Bizə yazın

Baku

-°C

USD

-

Sahibə Qafarova Nquyen Tiyenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Cəmiyyət 08 İyun 2026, 16:23

527

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Vyetnam Sosialist Respublikasının Baş prokuroru Nquyen Tiyenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Citypsot.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Milli Məclisin sədri bu səfərin Azərbaycan və Vyetnam arasında əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə inamını bildirib.

Söhbət zamanı iki ölkə arasında dost münasibətlərin təməlinin hələ ötən əsrdə Ulu Öndər Heydər Əliyev və Vyetnam xalqının böyük oğlu Ho Şi Min tərəfindən qoyulduğu bildirilib. Vurğulanıb ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr dinamik inkişaf edib.

Görüşdə ikitərəfli əlaqələrin güclənməsində ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin müstəsna rolu qeyd olunub, Azərbaycan Prezidentinin Vyetnama, Vyetnam Prezidentinin isə Azərbaycana səfərlərinin münasibətlərimizin dinamikasını müəyyən etdiyi diqqətə çatdırılıb.

Bildirilib ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edirlər. Bu baxımdan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin əhəmiyyətindən danışan Milli Məclisin sədri, Vyetnamı bu platformada fəal iştiraka dəvət edib.

Spiker qonağa Milli Məclisin ölkənin qanunvericilik sisteminin təkmilləşdirilməsi sahəsində fəaliyyəti kontekstində Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə qarşılıqlı əməkdaşlığı, Azərbaycanda müasir parlamentin strukturu, beynəlxalq fəaliyyəti, parlamentdə partiyaların təmsilçiliyi barədə məlumat verib. Qeyd olunub ki, iki ölkənin hakim partiyaları olan Yeni Azərbaycan Partiyası və Vyetnam Kommunist Partiyasının səmərəli əməkdaşlığı ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verir.

Söhbət zamanı Milli Məclisin sədri Vyetnam parlamenti ilə qarşılıqlı əməkdaşlıq, parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyəti, parlamentlər arasında əlaqələrin genişləndirilməsi perspektivləri barədə də fikirlərini bölüşüb.

Görüş üçün təşəkkürünü bildirən Vyetnam Sosialist Respublikasının Baş prokuroru Nquyen Tiyen Vyetnam Milli Assambleyası sədrinin salamlarını çatdırıb, ölkəmizə səfəri barədə təəssüratlarını bölüşüb. O, Azərbaycanın bir sıra mühüm beynəlxalq tədbirlərə evsahibliyi etməsini məmnunluqla qeyd edərək, bu baxımdan COP29-un ölkəmizdə uğurla keçirildiyini vurğulayıb.

İki ölkənin prokurorluq orqanları arasında əlaqələrin inkişafından söz açan qonaq rəhbərlik etdiyi qurumla Azərbaycan Baş prokurorluğu arasında imzalanmış sənədlərin əhəmiyyətindən və əməkdaşlığın perspektivlərindən danışıb. O, qeyd edib ki, bu gün Vyetnam və Azərbaycan Baş prokurorluqları arasında imzalanmış əməkdaşlıq proqramı cinayətkarlıqla mübarizə tədbirlərinin daha da gücləndirilməsinə xidmət edir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Lənkəran çayında qanunsuz tikinti və qazıntı işləri aşkarlandı 

Su polisi aidiyyəti qurumlarla birgə çayların mühafizə zolaqlarına qanunsuz müdaxilə hallarına qarşı tədbirlər keçiribBu barədə Citypost.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.DİN-in Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti ilə birgə çayların mühafizə zonaları və məcralarına qanunsuz müdaxilə hallarının qarşısının alınması məqsədilə tədbirlər həyata keçiriblər.Qəbələ və Lənkəran rayonlarında keçirilən son tədbirlər zamanı qeyd olunan ərazilərdə yerləşən çayların mühafizə zolaqlarında qanunvericiliyin tələblərinin pozulması halları aşkarlanıb.Müəyyən edilib ki, bəzi ərazilərdə müvafiq icazələr olmadan qazıntı işləri aparılıb, su mühafizə zonalarında müxtəlif təyinatlı qurğular inşa olunub, eləcə də çayların təbii axınına və ətraf...

