Bizə yazın

Baku

-°C

USD

-

Emin Əmrullayev TDT Təhsil Nazirlərinin iclasında iştirak edib

Cəmiyyət 08 İyun 2026, 17:35

447

İyunun 8-də Qazaxıstan Respublikasının Türküstan şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) Təhsil Nazirlərinin 9-cu iclası keçirilib.

Bu barədə Citypost.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyinin ev sahibliyi ilə təşkil olunan iclasa bu ölkənin elm və ali təhsil naziri Sayasat Nurbek sədrlik edib.

İclasda “Türk dünyası vizyonu – 2040”, “TDT Strategiyası 2022–2026”, eləcə də TDT Zirvə görüşləri və təhsil nazirlərinin iclaslarında qəbul edilmiş qərarlar çərçivəsində təhsil sahəsində çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Görüş zamanı Türk dünyasında təhsil inteqrasiyasının gücləndirilməsi, akademik mobilliyin artırılması, Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) fəaliyyətinin davamlılığının təmin edilməsi, həmçinin Türk Dünyası Ali Təhsil Məkanının yaradılması istiqamətində həyata keçirilən layihə və təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. Bundan başqa, iclasda ümumi təhsil sahəsində şagird və müəllim mübadilə proqramları da daxil olmaqla, birgə əməkdaşlıq imkanları müzakirə edilib.

İclasda çıxış edən elm və təhsil naziri Emin Əmrullayev TDT çərçivəsində elm və təhsil sahəsində əməkdaşlığın inkişafı istiqamətində həyata keçirilən işləri yüksək qiymətləndirib. Nazir ümumi və ali təhsil sahələrində irəli sürülən təşəbbüslərin TDT-yə üzv və müşahidəçi dövlətlər arasında akademik mobilliyin genişləndirilməsinə, universitetlərarası əlaqələrin gücləndirilməsinə, eləcə də Türk dünyasında təhsil sahəsində inteqrasiyanın dərinləşdirilməsinə töhfə verəcəyini bildirib. Nazir həmçinin Azərbaycanın Türk dünyasında ali təhsil sahəsində daha sistemli institusional əməkdaşlığın qurulmasına dair təşəbbüsünü təqdim edib.

Bildirilib ki, iclasın yekununda 9-cu iclasın kommünikesi imzalanıb, bir sıra strateji sənəd və təşəbbüslər təsdiq edilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Lənkəran çayında qanunsuz tikinti və qazıntı işləri aşkarlandı 

Su polisi aidiyyəti qurumlarla birgə çayların mühafizə zolaqlarına qanunsuz müdaxilə hallarına qarşı tədbirlər keçiribBu barədə Citypost.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.DİN-in Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti ilə birgə çayların mühafizə zonaları və məcralarına qanunsuz müdaxilə hallarının qarşısının alınması məqsədilə tədbirlər həyata keçiriblər.Qəbələ və Lənkəran rayonlarında keçirilən son tədbirlər zamanı qeyd olunan ərazilərdə yerləşən çayların mühafizə zolaqlarında qanunvericiliyin tələblərinin pozulması halları aşkarlanıb.Müəyyən edilib ki, bəzi ərazilərdə müvafiq icazələr olmadan qazıntı işləri aparılıb, su mühafizə zonalarında müxtəlif təyinatlı qurğular inşa olunub, eləcə də çayların təbii axınına və ətraf...

08 İyun 2026, 17:55

Ötən ay ADY-də yükdaşımalar 23% artıb 

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 2026-cı ilin mayında 1.6 milyon tondan çox yük daşıyıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23% çoxdur.ADY-dən Citypost.az-a verilən məlumata görə, qeyd olunan dövrdə tranzit daşımaları 700 min tonu ötərək keçən ilin göstəricisini 34% üstələyib.Tranzit yükdaşımalarda Şərq-Qərb dəhlizi üzrə 48% (398 508 ton), Şimal-Cənub istiqaməti üzrə 26% (55 072 ton), Şimal-Qərb istiqaməti üzrə isə 19% (236 480 ton) artım qeydə alınıb....

