Kolumbiyada prezident seçkiləri sakit şəraitdə keçib
Dünya 01 İyun 2026, 09:12
402
Kolumbiyada prezident seçkiləri zamanı səsvermə prosesi sakit və təhlükəsiz şəraitdə baş tutub.
Citypost.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Kolumbiyanın Vətəndaş Vəziyyəti Aktlarının Milli Reyestrinin rəhbəri Ernan Penyaqos məlumat verib.
Seçki məntəqələrinin bağlanış mərasimində çıxış edən Penyaqos milyonlarla vətəndaşın səsvermədə iştirak etdiyini bildirib.
"Bu gün milyonlarla kolumbiyalı dinc və sabit şəraitdə səs verdi", - deyə o vurğulayıb.
Onun sözlərinə görə, seçkilərin ilkin nəticələri əsasında ümumi tendensiyanı müəyyən etməyə imkan verəcək məlumatların yerli vaxtla saat 18:30-da açıqlanacağı gözlənilir.
Həmçinin oxuyun
“Çox gözəl oyunçudur, başqa qüvvələrə güvənir ” — Ayaz Salayevlə Kinematoqrafçılar İttifaqı ətrafında MÜSAHİBƏ
Buqələmun - Şahin Qurbanovu da Vilyam Hacıyevin taleyi gözləyir?
Şahin Qurbanov yaxşı kabab bişirir... Xəstəxana direktoru ifşa olundu
Deputat Zaur Şükürov: "Azərbaycan cənub marşrutlarındakı riskləri balanslaşdıran əsas qovşaqdır"
Məlumata görə, ölkənin ali dövlət postu uğrunda 11 namizəd mübarizə aparır. Son sorğulara əsasən, hakim solçu "Tarixi Pakt" koalisiyasının namizədi İvan Sepeda, ifrat sağçı iş adamı Abelardo de la Espriyelya və mərkəz sağ yönümlü "Demokratik Mərkəz" partiyasının təmsilçisi Paloma Valensiya seçki yarışının əsas favoritləri hesab olunur.
Birinci turda qələbə qazanmaq üçün namizəd seçicilərin səslərinin mütləq əksəriyyətini – 50 faiz üstəgəl bir səs toplamalıdır. Heç bir namizəd bu nəticəni əldə etməzsə, iyunun 21-də ikinci tur keçiriləcək.
Qeyd edək ki, hazırkı Prezident Qustavo Petro 2022-ci il avqustun 7-də vəzifəsinin icrasına başlayıb. Kolumbiya Konstitusiyasına əsasən, dövlət başçısının ardıcıl ikinci müddətə namizəd olması qadağandır
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Yaponiya silahlanma ittihamlarını rədd edib, bu məsələdə Çini günahlandırıb
Şinciro Koizumi Yaponiyanın “yeni militarizm” (silahlanma) siyasəti yürütməsi ilə bağlı ittihamları rədd edib və Çini hərbi gücünü sürətlə, kifayət qədər şəffaflıq olmadan artırmaqda tənqid edib.Reuters-in məlumatına görə, Yaponiya müdafiə naziri bu fikirləri Sinqapurda keçirilən “Şanqri-La Dialoqu” təhlükəsizlik forumunda səsləndirib. Onun sözlərinə görə, Çin yüksək səviyyədə müdafiə xərclərini artırmağa davam edir.“Çinin xarici siyasət yanaşması və hərbi fəaliyyəti həm Yaponiya, həm də beynəlxalq ictimaiyyət üçün ciddi narahatlıq doğurur”, - deyə Koizumi bildirib.O, Yaponiyanın “yeni militarizm”ə qayıtması ilə bağlı ittihamlara cavab olaraq bildirib ki, bunlar məntiqsizdir.“Bir düşünün. Nəhəng nüvə arsenalına və strateji bombardmançı təyyarələrə malik bir ölkə var. Yaponiyada isə belə silahlar yoxdur,...
