Bizə yazın

Baku

-°C

USD

-

Politoloq: “Fransa Azərbaycana qarşı yanaşmasını açıq şəkildə göstərir”

Siyasət 22 Sentyabr 2026, 09:44

328

Politoloq Yeganə Hacıyeva Fransanın Azərbaycana səfərlərlə bağlı xəbərdarlığını yeniləməsinə münasibət bildirib.

Citypost.az xəbər verir ki, Y.Hacıyeva sosial şəbəkə paylaşımında qeyd edib ki, Fransa hökuməti BMT-nin Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilən 13-cü sessiyası ərəfəsində Azərbaycana səfərlərlə bağlı verdiyi xəbərdarlığı “Formula 1” tədbiri ərəfəsində yeniləyib.

Politoloqun sözlərinə görə, əvvəllər Azərbaycana qarşı informasiya kampaniyaları vasitəsilə beynəlxalq tədbirlərin gündəminə təsir göstərməyə çalışılırdı. O bildirib ki, hazırda bu yanaşma daha açıq şəkildə, hökumətlər səviyyəsində ifadə olunur.

“Əvvəllər Azərbaycana qarşı kampaniya aparırdılar. İndi isə artıq öz adları ilə ‘Azərbaycana getməyin’ deyirlər”, – deyə Y.Hacıyeva yazıb.

Turan

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Əlövsət Ağalarov: “Azərbaycan ayıq-sayıqlığını itirməməlidir”

Əməkdar jurnalist, naşir və sabiq deputat Əlövsət Ağalarov Azərbaycan-Ermənistan münasibətləri və sülh prosesi ilə bağlı paylaşım edib.Citypost.az xəbər verir ki,Ə.Ağalarov sosial şəbəkə hesabında Ermənistan cəmiyyətində Qarabağla bağlı revanşist çağırışların artdığını iddia edib. O, sosial şəbəkələrdə Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışların intensivləşdiyini bildirərək buna cavab olaraq bir sıra addımların atılmasını təklif edib.Jurnalist Ermənistan istiqamətində yanacaq, ərzaq və digər məhsulların göndərilməsinin dayandırılmasını, sülh danışıqlarının təxirə salınmasını və vətəndaş cəmiyyəti nümayəndələrinin gediş-gəlişinə məhdudiyyət qoyulmasını təklif edib. O, həmçinin Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsinin vacibliyini vurğulayıb.Ə.Ağalarov Qarabağın yenidən qurulmasına ayrılan vəsaitin müəyyən hissəsinin ordunun silah-sursat və digər təminatının artırılmasına yönəldilməsini də təklif edib. O, eyni...

22 Sentyabr 2026, 09:58

Sabir Rüstəmxanlı: “Soydaşlarımız doğma Vətəndən uzaq düşməməlidir”

Müharibə dövründə fəaliyyətimizdə fasilə yaransa da Dünya Azərbaycanlıları konqresinin səfərləri, bir-birindən əhəmiyyətli görüşlərimiz çox geniş bir coğrafiyanı əhatə etmişdir.  “Azərbaycan adından” adlı kitabımın böyük bir hissəsi həmin səfərlərə və görüşlərimizə həsr olunub:“….ABŞ, Kanada, Belçika, Niderland, Almaniya, İsveç, Avstriya, Türkiyə... indi də, Avstraliya... yəni dünyanın dörd qitəsi. Turist təşkilatlarının həsəd aparacağı bir coğrafi genişlikdir. Lakin DAK bir turist şirkəti deyil və biz bu səfərlərə xoşbəxtlikdən, əhli-keflilikdən getmirik. Əksinə, belə uzun və çətin yollar, bu qədər uzaq nöqtələrdə görüşlər xalqımızın taleyinin və üzləşdiyi faciələrin daha bir göstəricisidir.Bu səfərlərdə həmin ölkələrin diplomatları, məclis üzvləri, dövlət xadimləriylə yanaşı, minlərlə soydaşımızla görüşürük. Hər birinin həyatı Azərbaycan...

