Bizə yazın

Baku

-°C

USD

-

İndoneziyada vulkan püskürərək dəniz səviyyəsindən 2,4 km yüksəkliyə kül püskürüb

Dünya 15 İyun 2026, 10:46

992

İndoneziyanın Şimali Maluku əyalətində yerləşən Halmahera adasında Dukono vulkanının püskürməsi qeydə alınıb.

Citypost.az TASS-a istinadən xəbər verir ki, vulkandan qalxan kül kraterdən təxminən 1,3 kilometr yüksəklikdə yayılaraq dəniz səviyyəsindən 2387 metr hündürlüyə çatıb. Ağ və boz rəngli kül buludlarının şimal-qərb istiqamətində yayıldığı bildirilib.

Yerli hakimiyyət orqanları yaxın ərazilərdə yaşayan sakinlərə və turistlərə vulkan kraterindən 4 kilometr radiusda uzaq durmaq və külün təsirindən qorunmaq üçün maska taxmaq barədə xəbərdarlıq edib.

Qeyd edilib ki, mayın 8-də Dukono vulkanının püskürməsi nəticəsində azı iki nəfər həyatını itirib, daha bir nəfər isə itkin düşüb.

Dukono vulkanı Sakit okean və Avstraliya tektonik plitələrinin kəsişməsində yerləşir. İndoneziya 18 minə yaxın adadan ibarət arxipelaq ölkəsidir və Sakit Okeanın “Alov Halqası” adlanan seysmik aktiv zonasında yerləşir. Ölkədə 500-dən çox vulkan mövcuddur ki, onlardan təxminən 130-u aktiv hesab olunur.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

ABŞ sanksiyaları qaldırıldıqdan sonra İran neft ixracını bərpa etdi  

 Vaşinqton və Tehran, digər məsələlərlə yanaşı, ABŞ-ın İran limanlarına qarşı blokadasının qaldırılmasını nəzərdə tutan çərçivə sazişini elan etdikdən sonra, İran tankerləri iki aydan sonra ilk dəfə xam neft ixrac etməyə başlayıb.Citypost CNN-yə istinadən xəbər verir ki, dəniz nəqliyyatını izləyən analitik şirkət olan TankerTrackers-in məlumatına görə, İran tankerləri artıq iki partiya neft ixrac edib.Şirkətin peyk görüntüləri ilə təsdiqlənmiş məlumatlarına görə, İran Milli Tanker Şirkətinin 3,8 milyon barel xam neft daşıyan ən azı iki supertankeri ABŞ dəniz blokadası xəttini keçib.ABŞ prezidenti Donald Tramp bazar ertəsi günü Hörmüz boğazının razılaşdırılmış memorandumun şərtlərinə uyğun olaraq yenidən açıldığını elan etsə də, sonradan vaxtı dəyişdirərək, cümə...

17 İyun 2026, 11:03

İsrail Hizbullah raketlərini vurduqdan sonra Livanın cənubuna hücum etdi

İsrail Livanın cənubuna zərbələr endirib, yaralılar varİsrail ordusu Livanın cənubundakı Nəbatiyə bölgəsinə hava və dron zərbələri endirib.Citypost.az Livan Milli Xəbər Agentliyinə (NNA) istinadən xəbər verir ki,  İsrail Hərbi Hava Qüvvələri Mayfadun şəhərində yerli sakinlərin toplaşdığı meydana ardıcıl üç zərbə endirib. Hadisə nəticəsində tələfat qeydə alınmayıb.Eyni zamanda Hadata şəhərində pilotsuz uçuş aparatı tərəfindən atılan elektroşok qumbarasının partlaması nəticəsində dörd nəfərin yaralandığı bildirilir.“The Times of Israel” isə İsrail Müdafiə Qüvvələrinə (IDF) istinadən məlumat yayıb ki, ordu Livanın cənubunda “Hizbullah” tərəfindən atıldığı iddia edilən bir neçə raketi və raket buraxılış qurğusunu hədəfə alıb.Bildirilib ki, İsrail hərbçiləri mümkün təhlükəni aradan qaldırmaq məqsədilə eyni ərazidə...

