifahi müsahibə mərhələsini müvəffəqiyyətlə keçmiş vəkilliyə namizədlərin siyahısı ilə linkə keçid edərək tanış ola bilərsiniz.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
TDT-nin Baş katibi Prezident İlham Əliyevi təbrik edib
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, məktubda deyilir:"Möhtərəm cənab Prezident.İcazə verin, Sizi 28 May - Müstəqillik Günü və müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edim.Azərbaycan xalqının müsəlman aləmində ilk demokratik respublikanı yaratması bütün Türk dünyasının fəxridir.Ötən ilin oktyabrında Qəbələdə Türk Dövlətləri Təşkilatının “Regional sülh və təhlükəsizlik” mövzusunda keçirilən 12-ci Zirvə Görüşü ilə başlayan Azərbaycanın sədrliyi dövründə təşkilatımızın nüfuzu qlobal miqyasda daha da artmış, çoxşaxəli əməkdaşlığımız keyfiyyətcə yeni müstəviyə qədəm qoymuşdur.Türk Dövlətləri Təşkilatının gücləndirilməsinə və dünya arenasında nüfuzunun artırılmasına verdiyiniz töhfələrə görə Sizə dərin təşəkkürümü bildirirəm.Əminəm ki, Sizin rəhbərliyinizlə yüksələn xətlə...
22 May 2026, 16:14
Milli koordinator: Güclü tərəfdaşlıq sayəsində WUF13 uğurla keçirildi
WUF13-ün uğurlu təşkili prosesində sıx əməkdaşlığa və göstərilən fasiləsiz dəstəyə görə UN-Habitat komandasına xüsusi təşəkkürümü bildirmək istərdim. Bu güclü tərəfdaşlıq sayəsində WUF13 dialoqu və davamlı gələcəyə olan ortaq öhdəliyimizi əks etdirən bir platformaya çevrildi.Citypost.az xəbər verir ki, bu sözləri WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) rəsmi bağlanış mərasimində söyləyib.WUF13 Azərbaycan Əməliyyat Şirkətinin fədakar komandasına xüsusi təşəkkürünü bildirən mili koordinator deyib: "Sizin müstəsna fədakarlığınız və yorulmaz səyləriniz sayəsində missiyamızı nailiyyətə çevirdiniz və bu fövqəladə miqyaslı, rəngarəng və əhəmiyyətli Sessiyanın qüsursuz şəkildə həyata keçirilməsini təmin etdiniz"....
22 May 2026, 16:00
Bakı–Tbilisi–Bakı qatarında ödənişsiz baqaj limiti açıqlanıb
Bakı–Tbilisi–Bakı marşrutu üzrə hərəkət edən sərnişin qatarında Komfort və Komfort+ siniflərində səyahət edən sərnişinlər çəkisi 23 kiloqramdan, Lüks sinifdə isə 30 kiloqramdan çox olmayan 1 ədəd baqajı ödənişsiz daşıya bilərlər.Bu barədə Citypost.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.Bildirilib ki, pulsuz aparıla bilən əşyalara qatlanan uşaq arabası da daxildir. Komfort+ kupesini tam bron edən sərnişinlər isə uşaq arabalarını həm də açıq vəziyyətdə daşıya bilərlər....
22 May 2026, 15:54
Anar Əsədliyə hökm oxunub
Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.Citypost.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.O, Anar Əsədlinin 7 il müddətinə azadlıqdan məhrum edilməsini və onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini təklif edib.Məhkəmədə hökm oxunub. Hökmə əsasən Anar Əsədli 5 il müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, Anar Əsədliyə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 2023-cü ilin aprel ayında həbs qətimkan tədbiri seçilib. Sonradan məhkəmə Anar Əsədlini ev dustaqlığına buraxsa da, o, ilk baxış iclasında...
22 May 2026, 15:40
Deputat Zaur Şükürov vətəndaş qəbulu keçirib
Milli Məclisin deputatı Zaur Şükürov Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində növbəti vətəndaş qəbulu keçirib.Citypost.az xəbər verir kii, Görüş zamanı qəsəbə sakinləri onları narahat edən sosial və infrastruktur məsələləri ilə bağlı deputata müraciətlər ünvanlayıblar. Sakinlər əsasən ictimai nəqliyyatın yenilənməsi, yeni uşaq bağçasının tikintisi, küçələrin işıqlandırılması, həmçinin qəsəbədaxili yolların vəziyyəti ilə bağlı problemləri diqqətə çatdırıblar.Deputat Zaur Şükürov vətəndaşların hər bir müraciətini dinləyərək, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə aidiyyəti qurumlara yönləndiriləcəyini və nəzarətdə saxlanılacağını bildirib. Pirəkəşkül qəsəbə sakinləri göstərilən diqqətə görə deputata təşəkkür edərək, bu cür görüşlərin onların problemlərinin çatdırılması baxımından faydalı olduğunu vurğulayıblar....
22 May 2026, 15:17
Ceyhun Bayramov UNCTAD-ın Baş katibi ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) Baş katibi Rebeka Qrinspan arasında görüş keçirilib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.Görüş zamanı Azərbaycan ilə UNCTAD arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.Tərəflər dayanıqlı inkişaf, beynəlxalq ticarət, investisiyaların təşviqi, rəqəmsal transformasiya, yaşıl iqtisadiyyat və inkişaf etməkdə olan ölkələrin qlobal iqtisadi proseslərə inteqrasiyası sahələrində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.Nazir Ceyhun Bayramov Azərbaycanın çoxtərəfli əməkdaşlığa verdiyi önəmi vurğulayaraq, ölkənin regional bağlantılar, nəqliyyat-logistika imkanları, enerji təhlükəsizliyi və iqlim gündəliyi istiqamətində həyata keçirdiyi təşəbbüslər barədə məlumat verib.Rebeka Qrinspan UNCTAD ilə Azərbaycan...
22 May 2026, 14:55