Azərbaycan “orta güc” kimi: reallıq və perspektiv – Turan Rzayev yazır...
Siyasət 27 May 2026, 10:45
1297
Mayın 25-də keçirilən müşavirədə Prezident İlham Əliyevin qeyd etdiyi bir fikir də xüsusi diqqət çəkirdi. Prezident deyib ki, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı ildən-ilə artır.
Sitat:
“Bizim dünya miqyasında çox yüksək reputasiyamız və çox müsbət imicimiz var. Azərbaycan artıq dünyada “orta gücə” malik dövlət kimi tanınır və bir çox ölkələrin şirkətləri müxtəlif sahələrdə bizimlə əməkdaşlıq etmək istəyirlər. Biz, əlbəttə ki, bütün şirkətlərə, o cümlədən xarici investorlara qanun çərçivəsində lazımi şərait yaradırıq. Ancaq eyni zamanda, xarici şirkətləri bizə lazım olan sahələrə cəlb etməliyik”.
Prezident Azərbaycanın artıq dünyada “orta gücə” malik dövlət kimi tanındığını qeyd edir. İlk öncə onu deyim ki, BMT hansısa ölkəyə rəsmi şəkildə “sən orta gücsən” və ya “sən böyük gücsən” statusu vermir. Yəni hüquqi baxımdan belə bir rəsmi təsnifat yoxdur. Lakin siyasi elm və geosiyasi analizlərdə ölkələrin müəyyən qeyri-rəsmi bölgüsü mövcuddur.
Məsələn, ən yuxarı pillədə “supergüc” ölkələr dayanır. Bu ölkələr dünyanın istənilən bölgəsinə təsir edə bilən dövlətlərdir. Hərbi, iqtisadi, texnoloji və siyasi imkanlarının genişliyi səbəbindən qlobal sistemin istiqamətini müəyyənləşdirə bilirlər. Soyuq müharibə dövründə bu statusu iki dövlət daşıyırdı: ABŞ və SSRİ. Hazırda isə yalnız ABŞ🇺🇸 bu statusa tam uyğun gəlir. Çin🇨🇳 isə tədricən bu statusa yiyələnmək potensialına malikdir.
Bir pillə aşağıda isə “böyük güclər” yerləşir. Bu ölkələr də qlobal siyasətə ciddi təsir imkanına malikdirlər, lakin supergüc səviyyəsində dominant deyillər. Məsələn, Rusiya, Fransa, Böyük Britaniya və Almaniya kimi ölkələri bu kateqoriyaya aid etmək olar. Təsadüfi deyil ki, bu ölkələrin bir qismi həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi beynəlxalq siyasətdə mühüm çəkiyə malikdirlər. Amma supergüc
ölkələrdən fərqli olaraq bu dövlətlər qlobal sistemi təkbaşına idarə edə bilmirlər.
Son illərdə ən çox diqqət çəkən kateqoriya isə Prezident İlham Əliyevin ölkəmizi də aid etdiyi “orta güclər”dir. Orta güc dövlətləri aydın məsələdir ki, supergüc ölkələr qədər böyük deyillər. Lakin zəif dövlətlər də sayılmırlar. Hətta mən deyərdim ki, regionda siyasi balans yaratmaları, iqtisadi marşrutlara nəzarət edə bilmələri və diplomatik proseslərə təsir göstərə bildikləri üçün bəzi hallarda böyük güclər və supergüclərdən daha əhəmiyyətli rol oynaya bilirlər.
Məsələn, Türkiyə diplomatik və hərbi potensialı ilə Yaxın Şərq, Aralıq dənizi və türk dünyasında ciddi təsir imkanlarına malikdir. Səudiyyə Ərəbistanı isə enerji resursları, maliyyə imkanları və din amili ilə ərəb və islam dünyasında mühüm aktordur. Digər tərəfdən Braziliya🇧🇷 Latın Amerikasında regional güc sayılır.