17 İyun 2026, 10:59

Abbas Araqçi və Cozef Aun ABŞ-İran sülh razılaşmasının icrasını müzakirə edib  

 İranın xarici işlər naziri Abbas Araqçi Livan Prezidenti  Cozef Aun və parlamentin spikeri Nəbih Bərri ilə telefon danışığı aparıb.Citypost.az  İRNA agentliyin istinadən xəbər verir, danışıqlar zamanı regional proseslər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Abbas Araqçi söhbət zamanı İsrailin Livana qarşı hücumlarının dərhal dayandırılmasının vacibliyini vurğulayıb və Təl-Əvivin hava zərbələrinin davam etməsindən narahatlıq ifadə edib.Məlumata görə, Livan tərəfi də ABŞ və İran arasında əldə olunan sülh razılaşmasının Livanla bağlı müddəalarının icrasını müsbət qarşılayıb və bu istiqamətdə addımların vacibliyini qeyd edib.Bildirilir ki, ABŞ və İran arasında sülh danışıqları iyunun 14-də başa çatıb, razılaşmanın isə iyunun 19-da İsveçrədə imzalanması gözlənilir. İyunun 15-də isə ABŞ...

17 İyun 2026, 10:56

Yaponiya nüvə siyasətində dəyişiklikləri müzakirə edir  

Yaponiya hakim koalisiyasının kiçik tərəfdaşı olan Yaponiya İslahat Partiyası ölkənin müdafiə siyasəti ilə bağlı mühüm dəyişiklik təklifləri irəli sürüb.Citypost.az xəbər verir ki, Kyodo xəbər agentliyinin məlumatına görə, partiya donanmanın nüvə sualtı qayıqları ilə təchiz olunmasını və nüvə silahlarının idxalına qoyulan qadağanın aradan qaldırılması məsələsinin müzakirəyə çıxarılmasını təklif edir. Bu barədə müddəalar partiyanın rəsmi sənədində yer alıb və sənədin yaxın günlərdə Baş nazir Sanae Takaiçiyə təqdim olunacağı bildirilir.Eyni zamanda Yaponiya hökuməti ölkənin təhlükəsizlik siyasətinin yenidən nəzərdən keçirilməsi istiqamətində hazırlıqlara başlayıb. Hakim Liberal Demokrat Partiyası (LDP) da öz təkliflərini formalaşdırıb, lakin bu sənəddə nüvə sualtı qayıqları və nüvə silahlarının idxalına qoyulan qadağanın...

17 İyun 2026, 10:54

Ağ Evə hücum hazırlayan şəxsləri ömürlük həbs cəzası gözləyir

ABŞ-də Ağ Evə hücum hazırlamaqda ittiham olunan beş nəfər təqsirli bilinəcəyi təqdirdə ömürlük həbs cəzası ala bilər.Citypost.az Teleqraf-a xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin yaydığı məlumatda bildirilib.Məlumata görə, təqsirləndirilən şəxslərin hər biri qəsdən adam öldürmək məqsədilə sui-qəsd hazırlamaqda günahkar bilinərsə, onları maksimum ömürlük həbs və 250 min dollar məbləğində cərimə gözləyir. Ağ Evin ərazisində zorakı hərəkətlər törətmək məqsədilə sui-qəsddə iştirak ittihamı üzrə isə maksimum beş il həbs cəzası nəzərdə tutulur.Daha əvvəl "Fox News" telekanalı ABŞ hüquq-mühafizə orqanlarının Ağ Evdə keçirilən UFC (Ultimate Fighting Championship – Mütləq Döyüş Çempionatı) turniri zamanı planlaşdırılan hücumun qarşısını aldığını xəbər vermişdi.Məlumata əsasən, hadisə...

17 İyun 2026, 09:38

G7 ölkələri Ukraynaya əlavə enerji dəstəyi göstərəcək

"Böyük yeddilik" (G7) ölkələri Ukraynanın qarşıdakı qışı daha rahat keçirməsi üçün enerji sektoruna əlavə dəstək göstərmək barədə razılığa gəliblər.Citypost.az Teleqraf-a xəbər verir ki, bu barədə Fransada keçirilən G7 sammitinin yekunları üzrə geosiyasi məsələlərə dair birgə bəyanatda bildirilib.Sənəddə qeyd olunur ki, G7 ölkələri Ukrayna hakimiyyətinin müəyyən etdiyi ehtiyac və prioritetləri nəzərə alaraq ölkənin enerji dayanıqlığının gücləndirilməsini vacib hesab edirlər."Biz enerji dayanıqlığının əhəmiyyətini vurğulayırıq. Ukrayna hakimiyyətinin müəyyən etdiyi ehtiyac və prioritetləri nəzərə alaraq, ölkənin qarşıdakı qışı keçirməsinə kömək etmək üçün əlavə dəstək göstərilməsi barədə razılığa gəldik", - bəyanatda deyilir.Qeyd edək ki, G7 sammiti iyunun 15-17-də Fransada keçirilir....

17 İyun 2026, 09:30