Delfinlərin dərinliyə enmə davranışı ilə bağlı FAKT
Maraqlı 15 İyun 2026, 10:58
1783
Delfinlərin suyun dərin qatlarına sürətli şəkildə enməsi və bu zaman bədən quruluşunda baş verən dəyişikliklər son dövrlərdə sosial şəbəkələrdə geniş müzakirə olunur. Mövzu ilə bağlı suallara cavab verən mütəxəssislər bildirirlər ki, bu davranış yanlış şəkildə “akciyərin partlaması” kimi təqdim olunsa da, əslində bu, tamamilə təbii fizioloji uyğunlaşma prosesidir.
Citypost.az xəbər verir ki, mütəxəssislərin açıqlamasına görə, delfinlər suyun dərin qatlarına endikcə onların orqanizmində yüksək təzyiqə adaptasiya mexanizmləri işə düşür.
Bu zaman döş qəfəsi və ağciyər strukturu elastik şəkildə sıxılır, ağciyərlərdə olan hava həcmi azalır və müəyyən hissəsi qana keçir. Bu proses delfinlərin bədənini daha “yüngül” və suyun təzyiqinə uyğun hala gətirir.
“Akciyərin bilərəkdən partladılması” kimi iddialar isə elmi baxımdan doğru hesab edilmir. Mütəxəssislər vurğulayırlar ki, delfinlərin orqanizmi yüksək təzyiqə uyğunlaşacaq şəkildə inkişaf edib və burada heç bir zədələnmə və ya orqanın sıradan çıxması prosesi baş vermir.
Bioloqlar qeyd edirlər ki, bu mexanizm delfinlərə dərinliklərdə daha az enerji sərf etməklə hərəkət etmək imkanı yaradır. Nəticədə heyvan su sütununda daha stabil mövqe tutur və həm ovlanma, həm də sosial davranışlar zamanı üstünlük əldə edə bilir.
Həmçinin oxuyun
Araşdırmalara əsasən, delfinlərin bu xüsusiyyəti onların milyon illər ərzində formalaşmış təkamül adaptasiyalarından biridir. Onların qabırğa quruluşu, ağciyər elastikliyi və qan dövranı sistemi yüksək təzyiq şəraitində işləməyə uyğun şəkildə inkişaf edib.
Mütəxəssislər sonda bildirirlər ki, delfinlərin dərinliyə enməsi zamanı baş verən bu fizioloji dəyişikliklər təhlükəli bir proses deyil, əksinə onların yaşamaq və hərəkət etmə qabiliyyətini gücləndirən təbii bir uyğunlaşmadır.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İnsan suyun altında maksimum nə qədər dərinliyə enə bilər?
Dənizin və okeanların sirli dərinlikləri insanları hər zaman maraqlandırıb. Lakin suyun altında nə qədər dərinliyə enməyin mümkün olduğu təkcə cəsarətdən deyil, insan orqanizminin fizioloji imkanlarından asılıdır. Mütəxəssislər bildirirlər ki, suyun dərinliyinə endikcə bədənə təsir edən təzyiq sürətlə artır və müəyyən həddən sonra bu, həyati təhlükə yarada bilər.Su altında insanın qarşılaşdığı ilk və ən ciddi problem məhz yüksək təzyiqdir. Dəniz səviyyəsində insan bədəni 1 atmosfer təzyiq altında yaşayır. Təxminən hər 10 metr dərinliyə endikcə təzyiq daha bir atmosfer artır. Bu isə o deməkdir ki, 10 metr dərinlikdə bədənə iki atmosfer, 20 metr dərinlikdə üç atmosfer, 30 metr dərinlikdə isə dörd atmosfer...
22 İyul 2026, 10:56
Kristal kəllələrin sirri: Əfsanə, yoxsa elmi həqiqət?
Kristaldan hazırlanmış insan kəllələri uzun illərdir həm alimlərin, həm tarixçilərin, həm də mistikaya maraq göstərən insanların diqqət mərkəzindədir. Şəffaf görünüşü, qüsursuz işlənməsi və ətrafında dolaşan saysız-hesabsız əfsanələr bu artefaktları dünyanın ən sirli tapıntılarından birinə çevirib. Bəziləri onların qədim sivilizasiyaların insanlığa qoyduğu gizli miras olduğunu iddia edir, digərləri isə bunların sonradan hazırlanmış sənət nümunələri olduğunu bildirirlər.Citypost.az-ın məlumatına görə, kristal kəllələrlə bağlı ən məşhur iddialardan biri onların xüsusi enerji toplamaq və saxlamaq qabiliyyətinə malik olmasıdır. Əfsanələrə görə, bu artefaktlar qədim mədəniyyətlər tərəfindən yüksək biliklərin qorunması üçün hazırlanıb. Hətta bəzi mistik inanclarda onların insan düşüncələrini oxuya, gələcəklə bağlı məlumat verə və naməlum enerji...
