Ceyhun Məmmədov:“Qurban bayramı imkansız insanlara sevinc bəxş etməkdir”
Cəmiyyət 27 May 2026, 08:42
424
Sabah müsəlman dünyasında Qurban bayramı qeyd olunacaq. Bir çox müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da hər il Qurban bayramı böyük sevinc və yüksək əhval-ruhiyyə ilə keçirilir, Allah yolunda qurbanlar kəsilir, dualar edilir, insanlar bir-birilərini təbrik edirlər.
İslamda iki əsas bayram var. Biri Orucluq digəri Qurban bayramıdır. Qurban bayramı İslamda özünəməxsus ənənələri olan bayramlardandır. Bayram insanların bir-birinə sevinc bəxş etməsi, onlar arasında birlik və həmrəyliyin təmin edilməsi, qoruması üçün keçirilir.
İslamda bayramların özünəxass mahiyyət və fəlsəfəsi var. Qurban bayramının əsas məqsədlərindən biri imkansız insanlara bayram günlərində sevinc yaşatmaq, onlara bayaram əhval-ruhiyyəsi bəxş etməkdir. Bir sözlə bayramın əsas məqsədlərindən biri imkansız insanlara cəmiyyətin bütövlüyünü, birlik və həmrəyliyini, onların yanında olduğunu hiss etdirməkdir.
Qurban bayramının əsas ənənələrindən biri də bayram günü qurban kəsilməsidir. İslama görə Qurban payı 3 yerə bölünməlidir. Payın biri qohumlara, biri qonşulara verilməli, digərini də ev sahibi özünə saxlamalıdır.
Bir sözlə Qurban yalnız ailə üzvlərinin bir yerə toplaşmasından ibarət deyil. Bayram digər insanlara – qonşulara və qohumlara sevinc bəxş etdikdə öz məqsəd və məramına tam çatmış olur. Bu baxımdan imkanı olan hər bir müsəlman qurban kəsməli, imkansız insanlara paylamalı, onları sevindirməlidir.
Qurban bayramının adı Müqəddəs Kitablarda da qeyd olunduğu kimi, bilavasitə İbrahim Peyğəmbərlə bağlıdır. Allah-Təala İbrahim Peyğəmbərə oğlu İsmayılı qurban kəsməyi vacib buyurur. Burada əsas məqsəd İbrahim Peyğəmbərin sadiqliyini, Allaha inamını yoxlamaq idi. İbrahim Peyğəmbər Allah-Təalanın əmrini yerinə yetirmək məqsədilə oğlunu yerə uzadaraq Qurban kəsməyə hazırlaşır. Oğlunu kəsmək istəyən zaman Allah-Təala ona qurbanlıq göndərir. İbrahim Peyğəmbər bu əməli ilə Allahın sadiq və ona şükr edən bəndələrindən olduğunu bir daha təsdiq edir. Qurban kəsməklə bəndə həm də Allaha ona verdiyi hədsiz nemətlərə görə şükr etmiş olur.
Qurban bayramı hər il ölkəmizdə yüksək əhval-ruhiyyədə qeyd olunur. Möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehribna xanım Əliyeva xalqa müraciət edir, onları təbrik edir. Bu ölkəmizdə milli-mənəvi dəyərlərimizə göstərilən diqqət və qayğının bariz təzahürüdür.
Sonda bayram münasibətilə xalqımızı təbrik edir, bütün dua və ibadətlərin, kəsilən qurbanların Uca Allah qatında qəbul olunmasını diləyirəm. Bayramınız mübarək!
Ceyhun Məmmədov
Milli Məclisin deputatı
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
BMT-nin Azərbaycandakı nümayəndəliyi Qurban bayramı münasibətilə təbrik ünvanlayıb
Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı nümayəndəliyi Qurban bayramı münasibətilə təbrik ünvanlayıb.Citypost.az xəbər verir ki, təbrik diplomatik missiyanın "X" sosial şəbəkəsindəki səhifəsində dərc olunub."Qurban bayramınız mübarək! Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi Qurban bayramı münasibətilə ən səmimi təbriklərini çatdırır. Qoy bu bayram dünyamıza bolluq, xeyir-bərəkət və ünsiyyət sevinci gətirsin", - təbrikdə qeyd olunub.
