Media və Yayım Şurası yaradılır
Cəmiyyət 16 İyun 2026, 10:10
425
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır.
Citypost.az-ın xəbərinə görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Media haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.
Media və Yayım Şurası Azərbaycan Respublikasında media və yayım sahəsində səlahiyyətli dövlət orqanı olacaq.
Beləliklə, Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın səlahiyyətlərini bu qurum yerinə yetirəcək. Media və Yayım Şurasına əlavə hüquq və vəzifələr də verilir. Yeni hüquqlar aşağıdakılar olacaq:
- media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində tədbirlər görmək;
- dövlət orqanları (qurumları) ilə media subyektləri arasında əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi, dövlət orqanlarının (qurumlarının) media subyektləri ilə əlaqələrinin təkmilləşdirilməsi və qarşılıqlı etimadın artırılması ilə əlaqədar tədbirlər həyata keçirmək;
- jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması, media sahəsində mütəxəssislərin hazırlanması və əlavə təhsilinin təşkili məqsədilə tədbirlər (təlimlər, seminarlar və s.) həyata keçirmək, həmçinin media nümayəndələri üçün müsabiqələr təşkil etmək;
- əhalinin və ya müəyyən təbəqənin maarifləndirilməsinə, ictimai normalara uyğun davranış qaydalarının formalaşdırılmasına, onların diqqətinin cəmiyyətdəki aktual məsələlərə cəlb edilməsinə yönəlmiş proqramları və materialları sifariş vermək və mediada yayımlanmasını təmin etmək;
- audiovizual məhsulların istehsalı və yayımı üzrə dövlət sifarişçisi kimi çıxış etmək, bu məqsədlə müsabiqələr keçirmək;
- cəmiyyətdə baş verən hadisələrin, dövlət siyasətinin mediada ədalətli, balanslı, obyektiv, qərəzsiz işıqlandırılmasına, media subyektlərində peşə etikası (etik davranış) qaydalarına riayət edilməsinə, vətəndaşın, cəmiyyətin və dövlətin informasiya təhlükəsizliyinin təmin olunmasına istiqamətlənmiş layihələrin həyata keçirilməsi üçün tədbirlər görmək;
- media subyektlərinin inkişafına, iqtisadi müstəqilliyinin gücləndirilməsinə, fəaliyyətinin təkmilləşdirilməsinə yönəlmiş, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsini təşkil etmək, bu məqsədlə müsabiqələr keçirmək;
- nəzərdə tutulan müsabiqə qaydalarını təsdiq etmək;
- media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində tədbirlər görmək;
- dezinformasiyanın yayılmasının qarşısının alınması, o cümlədən onun aşkarlanması, qiymətləndirilməsi və aradan qaldırılması istiqamətində tədbirlər görmək;
- dezinformasiyanın yayılması risklərinin azaldılması və nəticələrinin minimuma endirilməsi məqsədilə aidiyyəti dövlət orqanları (qurumları) ilə birgə operativ əlaqələndirmə mexanizmlərini qurmaq və fəaliyyətini təmin etmək;
- media subyeklərinin fəaliyyəti ilə bağlı təhlillər aparmaq, habelə ictimai rəyin öyrənilməsini təşkil etmək;
- informasiya mühitinin təhlili və sosioloji sorğular əsasında ictimai rəyi, dövlət və cəmiyyət arasında qarşılıqlı münasibətlərin inkişaf dinamikasını və tendensiyalarını, dövlət orqanlarının (qurumlarının) fəaliyyəti ilə bağlı ictimai fikri öyrənmək, cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələləri müəyyən etmək və təkliflər vermək;
- mediada, o cümlədən sosial şəbəkə platformalarında rəqəmsal məzmunun təhlilini həyata keçirmək və nəticəsinə uyğun tədbirlər görmək;
Həmçinin oxuyun
- media subyektlərinin fəaliyyəti qanunla nəzərdə tutulan tələblərə cavab vermədikdə, bununla bağlı tədbir görülməsi məqsədilə aidiyyəti üzrə müraciət etmək;
