Ədalət Verdiyev: “İranın HHM sistemləri Ermənistanı necə qoruyacaq?”
Cəmiyyət 27 May 2026, 09:55
461
Hərbi ekspert Ədalət Verdiyev Ermənistanın sabah keçiriləcək hərbi paradında İran istehsalı olan AD-08 “Məcid” zenit-raket komplekslərinin nümayiş etdiriləcəyini bildirib.
Citypost.az xəbər verir ki, ekspertin sözlərinə görə, bu kompleks İran müdafiə sənayesi tərəfindən hazırlanmış qısa mənzilli “yer-hava” tipli raket sistemidir və pilotsuz uçuş aparatları, qanadlı raketlər, helikopterlər, eləcə də aşağı hündürlükdə uçan hava hədəflərinin məhv edilməsi üçün nəzərdə tutulub. O qeyd edib ki, sistem eyni anda dörd hava hədəfini vurmaq imkanına malikdir.
Ədalət Verdiyev bildirib ki, AD-08 kompleksinin yeni versiyası “Iveco Daily” 4x4 bazasında yerləşdirilib və elektro-optik idarəetmə sistemi ilə təchiz olunub. Kompleksin 700 metrdən 8 kilometrədək məsafədə, 20 metrdən 6 kilometrədək hündürlükdə hədəfləri vurmaq imkanına sahib olduğu vurğulanıb.
Hərbi ekspertin fikrincə, İranın bu HHM sistemlərini Ermənistandan başqa heç bir ölkəyə satmaması diqqət çəkən məqamdır. O iddia edib ki, bu alış İrana tətbiq edilən beynəlxalq sanksiyaların pozulması kimi qiymətləndirilə bilər.
Həmçinin oxuyun
Ədalət Verdiyev həmçinin İranın hava hücumundan müdafiə sistemlərinin son hərbi əməliyyatlarda zəif performans göstərdiyini vurğulayaraq bildirib ki, həm İranın, həm də Ermənistanın hava məkanının müdafiəsində ciddi problemlər mövcuddur. Onun sözlərinə görə, bu səbəbdən iki ölkə HHM sahəsində əməkdaşlığa məcbur qalır.
Ekspert sonda İranın öz hava məkanını və bölgədəki müttəfiqlərini effektiv qoruya bilmədiyini qeyd edərək, Ermənistan səmasının bu sistemlərlə nə dərəcədə müdafiə olunacağının sual altında qaldığını bildirib.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Kanada Ebola ilə bağlı bəzi ölkələrdən gələn səyahətçilərə 21 günlük özünütəcrid tətbiq edir
Kanada hökuməti Ebola virusunun yayılması ilə bağlı narahatlıqlar səbəbilə Konqo Demokratik Respublikası, Cənubi Sudan və Uqandadan gələn səyahətçilər üçün 21 günlük özünütəcrid rejimi tətbiq edib.Citypost.az Associated Press-ə istinadən xəbər verir ki, yeni qaydalar çərçivəsində həmin ölkələrdən gələn şəxslər Kanadaya daxil olduqdan sonra 21 gün müddətində özlərini təcrid etməlidirlər. Eyni zamanda, bu ölkələrdən gələn immiqrasiya müraciətləri müvəqqəti olaraq dayandırılıb.Kanada İctimai Səhiyyə Agentliyi bildirib ki, tədbirlər “çox ehtiyatlı yanaşma” çərçivəsində həyata keçirilir və 29 avqusta qədər qüvvədə olacaq. Simptomları olan sərnişinlər əlavə tibbi müayinəyə yönləndiriləcək, özünütəcrid imkanları olmayanlar üçün isə xüsusi təcrid zonaları təmin ediləcək.Hökumət həmçinin Konqo Demokratik Respublikası, Cənubi Sudan və...
