Hərbi ekspert: “İran sərt reaksiya verə bilmir”
Cəmiyyət 27 May 2026, 10:28
459
Hərbi ekspert Ədalət Verdiyev öz Facebook səhifəsində ABŞ və İsrailin Yaxın Şərqdə həyata keçirdiyi son hərbi əməliyyatlar və İranın diplomatik mövqeyi ilə bağlı geniş açıqlama yayıb.
Citypost.az xəbər verir ki, ekspert yazıb ki, İran parlamentinin sədri və danışıqlar qrupunun rəhbəri Məhəmməd Baqir Qalibaf ABŞ ilə mümkün razılaşma üzrə müzakirələri davam etdirmək üçün artıq ikinci gündür Qətərdə qalır. Bu müddət ərzində ABŞ tərəfinin danışıqlarla paralel olaraq İranın bəzi hərbi obyektlərinə, o cümlədən katerlərə və raket qurğularına zərbələr endirdiyi iddia olunur.
Eyni zamanda, İsrailin də Livan ərazisinə kütləvi hərbi zərbələr endirdiyi qeyd edilir. Ədalət Verdiyev bildirir ki, bu hadisələr regionda gərginliyin daha da artdığını göstərir və diplomatik proseslərin hərbi təzyiqlərlə paralel aparılması diqqət çəkir.
Onun fikrincə, Məhəmməd Baqir Qalibaf ABŞ-ın sərt tələblərinə qarşı açıq şəkildə “yox” desə də, danışıqlardan geri çəkilə bilmir. Hərbi ekspert bunu ABŞ və İsrail tərəfindən həyata keçirilən hərbi zərbələrin davam etməsi ehtimalı ilə əlaqələndirir və bu vəziyyətin İran tərəfi üçün ciddi siyasi təzyiq yaratdığını vurğulayır.
Ədalət Verdiyev həmçinin qeyd edir ki, İran rəsmilərinin və hərbi rəhbərliyinin bu hücumlara açıq və sərt reaksiya verməməsi diqqət çəkir. Onun sözlərinə görə, İran hökumətinin sözçüsü Fatimə Mühacirani zərbələrdən sonra belə ABŞ ilə diplomatik prosesin davam etdiyini açıqlayıb. Bu isə ekspertin fikrincə, İran daxilində qərarvermə və cavabvermə mexanizmlərinin zəifliyini göstərir.
Həmçinin oxuyun
Ədalət Verdiyev yazır ki, ABŞ-ın həyata keçirdiyi zərbələr əslində danışıqlarda təzyiq vasitəsi kimi istifadə olunur və məqsəd İranı müəyyən siyasi və hərbi güzəştlərə məcbur etməkdir. O bildirir ki, İran tərəfi həm regional, həm də beynəlxalq səviyyədə ciddi hərbi təzyiqlərlə üz-üzə qalıb və bu təzyiqlərə adekvat cavab verməkdə çətinlik çəkir.
Ekspert əlavə edir ki, İranın öz su akvatoriyasında belə hərbi itkilər verməsi və SEPAH-a məxsus bəzi vasitələrin hədəfə alınması ölkənin müdafiə sistemində ciddi problemlərin olduğunu göstərir. Onun fikrincə, belə bir şəraitdə İranın siyasi rəhbərliyi açıq şəkildə sərt addımlar ata bilmir və bu da regionda güc balansını daha da dəyişir.
Ədalət Verdiyev sonda bildirir ki, dünya üzrə müxtəlif münaqişələrdə belə hallar müşahidə olunsa da, İranın hazırkı vəziyyəti xüsusilə ziddiyyətli və ciddi suallar doğuran bir mərhələyə keçib və bu proseslərin necə davam edəcəyi hələlik qeyri-müəyyəndir.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Kanada Ebola ilə bağlı bəzi ölkələrdən gələn səyahətçilərə 21 günlük özünütəcrid tətbiq edir
Kanada hökuməti Ebola virusunun yayılması ilə bağlı narahatlıqlar səbəbilə Konqo Demokratik Respublikası, Cənubi Sudan və Uqandadan gələn səyahətçilər üçün 21 günlük özünütəcrid rejimi tətbiq edib.Citypost.az Associated Press-ə istinadən xəbər verir ki, yeni qaydalar çərçivəsində həmin ölkələrdən gələn şəxslər Kanadaya daxil olduqdan sonra 21 gün müddətində özlərini təcrid etməlidirlər. Eyni zamanda, bu ölkələrdən gələn immiqrasiya müraciətləri müvəqqəti olaraq dayandırılıb.Kanada İctimai Səhiyyə Agentliyi bildirib ki, tədbirlər “çox ehtiyatlı yanaşma” çərçivəsində həyata keçirilir və 29 avqusta qədər qüvvədə olacaq. Simptomları olan sərnişinlər əlavə tibbi müayinəyə yönləndiriləcək, özünütəcrid imkanları olmayanlar üçün isə xüsusi təcrid zonaları təmin ediləcək.Hökumət həmçinin Konqo Demokratik Respublikası, Cənubi Sudan və...