- Media Reyestrini formalaşdırmaq, aparmaq, ondan istifadə edilməsinə və məlumatların mühafizəsinə nəzarət etmək;
- Media Reyestrinə daxil edilmiş media subyektlərinə Media Reyestri şəhadətnaməsi, jurnalistlərə isə jurnalist vəsiqəsi vermək;
Yeni quruma əlavə olaraq aşağıdakı vəzifələr şamil olunacaq:
- xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
- media sahəsində peşə (etik) davranış qaydalarına riayət edilməsi üzrə araşdırmalar aparmaq və bu istiqamətdə tövsiyələr hazırlamaq;
- “Reklam haqqında” qanuna uyğun olaraq sosial reklamlar sifariş vermək;
- fəaliyyət istiqamətlərinə uyğun olaraq təhlillərin aparılması, sorğuların keçirilməsi, hesabatların, rəy və təkliflərin hazırlanması məqsədilə fiziki və hüquqi şəxslərə sifarişlər vermək;
- fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı beynəlxalq tədbirlərdə, o cümlədən forum, konfrans, sərgi və digər tədbirlərdə iştirak etmək və belə tədbirlərin keçirilməsini təşkil etmək;
- istifadəsinə verilmiş dövlət əmlakı üzərində normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqlardan istifadə etmək;
- səlahiyyətlərinə aid edilmiş məsələlərlə bağlı məhkəmələrdə müvafiq prosessual qanunvericilikdə nəzərdə tutulmuş hüquqları həyata keçirmək;
- “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq satınalmalar təşkil etmək;
- strukturuna daxil olmayan tabeliyindəki qurumların yaradılması, yenidən təşkil və ləğv edilməsi üçün təkliflər vermək.
Şuranın sədri və üzvləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin və vəzifədən azad ediləcəklər. Şuranın üzvləri öz aralarından sadə səs çoxluğu ilə 2 (iki) sədr müavini seçəcəklər.
Qeyd edilib ki, müasir dövrdə milli informasiya təhlükəsizliyini və medianın iqtisadi müstəqilliyini təmin etmək üçün Azərbaycanda media sahəsinə münasibətdə daha çevik və kollegial mexanizmə keçid zərurəti yaranıb. Sözügedən mexanizm də öz növbəsində çap, onlayn və audiovizual media arasındakı sərhədlərin silinməsi, informasiya sisteminin əsas sütunu olan mediaya vahid yanaşmanı şərtləndirir.
Bu baxımdan, qanun layihəsində vahid qurumun - Media və Yayım Şurasının yaradılması, Şura ilə bağlı vəzifə və öhdəliklərin “Media haqqında” qanunda öz əksini tapması və qurumun kollegial idarəetmə modelini əsas götürməsi medianın müstəqilliyinə və quruma münasibətdə ictimai etimadın yüksəlməsinə zəmanət verən effektiv mexanizmdir.
“Media haqqında” qanunda təklif olunan dəyişikliklər daxili informasiya məkanının təhlükəsizliyini təmin etməyə, eləcə də yerli medianın inkişafına təkan verməyə şərait yaradacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ramin Məmmədovun vətəndaş qəbulunun vaxtı dəyişib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun 18 iyun tarixində Lerik rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.Citypost.az xəbər verir ki, bu barədə Komitədən bildirilib.Sədr iyunun 19-da Lerik, Lənkəran, Astara, Masallı, Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşları qəbul edəcək.Qəbul saat 10:00-da Lerik rayon Mədəniyyət Mərkəzində (ünvan: Lerik şəhəri, A.Əsədullayev küçəsi, 22) keçiriləcək.Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq, qəbulda iştirak etmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Lənkəran-Astara regional bölməsinə (əlaqə vasitələri: (050) 380 27 43, (025) 258 39 84, [email protected], [email protected]) müraciət etmələri xahiş olunur....
