Bizə yazın

Baku

-°C

USD

-

Eldəniz Əmirov: Uşağın yeri əmək bazarında deyil, məktəbdə və ailəsinin yanındadır  

Cəmiyyət 01 İyun 2026, 09:13

331

İqtisadçı-ekspert Eldəniz Əmirov uşaq əməyinin istismarı probleminə diqqət çəkərək bildirib ki, bir ölkənin inkişaf səviyyəsini müəyyən etməyin ən sadə göstəricilərindən biri uşaqların harada olmasıdır – məktəbdə, yoxsa əmək bazarında.

Citypost.az xəbər verir ki, ekspert sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə qeyd edib ki, hazırda dünyada təxminən 138 milyon uşaq əmək fəaliyyətinə cəlb olunur. Onun sözlərinə görə, bəzi Afrika və Asiya ölkələrində uşaq əməyinin istismarı göstəricisi 20-30 faizə çatdığı halda, inkişaf etmiş Avropa ölkələrində bu rəqəm 1 faizdən də aşağıdır. Qlobal orta göstərici isə 8 faiz səviyyəsində qiymətləndirilir.

E.Əmirov bildirib ki, UNICEF-in məlumat bazasında Azərbaycan üzrə son beynəlxalq qiymətləndirmələrdə ölkədəki göstəricinin dünya ortalamasından xeyli aşağı olduğu qeyd edilir.

İqtisadçının fikrincə, son illərdə Azərbaycanda uşaq əməyinin istismarı hallarının əhəmiyyətli dərəcədə azalması müşahidə olunur. O hesab edir ki, əmək münasibətlərinin rəsmiləşdirilməsi, nəzarət mexanizmlərinin gücləndirilməsi və şəffaflığın artırılması bu prosesə müsbət təsir göstərib.

E.Əmirov vurğulayıb ki, gələcəkdə bu göstəricinin daha da azalması vacibdir. Onun sözlərinə görə, uşaqların əsas yeri əmək bazarında deyil, təhsil müəssisələrində, ailələrinin yanında və öz arzularına doğru addımladıqları mühitdədir.

İqtisadçı ekspert 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edərək onlara sağlam, xoşbəxt və qayğısız gələcək arzulayıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ötən ay 85 nəfər zəhərlənib 

2026-cı ilin may ayında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ümumilikdə 85 nəfər müxtəlif mənşəli zəhərlənmə səbəbilə hospitalizasiya olunub.Bu barədə Citypost.az-a KTM-dən məlumat verilib.Bildirilib ki, müalicə tədbirləri nəticəsində 83 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar.Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, təəssüf ki, 2 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

01 İyun 2026, 11:29

Ukraynanın Truskavets şəhərində Qurban Bayramı münasibətilə xeyriyyə tədbiri keçirilib  

Ukraynanın Truskavets şəhərində Qurban Bayramı münasibətilə genişmiqyaslı xeyriyyə tədbiri təşkil olunub.Citypost.az xəbər verir ki, tədbir Nəsib Əlicanov və Fürqan Abdullazadənin təşəbbüsü ilə həyata keçirilib.Bayram çərçivəsində Ukraynanın müxtəlif regionlarında təhsil alan və yaşayan təxminən 150 azərbaycanlı tələbə üçün xüsusi bayram süfrəsi təşkil olunub. Tələbələr və gənclər Truskavets şəhərində bir araya gələrək Qurban Bayramını birlikdə qeyd ediblər.Tədbirdə Truskavets şəhərinin meri Andriy Kulchinskiy, həmçinin Kiyev Nəqliyyat Universitetinin Dənizçilik İnstitutunun direktoru Elena Anatolyevna və Donetsk Dövlət Universitetinin rektoru Denis Sergeyevich də iştirak ediblər.Bayram tədbiri çərçivəsində şəhərdə müvəqqəti və daimi yaşayan azərbaycanlı ailələrə qurban əti paylanılıb. Aksiya Qurban Bayramının həmrəylik, paylaşma və yardımlaşma dəyərlərinin təbliği...

01 İyun 2026, 11:27

Zakir Həsənov Gürcüstan Baş naziri ilə regional məsələləri müzakirə edib

Gürcüstanın Tbilisi şəhərində səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Baş naziri İrakli Kobaxidze ilə görüşüb.Azərbaycan Müdafiə Nazirliyindən Citypost.a-ya verilən xəbərə görə, Gürcüstanın baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovaninin də iştirak etdiyi görüşdə iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyəti, regional və beynəlxalq gündəmdə duran məsələlər müzakirə olunub.Tərəflər, həmçinin regionda sülhün və sabitliyin qorunmasının əhəmiyyətini diqqətə çatdırıb, Gürcüstan və Azərbaycan arasında müdafiə sahəsində strateji tərəfdaşlığın və əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıblar....

01 İyun 2026, 11:11

Prezident: Bu gün tərəfdaşlarımızla enerji kabelləri ilə bağlı sıx əməkdaşlıq edirik 

Bu gün tərəfdaşlarımızla enerji kabelləri ilə bağlı sıx əməkdaşlıq edirikCitypost.az  xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışı zamanı deyib.Qara dəniz enerji kabelinin Azərbaycandan Gürcüstana, Qara dənizdən Rumıniyaya, Macarıstana və bir çox başqa ölkələrədək uzanacağını qeyd edən dövlət başçısı digər layihə olan Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan quru elektrik kabeli xəttinin də həyata keçirilmə mərhələsində olduğunu diqqətə çatdırıb....

01 İyun 2026, 11:02

Prezident İlham Əliyev: Bu gün Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir 

Bu gün Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir.Citypost.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışı zamanı səsləndirib.Aparıcı beynəlxalq reytinq agentlikləri tərəfindən reytinqlərimizin ildən-ilə artdığını vurğulayan dövlət başçısı qeyd edib ki, indiyə qədər artıq investisiya səviyyəli reytinqimiz var.Yoxsulluğun 5 faiz səviyyəsinə endirildiyini, işsizlik eyni rəqəmlər ətrafında olduğunu söyləyən Prezident, həmçinin deyib: “Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq”....

01 İyun 2026, 10:40

İlham Əliyev: Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu 

Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu.Citypost.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində çıxışı zamanı deyib."Zaman keçdikcə o, dəyişdi və daha da böyüdü, indi çoxsaylı tədbirlərin və çox gözəl mərasimlərin keçirildiyi "Bakı Enerji Həftəsi" adlanır", - deyə dövlət başçısı əlavə edib.

01 İyun 2026, 10:30