27 May 2026, 10:36
Hərbi ekspert: “İran sərt reaksiya verə bilmir”
Hərbi ekspert Ədalət Verdiyev öz Facebook səhifəsində ABŞ və İsrailin Yaxın Şərqdə həyata keçirdiyi son hərbi əməliyyatlar və İranın diplomatik mövqeyi ilə bağlı geniş açıqlama yayıb.Citypost.az xəbər verir ki, ekspert yazıb ki, İran parlamentinin sədri və danışıqlar qrupunun rəhbəri Məhəmməd Baqir Qalibaf ABŞ ilə mümkün razılaşma üzrə müzakirələri davam etdirmək üçün artıq ikinci gündür Qətərdə qalır. Bu müddət ərzində ABŞ tərəfinin danışıqlarla paralel olaraq İranın bəzi hərbi obyektlərinə, o cümlədən katerlərə və raket qurğularına zərbələr endirdiyi iddia olunur.Eyni zamanda, İsrailin də Livan ərazisinə kütləvi hərbi zərbələr endirdiyi qeyd edilir. Ədalət Verdiyev bildirir ki, bu hadisələr regionda gərginliyin daha da artdığını...
27 May 2026, 10:28
Yeganə Hacıyeva: “Ziyalı təbəqəsi hadisələrə travmalar prizmasından yanaşır”
Politoloq Yeganə Hacıyeva Azərbaycanda ziyalı təbəqəsinin hadisələrə yanaşma tərzini tənqid edib. Citypost.az xəbər verir ki, politoloq bildirib ki, ölkədə bir çox hallarda məsələlərə sağlam məntiqlə deyil, şəxsi travmalar, qorxular və daxili komplekslər prizmasından baxılır.Politoloqun sözlərinə görə, bu yanaşma nəticəsində rasional düşüncə arxa plana keçir, hadisələrin təhlili isə fərdi psixoloji gərginliklərin və illərlə formalaşan daxili qorxuların ifadəsinə çevrilir.Yeganə Hacıyeva qeyd edib ki, cəmiyyətdə sağlam müzakirə mühiti formalaşdırmaq üçün emosional və kompleksli yanaşmaların deyil, məntiqə və analitik düşüncəyə əsaslanan münasibətin üstünlük təşkil etməsi vacibdir.Yusif...
27 May 2026, 10:19
Slovakiya səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib
Slovakiyanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.Bu barədə Citypost.az Slovakiyanın Bakıdakı səfirliyinə istinadən xəbər verir."Slovakiyanın Azərbaycandakı səfirliyi hər kəsə dinc və mübarək Qurban bayramını qeyd etməyi arzulayır",- məlumatda deyilir.
27 May 2026, 10:15
Aİ səfirliyi Azərbaycanı Qurban bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfirliyi ölkə xalqını Qurban bayramı münasibətilə təbrik edib.Citypost.az xəbər verir ki, təbrik diplomatik missiyanın "X" sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib."Qurban Bayramınız mübarək! Bu xüsusi gündə biz Azərbaycan xalqına sülh, birlik və firavanlıq arzulayırıq. Qurban bayramı bizə həmrəylik, mərhəmət və səxavət dəyərlərini xatırladır. Bu bayram sizə və yaxınlarınıza sevinc, sağlamlıq və sülh gətirsin", - paylaşımda bildirilib.
27 May 2026, 10:08
İsrail səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib
İsrailin Bakıdakı səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.Citypost.az xəbər verir ki, bu barədə səfirlik "X" hesabında paylaşım edib."Qurban Bayramınız mübarək! Bu mübarək gün münasibətilə qardaş Azərbaycan xalqına və bütün müsəlman dünyasına sülh, bərəkət və xoşbəxtlik arzulayırıq. Qoy bu müqəddəs bayram birlik, mərhəmət və bölüşmə ruhunu daha da gücləndirsin. Qurban Bayramı sizə və ailələrinizə sağlamlıq, firavanlıq və ruzi-bərəkət gətirsin", - deyə paylaşımda qeyd edilib....
27 May 2026, 10:01