Bizə yazın

Baku

-°C

USD

-

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb 

Cəmiyyət 15 İyun 2026, 09:28

419

Prezident İlham Əliyev "Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

Citypost.az xəbər verir ki, müraciətdə deyilir:

Hörmətli konfrans iştirakçıları!

Sizi "Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu" mövzusunda Şuşada keçirilən beynəlxalq konfransda ürəkdən salamlayıram.

2022-ci ildən başlayaraq təşkil olunan bu mötəbər beynəlxalq tədbir müasir dövrdə baş verən mürəkkəb geosiyasi proseslər fonunda xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın təşviq etdiyi regional sülh və sabitlik mühitinin yaradılması ideyasının vacib tərkib hissəsinə çevrilən konfransın iştirakçılarının sayının ilbəil artması onun ümumi təhlükəsizliyə və beynəlxalq əməkdaşlığa gələcəkdə layiqli töhfələr verəcəyinə əminlik yaradır.

Müstəqilliyini bərpa etdikdən sonra işğala, beynəlxalq təhdidlərə və ədalətsizliyə məruz qalmış Azərbaycan hər zaman öz ərazi bütövlüyünün təmin olunması, vətəndaşlarının təhlükəsiz şəraitdə yaşaması uğrunda mübarizə aparmış, eyni zamanda dünya ölkələri arasında əməkdaşlıq və mehriban dostluq münasibətlərinin qurulmasına çalışmışdır. Uzun illər əsarət altında qalan torpaqlarımız 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi və 2023-cü ildə keçirilmiş birgünlük antiterror əməliyyatı nəticəsində Ermənistan işğalından azad edilmiş, ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa olunmuşdur. Bununla, BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddətdə kağız üzərində qalmış qətnamələrinin icrası Azərbaycan dövlətinin özü tərəfindən təmin edilmişdir.

Ölkəmiz regionda davamlı sülh və sabitlik mühitinin yaradılması və qorunması istiqamətində qətiyyətli siyasət həyata keçirməkdədir. Ötən il Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında Birgə Bəyannamənin imzalanması, sülh sazişinin paraflanması Cənubi Qafqazda vəziyyəti tamamilə dəyişmişdir. Bu xüsusda, reallaşmaqda olan Zəngəzur dəhlizi həm Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan bölgəsini birləşdirəcək, həm də Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcəkdir.

Azərbaycanda 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan olunması və BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının Bakıda yüksək səviyyədə keçirilməsi ölkəmizin postmünaqişə dövründə ardıcıl humanitar fəaliyyətinin bariz nümunəsidir. Bu Forumda Azərbaycan dünyanın 182 ölkəsini təmsil edən 60 minə yaxın iştirakçıya işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında çağdaş şəhərsalma konsepsiyaları əsasında formalaşan müasir infrastrukturu və hazırda orada təhlükəsiz yaşayan 85 mindən çox azərbaycanlı üçün yaradılan layiqli həyat şəraitini təqdim etmişdir.

Ədalətli dünya nizamının və bəşəriyyət üçün təhlükəsiz həyat şəraitinin yaradılmasının tərəfdarı olan Azərbaycan təkcə regionun deyil, eləcə də bütövlükdə Avrasiyanın etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışmaqdadır. Dost və qardaş ölkələrlə, xüsusən Türk Dünyası ilə birlikdə atılan qətiyyətli addımlar beynəlxalq əməkdaşlıq baxımından xüsusi əhəmiyyət daşıyır və ailəmiz olan Türk Dünyasını XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevirir.

Bu önəmli beynəlxalq konfrans nümunəsində ölkələr arasında, həmçinin cəmiyyətdə sağlam əməkdaşlıq və həmrəylik mühitinin qorunması üçün fərqli siyasi maraqları ifadə edən partiyaların konstruktiv dialoqa, məsuliyyətli davranışa və milli maraqlar əsasında birgə fəaliyyətə üstünlük verməsi qarşılıqlı etimadın daha da möhkəmlənməsinə xidmət edir.

Əminəm ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanı xilas etməsi ilə əlamətdar olan Milli Qurtuluş Günü və tarixi Şuşa Bəyannaməsinin imzalanmasının ildönümü münasibətilə Yeni Azərbaycan Partiyasının keçirdiyi bu konfrans çevik mexanizm funksiyasını yerinə yetirərək iştirakçı ölkələr arasında davamlı əməkdaşlığın qorunmasına vacib töhfələr verəcəkdir.

