Elvin Abbasov: Milli Kibertəhlükəsizlik Agentliyi vaxtında verilmiş qərardır
Cəmiyyət 04 İyun 2026, 10:40
1267
Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə Elektron Təhlükəsizlik Xidmətinin bazasında Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması rəqəmsal mühitdəki dağınıqlığın aradan qaldırılması, tənzimləmə və nəzarət mexanizmlərinin mərkəzləşdirilməsi baxımından obyektiv qərardır. Gündəlik fəaliyyətlərin, fərdi verilənlərin və biznes proseslərinin sürətlə onlayn mühitə daşındığı bir reallıqda, kibertəhlükəsizlik artıq sırf texniki bir İT məsələsi olmaqdan çıxıb, milli təhlükəsizliyin və gündəlik həyatın birbaşa tərkib hissəsinə çevrilib.
Bu sözləri Citypost.az-a açıqlamasında Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov bildirib
"Hüquqi struktur və idarəetmə modeli baxımından yanaşdıqda, yeni Agentliyin fəaliyyət mexanizmində üç əsas rasyonal məqam önə çıxır. Birincisi, reaktiv rejimdən preventiv analitikaya keçiddir. Qurumun əsas iş fəlsəfəsi baş vermiş kiberinsidentlərin fəsadlarının ardınca qaçmaq deyil, erkən xəbərdarlıq sistemləri vasitəsilə riskləri öncədən təsbit edib zərərsizləşdirmək üzərində qurulur. Bu yanaşmanın milli kritik infrastrukturlarda data və maliyyə itkilərini minimuma endirmək baxımından böyük iqtisadi səmərəlilik və rəqəmsal dayanıqlılıq yaradacağını düşünürəm.
İkincisi, Milli CERT və koordinasiya boşluğunun qapadılmasıdır. Dövlət qurumları, maliyyə-bank sektoru, provayderlər və operatorlar arasında operativ məlumat mübadiləsini təmin edən vahid bir mərkəz fəaliyyət göstərəcək. Fərmanda ali kateqoriyalı dövlət orqanları və kritik infrastrukturlarla bağlı müəyyən istisnaların və limitlərin qoyulması isə digər xüsusi xidmət orqanları ilə səlahiyyət toqquşmalarının qarşısını almağa hesablanmış çox rasyonal bir yanaşmadır.
Üçüncüsü isə maliyyə çevikliyi və istedadların saxlanılması məsələsidir. Agentliyin publik hüquqi şəxs statusunda, özünümaliyyələşdirmə modelinə əsaslanaraq fəaliyyət göstərməsi ona korporativ çeviklik qazandırır. Bu model, dövlət strukturlarında tez-tez rast gəlinən kiber-mütəxəssislərin xaricə və ya özəl sektora qaçışı probleminin qarşısını almaq üçün bazara uyğun, rəqabətədavamlı əməkhaqqı şərtlərinin formalaşdırılmasına zəmin yaradır.
Vətəndaş müstəvisində isə fərdi məlumatların qanunsuz toplanması və işlənilməsinə qarşı nəzarətin bu Agentliyə həvalə edilməsi rəqəmsal gigiyenanı qanunvericilik aktlarından praktik tətbiq mərhələsinə keçirir. Transmilli kiberhücumlarla mübarizədə xarici tərəfdaşlarla qurulacaq beynəlxalq əməkdaşlıq isə Azərbaycanın qlobal arenada rəqəmsal çəkisini tənzimləyəcəkdir. Bu mühüm transformasiyanın real nəticələri və effektivliyi isə qurulacaq daxili texnoloji infrastrukturun subyektlərlə real vaxt rejimində nə dərəcədə qüsursuz və çevik inteqrasiya olunacağından birbaşa asılı olacaqdır. " -deyə Elvin Abbasov bildirib
Həmçinin oxuyun
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Azərbaycanın avtomobil yollarında iyunun 16-da müşahidə ediləcək vəziyyət açıqlanıb.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, ölkə ərazisinin əksər yerlərində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
15 İyun 2026, 17:26
İtkin düşən 8 nəfər həftəsonu tapılıb
İtkin düşən 8 nəfər həftəsonu tapılıb.Bu barədəCitypost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, ötən iki gün ərzində yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
15 İyun 2026, 17:05
Zakir Həsənov Pakistana başsağlığı verib
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığı ünvanlayıb.Bu barədə Citypost.az-a nazirliyindən məlumat verilib.Bildirilib ki, başsağlığında deyilir: "Pakistan Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsinin ölkənin şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətində qəzaya uğraması nəticəsində iki pilotun həyatını itirməsi barədə xəbər məni dərindən kədərləndirdi.Baş vermiş aviaqəza nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.Allah rəhmət eləsin."...
15 İyun 2026, 16:53
Zakir Həsənov Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
Müdafiə naziri Zakir Həsənov Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Təbrikdə deyilir:"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!Sizi 15 İyun – Milli Qurtuluş Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ölkəmizin müdafiə qüdrətinin daha da artırılması naminə müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.Azərbaycan rəhbərliyinə yenidən qayıdan Ümummilli Lider Heydər Əliyev respublikamızın müstəqilliyinə, suverenliyinə qarşı yaranan təhlükələrin aradan qaldırılmasında müstəsna xidmətlər göstərərək zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı və doğma Vətənə tükənməz sevgisi ilə ölkəmizi ictimai-siyasi böhrandan, xaosdan xilas etmişdir.Azərbaycanın inkişaf strategiyasının banisi, xalqımızın xilaskarı...
15 İyun 2026, 15:48
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.Citypost.az xəbər verir ki, 7 vaqondan ibarət, çəkisi 490 ton olan buğda bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 29 min tondan çox taxıl, 7 min tondan çox gübrə, 414 ton antrasit (daş kömür növü) 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.Tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 13 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub....
15 İyun 2026, 15:33
Bakıda narkokuryerlikdə şübhəli bilinən şəxsdən marixuana və tiryək aşkarlanıb
Nərimanov rayonunda 9 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.Bu barədə Citypost.az Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Tədbir zamanı paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 42 yaşlı Samir Mirzəyev saxlanılıb.S.Mirzəyevin sərnişin kimi istifadə etdiyi avtomobildən ona məxsus 5 kiloqram marixuana, 4 kiloqramdan artıq tiryək, həşiş və heroin, eləcə də 1112 ədəd psixotrop tərkibli metadon həbi aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri paytaxt ərazisində qanunsuz dövriyyəyə buraxmaq məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.Faktla bağlı cinayət işi başlanılıb. S.Mirzəyev barəsində məhkəmənin...
15 İyun 2026, 15:24