Bizə yazın

Baku

-°C

USD

-

Bahar Muradova: Uşaqlara göstərilən qayğı Azərbaycanın gələcəyinə yatırımdır

Cəmiyyət 01 İyun 2026, 08:03

317

Uşaq hüquqlarının qorunması, onların sağlamlığı təhlükəsizliyi  yalnız ailələrin deyil, bütövlükdə cəmiyyətin və dövlətin gələcəyinin təminatı, onlara göstərilən diqqət isə ölkənin inkişaf səviyyəsinin, humanist dəyərlərə sadiqliyinin və gələcəyə baxışının ən mühüm göstəricilərindəndir.

Azərbaycan Respublikasında son illər uşaqların hüquqlarının müdafiəsi və rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən siyasət Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ardıcıl şəkildə davam etdirilir. Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsləri və sosial-humanitar layihələri isə uşaqların təhsil, sağlamlıq, sosial müdafiə və inkişaf imkanlarının genişləndirilməsinə mühüm töhfə verir.

Bu siyasətin əsas məqsədi hər bir uşağın hüquqlarının təmin edilməsi, onun təhlükəsiz və sağlam mühitdə böyüməsi, keyfiyyətli təhsilə çıxışı, sosial müdafiəsi və cəmiyyət həyatında fəal iştirakıdır.

Son illər Azərbaycanda uşaqların hüquqlarının müdafiəsi istiqamətində qəbul edilmiş normativ hüquqi aktlar dövlət siyasətinin yeni mərhələyə keçdiyini göstərir. 

Qəbul edilmiş qanun və qərarlar uşaqların təhsil hüququnun genişləndirilməsi, sosial müdafiə mexanizmlərinin gücləndirilməsi, inklüziv təhsil imkanlarının artırılması və hüquqi müdafiə sisteminin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

İşğaldan azad olunmuş ərazilərdə yaşayan və peşə təhsili alan şəxslərin təhsil haqlarının dövlət hesabına ödənilməsi ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər sosial ədalət prinsipinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. 

Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, uşaqların hüquqlarının monitorinqi üzrə yeni meyarların müəyyən olunması, dövlət və qeyri-dövlət uşaq müəssisələrində xidmət keyfiyyəti standartlarının təsdiqlənməsi bu istiqamətdə mühüm addımlardandır.

Yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi üzrə komissiyaların fəaliyyətinin təkmilləşdirilməsi, valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı yeni tənzimləmələr, xüsusi təhsil və reabilitasiya xidmətləri üzrə standartların yenilənməsi dövlətin uşaqlara yönəlmiş kompleks siyasətinin tərkib hissəsidir.

Son illər təhsil hüququnun təmin olunması  istiqamətində mühüm nəticələrlə yadda qalmışdır. Ölkə üzrə onlarla yeni təhsil müəssisəsi inşa edilmiş, bir sıra məktəbdə əsaslı təmir işləri və əlavə korpus tikintisi həyata keçirilmişdir.

Minlərlə gəncin peşə təhsilinə yönləndirilməsi əmək bazarına uyğun insan kapitalının formalaşdırılması baxımından mühüm göstəricidir.

Xüsusi diqqət tələb edən məsələlərdən biri də təhsildən yayınmanın qarşısının alınması, yüzlərlə şagirdin yenidən təhsilə qaytarılması dövlət qurumlarının, məktəblərin, ailələrin və ictimaiyyətin birgə fəaliyyətinin nəticəsidir.

 Əlilliyi olan uşaqların böyük hissəsinin təhsilə cəlb olunması, xüsusi təhsil proqramlarının genişləndirilməsi, reabilitasiya və sosial xidmətlərin əlçatanlığının artırılması dövlətin inklüziv yanaşmasının göstəricisidir.

Bu sahədə dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti institutları, sosial xidmət təşkilatları, beynəlxalq tərəfdaşlar və media da fəal iştirak edir.

Reabilitasiya proqramları, inklüziv düşərgələr, psixoloji dəstək layihələri və sosial-mədəni tədbirlər minlərlə uşağın inkişafına müsbət təsir göstərir.

Sosial müdafiə istiqamətində 10 minlərlə  uşağa müxtəlif sosial müavinətlər ödənilir, minlərlə uşaq sosial-psixoloji xidmətlərlə əhatə olunur.

Çətin həyat şəraitində yaşayan uşaqlarla bağlı müdaxilə mexanizmləri gücləndirilir, himayədar ailə institutunun inkişafı istiqamətində yeni addımlar atılır.

