Azər Qismət o tarixi görüşdən yazdı
Siyasət 15 İyun 2026, 09:36
437
Jurnalist Azər Qismət Azərbaycanın ümummilli lideri Heydər Əliyevlə Ermənistanın ikinci prezidenti Robert Köçəryan arasında 1999-cu ildə Sədərəkdə keçirilən görüşlə bağlı diqqətçəkən fikirlər səsləndirib.
Azər Qismət bildirib ki, həmin görüşün videogörüntülərini izləmək onda hər zaman xüsusi hisslər oyadır:“Həyatda iki səhnəyə baxa bilmirəm. Biri “Ölsəm, bağışla” filminin final səhnəsi, digəri isə 1999-cu ildə Heydər Əliyevlə Robert Köçəryan arasında keçirilən görüşdür”.
Jurnalistin sözlərinə görə, Sədərəkdə baş tutan görüş zamanı Robert Köçəryanın davranışları diqqət çəkir:“Köçəryanın jestləri, gülüşü və laqeyd görünən davranışları onun danışıqlara həvəssiz yanaşdığını göstərirdi. Onun baxışları sanki işğal altında olan torpaqların taleyi ilə bağlı aparılan müzakirələrin nəticə verməyəcəyinə işarə edirdi”.
Azər Qismət qeyd edib ki, buna baxmayaraq, Heydər Əliyev böyük siyasi təcrübə nümayiş etdirərək emosiyalarını gizlətməyi bacarırdı:“Heydər Əliyevin daxilindəki qəzəbə baxmayaraq, o, səbrini və təmkinini qoruyurdu. Təhlükəsizlik əməkdaşlarının diqqəti yayındıran jestlərindən istifadə edir, gülümsəyir, emosiyalarını büruzə verməməyə çalışırdı. O, dövlət maraqları naminə danışıqların ən kiçik nəticəsi üçün belə səbr göstərirdi”.
Həmçinin oxuyun
Jurnalist vurğulayıb ki, həmin görüş sonrakı illərdə Azərbaycanın apardığı siyasətin və göstərdiyi strateji səbrin əhəmiyyətini daha aydın şəkildə nümayiş etdirir:“Heydər Əliyevin siyasi məktəbi səbrə və uzaqgörənliyə əsaslanırdı. Tarix sonradan göstərdi ki, siyasətdə hər şeyin öz zamanı var və nəticələr bəzən illər sonra özünü göstərir”.
Yusif
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Qulu Məhərrəmli: Rusiyada hərbi təzyiq güclənir
Professor Qulu Məhərrəmli Ukrayna-Rusiya cəbhəsində son günlər müşahidə olunan hərbi gərginliklə bağlı paylaşım edibCitypost.az xəbər verir ki, professor bildirib ki, Ukrayna ordusu son 3–4 gündə əməliyyatların gedişində ciddi dönüş yaradaraq Rusiyaya qarşı aktiv hücumlar həyata keçirir. Onun sözlərinə görə, Krımın faktiki olaraq Rusiya ilə əlaqələrinin zəifləməsi müşahidə olunur.Qulu Məhərrəmli qeyd edib ki, Ukrayna tərəfindən istifadə olunan “Flaminqo” raketləri və dronlar vasitəsilə Sankt-Peterburqdan Moskva və Tatarıstana qədər müxtəlif bölgələr hədəfə alınır, xüsusilə enerji infrastrukturuna ciddi zərbələr endirilir.Professorun sözlərinə görə, hazırda Rusiyanın bir sıra şəhərlərində gün ərzində bir neçə dəfə hava həyəcanı siqnalları verilir, həmçinin yol və nəqliyyat məhdudiyyətləri səbəbindən Krım və...
15 İyun 2026, 09:49
Ceyhun Məmmədov: Uğurların başlanğıcı 15 İyun
Milli Məclisin deputatı Ceyhun Məmmədov 15 İyun – Milli Qurtuluş Günü münasibətilə paylaşım edibCitypost.az xəbər verir ki, deputat bildirib ki, Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi və dövlətçilik tariximizin ən əlamətdar səhifələrindən biridir.Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ölkəni parçalanma və xaos təhlükəsindən xilas edib, müstəqil Azərbaycanın inkişaf yolunun əsasını qoyub.Ceyhun Məmmədov qeyd edib ki, bu gün milli birliyin və dövlətçiliyin möhkəmlənməsinin rəmzi kimi tarixə düşüb və əldə olunan uğurların təməlində həmin dövrdə atılan uzaqgörən addımlar dayanır.Deputat əlavə edib ki, Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası bu gün...
