Alban irsinin araşdırılması üçün İşçi Qrup yaradıldı
Cəmiyyət 22 Sentyabr 2026, 09:39
288
Qərbi Azərbaycan İcmasında indiki Ermənistan Respublikası ərazisində, tarixi Zəngəzur, Dərələyəz və Göyçə gölü hövzəsində yerləşən alban xristian irsinin öyrənilməsi məqsədilə İşçi Qrupu yaradılıb.
Bu barədə Citypost.az-a icmadan məlumat verilib.
Qrup kilsə, sövmə, xaçdaş və monastırların tarixini, memarlıq və epiqrafik xüsusiyyətlərini, mənsubiyyətini arxiv sənədləri və digər ilkin mənbələr əsasında elmi metodlarla araşdırmaq məqsədilə yaradılıb:
Həmçinin oxuyun
"Azərbaycan elmi mühitində XVI–XIX əsrlər Alban katolikosluğu sənədlərinin tamamilə məhv olduğu fikri yayılıb. İtkilər şübhəsizdir, lakin bir sıra ölkələrin arxiv və əlyazma fondlarında həm Alban katolikoslarına, həm də dövrün dini-ictimai tarixinə dair çoxsaylı sənədlər, mənbələr saxlanılır, bir hissəsi isə artıq nəşr olunub. Bu materiallar müxtəlif fondlara səpələnib. Onların sistemli axtarışla aşkarlanıb vahid elmi bazada toplanması İşçi Qrupunun əsas missiyasıdır. Hazırda Qərbi Azərbaycan İcmasında bu mövzuda artıq yüzlərlə sənəd mövcuddur.
2026-cı ilin sentyabrında xarici diplomatların Gəncəsər monastır kompleksinə səfəri mədəni irsin diplomatik gündəmə çıxdığını göstərdi. Qərbi Azərbaycan İcması indiki Ermənistan ərazisindəki çoxqatlı dini-mədəni irsi, o cümlədən Qafqaz Albaniyasının orta əsr abidələrini, deportasiya olunmuş azərbaycanlıların varisləri kimi, öz irsinin tərkib hissəsi hesab edir. Bu mövqeyi beynəlxalq elmi mühitdə yalnız mənbələrə söykənən faktlar və təkrar yoxlanıla bilən tədqiqatlar əsaslandıra bilər. Tədqiqat həm də deportasiya olunmuş əhalinin təhlükəsiz və ləyaqətli qayıdışının tarixi-mədəni əsaslarının sənədləşdirilməsinə xidmət edəcək".
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Tural İrfandan pensiya fondlarında toplanan vəsaitlə bağlı təklif
MCP sədrinin müavini Tural İrfan pensiya fondlarında vətəndaşlar üçün toplanan vəsaitlərin istifadəsi ilə bağlı təklif irəli sürüb.Citypost.az xəbər verir ki, T.İrfan sosial şəbəkə paylaşımında əhalinin pensiya fonduna ödənilən vəsait hesabına faizsiz kreditlərin verilməsi imkanının nəzərdən keçirilməsini təklif edib. Onun fikrincə, vətəndaşların pensiya yaşına çatmadan vəfat etdiyi hallarda həmin vəsaitlərin ailələrinə fayda verməməsi məsələsinə də diqqət yetirilməlidir.MCP sədrinin müavini yüksək faizli bank kreditlərinin insanların maddi və sosial vəziyyətinə mənfi təsir göstərdiyini bildirib. O, kredit öhdəliklərinin yaratdığı stress və problemlərin cəmiyyətdə müxtəlif fəsadlara səbəb olduğunu qeyd edib.T.İrfanın təklifinə görə, vətəndaşlara pensiya fondlarında toplanmış vəsaitlər hesabına borc götürmək və həmin məbləği müəyyən şərtlərlə...
22 Sentyabr 2026, 10:09
Jurnalistdən metroda qatarların intervalına irad: “İnsanlar saatlarla tıxacda qalır”
Globalinfo.az-ın əməkdaşı Zaira Akifqızı Bakıda pik saatlarda yaranan nəqliyyat sıxlığı fonunda metro qatarlarının hərəkət intervalına münasibət bildirib.Citypost.az xəbər verir ki, Z.Akifqızı qeyd edib ki, tıxacın dözülməz həddə çatdığı saatlarda metro qatarlarının hərəkət intervalının azaldılması sərnişinlər üçün daha əlverişli ola bilər. O, xüsusilə Cəfər Cabbarlı–Xətai istiqamətində qatarların 7 dəqiqəlik intervalla hərəkət etməsini tənqid edib.Jurnalistin sözlərinə görə, sərnişin sayının az olduğu dövrdə həmin istiqamətdə intervalın azaldılması mümkün olub, lakin hazırda insanların saatlarla tıxacda qaldığı vaxtda qatarlar arasındakı müddətin 7 dəqiqə olması sual doğurur.Z.Akifqızı bildirib ki, əvvəlki dövrlərdə sərnişin sıxlığının yüksək olduğu saatlarda qatarlar bəzən 5 dəqiqəlik intervalla hərəkət edib. O, metroda gözləmə...