08 İyun 2026, 17:55

Ötən ay ADY-də yükdaşımalar 23% artıb 

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 2026-cı ilin mayında 1.6 milyon tondan çox yük daşıyıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23% çoxdur.ADY-dən Citypost.az-a verilən məlumata görə, qeyd olunan dövrdə tranzit daşımaları 700 min tonu ötərək keçən ilin göstəricisini 34% üstələyib.Tranzit yükdaşımalarda Şərq-Qərb dəhlizi üzrə 48% (398 508 ton), Şimal-Cənub istiqaməti üzrə 26% (55 072 ton), Şimal-Qərb istiqaməti üzrə isə 19% (236 480 ton) artım qeydə alınıb....

08 İyun 2026, 17:48

Emin Əmrullayev TDT Təhsil Nazirlərinin iclasında iştirak edib

İyunun 8-də Qazaxıstan Respublikasının Türküstan şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) Təhsil Nazirlərinin 9-cu iclası keçirilib.Bu barədə Citypost.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.Qeyd olunub ki, Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyinin ev sahibliyi ilə təşkil olunan iclasa bu ölkənin elm və ali təhsil naziri Sayasat Nurbek sədrlik edib.İclasda “Türk dünyası vizyonu – 2040”, “TDT Strategiyası 2022–2026”, eləcə də TDT Zirvə görüşləri və təhsil nazirlərinin iclaslarında qəbul edilmiş qərarlar çərçivəsində təhsil sahəsində çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.Görüş zamanı Türk dünyasında təhsil inteqrasiyasının gücləndirilməsi, akademik mobilliyin artırılması, Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) fəaliyyətinin davamlılığının təmin edilməsi, həmçinin Türk Dünyası Ali...

08 İyun 2026, 17:35

Ramiz Fətəliyev Prezidentin fəxri diplomu ilə təltif edilib

Ramiz Məmməd oğlu Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncama əsasən Ramiz Fətəliyev Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.Qeyd edək ki, ötən gün Ramiz Fətəliyevin 80 yaşı tamam oldu

08 İyun 2026, 17:25

Ədliyyə Nazirliyinin nümayəndə heyəti Pakistanda beynəlxalq təlim proqramında iştirak edib 

Ədliyyə Nazirliyinin nümayəndə heyəti Pakistanın İslamabad şəhərində təşkil olunmuş “Advanced Treaty Practice: From Signature to Domestic Law” (“Müqavilə təcrübəsinin təkmilləşdirilməsi: İmzalanmadan milli qanunvericiliyə qədər”) adlı beynəlxalq təlim proqramında iştirak edib.Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, təlimdə nazirliyin Beynəlxalq əməkdaşlıq baş idarəsi, Qanunvericilik baş idarəsi, Penitensiar xidməti, Məhkəmə Ekspertizası Mərkəzi və İnsan resursları idarəsindən ümumilikdə 10 əməkdaş təmsil olunub.Təlimdə Azərbaycanla yanaşı, Çin, Banqladeş, Pakistan və Türkiyədən olan nümayəndələr iştirak ediblər.Tədbir Azərbaycanın Ədliyyə Nazirliyi ilə Pakistanın Hüquq və Ədliyyə Nazirliyi arasında imzalanmış Əməkdaşlıq Proqramı çərçivəsində təşkil olunub. Proqramın həyata keçirilməsi ilə bağlı razılıq ədliyyə naziri Fərid Əhmədovun mayın 14-15-də Pakistana...

08 İyun 2026, 17:21

Mikayıl Cabbarov Ole Toftla görüşdü

İqtisadiyyat naziri Mikayıl Cabbarov Danimarka Krallığının Azərbaycandakı qeyri-rezident səfiri Ole Toft və “Novo Nordisk Azərbaycan” əczaçılıq şirkətinin baş direktoru Şule Erdim Ersoy ilə görüşüb.Nazirlikdən Citypost.az-a bildirilib ki, görüşdə Azərbaycan ilə Danimarka arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivləri, qarşılıqlı maraq doğuran sahələr üzrə tərəfdaşlığın genişləndirilməsi və biznes əlaqələrinin şaxələndirilməsi imkanları müzakirə olunub.Tərəflər ölkələrimizin iqtisadi əməkdaşlıq gündəliyində yer alan prioritet istiqamətləri nəzərdən keçirərək, müxtəlif sahələrdə işgüzar əlaqələrin dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıblar.Azərbaycanın əlverişli investisiya mühiti, özəl sektorun inkişafı və beynəlxalq şirkətlərlə əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparılıb.Görüş zamanı “Novo Nordisk Azərbaycan” şirkətinin ölkəmizdəki fəaliyyəti, səhiyyə sektorunda qarşılıqlı təşəbbüslərin reallaşdırılması, innovativ həllərin...

08 İyun 2026, 17:08