16 İyun 2026, 11:06
İlham Əliyev Roma Papası XIV Leo Azərbaycana səfərə dəvət etdi
Roma Papası XIV Leo Azərbaycana səfərə dəvət olunub.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı dəvət məktubunu iyunun 16-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Corc Ceykob Kuvakadı qəbul edərkən təqdim edib.
16 İyun 2026, 10:41
İlham Əliyev Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Corc Ceykob Kuvakadı qəbul edib.Citypost.az xəbər verir ki, söhbət zamanı ölkəmizlə Müqəddəs Taxt-Tac arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı, müxtəlif səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafında roluna toxunulub. Bu baxımdan Corc Ceykob Kuvakadın ölkənin regionlarına da səfər edəcəyinin əhəmiyyəti qeyd olunub.Qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Roma Papası XIV Leonun və Vatikanın dövlət katibi kardinal Pietro Parolinin salamlarını dövlət başçısına çatdırıb.Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Roma Papasına və Vatikanın dövlət katibinə çatdırmağı xahiş...
16 İyun 2026, 10:36
Toral Ağayev: Klassik mahnılara sonradan siyasi məna yüklənir
Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının mətbuat katibi Toral Ağayev son dövrlər klassik Azərbaycan mahnılarının yaranma tarixi ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.Citypost.az xəbər verir ki, o, sosial şəbəkə hesabında yazıb ki, son zamanlar xalq arasında sevilən və artıq klassikaya çevrilmiş bir sıra lirik mahnılara siyasi və ideoloji məzmun yüklənməsi halları müşahidə olunur.Toral Ağayev qeyd edib ki, sovet dövründə xalqdan gizlədilən və haqqında danışılması qadağan olunan mövzuların insanların yaddaşında və milli şüurunda yaşaması danılmaz faktdır. Bununla belə, onun fikrincə, “Şuşanın dağları”, “Küçələrə su səpmişəm”, “Dağlar qızı Reyhan” kimi mahnıların yaranma tarixində milli mübarizə və ya gizli siyasi məzmunun olması ilə bağlı...
16 İyun 2026, 10:20
Fövqəladə Hallar Nazirliyi sığınacaqda maarifləndirmə tədbiri keçirib
Fövqəladə Hallar Nazirliyi tərəfindən “İnsan hüquqları aylığı” çərçivəsində “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin nəzdində fəaliyyət göstərən sığınacaqda fövqəladə hallarla bağlı davranış qaydalarına dair maarifləndirmə tədbiri keçirilib.Bu barədə Citypost.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, tədbirin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə sığınacaq sakinlərinə, həmçinin müəssisənin əməkdaşlarına müvafiq biliklərin verilməsi olub.Tədbirdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə...
16 İyun 2026, 10:08
Deputat icra başçısından yazdı: Bir neçə problem....
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin fəaliyyəti ilə bağlı paylaşım edib.Citypost.az xəbər verir ki, deputat sosial şəbəkə hesabında yazıb ki, bir neçə gün əvvəl rayon tədbirlərinin birində Sabunçu qəsəbə sakinlərinin ona ünvanladıqları problemləri Adil Vəliyevin diqqətinə çatdırıb.Arzuxan Əlizadənin sözlərinə görə, icra başçısı bayram günü həmin ərazidə sakinlərlə görüşəcəyini bildirib və verilən vədə uyğun olaraq qısa müddətdə görüş təşkil olunub.Deputat qeyd edib ki, görüş zamanı sakinlərin müraciətləri dinlənilib, mövcud problemlərin həlli istiqamətində operativ addımlar atılıb. Onun sözlərinə görə, Adil Vəliyev bir sıra mərkəzi və yerli icra qurumlarının rəhbərləri ilə...
16 İyun 2026, 09:55