Bizə yazın

Baku

-°C

USD

-

Milli koordinator: Güclü tərəfdaşlıq sayəsində WUF13 uğurla keçirildi 

Cəmiyyət 22 May 2026, 16:00

307

WUF13-ün uğurlu təşkili prosesində sıx əməkdaşlığa və göstərilən fasiləsiz dəstəyə görə UN-Habitat komandasına xüsusi təşəkkürümü bildirmək istərdim. Bu güclü tərəfdaşlıq sayəsində WUF13 dialoqu və davamlı gələcəyə olan ortaq öhdəliyimizi əks etdirən bir platformaya çevrildi.

Citypost.az xəbər verir ki, bu sözləri WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) rəsmi bağlanış mərasimində söyləyib.

WUF13 Azərbaycan Əməliyyat Şirkətinin fədakar komandasına xüsusi təşəkkürünü bildirən mili koordinator deyib: "Sizin müstəsna fədakarlığınız və yorulmaz səyləriniz sayəsində missiyamızı nailiyyətə çevirdiniz və bu fövqəladə miqyaslı, rəngarəng və əhəmiyyətli Sessiyanın qüsursuz şəkildə həyata keçirilməsini təmin etdiniz".

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

BMT: Dünya Bakıdan verilən çağırışı eşitməlidir 

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda (WUF13) səsləndirilən çağırışlar qlobal şəhər inkişafı gündəliyinin əsas istiqamətlərindən birinə çevrilməlidir.Citypost.az xəbər verir ki, bunu Bakıda WUF13-ün bağlanış mərasimində BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax deyib.Onun sözlərinə görə, forumda hökumət nümayəndələri, 88 nazir, 130 mer, yerli və regional idarəetmə orqanlarının təmsilçiləri, vətəndaş cəmiyyəti təşkilatları, özəl sektor rəhbərləri və icmalar bir əsas fikir ətrafında birləşiblər: mənzil siyasəti insanların rifahının mərkəzində dayanmalıdır.Rossbax bildirib ki, Dayanıqlı İnkişaf Məqsədlərinə, xüsusilə də inklüziv, təhlükəsiz, dayanıqlı və davamlı şəhərlərin qurulmasını nəzərdə tutan 11-ci məqsədə nail olmaq üçün mənzil məsələsi əsas alətlərdən biridir.UN-Habitat rəhbəri qeyd edib ki, Yeni Şəhər Gündəliyinin...

22 May 2026, 16:22

Anar Quliyev: Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə hazırlaşır 

Azərbaycan cəmi bir neçə həftədən sonra - iyunun 5-də Bakıda keçiriləcək Ümumdünya Ətraf Mühit Gününə hazırlaşır.Citypost.az xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) bağlanış mərasimində WUF13-ün Milli Koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.O bildirib ki, tədbir çərçivəsində mütəxəssislər və praktiklər iqlim məsələlərini müzakirə etmək üçün bir araya gələcəklər.“Biz bu platformadan iqlim dəyişiklikləri kontekstində şəhər inkişafı ilə bağlı çağırışların daha geniş şəkildə müzakirəsi üçün istifadə edəcəyik”, – Anar Quliyev vurğulayıb....

22 May 2026, 16:20

TDT-nin Baş katibi Prezident İlham Əliyevi təbrik edib 

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, məktubda deyilir:"Möhtərəm cənab Prezident.İcazə verin, Sizi 28 May - Müstəqillik Günü və müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edim.Azərbaycan xalqının müsəlman aləmində ilk demokratik respublikanı yaratması bütün Türk dünyasının fəxridir.Ötən ilin oktyabrında Qəbələdə Türk Dövlətləri Təşkilatının “Regional sülh və təhlükəsizlik” mövzusunda keçirilən 12-ci Zirvə Görüşü ilə başlayan Azərbaycanın sədrliyi dövründə təşkilatımızın nüfuzu qlobal miqyasda daha da artmış, çoxşaxəli əməkdaşlığımız keyfiyyətcə yeni müstəviyə qədəm qoymuşdur.Türk Dövlətləri Təşkilatının gücləndirilməsinə və dünya arenasında nüfuzunun artırılmasına verdiyiniz töhfələrə görə Sizə dərin təşəkkürümü bildirirəm.Əminəm ki, Sizin rəhbərliyinizlə yüksələn xətlə...

22 May 2026, 16:14

Bakı–Tbilisi–Bakı qatarında ödənişsiz baqaj limiti açıqlanıb 

Bakı–Tbilisi–Bakı marşrutu üzrə hərəkət edən sərnişin qatarında Komfort və Komfort+ siniflərində səyahət edən sərnişinlər çəkisi 23 kiloqramdan, Lüks sinifdə isə 30 kiloqramdan çox olmayan 1 ədəd baqajı ödənişsiz daşıya bilərlər.Bu barədə Citypost.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.Bildirilib ki, pulsuz aparıla bilən əşyalara qatlanan uşaq arabası da daxildir. Komfort+ kupesini tam bron edən sərnişinlər isə uşaq arabalarını həm də açıq vəziyyətdə daşıya bilərlər....

22 May 2026, 15:54

Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub 

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul üzrə ixtisas imtahanının yazılı test mərhələsini uğurla keçən namizədlərin peşə yararlılığının qiymətləndirilməsi məqsədilə aprelin 8-dən mayın 20-dək şifahi müsahibə mərhələləri keçirilib.Vəkillər Kollegiyasından Citypost.az-a məlumat verilib ki, müsahibələr tam şəffaf və obyektiv qaydada, videomüşahidə şəraitində təşkil olunub. Şifahi mərhələdə ümumilikdə 92 vəkilliyə namizəd iştirak edib.İmtahanların nəticələrinə əsasən, Vəkillərin İxtisas Komissiyası tərəfindən peşə yararlılığı təsdiq edilən 79 nəfər vəkilliyə namizəd icbari təlim mərhələsinə buraxılıb.Qeyd edək ki, vəkilliyə namizədlərin icbari təlimi mayın 25-i saat 09:00-da Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında başlanacaq.Şifahi müsahibə mərhələsini müvəffəqiyyətlə keçmiş vəkilliyə namizədlərin siyahısı ilə linkə keçid edərək tanış ola bilərsiniz....

22 May 2026, 15:48

Anar Əsədliyə hökm oxunub 

Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.Citypost.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.O, Anar Əsədlinin 7 il müddətinə azadlıqdan məhrum edilməsini və onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini təklif edib.Məhkəmədə hökm oxunub. Hökmə əsasən Anar Əsədli 5 il müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, Anar Əsədliyə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 2023-cü ilin aprel ayında həbs qətimkan tədbiri seçilib. Sonradan məhkəmə Anar Əsədlini ev dustaqlığına buraxsa da, o, ilk baxış iclasında...

22 May 2026, 15:40