Bizə yazın

Baku

-°C

USD

-

Heydər Oğuz: Körfəzin “xüms”ü Vaşinqtona gedir

Siyasət 15 İyun 2026, 08:52

477

Kimin dərdi daha böyükdür: “Qara qızların”, yoxsa “sarı oğlanların”? – Trampın “xüms” qurbanları

Təkcə qara qızınmı dərdi var?

ABŞ prezidenti Donald Trampın "The New York Times" qəzetinə verdiyi açıqlamasından aydınlaşır ki, yox; “sarı oğlanlar”ın dərdi qara qızların dərdindən daha böyük imiş.

Tramp açıqlamasında deyib: “İranla nüvə razılaşmasına nail ola bilməsən, ABŞ-ı 20% gəlir müqabilində Yaxın Şərqin keşikçisinə çevirəcəyik”.

O, xəbərdarlıq edib ki, İranla yekun nüvə razılaşması əldə olunmasa, Tehrana qarşı hərbi hücumlar yenidən başlayacaq və Vaşinqtonu regionun gəlirlərinin 20 faizi müqabilində “Yaxın Şərqin keşik çəkəcək”. Yəni dünyanın ən zəngin ərəb ölkələrinin qazancının beşdə biri müqabilində ABŞ Yaxın Şərqin jandarmı rolunu oynayacaq. 

Yeri gəlmişkən, məncə, Tramp gəlirin 20%-ni gəlişigözəl şəkildə ifadə etməyib. İslam hüququna görə, bütün müsəlmanlar qazanclarının beşdə birini dövlətə ayırmaqla mükəlləfdir. Ənfal surəsinin 41-ci ayəsində deyilir: “Bilin ki, qənimət olaraq əldə etdiyiniz hər hansı bir şeyin beşdə biri Allaha, Peyğəmbərə, onun yaxın qohumlarına (Əhli-beytə), yetimlərə, yoxsullara və yolda qalmışlara (müsafirlərə) məxsusdur”. Görünür, ərəblərin dilini yaxşı bilən Tramp da mövzuya onların yumşaq damarından girərək qaz vurub qazan doldurmaq istəyir. 

Onun məsələyə “xüms” məntiqilə yanaşması da təsadüfi deyil. Sanki ABŞ prezidenti bununla demək istəyir ki, siz idarə etdiyiniz ölkələrin legitim rəhbərləri deyilsiniz. Bizim sayəmizdə o kresloda oturursunuz, dolayısıyla hər il qazandığınız yüz milyardlarla, bəlkə də trilyonlarla dollar qənimət sayımalıdır. Və siz də öz dininizin əmrinə müvafiq olaraq onun 5-də birini əsl himayədarınıza, hökm sahibinə - bizə verməlisiniz. 

NYT müxbiri ilə ilə 28 dəqiqəlik telefon danışığında Tramp onu da bildirib ki, İranla əldə edilən razılaşma nəticə etibarilə Hörmüz boğazının "daimi olaraq pulsuz" olmasını təmin edəcək. Yəni əgər mənim İranla sövdəm baş tutsa, ABŞ-ın sayəsində ələ keçirdiyiniz məmləkətinizin var-dövlətini daha rahat mənimsəyəcəksiniz. Nəticə etibarilə qazandığınız varidat da sizin əməl dəftərinizə qənimət kimi yazılacaq. Məhz bu səbəbdən də canınız gözünüzdən çıxsa da, xümsümü verməlisiniz, vəssəlam.

Açıqlamasının sonunda isə o, Netanyahunu “yekun razılaşmanı az qala pozan hücumları artırdığına” görə tənqid edib, İsrail baş nazirini "çox çətin adam" adlandırıb. Başqa sözlə, ərəb şeyxlərinə bildirib ki, mən sizin jardarmalığınızı həyata keçirməsən, “çox çətin adam” (xuxan) olan Netanyahu sizi “yeyəcək”.