01 İyun 2026, 09:31
CNN: İran 18 yeraltı raket bazasına girişi bərpa edib
İran ABŞ zərbələri nəticəsində girişləri bağlanmış 18 iri yeraltı raket bazasına çıxışı bərpa edib.AZƏRTAC xəbər verir ki, bu barədə CNN telekanalı peyk görüntülərinə istinadla məlumat yayıb.Məlumata görə, İran bu obyektlərə aparan 69 tunel girişindən 50-ni yenidən istifadəyə yararlı vəziyyətə gətirib. Ekspertlər hesab edirlər ki, bu, Tehrana yeraltı anbarlarda saxlanılan raket və sursatları daha operativ şəkildə istifadə etmək imkanı yarada bilər.CNN-in qeyd etdiyinə görə, ekspertlər İranın yeraltı bazalarda təxminən 1000 raket saxladığını ehtimal edirlər.Peyk görüntüləri göstərir ki, girişlərin bərpası əsasən buldozerlər və özüboşaldan yük maşınları kimi sadə texnikanın köməyi ilə həyata keçirilib. Bazalara aparan yollar da təmir olunub.Ekspertlərin fikrincə, 20 ildən...
01 İyun 2026, 08:38
Türkiyədə iki ailə arasındakı davada 10 nəfər xəsarət alıb
Türkiyənin şimal-qərbindəki Kocaeli vilayətində iki ailə arasındakı dava sonradan silahlı qarşıdurmaya dönüb."Report"un "Haber Global"a istinadən məlumatına görə, Gölcük rayonunda iki ailə arasında yaşanan davada 10 nəfər xəsarət alıb.Onlardan dördünün odlu silahla vurulduğu bildirilir.Məlumata görə, hadisə ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən iki nəfər saxlanılıb. Araşdırma aparılır.
01 İyun 2026, 08:25
Tramp: İrana olunan sülh təklifləri nüvə silahına imkan verməyəcək
İrana olunan sülh təklifləri Tehranın nüvə silahına sahib olmayacağını açıq şəkildə ifadə edir.APA xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp öz “Truth Social” hesabında məlumat verib."Saxta CNN bu gün yenə iddia edib ki, mənim İranla nüvə proqramı üzrə əldə etdiyim razılaşma ümumiyyətlə nüvə məsələsinə aid deyil. Halbuki, həmin razılaşmada çox açıq şəkildə qeyd olunur ki, İranın nüvə silahı olmayacaq. Bundan əlavə, razılaşmada nüvə mövzusunun digər aspektləri də çox ətraflı və geniş şəkildə izah edilir. Əslində, sazişin böyük hissəsi məhz bu məsələyə həsr olunub", - Tramp yazıb....
01 İyun 2026, 08:00
İsrail Livana növbəti dəfə zərbə endirib, 9 suriyalı qaçqın ölüb
İsrailin Livanın cənubundakı Sidon bölgəsindəki Adlun şəhərinə endirdiyi hava zərbləri zamanı evin uçması nəticəsində dağıntıların altında qalan 1 ailədən olan 9 suriyalı qaçqın, o cümlədən 6 uşaq həlak olub.Bu barədə Livanın rəsmi xəbər agentliyi olan NNA məlumat yayıb.Bildirilib ki, İsrailə məxsus təyyarələr Adlun şəhərində mülki əhalinin yaşadığı evi hədəfə alıb.Livanın Səhiyyə Nazirliyinin açıqlamasına görə, bu il martın 2-dən indiyədək İsrailin hücumları nəticəsində bu ölkədə 3371 nəfər ölüb....
31 May 2026, 09:21
Tramp: ABŞ-İran danışıqları yavaş templə gedir
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton və Tehran arasında münaqişənin nizamlanması üzrə danışıqlar yavaş templə gedir. Amerika lideri bunu "Fox News" telekanalına müsahibəsində deyib."Biz istədiyimizə ləng nail oluruq. İranlılar sərt danışıqçılardır. Bu, uzun müddət çəkir", - Tramp qeyd edib.O, həmçinin bildirib ki, mümkün razılaşma üzrə danışıqlar zamanı Tehran nüvə silahı hazırlamamağa və ya əldə etməməyə razılıq verib."Onlar əvvəlcə nüvə silahı hazırlamayacaqlarını dedilər. Mən soruşdum ki, nüvə silahı alsanız necə olar?'", - o deyib.Trampın sözlərinə görə, hazırkı razılaşma layihəsində İranın nüvə silahı hazırlamayacağı və ya heç bir şəkildə əldə etməyəcəyi nəzərdə tutulur.Amerika lideri vurğulayıb ki, bu, tərəflərin yanaşmasında əhəmiyyətli dəyişiklikdir. "Bu,...
31 May 2026, 08:14