TƏCİLİ! Azərbaycan uçuşları dayandırdı
Cəmiyyət 24 Sentyabr 2024, 11:03
33084
Azərbaycanın milli aviadaşıyıcısı AZAL İsraildə baş verən son hadisələr və təhlükəsizlik məsələləri ilə əlaqədar Bakıdan Ben Qurion Hava Limanına (Təl-Əviv) və əks istiqamətdə reysləri dayandırıb.
"Azərbaycan Hava Yolları" QSC-dən CityPost.az-a verilən məlumata görə, Təl-Əvivə aviabiletləri olan sərnişinlər vəsaitlərini tam geri ala və ya biletlərini başqa reysə cəriməsiz dəyişə bilərlər.
Həmçinin oxuyun
Bakı-Təl-Əviv-Bakı marşrutu üzrə uçuşların bərpası ilə bağlı əlavə məlumat vəziyyətdən asılı olaraq açıqlanacaq. Aviaşirkət hər hansı dəyişiklik barədə dərhal sərnişinləri məlumatlandıracaq.
Sərnişinlər yeniliklər barədə xəbərdar olmaq üçün AZAL-ın Çağrı mərkəzinə müraciət edə bilərlər: [email protected].
"Uçuşların və sərnişinlərin təhlükəsizliyi AZAL üçün bir nömrəli prioritetdir", - məlumatda qeyd olunur.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İlham Əliyev: Azərbaycanda güclü enerji potensialı yaradılıb
Biz elektrik enerjisi ilə bağlı bütün məsələləri həll etdik və çox güclü potensial yaratdıq. Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür.Citypost.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə bildirib.“Müəyyən həcmdə ixrac da edilir, amma növbəti illərdə bu ixrac genişmiqyaslı olacaq, xüsusilə nəzərə alsaq ki, dünya bazarlarında enerji resursları ilə bağlı – elektrik enerjisi, yanacaq, təbii qaz, bütün bu əsas enerji təhlükəsizliyini təmin edən bu məhsullarla bağlı böyük narahatlıq var, qıtlıq var. Yəni dünya mənzərəsi göz önündədir”, - deyə dövlətimizin başçısı əlavə edib....
22 Sentyabr 2026, 13:59
Yeni dünya nizamı: Köhnə qaydalar dəyişir, yeniləri hələ formalaşmayıb
Dünyada baş verən müxtəlif prosesləri bir xətt üzərində birləşdirəndə ortaya daha böyük mənzərə çıxır. ABŞ və Çin arasında rəqabət, Rusiya–Ukrayna müharibəsi, Yaxın Şərqdəki qarşıdurmalar, enerji böhranı, Avropanın təhlükəsizlik siyasətində dəyişikliklər və süni intellekt ətrafında yaranan yarış eyni zamanda beynəlxalq münasibətlər sisteminin dəyişdiyini göstərir.Soyuq müharibədən sonrakı dövrdə formalaşmış siyasi düzən uzun müddət ABŞ-ın üstün mövqeyi ilə xarakterizə olunurdu. Bu gün isə dünya iqtisadi və siyasi güc baxımından daha çoxmərkəzli görünür. Çin qlobal iqtisadi və texnoloji gücünü artırır, Hindistanın çəkisi yüksəlir, BRICS daxilində əməkdaşlıq genişlənir, regional güclərin xarici siyasətdə manevr imkanları artır.Bu dəyişiklik yalnız dövlətlər arasındakı münasibətlərdə görünmür. Ticarət yolları, enerji marşrutları,...
22 Sentyabr 2026, 13:48
“Qurtuluş” Mərkəzinin rəhbəri və 2 əməkdaşının apellyasiyası təmin edilmədi
“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və mərkəzin daha iki əməkdaşı barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.Citypost.az xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər məhkəmədən onlara bəraət verilməsini istəyiblər.Məhkəmənin qərarına əsasən, təqsirləndirilən şəxslərin verdikləri apellyasiya şikayətləri təmin edilməyib, hökm qüvvədə saxlanılıb.Qeyd edək ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Ceyhun Salmanova 3 il 3 ay, Elşad Məhərrəmova 3 il 6 ay, Natiq Əliyevə isə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.Onların cəzaları Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, 2 il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilib.Hər...
22 Sentyabr 2026, 13:20
Kəmaləddin Heydərov Qırğızıstan səfiri ilə görüşüb
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Qırğız Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanov ilə görüşüb.FHN-nin mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, nazir Kəmaləddin Heydərov iki ölkə arasında mövcud dostluq və qardaşlıq əlaqələrindən bəhs edib, ortaq köklərə malik xalqlarımızın tarixi və mədəni yaxınlığına, ümumi dəyərlərə, qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli münasibətlərin Prezident İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun siyasi üzaqgörənliyi və müdrikliyi sayəsində strateji tərəfdaşlıq səviyyəsində uğurla inkişaf etdiyini xatırladıb.Bu çərçivədə iki ölkənin Fövqəladə Hallar nazirlikləri arasında genişlənən əlaqələrə toxunan nazir, ölkə Prezidentinin müvafiq tapşırıqlarına uyğun olaraq 2015-ci ildə Oş vilayətində baş vermiş güclü zəlzələdən sonra...
22 Sentyabr 2026, 13:13
Prezident: Azərbaycan sülh və təhlükəsizliyə önəm verir
Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını, dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsini və əməkdaşlığın genişləndirilməsini əsas prioritetlərdən hesab edir.Citypost.az xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciətində qeyd olunub."Ölkəmiz müxtəlif beynəlxalq və regional platformalarda təhlükəsizlik məsələləri ilə bağlı dialoqun təşviqinə, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə mühüm əhəmiyyət verir. Bakı Təhlükəsizlik Forumunun keçirilməsi də bu məqsədlərə xidmət edərək konkret əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə və qarşılıqlı etimadın daha da möhkəmləndirilməsinə şərait yaradır", - Prezident İlham Əliyev qeyd edib.İlham Əliyev...
22 Sentyabr 2026, 12:38
İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb
Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb.Citypost.az xəbər verir ki, müraciətdə deyilir:"Hörmətli Forum iştirakçıları!Sizi “Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması” mövzusunda IV Bakı Təhlükəsizlik Forumunda səmimi-qəlbdən salamlayıram.Artıq dördüncü dəfə Bakıda keçirilən bu Forum müxtəlif ölkələrin xüsusi xidmət və təhlükəsizlik orqanlarının rəhbər və nümayəndələrini bir arayagətirməklə beynəlxalq təhlükəsizlik sahəsində fikir mübadiləsi və qarşılıqlı əməkdaşlığın inkişafı üçün mühüm imkan yaradır. Forumun iştirakçı coğrafiyasının ildən-ilə genişlənməsi və müzakirə olunan məsələlərin aktuallığı Bakı platformasının beynəlxalq səviyyədə artan nüfuzunun göstəricisidir. Əminəm ki, builki tədbir də təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafı, qarşılıqlı fikir və təcrübə mübadiləsi baxımından əhəmiyyətli...
22 Sentyabr 2026, 12:38