Konfransın işinə uğurlar, təmsil etdiyiniz dost ölkələrin hər birinə əmin-amanlıq və rifah arzulayıram.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan nümayəndə heyəti İqlim Danışıqları üzrə Bonn sessiyasında iştirak edib 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nümayəndə heyəti BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Köməkçi Orqanlarının 64-cü sessiyasında (SB64) fəal iştirakını davam etdirir.Citypost.az xəbər verir ki, sessiyanın birinci həftəsində COP29 Sədrliyinin təşəbbüslərinin və COP29 və COP30 çərçivəsində Azərbaycana verilmiş mandatların icrasına həsr olunmuş bir sıra tədbirlər və görüşlər keçirilib.Bu çərçivədə COP29-un Bakı Şəffaflıq Platforması (BTP) təşəbbüsü üzrə UNFCCC Katibliyi, COP30 və COP31 sədrlikləri ilə birgə sessiya təşkil edilmişdir. Tədbirdə ikiillik şəffaflıq hesabatlarının birinci dövrü üzrə təcrübələr, mövcud çətinliklər və ikinci dövr hesabatlarının hazırlanmasında inkişaf etməkdə olan ölkələrə göstərilə biləcək dəstək məsələləri müzakirə olunmuşdur. BTP çərçivəsində növbəti sessiyanın cari ilin sentyabr...

15 İyun 2026, 11:15

İlk dəfə mərkəzləşdirilmiş buraxılış imtahanları keçirilir 

Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərində ilk dəfə olaraq mərkəzləşdirilmiş buraxılış imtahanlarının keçirilməsinə başlanılıb.Mədəniyyət Nazirliyindən Citypost.az-a bu barədə verilən məlumatda qeyd olunub ki, imtahan prosesi iyunun 8-dən Bakı şəhərində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərində start götürüb.İyunun 10-dan etibarən isə mərkəzləşdirilmiş buraxılış imtahanları ölkə üzrə Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən bütün müvafiq təhsil müəssisələrini əhatə edəcək.Cari tədris ili üzrə imtahanlarda 8000-ə yaxın şagirdin iştirakı nəzərdə tutulur. İmtahanların keçirilməsində əsas məqsəd şagirdlərin təhsil müddətində əldə etdikləri nəzəri biliklərin, praktiki bacarıqların və yaradıcılıq potensialının obyektiv qiymətləndirilməsi, eləcə də tədrisin keyfiyyətinin vahid yanaşma əsasında ölçülməsidir.İmtahanlar müvafiq ixtisaslar üzrə təsdiq edilmiş...

15 İyun 2026, 10:55

Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib 

Türkiyənin Azərbaycandakı Səfirliyi Azərbaycanı 15 İyun Milli Qurtuluş Günü münasibətilə təbrik edib.Citypost.az 15 iyun-Milli Qurtuluş Günü münasibətilə qardaş #Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini dərin hörmətlə yad edirik.#MilliQurtuluşGünü mübarək! pic.twitter.com/orGrZpI6aP— Türkiye in Azerbaijan (@TC_BakuBE) June 15, 2026 xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım olunub."15 iyun-Milli Qurtuluş Günü münasibətilə qardaş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini dərin hörmətlə yad edirik"....

15 İyun 2026, 10:10

XİN: Heydər Əliyevin qayıdışı inkişafın təməlini qoydu

Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və davamlı inkişafının təməlini qoyub.Citypost.az xəbər verir ki, bu, Azərbaycanın Xarici İşlər Nazirliyinin 15 iyun – Milli Qurtuluş günü münasibətilə "X"dəki hesabındakı paylaşımında yer alıb."Azərbaycanın müasir dövlətçilik tarixində dönüş nöqtəsi olmuş, ölkəmizin müstəqilliyinin qorunması, sabitliyin bərqərar olunması və inkişaf yoluna qədəm qoyması ilə əlamətdar olan 15 İyun – Milli Qurtuluş Günü münasibətilə bütün həmvətənlərimizi ürəkdən təbrik edirik!Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və davamlı inkişafının təməlini qoymuşdur. Milli Qurtuluş Günü münasibətilə xalqımıza sülh, rifah və tərəqqi arzulayırıq!" - paylaşımda qeyd...

15 İyun 2026, 09:03

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanmasından 5 il ötür.Citypost.az xəbər verir ki , Şuşa Bəyannaməsi 2021-ci ilin iyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb.Şuşa Bəyannaməsi hər iki ölkənin parlamentləri və dövlət başçıları tərəfindən təsdiqlənib.Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında müttəfiqliyə dair bütün şərtləri özündə ehtiva edir.Şuşa Bəyannaməsində deyilir:ŞUŞA BƏYANNAMƏSİ“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqındaAzərbaycan Respublikası və Türkiyə Respublikası,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın və bütövlükdə Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində görüşünün...

15 İyun 2026, 09:00

FHN-in əməkdaşları təhlükəli vəziyyətdə qalan uşağı xilas edib 

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Azadlıq prospektində uşağın köməyə ehtiyacı olması barədə məlumat daxil olub.Citypost.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 2015-ci il təvəllüdlü uşağın başının stadionun dəmir barmaqlıqları arasında sıxılaraq təhlükəli vəziyyətdə qaldığı müəyyən edilib.Xilasedicilər xüsusi xilasetmə vasitələrini tətbiq edərək E. Gülməmmədovu xilas ediblər....

15 İyun 2026, 08:48