Trampın bu açıqlaması məşhur atalar sözünü xatırladır: “Dəvə başın soxar pambığa, gözlərini də bərk-bərk yumar, Deyər yəqin məni heç kəs görmədi. Amma unudar ki, arxası parlaq günəşin şüaları altında bərq vurur”. Tramp da dəvə quşu kimi bərq vuran arxasından bixəbər şəkildə Netanyahu ilə bərabər Yaxın Şərqdə “pis polis, yaxşı polis” tamaşası qurub. O, bir tərəfdən guya İranla sülh sazişi bağlamağa çalışır, İsrail isə o biri tərəfdən İranı bombalayır. Ardınca da Tramp açıqlama verərək, Yaxın Şərq krallarından “xüms” tələb edir. Yəni problemi əslində özü yaradır və himayədarlıq vəzifəsini xüms müqabilində həyata keçirə biləcəyini nəzərə çatdırır. Körfəz ərəblərinin isə bu təkliflə razılaşmaqdan başqa çarəsi yoxdur. Əks halda, “xuxan”lara yem ola biləcəklərini anlayırlar.

Bunlar məsələnin alış-veriş tərəfidir. Bir də məsələnin humanitar tərəfi var.

Körfəzin bir az cənubunda – Yəməndə isə insanlar acından ölür. Səbəb isə ABŞ-ın dirijorluğu ilə müsəlman ölkələrinin savaşlarıdır. Yerli insan hüquqları aktivistlərinin məlumatına görə, hazırda hər gün ölkədə xeyli sayda insan aclıqdan dünyasını dəyişir. Bəzi qurbanların adı belə bilinmir. Ötən gün dərc olunan məlumatlarda bildirilirdi ki, Yəmənin şimal-qərbindəki Həccah əyalətindəki məcburi köçkünlər düşərgəsində "Əbu Haşim" kimi tanınan yəmənli məcburi köçkünün həyat yoldaşı ölüb. Ondan bir neçə həftə əvvəl isə əri, yənu Əbu Haşim dünyasını dəyişmişdi. İkisinin də ölüm səbəbi eyni idi – aclıqdan.

Təsəvvür edirsinizmi, Yəməndə aclıqla imtahana çəkilən bu insanlara o qədər dəyər verilmir ki, rəsmi qeydiyyatlarda belə öz adları yazılmır, sadəcə kiminsə arvadı və ya uşağı olaraq göstərilir. Üstəlik, bu çarəsiz vəziyyətdə ölümlərini gözləyən yəmənlilər az da deyil. BMT-nin Yəməndəki Humanitar İşlərin Koordinasiyası Ofisi (OCHA) X paylaşımında bildirib ki, "ölkədə 18 milyon insan, yəni 35,6 milyon əhalinin 52 faizi sentyabr ayından etibarən aclıqla üzləşəcək və təcili humanitar ərzaq yardımına ehtiyac duyacaq".

Bəyanatda vurğulanır ki, hazırda Yəməndə 41.000 insan BMT Ərzaq Təhlükəsizliyi Təsnifatının beşinci mərhələsini yaşayır. Yəni, hər an aclıqdan ölə bilərlər.

Ofisin təxminlərinə görə, Yəməndə hər beş ailədən ən azı beşdə biri (buna da əhalinin “xümsü” deyə bilərik) sentyabr ayına qədər qida və digər əsas ehtiyacların demək olar ki, tam çatışmazlığı ilə üzləşəcək. Bu da onların ölüm riskini artıracaq.

Yəməndə İnteqrasiya olunmuş Ərzaq Təhlükəsizliyi Mərhələsi Təsnifatının ötən ilin iyun ayında dərc edilmiş son təhlili göstərir ki, 2025-ci ilin sentyabrı ilə 2026-cı ilin fevralı arasında 5,5 milyon insan fövqəladə səviyyədə (açığın IV mərhələsi) ciddi qida çatışmazlığı ilə üzləşəcək, təxminən 12,6 milyon insan isə böhran səviyyəsində (aclığın III mərhələsi) qida çatışmazlığı ilə çarpışır.

Bəyanatda xatırladılır ki, Yəməndə illərdir davam edən müharibə on minlərlə insanın həyatına son qoyub, milyonlarla insanın didərgin düşməsinə səbəb olub və ölkəni ağır iqtisadi çöküş içində aclıq həddinə çatdırıb, əhalinin təxminən 80 faizini humanitar yardımdan asılı vəziyyətə salıb. 