Orta güclərin altında isə kiçik güclər və mikro dövlətlər gəlir. Bu dövlətlər əsasən regional proseslərə məhdud təsir göstərə bilirlər və təhlükəsizlik baxımından daha çox beynəlxalq ittifaqlara və böyük güclərlə münasibətlərə arxalanırlar.
Azərbaycana gəldikdə isə, ölkəmiz həqiqətən də “orta güc” statusuna malik dövlətdir. Hətta deyərdim ki, yaxın gələcəkdə “böyük güc” olmağa iddialıdır. Hər şeydən öncə rəsmi Bakı Cənubi Qafqazın demoqrafik baxımdan ən güclü ölkəsidir. Müqayisə üçün deyim ki, yaxın 200 il ərzində Azərbaycan türkləri say baxımından Cənubi Qafqazın digər etnoslarının ümumi sayından çox olub. Bu gün də Gürcüstan🇬🇪 və Ermənistanın birlikdə əhali sayından Azərbaycanın əhalisi daha çoxdur. Son illərdə demoqrafik artımda müəyyən durğunluq və risklər artsa da, Bakı gələcək perspektivdə əhali artımını sürətləndirə bilsə, böyük güc olmağa daha da yaxınlaşa bilər.
Əhali sayının çoxluğu öz növbəsində hərbi potensiala da təsir edir. Azərbaycan ordusu hazırda həm texnoloji baxımdan, həm canlı qüvvə, həm də təcrübə baxımından Cənubi Qafqazın ən güclü ordusudur. Təsadüfi deyil ki, məhz bu gücə görə Bakı böyük və supergüc statusundakı ölkələrin maraqlarını pozaraq torpaqlarını işğaldan azad etməyi bacardı. Azərbaycan bu gün torpaqlarını işğaldan azad etsə də, hərbi potensialını davamlı şəkildə artırır və inkişaf etdirir. Bu artım davam edərsə, ölkəmizin böyük güc kateqoriyasına keçməsi bir qədər də sürətlənə bilər.
Azərbaycan Səudiyyə Ərəbistanı, Rusiya və İran kimi enerji resursları baxımından nəhəng potensiala malik ölkələr qədər zəngin olmasa da, iqtisadi təsir yaradacaq qədər gücə sahibdir. Məsələn, Azərbaycan bu gün Avropanın 10-dan artıq ölkəsinə qaz ixrac edir. TANAP və TAP layihələri Bakının son illərdəki geosiyasi və geoiqtisadi təsirini artıran iki mühüm layihədir. Rusiya🇷🇺–Ukrayna🇺🇦 müharibəsi və İran–ABŞ gərginliyinin yaratdığı enerji çatışmazlığı Bakının bu sahədəki yerini daha da möhkəmləndirib. Gələcək perspektivdə Xəzər dənizində və ölkənin quru ərazilərində yeni neft-qaz yataqları aşkarlanarsa, enerji satışı həyata keçirilən ölkələrin sayı da arta bilər. Bu isə həm iqtisadi artım, həm də diplomatik təsir deməkdir. Böyük güc olmaq üçün bu faktor həyati əhəmiyyət daşıyır.
Son olaraq isə Azərbaycanın diplomatik sferadakı nüfuzu son illərdə ən çox artan sahələrdən biridir. Hətta deyərdim ki, Bakının etdikləri orta güc dövlətlər üçün belə artıq səviyyədədir. Məsələn, Bakı son illərdə mühüm tədbirlərə ev sahibliyi edir. Bundan başqa, bir çox mühüm beynəlxalq siyasi görüşlər də ölkəmizdə keçirilir. Müxtəlif region ölkələrinin dövlət və hökumət başçıları ardıcıl şəkildə Azərbaycana səfər edir, Azərbaycan Prezidentini öz ölkələrinə dəvət edirlər.
