Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan-Çin hərtərəfli strateji tərəfdaşlığı ətrafında fikir mübadiləsi aparılıb 

Cəmiyyət 27 May 2026, 09:31

412

Azərbaycan-Çin hərtərəfli strateji tərəfdaşlığının mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunub.

Citypost.az  xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramovun Nyu-York şəhərinə işgüzar səfəri çərçivəsində Çin Xalq Respublikasından olan həmkarı Van İ ilə görüşündə müzakirə aparılıb.

"Nazirlər Azərbaycan-Çin hərtərəfli strateji tərəfdaşlığının mövcud vəziyyəti və gələcək perspektivlərini müzakirə edərək dinamik siyasi dialoqu, həmçinin ticarət, nəqliyyat, enerji, "yaşıl inkişaf", rəqəmsal transformasiya, kənd təsərrüfatı, təhsil və humanitar sahələrdə genişlənən əməkdaşlığı vurğulayıblar", - Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında paylaşılan məlumatda qeyd olunub.

Bildirilib ki, nazirlər həmçinin regional və beynəlxalq hadisələr, eləcə də çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.

Nazirlər hər iki ölkənin qarşılıqlı maraqları naminə Azərbaycan və Çin arasında hərtərəfli tərəfdaşlığa olan ortaq öhdəliklərini bir daha təsdiq ediblər.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

BMT-nin Azərbaycandakı nümayəndəliyi Qurban bayramı münasibətilə təbrik ünvanlayıb 

Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı nümayəndəliyi Qurban bayramı münasibətilə təbrik ünvanlayıb.Citypost.az xəbər verir ki, təbrik diplomatik missiyanın "X" sosial şəbəkəsindəki səhifəsində dərc olunub."Qurban bayramınız mübarək! Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi Qurban bayramı münasibətilə ən səmimi təbriklərini çatdırır. Qoy bu bayram dünyamıza bolluq, xeyir-bərəkət və ünsiyyət sevinci gətirsin", - təbrikdə qeyd olunub.

27 May 2026, 10:36

Hərbi ekspert: “İran sərt reaksiya verə bilmir”

Hərbi ekspert Ədalət Verdiyev öz Facebook səhifəsində ABŞ və İsrailin Yaxın Şərqdə həyata keçirdiyi son hərbi əməliyyatlar və İranın diplomatik mövqeyi ilə bağlı geniş açıqlama yayıb.Citypost.az xəbər verir ki, ekspert  yazıb ki, İran parlamentinin sədri və danışıqlar qrupunun rəhbəri Məhəmməd Baqir Qalibaf ABŞ ilə mümkün razılaşma üzrə müzakirələri davam etdirmək üçün artıq ikinci gündür Qətərdə qalır. Bu müddət ərzində ABŞ tərəfinin danışıqlarla paralel olaraq İranın bəzi hərbi obyektlərinə, o cümlədən katerlərə və raket qurğularına zərbələr endirdiyi iddia olunur.Eyni zamanda, İsrailin də Livan ərazisinə kütləvi hərbi zərbələr endirdiyi qeyd edilir. Ədalət Verdiyev bildirir ki, bu hadisələr regionda gərginliyin daha da artdığını...

27 May 2026, 10:28

Yeganə Hacıyeva: “Ziyalı təbəqəsi hadisələrə travmalar prizmasından yanaşır”

Politoloq Yeganə Hacıyeva Azərbaycanda ziyalı təbəqəsinin hadisələrə yanaşma tərzini tənqid edib. Citypost.az xəbər verir ki, politoloq bildirib ki, ölkədə bir çox hallarda məsələlərə sağlam məntiqlə deyil, şəxsi travmalar, qorxular və daxili komplekslər prizmasından baxılır.Politoloqun sözlərinə görə, bu yanaşma nəticəsində rasional düşüncə arxa plana keçir, hadisələrin təhlili isə fərdi psixoloji gərginliklərin və illərlə formalaşan daxili qorxuların ifadəsinə çevrilir.Yeganə Hacıyeva qeyd edib ki, cəmiyyətdə sağlam müzakirə mühiti formalaşdırmaq üçün emosional və kompleksli yanaşmaların deyil, məntiqə və analitik düşüncəyə əsaslanan münasibətin üstünlük təşkil etməsi vacibdir.Yusif...

27 May 2026, 10:19

Slovakiya səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib 

Slovakiyanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.Bu barədə Citypost.az Slovakiyanın Bakıdakı səfirliyinə istinadən xəbər verir."Slovakiyanın Azərbaycandakı səfirliyi hər kəsə dinc və mübarək Qurban bayramını qeyd etməyi arzulayır",- məlumatda deyilir.

27 May 2026, 10:15

Aİ səfirliyi Azərbaycanı Qurban bayramı münasibətilə təbrik edib 

Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfirliyi ölkə xalqını Qurban bayramı münasibətilə təbrik edib.Citypost.az  xəbər verir ki, təbrik diplomatik missiyanın "X" sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib."Qurban Bayramınız mübarək! Bu xüsusi gündə biz Azərbaycan xalqına sülh, birlik və firavanlıq arzulayırıq. Qurban bayramı bizə həmrəylik, mərhəmət və səxavət dəyərlərini xatırladır. Bu bayram sizə və yaxınlarınıza sevinc, sağlamlıq və sülh gətirsin", - paylaşımda bildirilib.

27 May 2026, 10:08

İsrail səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib 

İsrailin Bakıdakı səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.Citypost.az xəbər verir ki, bu barədə səfirlik "X" hesabında paylaşım edib."Qurban Bayramınız mübarək! Bu mübarək gün münasibətilə qardaş Azərbaycan xalqına və bütün müsəlman dünyasına sülh, bərəkət və xoşbəxtlik arzulayırıq. Qoy bu müqəddəs bayram birlik, mərhəmət və bölüşmə ruhunu daha da gücləndirsin. Qurban Bayramı sizə və ailələrinizə sağlamlıq, firavanlıq və ruzi-bərəkət gətirsin", - deyə paylaşımda qeyd edilib....

27 May 2026, 10:01