22 İyul 2026, 09:55
Niyə ağcaqanadlar bəzi insanları digərlərindən daha çox sancır?
Alimlərin araşdırmalarına görə, ağcaqanadların bəzi insanları daha çox sancmasının bir neçə əsas səbəbi var. Bunlara bədən istiliyi, dəridən buxarlanan su, tərləmə, vizual amillər və ən əsası isə insanın bədən qoxusu daxildir.Citypost.az Mütəxəssislər bildirirlər ki, dəridən ifraz olunan indol, nonanol, oktenol və süd turşusu (laktik turşu) kimi maddələr ağcaqanadların insanı seçməsində mühüm rol oynayır. Bu kimyəvi birləşmələrin miqdarı hər insanda fərqli olduğundan, bəzi insanlar ağcaqanadlar üçün daha cəlbedici olur.Bundan əlavə, araşdırmalar göstərir ki, denqe (dang) və Zika virusuna yoluxmuş insanların bədən qoxusu dəyişə bilər. Bu dəyişiklik həmin şəxsləri ağcaqanadlar üçün daha cəlbedici edir və virusun digər insanlara ötürülməsi ehtimalını artırır.Başqa sözlə,...
22 İyul 2026, 08:53
Mineral su ilə soda arasındakı fərq nədir? – Çoxlarının bilmədiyi vacib məqamlar
Cəmiyyətdə "mineral su" və "soda" sözləri çox vaxt eyni mənada işlədilir. Lakin əslində bu iki içki bir-birindən tamamilə fərqlənir. Onların həm hazırlanma üsulu, həm tərkibi, həm də orqanizmə təsiri eyni deyil.Citypost.az xəbər verir ki, mineral su yeraltı təbii mənbələrdən əldə olunan və tərkibində yüksək miqdarda təbii minerallar, mikroelementlər və həll olmuş qazlar olan sudur. Qanunvericiliyə əsasən, mineral suyun tərkibində həll olmuş maddələrin miqdarı müəyyən normadan az olmamalıdır. Onun əsas üstünlüyü məhz təbii şəkildə formalaşmış mineral tərkibidir.Mineral suların tərkibində kalsium, maqnezium, natrium, kalium, bikarbonat, sulfat və digər faydalı minerallar olur. Bu maddələr orqanizmin su-duz balansının qorunmasına, əzələ və sinir sisteminin normal...
21 İyul 2026, 10:07
Dünyanın ən bahalı ətirlərinin sirri: Ağac niyə qəsdən yaralanır?
İlk baxışdan bu proses ağaca işgəncə verilməsi kimi görünə bilər. Lakin əslində vəziyyət tam fərqlidir. Dünyanın ən bahalı və ən qiymətli ətir xammallarından biri olan agarwood (ud ağacı, yaxud ənbər ağacı) məhz bu qeyri-adi proses nəticəsində əldə edilir.Citypost.az-ın məlumatına görə, bu məqsədlə Aquilaria növünə aid ağaclar xüsusi üsulla qəsdən yaralanır. Daha sonra ağacın gövdəsinə müəyyən bakteriyalar və ya göbələklər yeridilir. Bu müdaxilə ağac üçün təhlükə siqnalı hesab olunur və o, özünü qorumaq üçün müdafiə mexanizmini işə salır.Ağac aylar, bəzən isə illər ərzində həmin zədələnmiş hissələrdə tünd rəngli, ətirli və olduqca qiymətli qatran – reçinə ifraz etməyə başlayır. Məhz bu reçinə...
21 İyul 2026, 10:03
Saç tez-tez kəsiləndə daha sürətli uzanır? – Elmi cavab
Saçların tez-tez kəsilməsinin onların daha sürətli uzanmasına səbəb olduğu fikri uzun illərdir insanlar arasında dolaşan ən məşhur inanclardan biridir. Bir çox valideyn övladlarının saçını tez uzansın deyə tez-tez kəsdirir, böyüklər isə saçlarını müəyyən aralıqlarla qısaltmağın uzanma sürətini artırdığına inanırlar. Lakin müasir elmi araşdırmalar göstərir ki, bu fikir həqiqəti əks etdirmir.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, saçın uzanması saçın görünən hissəsindən deyil, dərinin altında yerləşən saç follikullarından – yəni saç köklərindən asılıdır. Saç kəsildikdə yalnız ölü keratin lifləri qısalır. Bu proses saç kökünə, onun fəaliyyətinə və böyümə sürətinə heç bir təsir göstərmir.Saçın nə qədər sürətlə uzanması əsasən genetik xüsusiyyətlərdən, hormon...
20 İyul 2026, 11:12