15 İyun 2026, 09:45
Ədalət Verdiyev: Saziş İranı çətin vəziyyətə sala bilər
Hərbi ekspert Ədalət Verdiyev İsrailin Livana endirdiyi zərbələrdə mümkün fasilə və ABŞ ilə İran arasında İsveçrədə gözlənilən sazişlə bağlı açıqlama verib.Citypost.az xəbər verir ki, onun sözlərinə görə, İsrailin Livana hərbi əməliyyatları müvəqqəti dayandıracağı təqdirdə, iyunun 19-da İsveçrədə ABŞ və İran arasında çərçivə sazişinin imzalanması ehtimalı yaranır. Bildirilir ki, nəzərdə tutulan sənəd əsasən çərçivə xarakteri daşıyacaq və yaxın iki ay ərzində icra planının hazırlanmasını əhatə edəcək.Ədalət Verdiyev qeyd edib ki, sazişin bütün bəndləri ictimaiyyətə tam şəkildə açıqlanacağı halda, İran cəmiyyətində ciddi narazılıqlar yarana bilər. Onun fikrincə, bu, müharibə dövründə itkilərin və daxili siyasi-hərbi proseslərin fonunda ölkə daxilində məyusluğa səbəb ola bilər.Ekspert...
15 İyun 2026, 09:43
E.Şahinoğlu: Sülhün gecikməsi Kremlin maraqlarına xidmət edir
Türkiyənin xarici işlər naziri Hakan Fidan iyunun 15-də Rusiyaya səfər edəcək. Hakan Fidan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla iki ölkə arasında münasibətlərin hazırki durumu ilə yanaşı Yaxın Şərqdə mövcud vəziyyəti müzakirə edəcək. Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda nazirlərin 3+3 (Azərbaycan, Gürcüstan, Ermənistan + Türkiyə, Rusiya, İran) formatının fəallaşdırılması ətrafında da fikir mübadiləsi aparılacağı bildirilib. Moskva son zamanlar bu formatı fəallaşdırmağa çalışır. Bunun sadə səbəbi var. Ukraynaya qarşı işğalçı müharibədə ilişib qalan Rusiyanın Cənubi Qafqaza təsir imkanların getdikcə azalır, Moskvanın bölgədə uzun illər forpostu rolunda çıxış edən Ermənistan da əldən çıxmaq üzrədir. Citypost.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu...
15 İyun 2026, 09:26
Heydər Oğuz: Körfəzin “xüms”ü Vaşinqtona gedir
Kimin dərdi daha böyükdür: “Qara qızların”, yoxsa “sarı oğlanların”? – Trampın “xüms” qurbanlarıTəkcə qara qızınmı dərdi var?ABŞ prezidenti Donald Trampın "The New York Times" qəzetinə verdiyi açıqlamasından aydınlaşır ki, yox; “sarı oğlanlar”ın dərdi qara qızların dərdindən daha böyük imiş.Tramp açıqlamasında deyib: “İranla nüvə razılaşmasına nail ola bilməsən, ABŞ-ı 20% gəlir müqabilində Yaxın Şərqin keşikçisinə çevirəcəyik”.O, xəbərdarlıq edib ki, İranla yekun nüvə razılaşması əldə olunmasa, Tehrana qarşı hərbi hücumlar yenidən başlayacaq və Vaşinqtonu regionun gəlirlərinin 20 faizi müqabilində “Yaxın Şərqin keşik çəkəcək”. Yəni dünyanın ən zəngin ərəb ölkələrinin qazancının beşdə biri müqabilində ABŞ Yaxın Şərqin jandarmı rolunu oynayacaq. Yeri gəlmişkən, məncə, Tramp...
15 İyun 2026, 08:52
Ədalət Verdiyev: Şuşa Bəyannaməsi müttəfiqliyi rəsmiləşdirdi
5 il əvvəl Azərbaycan və Türkiyə prezidentləri tərəfindən Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi qardaş ölkələrin strateji tərəfdaşlığını möhkəmləndirməklə bərabər regional təhlükəsizliyə də mühüm töhfələr verib. Bu sənəd hər iki dövlətin bütün sahələrdə yarana biləcək istənilən təhdidlərin qarşısını almaq üçün birgə fəaliyyətləri nəzərdə tutan ciddi bir bəyannamədir.Tarixi köklərə əsaslanan Azərbaycan-Türkiyə münasibətləri Vətən müharibəsindən başlayaraq strateji tərəfdaşlıqda yeni istiqamət aldı. İkinci Qarabağ savaşında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, eyni zamanda digər rəsmilərin ölkəmizə dəstək nümayişi, hər an yanımızda olduqlarını bildirməsi bir çox dövlətlərin işlərimizə qarışmasına imkan vermədi. Müharibədən sonrakı dövrdə münasibətlər daha da inkişaf etməyə başladı. Bu əlaqələrin rəsmi sənədi isə 2021-ci il iyunun...
15 İyun 2026, 08:35