08 İyun 2026, 17:48

Ramiz Fətəliyev Prezidentin fəxri diplomu ilə təltif edilib

Ramiz Məmməd oğlu Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncama əsasən Ramiz Fətəliyev Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.Qeyd edək ki, ötən gün Ramiz Fətəliyevin 80 yaşı tamam oldu

08 İyun 2026, 17:25

Ədliyyə Nazirliyinin nümayəndə heyəti Pakistanda beynəlxalq təlim proqramında iştirak edib 

Ədliyyə Nazirliyinin nümayəndə heyəti Pakistanın İslamabad şəhərində təşkil olunmuş “Advanced Treaty Practice: From Signature to Domestic Law” (“Müqavilə təcrübəsinin təkmilləşdirilməsi: İmzalanmadan milli qanunvericiliyə qədər”) adlı beynəlxalq təlim proqramında iştirak edib.Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, təlimdə nazirliyin Beynəlxalq əməkdaşlıq baş idarəsi, Qanunvericilik baş idarəsi, Penitensiar xidməti, Məhkəmə Ekspertizası Mərkəzi və İnsan resursları idarəsindən ümumilikdə 10 əməkdaş təmsil olunub.Təlimdə Azərbaycanla yanaşı, Çin, Banqladeş, Pakistan və Türkiyədən olan nümayəndələr iştirak ediblər.Tədbir Azərbaycanın Ədliyyə Nazirliyi ilə Pakistanın Hüquq və Ədliyyə Nazirliyi arasında imzalanmış Əməkdaşlıq Proqramı çərçivəsində təşkil olunub. Proqramın həyata keçirilməsi ilə bağlı razılıq ədliyyə naziri Fərid Əhmədovun mayın 14-15-də Pakistana...

08 İyun 2026, 17:21

Mikayıl Cabbarov Ole Toftla görüşdü

İqtisadiyyat naziri Mikayıl Cabbarov Danimarka Krallığının Azərbaycandakı qeyri-rezident səfiri Ole Toft və “Novo Nordisk Azərbaycan” əczaçılıq şirkətinin baş direktoru Şule Erdim Ersoy ilə görüşüb.Nazirlikdən Citypost.az-a bildirilib ki, görüşdə Azərbaycan ilə Danimarka arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivləri, qarşılıqlı maraq doğuran sahələr üzrə tərəfdaşlığın genişləndirilməsi və biznes əlaqələrinin şaxələndirilməsi imkanları müzakirə olunub.Tərəflər ölkələrimizin iqtisadi əməkdaşlıq gündəliyində yer alan prioritet istiqamətləri nəzərdən keçirərək, müxtəlif sahələrdə işgüzar əlaqələrin dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıblar.Azərbaycanın əlverişli investisiya mühiti, özəl sektorun inkişafı və beynəlxalq şirkətlərlə əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparılıb.Görüş zamanı “Novo Nordisk Azərbaycan” şirkətinin ölkəmizdəki fəaliyyəti, səhiyyə sektorunda qarşılıqlı təşəbbüslərin reallaşdırılması, innovativ həllərin...

08 İyun 2026, 17:08

Ukraynadan Azərbaycana gətirilən 30 uşaq reabilitasiya xidmətləri ilə təmin edilib 

Ukraynadan Azərbaycana gətirilən daha 30 uşaq reabilitasiya xidmətləri ilə əhatə olunublar.Citypost.az  xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.Bildirilib ki, ilk mərhələdə onlar nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində müayinədən keçirilib və hər biri üçün fərdi reabilitasiya proqramı tərtib edilib.Bu proqram əsasında onlar üçün emosional vəziyyətlərinin stabilləşməsinə, cəmiyyətə inteqrasiyalarına dəstək məqsədilə fərdi konsultasiyalar, qrup terapiyaları, yoqa və rəqs terapiya məşğələləri keçirilir. Həmçinin uşaqlara müalicəvi masaj, müalicəvi hovuz və vanna, art-terapiya və s. reabilitasiya xidmətləri göstərilir.10 günlük sosial reabilitasiya proqramı çərçivəsində ukraynalı uşaqlar üçün asudə vaxtlarının maraqlı keçməsi üçün tarixi...

08 İyun 2026, 17:05