27 May 2026, 11:45
Əlimərdan bəy Topçubaşovun məzarı ziyarət edilib
Azərbaycanın Fransadakı səfirliyinin diplomatik heyəti Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Əlimərdan bəy Topçubaşovun məzarını ziyarət edib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva “X” hesabında bildirib.“Müsəlman Şərqinin ilk parlament demokratiyası - Azərbaycan Demokratik Respublikasının banilərindən olan Əlimərdan bəy Topçubaşovun məzarını diplomatik heyət və icma üzvləri ilə birgə ziyarət etdik.Azərbaycan uğrunda mübarizə aparan Vətən övladlarını hörmətlə yad edirik!”, - Leyla Abdullayeva qeyd edib....
27 May 2026, 11:31
Deputat Qurban bayramı ilə bağlı paylaşım edib
Milli Məclisin deputatı Mehriban Vəliyeva Qurban bayramı münasibətilə paylaşım edib.Citypost.az xəbər verir ki, deputat sosial şəbəkə hesabında etdiyi açıqlamada Azərbaycan xalqını bayram münasibətilə təbrik edərək, hər kəsə ailə səadəti, ruzi-bərəkət və əmin-amanlıq arzulayıb. O bildirib ki, Qurban bayramı paylaşmağın, mərhəmətin, birlik və həmrəyliyin təcəssümüdür və bu günlər cəmiyyətdə humanizm və xeyirxahlıq dəyərlərini daha da gücləndirir.Mehriban Vəliyeva qeyd edib ki, bayram günləri insanları bir-birinə yaxınlaşdırır, sosial həmrəyliyi artırır və mənəvi dəyərlərin möhkəmlənməsinə xidmət edir. O, həmçinin kəsilən qurbanların, edilən duaların və xoş niyyətlərin Uca Allah dərgahında qəbul olunmasını arzulayıb.Sonda deputat bütün vətəndaşları Qurban bayramı münasibətilə təbrik edib və evlərə ruzi-bərəkət, xoşbəxtlik...
27 May 2026, 11:16
Hacıqabulda oğurluq edən iki nəfər həbs edilib
Hacıqabulda oğurluq edən iki nəfər həbs edilib.DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan Citypost.az-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində evlərin birindən oğurluq etməkdə təqsirli bilinən Mahir Abdullayev və Sahil Məmmədov saxlanılıb.Həmin şəxslər M.Abdullayevin qohumuna məxsus evdən 25000 manat və 10000 ABŞ dolları oğurlayıblar.Faktla bağlı cinayət işi başlanılıb, M.Abdullayev və S.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib....
27 May 2026, 11:06
Qurban bayramı günlərində ölkə üzrə 134 ünvanda satış və kəsim xidmətləri göstərilir
Qurban bayramı günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması, həmçinin qurbanlıq heyvanların satışı və kəsiminin müvafiq norma və qaydalara uyğun şəkildə təşkili məqsədilə Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti dövlət qurumları tərəfindən bütün zəruri tədbirlər görülüb.Agentlikdən Citypost.az-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası daxil olmaqla, ölkə üzrə ümumilikdə 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunub. Bu məntəqələrin 75-də satış-kəsim, 27-də yalnız satış, 32-də isə yalnız kəsim xidmətləri vətəndaşlara təqdim edilir. Bununla yanaşı, bir sıra regionlarda səyyar heyvan kəsimi çadırları quraşdırılıb. Həmçinin işğaldan azad edilmiş Ağdam, Cəbrayıl, Füzuli və Laçın rayonlarında da qurbanlıq heyvanların satışı və...
27 May 2026, 11:05
Lənkəranda otel işçilərinə qarşı quldurluq edən şəxs saxlanılıb
Lənkəran rayonunda yerləşən otellərin birində çalışan iki qadına naməlum şəxs kəsici alətlə xəsarət yetirərək zərərçəkənlərin qızıl-zinət əşyalarını ələ keçirib.Citypost.az xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən həmin otelin inzibatçısı 49 yaşlı Xalıq Cahangirov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, X.Cahangirov tanınmaması üçün əvvəlcədən iş yerində gizlətdiyi maska və geyimlə kamuflaj olaraq həmin hadisəni törədib.Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib....
27 May 2026, 10:57