22 Sentyabr 2026, 09:52

Cevdet Yılmaz Azərbaycan səfiri ilə sülh prosesini müzakirə edib

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz vəzifəsinə yeni başlayan Azərbaycanın Ankaradakı səfiri Rəşad Aslanovu qəbul edib.Citypost.az xəbər verir ki, görüş zamanı Azərbaycan-Ermənistan sülh və Türkiyə-Ermənistan normallaşma prosesləri müzakirə olunub.“Qardaşlıq təməlinə söykənən münasibətlərimizi, iqtisadiyyat, enerji və nəqliyyat sahələrində əməkdaşlığımızı, Azərbaycan-Ermənistan sülh və Türkiyə-Ermənistan normallaşma proseslərini müzakirə etdik”, - Cevdet Yılmaz qeyd edib.

21 Sentyabr 2026, 19:15

Zahid Oruc: “Avropa Parlamentində ikili siyasət hökm sürür”

Prezident İlham Əliyevin 15 sentyabr 2026-cı ildə keçirilən beynəlxalq tədbirin rəhbər heyəti ilə görüşündə Avropa Parlamentinin fəaliyyətini kəskin tənqid etməsi və qurumu “korrupsiya yuvası” adlandırması ölkə başçısının siyasi manifesti adlandırıla bilər. Belə sərt və açıq ittihamın tarixi əsasları var. 1990-cı illərdən sonra soyuq müharibənin qalibi olan Qərbin Sovetlər birliyinə qarşı sənədlərdə demokratiya və hüquqi idealları reallıqda işğala məruz qalan bir Qafqaz ölkəsinin siyasi xəritədən silinməsinə yönələn deklarasiyalara çevrilmişdi.O dövrün tarixini bir daha vərəqlədikdə, nəinki Mixail Qorbaçov başda olmaqla sovet rəhbərliyi, o cümlədən, ABŞ dövlət katibi Ceyms Beyker və Avropa dövlətlərinin hökumət-parlament rəhbərləri açıq şəkildə azərbaycanlıları ermənilərə qarşı təcavüzdə ittiham edirdilər....

21 Sentyabr 2026, 10:21

Qulamhüseyn Əlibəyli: “Türk dünyasının inteqrasiyası yeni mərhələdədir”

Prezident İlham Əliyevin “Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur” fikri Bakının xarici siyasətində Türk dünyasının yerini dəqiq ifadə edir. Burada söhbət yalnız ortaq tarixdən, dildən və mədəniyyətdən deyil, getdikcə daha aydın görünən siyasi, iqtisadi və təhlükəsizlik birliyindən gedir.Ümumiyyətlə, Azərbaycanın bütövlükdə Türk Dövlətləri Təşkilatı və bu təşkilata daxil olan türk dövlətləri ilə münasibətlərini  çoxvektorlu diplomatiya əsasında iki paralel istiqamətdə qurur: bir tərəfdən TDT-nin çoxtərəfli regional beynəlxalq təşkilat kimi güclənməsinə çalışır, digər tərəfdən isə üzv dövlətlərin ayrı-ayrılıqda hər biri ilə ikitərəfli münasibətləri strateji  müttəfiqlik səviyyəsinə yüksəldir. Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla imzalanmış müttəfiqlik müqavilə və bəyannamələri, Qazaxıstan, Özbəkistan və...

21 Sentyabr 2026, 09:10

Jurnalistdən AYNA-ya sərt irad: “İnsanlar saatlarla avtobus gözləyir”

Əməkdar jurnalist, “OLAYLAR” qəzetinin əməkdaşı Süleyman İsmayılbəyli Bakının 20-ci sahə adlanan ərazisində ictimai nəqliyyatla bağlı problemə diqqət çəkib.Citypost.az xəbər verir ki, S.İsmayılbəyli bildirib ki, 20-ci sahədən Azneft dairəsinə cəmi bir avtobus marşrutu, 5 nömrəli avtobus işləyir. Onun sözlərinə görə, sərnişinlər işə getmək üçün avtobus gözlədiyi vaxt sürücünün avtobusun qapılarını bağlayaraq ərazidən uzaqlaşması vətəndaşların narazılığına səbəb olur.Jurnalist AYNA-nın fəaliyyətini tənqid edərək qeyd edib ki, xüsusilə Formula 1 yarışları zamanı nəqliyyatın təşkilində yaranan problemlər sakinlərin və digər vətəndaşların hərəkətini çətinləşdirir. O, 20-ci sahədən Azneft dairəsinə sərnişin axınının nəzərə alınaraq avtobusların sayının artırılmasının vacibliyini vurğulayıb.S.İsmayılbəyli hesab edir ki, vətəndaşların saatlarla 5 nömrəli avtobusu...

21 Sentyabr 2026, 09:05