Bizə yazın

Baku

-°C

USD

-

"Daçnik" kimi tanınan çimərlikdə təhlükəli vəziyyət 

Cəmiyyət 01 İyun 2026, 09:44

416

Çimməyin qadağan olunduğu ərazidə təhülkəli vəziyyət yaranıb. 

Citypost.az Xezerxeber.az-a istinadən xəbər verir ki, Bilgəh ərazisində olan bu əraziyə tələbat çoxdur. Bir neçə ildir aparılan müşahidələr göstərir ki, həmin yerdə boğularaq dünyalarını dəyişənlərdə az deyil.

Dəniz mövsümü açıq elan edilməsə də, artıq xeyli sayda insan çadır quraraq istirahətə başlayıb. Ərazidə olanlar suyun təhlükəsindən xəbərdar olsalar da, bunu problem hesab etmirlər.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirldi ki, həmin ərazi ilə bağlı mütəmadi olaraq xəbərdarlıqlar edilir. Lakin təəssüf ki, qaydalara əməl etməyən xeyli insan var.

Fövqəladə Hallar Nazirliyi bir daha vətəndaşlara yalnız çimərlik üçün yararlı ərazilərdən istifadəni tövsiyyə edir. Bildirilir ki, həmin vaxt havanın temperaturu nəzərə alınmalıdır. Eləcə də qaranlıq saatlarda spirtli içki qəbul etdikdən sonra suya girmək olmaz. Eləcə də suda kobud hərəkətlərə yol vermək qadağandır.

Təhlükəsizlik ekspertləri isə qeyd edirlər ki, qadağan olunan ərazilərə daxil olan vətəndaşlara mütləq rayon icra hakimiyyəti nəzarət etməlidir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Prezident İlham Əliyev: Bu gün Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir 

Bu gün Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir.Citypost.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışı zamanı səsləndirib.Aparıcı beynəlxalq reytinq agentlikləri tərəfindən reytinqlərimizin ildən-ilə artdığını vurğulayan dövlət başçısı qeyd edib ki, indiyə qədər artıq investisiya səviyyəli reytinqimiz var.Yoxsulluğun 5 faiz səviyyəsinə endirildiyini, işsizlik eyni rəqəmlər ətrafında olduğunu söyləyən Prezident, həmçinin deyib: “Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq”....

01 İyun 2026, 10:40

İlham Əliyev: Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu 

Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu.Citypost.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində çıxışı zamanı deyib."Zaman keçdikcə o, dəyişdi və daha da böyüdü, indi çoxsaylı tədbirlərin və çox gözəl mərasimlərin keçirildiyi "Bakı Enerji Həftəsi" adlanır", - deyə dövlət başçısı əlavə edib.

01 İyun 2026, 10:30

Prezident: Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz 

Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz.Citypost.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.Dövlət başçısı, həmçinin vurğulayıb ki, hamımız planeti xilas etmək üçün daha yaxşı bir iqlimə sahib olmaq istəyirik. Hamımız daha yaxşı bir mühitdə yaşamaq istəyirik.

01 İyun 2026, 10:28

Şəhid övladlarının iştirakı ilə "Yol polisimizlə bir gün" adlı tədbir keçirilib 

Şəhid övladlarının iştirakı ilə "Yol polisimizlə bir gün" adlı tədbir keçirilib.Bu barədə Citypost.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.Bildirilib ki, Bakı Şəhər BPİ DYP İdarəsinin təşəbbüsü və "YAŞAT" Fondunun dəstəyi ilə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar şəhid övladları üçün ekskursiya və maarifləndirici görüş təşkil edilib.Uşaq və yeniyetmələr arasında yol hərəkəti təhlükəsizliyinin təbliği məqsədilə həyata keçirilən görüş çərçivəsində tədbir iştirakçıları Bakı Şəhər BPİ DYP İdarəsinin və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin inzibati binalarına ekskursiya ediblər.Məktəblilərə yol-patrul xidməti inspektorlarının xidməti fəaliyyəti, yol hərəkət iştirakçılarının rahat, fasiləsiz və təhlükəsiz hərəkəti üçün görülən tədbirlər, eləcə də inzibati hüquqpozmalar barədə...

01 İyun 2026, 10:15

Səfərbərlik Xidməti və DSX birgə tədbir keçirib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Dövlət Sərhəd Xidmətinin birgə təşkilatçılığı ilə Bakı şəhərində yerləşən müxtəlif ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdlərinin DSX Akademiyasına ekskursiyası təşkil olunub.Səfərbərlik Xidmətindən Citypost.az-a verilən məlumata görə, tədbirdə SHXÇDX-nın və DSX-nın məsul şəxsləri iştirak edib. Tədbir iştirakçıları Dövlət Sərhəd Xidmətinin Akademiyasında Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə ucaldılan abidələri ziyarət edib, üzərinə gül dəstələri düzərək əziz xatirələrini yad ediblər.Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edənlər gənclərin milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər ruhda formalaşdırılmasının vacibliyini vurğulayıb, dövlətçilik ənənələrinin qorunması, Vətənə xidmətin şərəfli missiya olması və gənc nəslin...

01 İyun 2026, 10:07

Prezident İlham Əliyev Bakı 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir.Citypost.az xəbər verir ki, dövlət başçısı tədbirdə çıxış edir.

01 İyun 2026, 10:00