Gənc nəslin sağlamlığı məsələləri gələcəyə yöməlmiş ən vacib yatırım kimi dövlətin diqqət mərkəzindədir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqlarla bağlı dövlət siyasətinin həyata keçirilməsində  əlaqələndirici  roluna uyğun olaraq, dövlət qurumları, Milli Məclis, yerli icra hakimiyyətləri, bələdiyyələr, qeyri-hökumət təşkilatları, media nümayəndələri və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində çoxsaylı layihələr həyata keçirir.

Ötən bir il ərzində uşaq hüquqları sahəsində yüzlərlə təlim, seminar, konfrans və görüş təşkil edilmiş, regionlarda maarifləndirmə tədbirləri keçirilmişdir. 

Erkən evliliklərlə mübarizə, kibertəhlükəsizlik, rəqəmsal mühitdə uşaqların müdafiəsi, sağlam həyat tərzi, psixoloji dayanıqlılıq və hüquqi maarifləndirmə istiqamətlərində aparılan fəaliyyətlər geniş ictimai dəstək qazanmaqdadır.

Media ilə əməkdaşlıq bu sahədə xüsusi əhəmiyyət kəsb edir. Uşaq hüquqlarının təşviqi, risklərin ictimailəşdirilməsi və maarifləndirmə işində televiziya, çap və rəqəmsal media mühüm rol oynamaqdadır.. Bu istiqamətdə jurnalistlərin peşəkarlığının artırılması üçün təlimlər və ictimai kampaniyalara da  geniş yer verilir.

Uşaq hüquqlarının qorunması sahəsində müasir  yanaşmanın əsas elementi kimi uşaqların iştirakı məsələləri daim duqqətdə saxlanılır.

Hazırda onların yalnız müdafiə olunan tərəf kimi deyil, həm də qərarvermə proseslərinin iştirakçısı kimi qəbul olunması beynəlxalq standartların əsas tələblərindəndir. Azərbaycan da bu istiqamətdə mühüm addımlar atmaqdadır.

Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisi və Uşaqların Platforması uşaqların iştirakçılıq hüququnun təmin olunması baxımından uğurlu mexanizmlərə çevrilmişdir.

Uşaq Səfirlər Məclisinin fəaliyyəti vasitəsilə bütün ölkə üzrə on minlərlə uşaq və yeniyetmə hüquqi maarifləndirmə, ekoloji təşəbbüslər, sosial layihələr, liderlik və vətəndaş fəallığı proqramlarına cəlb olunmuşdur.

Uşaqların Platforması vasitəsilə regionlarda yaşayan uşaqların fikir və təkliflərinin dövlət siyasətində nəzərə alınması istiqamətində mühüm addımlar atılmaqdadır.Bu platformalar uşaqlarda özünəinamın, sosial məsuliyyətin və vətəndaş iştirakçılığının formalaşmasına xidmət edir.

Azərbaycan uşaqların hüquqlarının müdafiəsi sahəsində beynəlxalq öhdəliklərinə sadiq qalaraq BMT-nin Uşaq Hüquqları Konvensiyasından irəli gələn prinsiplərin həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirməkdədir.

İki və çoxtərəfli əməkdaşlıq səviyyəsində rəqəmsal təhlükəsizlik, inklüziv təhsil, sosial müdafiə və psixososial dəstək məsələləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi diqqət mərkəzində saxlanılır.

Xüsusilə rəqəmsal mühitdə uşaqların müdafiəsi, kibertəhlükəsizlik və təhlükəsiz internet istifadəsi ilə bağlı beynəlxalq konfranslar və maarifləndirmə tədbirləri müasir çağırışlara adekvat yanaşmanın göstəricisidir

Unutmaq olmaz ki, uşaqların hüquqlarının qorunması yalnız hüquqi və sosial məsələ deyil, həm də milli təhlükəsizlik, insan kapitalının inkişafı və dayanıqlı gələcəyin təmin edilməsidir.

Bu istiqamətdə əldə edilən nəticələr dövlət qurumlarının, parlamentin, yerli icra və bələdiyyə orqanlarının, vətəndaş cəmiyyəti institutlarının, media nümayəndələrinin, müəllimlərin, həkimlərin, sosial işçilərin, valideynlərin və uşaqların birgə əməkdaşlığının nəticəsidir.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü hamımıza  bir daha xatırladır ki, hər bir uşağın təhlükəsiz, sağlam və xoşbəxt gələcəyi naminə görülən işlər davamlı olmalı, uşaqların hüquqları cəmiyyət həyatının bütün sahələrində əsas prioritet kimi qorunmalıdır.