22 Sentyabr 2026, 10:04
Yaşayış binasında köməksiz qalan azyaşlılar xilas olunub
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında iki azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.FHN-in Mətbuat xidmətindən Citypost.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, bağlı qapı arxasında qalan azyaşlılar mənzilin giriş qapısının döyülməsinə və telefon zənglərinə reaksiya vermirlər.Xilasedicilər xüsusi alpinist ləvazimatlarından istifadə etməklə doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilə qonşu eyvandan daxil olmaqla yatmış vəziyyətdə aşkar olunan 2018 və 2019-cu il təvəllüdlü iki uşağı yaxınlarına təhvil veriblər....
22 Sentyabr 2026, 10:02
Ülkər Abdullayevadan Kinematoqrafçılar İttifaqı ilə bağlı sərt sözlər
Jurnalist Ülkər Abdullayeva Kinematoqrafçılar İttifaqı ətrafında baş verən proseslərə münasibət bildirib.Citypost.az xəbər verir ki, U.Abdullayeva sosial şəbəkə paylaşımında bu məsələni “böyük biabırçılıq” adlandırıb. Onun sözlərinə görə, kino sahəsində ciddi problemlərin olduğu bir vaxtda qeyri-hökumət qurumuna rəhbərlik uğrunda yaranan qarşıdurma və fikir ayrılıqları yolverilməzdir.Jurnalist hesab edir ki, tərəflər arasında mübarizənin əsas səbəbi kino sahəsinin inkişafı və mövcud problemlərin həlli deyil. O, qarşıdurmanın nüfuz, kinoya ayrılan vəsaitlərin bölüşdürülməsi və bu sahədə mövqe əldə etmək uğrunda getdiyini düşündüyünü bildirib.“Aktyorlara deyilib ki, oyun oynayın, onlar oyunu intriqa aparmaq kimi başa düşüblər. Dava kino, bu sahənin inkişafı, oradakı problemlərin həlli üstündə deyil, buna adım qədər...
22 Sentyabr 2026, 10:00
Mais Ağayevdən Bakıdakı tıxacla bağlı irad: “Yolun bağlanması tıxac yaradır?”
Tanınmış jurnalist Mais Ağayev Bakıda yaranan nəqliyyat sıxlığından narazılığını bildirib.Citypost.az xəbər verir ki, M.Ağayev sosial şəbəkə paylaşımında qeyd edib ki, Mikayıl Əliyev dairəsindən Heydər Əliyev prospekti istiqamətində avtomobillər uzun müddətdir hərəkətsiz qalıb.“1 saat 40 dəqiqədir Mikayıl Əliyev dairəsindən Heydər Əliyev prospekti istiqamətində hərəkətsiz dayanmışıq”, – deyə jurnalist yazıb.O, paylaşımında tıxacın qarşısının alınması məqsədilə yolların bağlanmasının əksinə, əlavə sıxlıq yaratdığını sual edib: “Tıxacın qarşısını almaq üçün yol bağlanır, yoxsa yolun bağlanması tıxac yaradır?”Turan...
22 Sentyabr 2026, 09:35
İki rayon qazsız qalacaq
Ağdaş və Yevlax rayonlarının bəzi kənd və qəsəbələrində qaz təchizatı dayandırılacaq.Citypost.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.Bildirilib ki, sentyabrın 22-ü saat 09:30-dan işlər başa çatanadək Ağdaş rayonunun Ləki qəsəbəsi, Yuxarı Ləki, Orta Ləki, Aşağı Ləki, Hapıtlı, Dovutlu, Binələr, Güvəkənd, Kotanarx, Cardam, Nehrəxəlil, Pirəyir, Cücük, Yenicə və Əmirarx kəndlərinin qaz təchizatında fasilə yaranacaq.Bundan əlavə, "Qaz İxrac" İdarəsi tərəfindən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar sentyabrın 23-ü saat 08:00-dan 25 sentyabr tarixinədək Yevlax şəhərinin bir hissəsinin və rayonun bir sıra kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq....
22 Sentyabr 2026, 08:43