Qeyd edək ki, Yəmən İranın proksi qüvvəsi sayılan Husilərin nəzarəti altındadır və öz ölkələrindən çox-çox uzaqda yerləşən molla hakimiyyətinin təhlükəsizliyi üçün savaşırlar. Ətraflarındakı zəngin ərəb ölkələri isə öz soydaşlarını düşünmür, əksinə, ABŞ-ın dünya jandarmalığından mədət umur, hətta illik qazanclarının 20%-ni, yəni xümsünü Tramp administrasiyasına verməyə hazırlaşırlar. ABŞ da öz növbəsində özünün çəkisini artırmaq üçün Yaxın Şərqi daha çox aclıqla imtahana çəkmək barədə düşünür.

İndi anladınızmı, “sarı oğlan”ın dərdi nə qədər böyük imiş? Yəmənin “qara qızları” acından ölməmək üçün bir tikə çörək axtardığı bir zamanda, ABŞ-ın “sarı oğlanları” körfəz ərəblərindən “xüms” toplamaq arzusundadır. 

Heydər Oğuz

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Qulu Məhərrəmli: Rusiyada hərbi təzyiq güclənir

Professor Qulu Məhərrəmli Ukrayna-Rusiya cəbhəsində son günlər müşahidə olunan hərbi gərginliklə bağlı paylaşım edibCitypost.az xəbər verir ki, professor bildirib ki, Ukrayna ordusu son 3–4 gündə əməliyyatların gedişində ciddi dönüş yaradaraq Rusiyaya qarşı aktiv hücumlar həyata keçirir. Onun sözlərinə görə, Krımın faktiki olaraq Rusiya ilə əlaqələrinin zəifləməsi müşahidə olunur.Qulu Məhərrəmli qeyd edib ki, Ukrayna tərəfindən istifadə olunan “Flaminqo” raketləri və dronlar vasitəsilə Sankt-Peterburqdan Moskva və Tatarıstana qədər müxtəlif bölgələr hədəfə alınır, xüsusilə enerji infrastrukturuna ciddi zərbələr endirilir.Professorun sözlərinə görə, hazırda Rusiyanın bir sıra şəhərlərində gün ərzində bir neçə dəfə hava həyəcanı siqnalları verilir, həmçinin yol və nəqliyyat məhdudiyyətləri səbəbindən Krım və...

15 İyun 2026, 09:49

Ceyhun Məmmədov: Uğurların başlanğıcı 15 İyun

Milli Məclisin deputatı Ceyhun Məmmədov 15 İyun – Milli Qurtuluş Günü münasibətilə paylaşım edibCitypost.az xəbər verir ki, deputat bildirib ki, Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi və dövlətçilik tariximizin ən əlamətdar səhifələrindən biridir.Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ölkəni parçalanma və xaos təhlükəsindən xilas edib, müstəqil Azərbaycanın inkişaf yolunun əsasını qoyub.Ceyhun Məmmədov qeyd edib ki, bu gün milli birliyin və dövlətçiliyin möhkəmlənməsinin rəmzi kimi tarixə düşüb və əldə olunan uğurların təməlində həmin dövrdə atılan uzaqgörən addımlar dayanır.Deputat əlavə edib ki, Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası bu gün...

15 İyun 2026, 09:45

Ədalət Verdiyev: Saziş İranı çətin vəziyyətə sala bilər

Hərbi ekspert Ədalət Verdiyev İsrailin Livana endirdiyi zərbələrdə mümkün fasilə və ABŞ ilə İran arasında İsveçrədə gözlənilən sazişlə bağlı açıqlama verib.Citypost.az xəbər verir ki, onun sözlərinə görə, İsrailin Livana hərbi əməliyyatları müvəqqəti dayandıracağı təqdirdə, iyunun 19-da İsveçrədə ABŞ və İran arasında çərçivə sazişinin imzalanması ehtimalı yaranır. Bildirilir ki, nəzərdə tutulan sənəd əsasən çərçivə xarakteri daşıyacaq və yaxın iki ay ərzində icra planının hazırlanmasını əhatə edəcək.Ədalət Verdiyev qeyd edib ki, sazişin bütün bəndləri ictimaiyyətə tam şəkildə açıqlanacağı halda, İran cəmiyyətində ciddi narazılıqlar yarana bilər. Onun fikrincə, bu, müharibə dövründə itkilərin və daxili siyasi-hərbi proseslərin fonunda ölkə daxilində məyusluğa səbəb ola bilər.Ekspert...