27 May 2026, 11:45
Əlimərdan bəy Topçubaşovun məzarı ziyarət edilib
Azərbaycanın Fransadakı səfirliyinin diplomatik heyəti Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Əlimərdan bəy Topçubaşovun məzarını ziyarət edib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva “X” hesabında bildirib.“Müsəlman Şərqinin ilk parlament demokratiyası - Azərbaycan Demokratik Respublikasının banilərindən olan Əlimərdan bəy Topçubaşovun məzarını diplomatik heyət və icma üzvləri ilə birgə ziyarət etdik.Azərbaycan uğrunda mübarizə aparan Vətən övladlarını hörmətlə yad edirik!”, - Leyla Abdullayeva qeyd edib....
27 May 2026, 11:31
Deputat Qurban bayramı ilə bağlı paylaşım edib
Milli Məclisin deputatı Mehriban Vəliyeva Qurban bayramı münasibətilə paylaşım edib.Citypost.az xəbər verir ki, deputat sosial şəbəkə hesabında etdiyi açıqlamada Azərbaycan xalqını bayram münasibətilə təbrik edərək, hər kəsə ailə səadəti, ruzi-bərəkət və əmin-amanlıq arzulayıb. O bildirib ki, Qurban bayramı paylaşmağın, mərhəmətin, birlik və həmrəyliyin təcəssümüdür və bu günlər cəmiyyətdə humanizm və xeyirxahlıq dəyərlərini daha da gücləndirir.Mehriban Vəliyeva qeyd edib ki, bayram günləri insanları bir-birinə yaxınlaşdırır, sosial həmrəyliyi artırır və mənəvi dəyərlərin möhkəmlənməsinə xidmət edir. O, həmçinin kəsilən qurbanların, edilən duaların və xoş niyyətlərin Uca Allah dərgahında qəbul olunmasını arzulayıb.Sonda deputat bütün vətəndaşları Qurban bayramı münasibətilə təbrik edib və evlərə ruzi-bərəkət, xoşbəxtlik...
27 May 2026, 11:16
Hacıqabulda oğurluq edən iki nəfər həbs edilib
Hacıqabulda oğurluq edən iki nəfər həbs edilib.DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan Citypost.az-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində evlərin birindən oğurluq etməkdə təqsirli bilinən Mahir Abdullayev və Sahil Məmmədov saxlanılıb.Həmin şəxslər M.Abdullayevin qohumuna məxsus evdən 25000 manat və 10000 ABŞ dolları oğurlayıblar.Faktla bağlı cinayət işi başlanılıb, M.Abdullayev və S.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib....
27 May 2026, 11:06
Qurban bayramı günlərində ölkə üzrə 134 ünvanda satış və kəsim xidmətləri göstərilir
Qurban bayramı günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması, həmçinin qurbanlıq heyvanların satışı və kəsiminin müvafiq norma və qaydalara uyğun şəkildə təşkili məqsədilə Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti dövlət qurumları tərəfindən bütün zəruri tədbirlər görülüb.Agentlikdən Citypost.az-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası daxil olmaqla, ölkə üzrə ümumilikdə 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunub. Bu məntəqələrin 75-də satış-kəsim, 27-də yalnız satış, 32-də isə yalnız kəsim xidmətləri vətəndaşlara təqdim edilir. Bununla yanaşı, bir sıra regionlarda səyyar heyvan kəsimi çadırları quraşdırılıb. Həmçinin işğaldan azad edilmiş Ağdam, Cəbrayıl, Füzuli və Laçın rayonlarında da qurbanlıq heyvanların satışı və...
27 May 2026, 11:05
Lənkəranda otel işçilərinə qarşı quldurluq edən şəxs saxlanılıb
Lənkəran rayonunda yerləşən otellərin birində çalışan iki qadına naməlum şəxs kəsici alətlə xəsarət yetirərək zərərçəkənlərin qızıl-zinət əşyalarını ələ keçirib.Citypost.az xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən həmin otelin inzibatçısı 49 yaşlı Xalıq Cahangirov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, X.Cahangirov tanınmaması üçün əvvəlcədən iş yerində gizlətdiyi maska və geyimlə kamuflaj olaraq həmin hadisəni törədib.Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib....
27 May 2026, 10:57