Mənim diqqətimi çəkən isə qeyri-rəsmi görüşlərdir. Məsələn, Türkiyə–İsrail, İsrail–Suriya, İran–İsrail danışıqları və görüşlərinin Bakının vasitəçiliyi ilə baş tutmasına dair məlumatlar var. Gələcəkdə isə İran–İsrail, Türkiyə–İsrail, Rusiya–Ukrayna danışıqları məhz Bakıda baş tuta bilər.
Nəticə etibarilə, Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan orta güc ölkədir. Lakin gələcək perspektivdə böyük güc olmaq üçün imkanları və potensialı da mövcuddur.
Turan Rzayev
Politoloq
Həmçinin oxuyun
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Şahin Qocayev: Azərbaycan Paşinyandan sonrakı dövrə hazırlaşmalıdır
Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrini dəyərləndirən jurnalist, Ordu.az saytının rəhbəri Şahin Qocayev hesab edir ki, Nikol Paşinyanın yenidən hakimiyyətdə qalması həm bugünkü siyasi reallıqlar, həm də gələcək perspektivlər baxımından təhlil edilməlidir.Citypost.az xəbər verir ki, Ş.Qocayev bildirib ki, Paşinyanın seçkilərdə qələbəsi Azərbaycan üçün vacib məqamlardan biri olsa da, diqqət artıq Ermənistanın gələcək siyasi mərhələsinə yönəlməlidir.“Paşinyanın seçilməsini həm indiki, həm də gələcək zamana əsasən təhlil etmək lazımdır. Hər bir halda bu nəticə Azərbaycan üçün əhəmiyyətli idi. Lakin artıq Paşinyandan sonrakı dövrün konturlarını cızmaq vaxtıdır”, – deyə o qeyd edib.Jurnalistin fikrincə, gələcəkdə Ermənistanda revanşist qüvvələrin bu və ya digər formada hakimiyyətə gəlmək cəhdləri...
08 İyun 2026, 10:35
Vüsal Məmmədov: Paşinyan hökuməti təkbaşına quracaq
Ermənistanda keçirilən parlament seçkilərinin ilkin nəticələrini şərh edən jurnalist Vüsal Məmmədov bildirib ki, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası mövcud seçki mexanizmi sayəsində parlamentdə çoxluq əldə edəcək.Citypost.az xəbər verir ki, onun sözlərinə görə, partiyanın səslərin 49,81 faizini toplaması faktiki olaraq hakimiyyətin yenidən Paşinyanın nəzarətində qalacağı anlamına gəlir.“Ermənistanın seçki qanunvericiliyinə əsasən, 4 faizlik baryeri keçə bilməyən kiçik partiyaların səsləri mandat bölgüsündə nəzərə alınmır. Bu isə ‘Vətəndaş Müqaviləsi’nin ümumi hesablamalarda payının 50 faizdən yuxarı qalxmasına şərait yaradır”, – deyə V.Məmmədov qeyd edib.Jurnalist vurğulayıb ki, bundan sonra Ermənistanın seçki sistemində nəzərdə tutulan xüsusi bonus mexanizmi işə düşür.“Qanunvericiliyə görə, qalib partiyanın...
08 İyun 2026, 10:23
Nadir Azəri: Seçkinin nəticələri Cənubi Qafqazın gələcəyi üçün mühüm əhəmiyyət daşıyır
“Ermənistanda keçirilən parlament seçkilərinin nəticələri göstərir ki, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvə müxalifət üzərində inamlı qələbə qazanıb. Həm ekzit-poll nəticələri, həm də ilkin rəsmi məlumatlar bu qənaətə gəlməyə əsas verir ki, söhbət təkcə müxalifətin deyil, həm də Rusiya yönümlü siyasi qüvvələrin məğlubiyyətindən gedir”.Bu fikirləri Citypost.az-a “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri bildirib.O, qeyd edib ki, bu qələbə iki mühüm məqam baxımından diqqət çəkir: “Birincisi, seçkilərdə iştirak edən seçicilərin sayının beş il əvvəlki seçkilərlə müqayisədə artmasıdır. İkincisi isə səs verənlərin 50 faizdən çoxunun məhz Nikol Paşinyanın partiyasına etimad...