Çünki uşaqlara göstərilən qayğı Azərbaycanın gələcəyinin təminatıdır. 

Bahar Muradova

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ötən ay 85 nəfər zəhərlənib 

2026-cı ilin may ayında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ümumilikdə 85 nəfər müxtəlif mənşəli zəhərlənmə səbəbilə hospitalizasiya olunub.Bu barədə Citypost.az-a KTM-dən məlumat verilib.Bildirilib ki, müalicə tədbirləri nəticəsində 83 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar.Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, təəssüf ki, 2 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

01 İyun 2026, 11:29

Ukraynanın Truskavets şəhərində Qurban Bayramı münasibətilə xeyriyyə tədbiri keçirilib  

Ukraynanın Truskavets şəhərində Qurban Bayramı münasibətilə genişmiqyaslı xeyriyyə tədbiri təşkil olunub.Citypost.az xəbər verir ki, tədbir Nəsib Əlicanov və Fürqan Abdullazadənin təşəbbüsü ilə həyata keçirilib.Bayram çərçivəsində Ukraynanın müxtəlif regionlarında təhsil alan və yaşayan təxminən 150 azərbaycanlı tələbə üçün xüsusi bayram süfrəsi təşkil olunub. Tələbələr və gənclər Truskavets şəhərində bir araya gələrək Qurban Bayramını birlikdə qeyd ediblər.Tədbirdə Truskavets şəhərinin meri Andriy Kulchinskiy, həmçinin Kiyev Nəqliyyat Universitetinin Dənizçilik İnstitutunun direktoru Elena Anatolyevna və Donetsk Dövlət Universitetinin rektoru Denis Sergeyevich də iştirak ediblər.Bayram tədbiri çərçivəsində şəhərdə müvəqqəti və daimi yaşayan azərbaycanlı ailələrə qurban əti paylanılıb. Aksiya Qurban Bayramının həmrəylik, paylaşma və yardımlaşma dəyərlərinin təbliği...

01 İyun 2026, 11:27

Zakir Həsənov Gürcüstan Baş naziri ilə regional məsələləri müzakirə edib

Gürcüstanın Tbilisi şəhərində səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Baş naziri İrakli Kobaxidze ilə görüşüb.Azərbaycan Müdafiə Nazirliyindən Citypost.a-ya verilən xəbərə görə, Gürcüstanın baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovaninin də iştirak etdiyi görüşdə iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyəti, regional və beynəlxalq gündəmdə duran məsələlər müzakirə olunub.Tərəflər, həmçinin regionda sülhün və sabitliyin qorunmasının əhəmiyyətini diqqətə çatdırıb, Gürcüstan və Azərbaycan arasında müdafiə sahəsində strateji tərəfdaşlığın və əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıblar....

01 İyun 2026, 11:11

Prezident: Bu gün tərəfdaşlarımızla enerji kabelləri ilə bağlı sıx əməkdaşlıq edirik 

Bu gün tərəfdaşlarımızla enerji kabelləri ilə bağlı sıx əməkdaşlıq edirikCitypost.az  xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışı zamanı deyib.Qara dəniz enerji kabelinin Azərbaycandan Gürcüstana, Qara dənizdən Rumıniyaya, Macarıstana və bir çox başqa ölkələrədək uzanacağını qeyd edən dövlət başçısı digər layihə olan Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan quru elektrik kabeli xəttinin də həyata keçirilmə mərhələsində olduğunu diqqətə çatdırıb....

01 İyun 2026, 11:02

Prezident İlham Əliyev: Bu gün Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir 

Bu gün Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir.Citypost.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışı zamanı səsləndirib.Aparıcı beynəlxalq reytinq agentlikləri tərəfindən reytinqlərimizin ildən-ilə artdığını vurğulayan dövlət başçısı qeyd edib ki, indiyə qədər artıq investisiya səviyyəli reytinqimiz var.Yoxsulluğun 5 faiz səviyyəsinə endirildiyini, işsizlik eyni rəqəmlər ətrafında olduğunu söyləyən Prezident, həmçinin deyib: “Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq”....

01 İyun 2026, 10:40

İlham Əliyev: Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu 

Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu.Citypost.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində çıxışı zamanı deyib."Zaman keçdikcə o, dəyişdi və daha da böyüdü, indi çoxsaylı tədbirlərin və çox gözəl mərasimlərin keçirildiyi "Bakı Enerji Həftəsi" adlanır", - deyə dövlət başçısı əlavə edib.

01 İyun 2026, 10:30