Sosial iş ixtisası üzrə təhsil alan tələbələrlə görüş təşkil edilib
Cəmiyyət 08 İyun 2026, 16:10
455
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində Sosial iş ixtisası üzrə təhsil alan 3-cü kurs tələbələri üçün maarifləndirici görüş təşkil olunub.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Citypost.az-a verilən məlumata görə, tədbirin məqsədi tələbələrin nəzəri biliklərini praktik təcrübə ilə zənginləşdirmək, onları sosial xidmət sahəsinin aktual istiqamətləri ilə tanış etmək və gələcək peşə fəaliyyətlərinə hazırlıq prosesinə dəstək verməkdən ibarət olub.
Görüşdə Agentliyin fəaliyyəti, insan resurslarının idarə olunması, işə qəbul prosesləri, peşəkar inkişaf imkanları və sosial iş mütəxəssislərinin əmək bazarındakı rolu barədə tələbələrə ətraflı məlumat verilib.
Həmçinin oxuyun
Tədbirdə, həmçinin valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş sahəsində həyata keçirilən sosial xidmətlər, uşaqların müdafiəsi və rifahının təmin olunması sahəsində görülən işlərdən bəhs edilib.
İnteraktiv formatda keçirilən görüş zamanı tələbələr sosial iş sahəsində praktik fəaliyyət, peşə etikası, karyera imkanları və peşəkar inkişaf perspektivləri ilə bağlı suallarını ünvanlayaraq mütəxəssislərlə fikir mübadiləsi aparıblar.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Emin Əmrullayev TDT Təhsil Nazirlərinin iclasında iştirak edib
İyunun 8-də Qazaxıstan Respublikasının Türküstan şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) Təhsil Nazirlərinin 9-cu iclası keçirilib.Bu barədə Citypost.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.Qeyd olunub ki, Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyinin ev sahibliyi ilə təşkil olunan iclasa bu ölkənin elm və ali təhsil naziri Sayasat Nurbek sədrlik edib.İclasda “Türk dünyası vizyonu – 2040”, “TDT Strategiyası 2022–2026”, eləcə də TDT Zirvə görüşləri və təhsil nazirlərinin iclaslarında qəbul edilmiş qərarlar çərçivəsində təhsil sahəsində çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.Görüş zamanı Türk dünyasında təhsil inteqrasiyasının gücləndirilməsi, akademik mobilliyin artırılması, Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) fəaliyyətinin davamlılığının təmin edilməsi, həmçinin Türk Dünyası Ali...
08 İyun 2026, 17:35
Ramiz Fətəliyev Prezidentin fəxri diplomu ilə təltif edilib
Ramiz Məmməd oğlu Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncama əsasən Ramiz Fətəliyev Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.Qeyd edək ki, ötən gün Ramiz Fətəliyevin 80 yaşı tamam oldu
08 İyun 2026, 17:25
Ədliyyə Nazirliyinin nümayəndə heyəti Pakistanda beynəlxalq təlim proqramında iştirak edib
Ədliyyə Nazirliyinin nümayəndə heyəti Pakistanın İslamabad şəhərində təşkil olunmuş “Advanced Treaty Practice: From Signature to Domestic Law” (“Müqavilə təcrübəsinin təkmilləşdirilməsi: İmzalanmadan milli qanunvericiliyə qədər”) adlı beynəlxalq təlim proqramında iştirak edib.Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, təlimdə nazirliyin Beynəlxalq əməkdaşlıq baş idarəsi, Qanunvericilik baş idarəsi, Penitensiar xidməti, Məhkəmə Ekspertizası Mərkəzi və İnsan resursları idarəsindən ümumilikdə 10 əməkdaş təmsil olunub.Təlimdə Azərbaycanla yanaşı, Çin, Banqladeş, Pakistan və Türkiyədən olan nümayəndələr iştirak ediblər.Tədbir Azərbaycanın Ədliyyə Nazirliyi ilə Pakistanın Hüquq və Ədliyyə Nazirliyi arasında imzalanmış Əməkdaşlıq Proqramı çərçivəsində təşkil olunub. Proqramın həyata keçirilməsi ilə bağlı razılıq ədliyyə naziri Fərid Əhmədovun mayın 14-15-də Pakistana...
08 İyun 2026, 17:21
Mikayıl Cabbarov Ole Toftla görüşdü
İqtisadiyyat naziri Mikayıl Cabbarov Danimarka Krallığının Azərbaycandakı qeyri-rezident səfiri Ole Toft və “Novo Nordisk Azərbaycan” əczaçılıq şirkətinin baş direktoru Şule Erdim Ersoy ilə görüşüb.Nazirlikdən Citypost.az-a bildirilib ki, görüşdə Azərbaycan ilə Danimarka arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivləri, qarşılıqlı maraq doğuran sahələr üzrə tərəfdaşlığın genişləndirilməsi və biznes əlaqələrinin şaxələndirilməsi imkanları müzakirə olunub.Tərəflər ölkələrimizin iqtisadi əməkdaşlıq gündəliyində yer alan prioritet istiqamətləri nəzərdən keçirərək, müxtəlif sahələrdə işgüzar əlaqələrin dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıblar.Azərbaycanın əlverişli investisiya mühiti, özəl sektorun inkişafı və beynəlxalq şirkətlərlə əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparılıb.Görüş zamanı “Novo Nordisk Azərbaycan” şirkətinin ölkəmizdəki fəaliyyəti, səhiyyə sektorunda qarşılıqlı təşəbbüslərin reallaşdırılması, innovativ həllərin...
08 İyun 2026, 17:08
Ukraynadan Azərbaycana gətirilən 30 uşaq reabilitasiya xidmətləri ilə təmin edilib
Ukraynadan Azərbaycana gətirilən daha 30 uşaq reabilitasiya xidmətləri ilə əhatə olunublar.Citypost.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.Bildirilib ki, ilk mərhələdə onlar nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində müayinədən keçirilib və hər biri üçün fərdi reabilitasiya proqramı tərtib edilib.Bu proqram əsasında onlar üçün emosional vəziyyətlərinin stabilləşməsinə, cəmiyyətə inteqrasiyalarına dəstək məqsədilə fərdi konsultasiyalar, qrup terapiyaları, yoqa və rəqs terapiya məşğələləri keçirilir. Həmçinin uşaqlara müalicəvi masaj, müalicəvi hovuz və vanna, art-terapiya və s. reabilitasiya xidmətləri göstərilir.10 günlük sosial reabilitasiya proqramı çərçivəsində ukraynalı uşaqlar üçün asudə vaxtlarının maraqlı keçməsi üçün tarixi...
08 İyun 2026, 17:05
Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərləri TRIPP-in icrasını müzakirə edib
Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərləri bu gün üçtərəfli görüşdə Orta Dəhlizi müzakirə edib.APA xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İstanbulda Türkiyə–Azərbaycan–Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib.Nazir bildirib ki, bugünkü görüşdə Zəngəzur Dəhlizinin əhəmiyyəti qeyd edilib, Zəngəzur Dəhlizinin bir hissəsi olan TRIPP layihəsinin icrasına dair fikir mübadiləsi aparılıb.“Türkiyə ərazisində icra olunan Qars-İğdır-Dilucu dəmiryolu xəttinin çəkilişi böyük məmnunluqla qeyd edilib”, - nazir əlavə edib....
08 İyun 2026, 16:51