08 İyun 2026, 10:11
Zaur İbrahimli: Paşinyanın qələbəsi sülh gündəliyinin və yeni regional reallığın qələbəsidir
Ermənistanda tarixi 7 iyun parlament seçkilərinin Baş nazir Paşinyanın qələbəsi ilə başa çatması sülh gündəliyinin, sülh perspektivinin, bütün Cənubi Qafqazı əməkdaşlıq, açıq kommunikasiyalar coğrafiyasına transformasiyasını tamamlayacaq sülh təşəbbüslərinin qalibiyyətidir. Citypost.az xəbər verir ki, bu fikirləri “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri, politoloq Zaur İbrahimli bildirib."Ermənistan Baş nazirinin “Vətəndaş müqaviləsi” Partiyasının qələbəsi, Rusiya tərəfdarlarının qələbə çala bilməməsi, erməni cəmiyyətinin revanşistləri dəstəkləməməsi ilk növbədə və başlıca olaraq Azərbaycanın sülh təşəbbüsləri, sülh diplomatiyası ilə formalaşan yeni reallığın, yeni tarixin, köhnə, müstəmləkəçi, forpost tarixi üzərində qələbəsidir. Azərbaycanın, onun rəhbəri Prezident İlham Əliyevin böyük qətiyyəti, mübarizəsi, dəyanəti, məharəti sayəsində reallaşan, real nəticə verən sülh...
08 İyun 2026, 09:10
Elşad Paşasoy: Kreml seçkilərdə Paşinyanın mövqeyinin güclənməsinə çalışdı
Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrini şərh edən politoloq Elşad Paşasoy hesab edir ki, Rusiya ilə Ermənistanın hazırkı hakimiyyəti arasında münasibətlərə dair ictimaiyyətə təqdim olunan mənzərə reallığı tam əks etdirmir.Citypost.az xəbər verir ki, politoloq sosial şəbəkədə paylaşdığı fikirlərdə bildirib ki, uzun müddətdir Kreml tərəfindən Ermənistanda hakimiyyət dəyişikliyi planlarının hazırlandığı barədə iddialar səslənsə də, o, Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında müəyyən anlaşmanın mövcud olduğunu düşünür.E.Paşasoyun sözlərinə görə, bu qənaəti gücləndirən məqamlardan biri Paşinyanın aprelin 1-də keçirdiyi görüşdən sonra Rusiya lideri ilə iyunun ikinci yarısında görüş barədə razılığın əldə olunduğunu açıqlaması olub.Politoloq hesab edir ki, son dövrlərdə Rusiya...
08 İyun 2026, 08:19
Tural İrfan: Yaxın Şərqdə baş verənlər müəyyən geosiyasi hesablamalardan xəbər verir
İranın İsrailə qarşı həyata keçirdiyi raket hücumları Yaxın Şərqdə gərginliyi daha da artırıb. Xarici media vasitələrinin məlumatına görə, İsrailin hava hücumundan müdafiə qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib, Baş nazir Benjamin Netanyahu isə təcili olaraq Təhlükəsizlik Kabinetinin iclasını çağırıb.Citypost.az xəbər verir ki, məsələni şərh edən Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi şərhçi və dinşünas Tural İrfan bildirib ki, bölgədə baş verən son hadisələr təsadüfi deyil və müəyyən geosiyasi hesablamaların mövcudluğundan xəbər verir.Onun sözlərinə görə, İranın hücumları ilk baxışdan İsrailin Livandakı əməliyyatlarına cavab kimi qiymətləndirilsə də, proseslərin daha geniş siyasi kontekstdə təhlilinə ehtiyac var.“İsrailin Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvirin ‘Tehran bu gecə...
08 İyun 2026, 08:05