Həftəsonu qanunsuz saxlanılan 10 tüfəng aşkarlanıb
Cəmiyyət 15 İyun 2026, 12:10
328
Həftəsonu qanunsuz saxlanılan 10 tüfəng, 3 avtomat aşkarlanıb.
Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Həmçinin oxuyun
Bildirilib ki, iyunun 13-də və 14-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 10 tüfəng, 11 patron darağı və 362 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Qurtuluş Günü münasibətilə Azərbaycanı təbrik edib.Citypost.az xəbər verir ki, təbrik mesajı Türkiyə Prezidentinin “X” hesabında yayımlanıb.“Can Azərbaycanın 15 iyun- Milli Qurtuluş Gününü ən səmimi arzularımla ürəkdən təbrik edir, bir millətin iki dövləti, bir ürək daşıyan övladları olduğumuz bütün azərbaycanlı qardaşlarımıza Türkiyənin salam və məhəbbətini çatdırırıq”,- təbrikdə qeyd olunub.
15 İyun 2026, 13:35
XİN:Azərbaycan–Maldiv əməkdaşlığı genişlənir
Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanla Maldiv arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümü ilə bağlı paylaşım edib.Citypost.az xəbər verir ki, bu barədə nazirlik "X" hesabında məlumat yayıb."Biz ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsinə və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsinə sadiq qalırıq", - deyə paylaşımda qeyd edilib.
15 İyun 2026, 13:16
Məcnun Məmmədov Sabirabadda taxıl biçinini izləyib
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Sabirabad rayonunda taxıl biçini prosesində iştirak edib, məhsul yığımının gedişi ilə maraqlanıb."Report"un Aran bürosunun məlumatına görə, nazir əvvəlcə rayonda fəaliyyət göstərən toxumçuluq təsərrüfatının əkin sahələrinə baxış keçirib.Məlumat verilib ki, təsərrüfatın ümumi əkin sahəsi 988 hektardır. Cari təsərrüfat ilində 404 hektar sahədə buğda, 338 hektarda arpa, 65 hektarda lobya, 55 hektarda isə günəbaxan əkilib.Toxumçuluq istiqamətində fəaliyyət göstərən təsərrüfatda buğdanın "Arsenal", "Viktoriya", "Koralina", "Bərəkətli" və "Əsgəran", arpanın isə "Ştorm" və "Nuranə" sortları becərilir. Bildirilib ki, təsərrüfatda indiyə qədər 95 hektar arpa sahəsi biçilib. Hər hektardan orta hesabla 42 sentner məhsul əldə olunub və ümumilikdə 400 tona yaxın...
15 İyun 2026, 12:52
Rayonlarda 32 dərəcə isti olacaq
Azərbaycanda iyunun 16-da havanın 32 dərəcə isti olacağı gözlənilir.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 17-20° isti, gündüz 27-31° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecı 70-75 %, gündüz 45-50 % olacaq.Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşam əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə...
15 İyun 2026, 12:22
FHN: Ötən həftə 494 yanğına çıxış olub
Fövqəladə Hallar Nazirliyinin Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 494 yanğına çıxış, 38 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.Citypost.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 12-si azyaşlı olmaqla 46 nəfər xilas edilib, yanğın zamanı 44 nəfər təxliyə olunub, 8 nəfərin meyiti təhvil verilib....
15 İyun 2026, 12:05
Azərbaycan XİN ABŞ və İran arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ ilə İran arasında Anlaşma Memorandumu üzrə əldə olunmuş razılaşmanı alqışladığını bildirib.Citypost.az xəbər verir ki, bu barədə nazirlik bəyanat yayıb."Pakistanın danışıqlar prosesində mühüm vasitəçilik rolunu, eləcə də digər regional tərəfdaşların verdiyi töhfələri yüksək qiymətləndiririk. Ümid edirik ki, bu mühüm nailiyyət üzərində qurulacaq gələcək danışıqlar davamlı sülhün və sabitliyin təmin olunmasına töhfə verəcəkdir", - deyə məlumatda qeyd edilib....
15 İyun 2026, 11:46