Bizə yazın

Baku

-°C

USD

-

Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib 

Cəmiyyət 15 İyun 2026, 13:35

446

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Qurtuluş Günü münasibətilə Azərbaycanı təbrik edib.

Citypost.az xəbər verir ki, təbrik mesajı Türkiyə Prezidentinin “X” hesabında yayımlanıb.

“Can Azərbaycanın 15 iyun- Milli Qurtuluş Gününü ən səmimi arzularımla ürəkdən təbrik edir, bir millətin iki dövləti, bir ürək daşıyan övladları olduğumuz bütün azərbaycanlı qardaşlarımıza Türkiyənin salam və məhəbbətini çatdırırıq”,- təbrikdə qeyd olunub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakıda narkokuryerlikdə şübhəli bilinən şəxsdən marixuana və tiryək aşkarlanıb 

Nərimanov rayonunda 9 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.Bu barədə Citypost.az Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Tədbir zamanı paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 42 yaşlı Samir Mirzəyev saxlanılıb.S.Mirzəyevin sərnişin kimi istifadə etdiyi avtomobildən ona məxsus 5 kiloqram marixuana, 4 kiloqramdan artıq tiryək, həşiş və heroin, eləcə də 1112 ədəd psixotrop tərkibli metadon həbi aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri paytaxt ərazisində qanunsuz dövriyyəyə buraxmaq məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.Faktla bağlı cinayət işi başlanılıb. S.Mirzəyev barəsində məhkəmənin...

15 İyun 2026, 15:24

Avropa Regionlar Komitəsinin prezidenti Ukraynaya səfərə gəlib 

Avropa Regionlar Komitəsinin prezidenti Kata Tyuttö Kiyevə səfərə gəlib, o, Ukrayna hökumətinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək."Report"un məlumatına görə, bu barədə Ukraynanın İcmaların və Ərazilərin İnkişafı Nazirliyi məlumat verib."Səfər çərçivəsində Ukraynanın bərpasına, icmaların inkişafına və Ukrayna ilə Avropa regionları arasında əməkdaşlığın gücləndirilməsinə, həmçinin dəstək göstərilməsinə həsr olunmuş bir sıra görüşlər və tədbirlər planlaşdırılıb" – teleqram kanalındakı məlumatda deyilir.Tyuttö Ukrayna hökumətinin nümayəndələri ilə, xüsusən Ukraynanın bərpası üzrə baş nazir müavini – Ukraynanın İcmaların və Ərazilərin İnkişafı naziri Aleksey Kuleba ilə ikitərəfli görüşlər keçirəcək.Tərəflər Ukrayna icmalarına dəstək, Ukrayna və Aİ bələdiyyələri arasında tərəfdaşlıqların inkişafı, həmçinin bərpa və Avropa inteqrasiyası sahəsində gələcək əməkdaşlıq...

15 İyun 2026, 14:10

Əli Əsədov Milli Qurtuluş Günü münasibətilə Heydər Əliyevin məzarını ziyarət edib 

Baş nazir Əli Əsədov 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Fəxri xiyabanı ziyarət edib.Citypost.az xəbər verir ki, Əli Əsədov Ümummilli Lider Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə gül dəstələri qoyub.

15 İyun 2026, 13:44

XİN:Azərbaycan–Maldiv əməkdaşlığı genişlənir

Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanla Maldiv arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümü ilə bağlı paylaşım edib.Citypost.az xəbər verir ki, bu barədə nazirlik "X" hesabında məlumat yayıb."Biz ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsinə və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsinə sadiq qalırıq", - deyə paylaşımda qeyd edilib.

15 İyun 2026, 13:16

Məcnun Məmmədov Sabirabadda taxıl biçinini izləyib 

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Sabirabad rayonunda taxıl biçini prosesində iştirak edib, məhsul yığımının gedişi ilə maraqlanıb."Report"un Aran bürosunun məlumatına görə, nazir əvvəlcə rayonda fəaliyyət göstərən toxumçuluq təsərrüfatının əkin sahələrinə baxış keçirib.Məlumat verilib ki, təsərrüfatın ümumi əkin sahəsi 988 hektardır. Cari təsərrüfat ilində 404 hektar sahədə buğda, 338 hektarda arpa, 65 hektarda lobya, 55 hektarda isə günəbaxan əkilib.Toxumçuluq istiqamətində fəaliyyət göstərən təsərrüfatda buğdanın "Arsenal", "Viktoriya", "Koralina", "Bərəkətli" və "Əsgəran", arpanın isə "Ştorm" və "Nuranə" sortları becərilir. Bildirilib ki, təsərrüfatda indiyə qədər 95 hektar arpa sahəsi biçilib. Hər hektardan orta hesabla 42 sentner məhsul əldə olunub və ümumilikdə 400 tona yaxın...

15 İyun 2026, 12:52

Rayonlarda 32 dərəcə isti olacaq 

Azərbaycanda iyunun 16-da havanın 32 dərəcə isti olacağı gözlənilir.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 17-20° isti, gündüz 27-31° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecı 70-75 %, gündüz 45-50 % olacaq.Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşam əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə...

15 İyun 2026, 12:22