15 İyun 2026, 09:43

Azər Qismət o tarixi görüşdən yazdı

Jurnalist Azər Qismət Azərbaycanın ümummilli lideri Heydər Əliyevlə Ermənistanın ikinci prezidenti Robert Köçəryan arasında 1999-cu ildə Sədərəkdə keçirilən görüşlə bağlı diqqətçəkən fikirlər səsləndirib.Azər Qismət bildirib ki, həmin görüşün videogörüntülərini izləmək onda hər zaman xüsusi hisslər oyadır:“Həyatda iki səhnəyə baxa bilmirəm. Biri “Ölsəm, bağışla” filminin final səhnəsi, digəri isə 1999-cu ildə Heydər Əliyevlə Robert Köçəryan arasında keçirilən görüşdür”.Jurnalistin sözlərinə görə, Sədərəkdə baş tutan görüş zamanı Robert Köçəryanın davranışları diqqət çəkir:“Köçəryanın jestləri, gülüşü və laqeyd görünən davranışları onun danışıqlara həvəssiz yanaşdığını göstərirdi. Onun baxışları sanki işğal altında olan torpaqların taleyi ilə bağlı aparılan müzakirələrin nəticə verməyəcəyinə işarə edirdi”.Azər Qismət qeyd edib ki,...

15 İyun 2026, 09:36

E.Şahinoğlu: Sülhün gecikməsi Kremlin maraqlarına xidmət edir

Türkiyənin xarici işlər naziri Hakan Fidan iyunun 15-də Rusiyaya səfər edəcək. Hakan Fidan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla iki ölkə arasında münasibətlərin hazırki durumu ilə yanaşı Yaxın Şərqdə mövcud vəziyyəti müzakirə edəcək. Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda nazirlərin 3+3 (Azərbaycan, Gürcüstan, Ermənistan + Türkiyə, Rusiya, İran) formatının fəallaşdırılması ətrafında da fikir mübadiləsi aparılacağı bildirilib. Moskva son zamanlar bu formatı fəallaşdırmağa çalışır. Bunun sadə səbəbi var. Ukraynaya qarşı işğalçı müharibədə ilişib qalan Rusiyanın Cənubi Qafqaza təsir imkanların getdikcə azalır, Moskvanın bölgədə uzun illər forpostu rolunda çıxış edən Ermənistan da əldən çıxmaq üzrədir. Citypost.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu...

15 İyun 2026, 09:26

Ədalət Verdiyev: Şuşa Bəyannaməsi müttəfiqliyi rəsmiləşdirdi

5 il əvvəl Azərbaycan və Türkiyə prezidentləri tərəfindən Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi qardaş ölkələrin strateji tərəfdaşlığını  möhkəmləndirməklə bərabər regional təhlükəsizliyə də mühüm töhfələr verib. Bu sənəd hər iki dövlətin bütün sahələrdə yarana biləcək istənilən təhdidlərin qarşısını almaq üçün birgə fəaliyyətləri nəzərdə tutan ciddi bir bəyannamədir.Tarixi köklərə əsaslanan Azərbaycan-Türkiyə münasibətləri Vətən müharibəsindən başlayaraq strateji tərəfdaşlıqda yeni istiqamət aldı. İkinci Qarabağ savaşında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, eyni zamanda digər rəsmilərin ölkəmizə dəstək nümayişi, hər an yanımızda olduqlarını bildirməsi bir çox dövlətlərin işlərimizə qarışmasına imkan vermədi. Müharibədən sonrakı dövrdə münasibətlər daha da inkişaf etməyə başladı. Bu əlaqələrin rəsmi sənədi isə 2021-ci il iyunun...

15 İyun 2026, 08:35