Bizə yazın

Baku

-°C

USD

-

Seyid Əli Xamenei nəyin naminə öldü? Xəqani Cəfərli AÇIQLADI

Siyasət 16 İyun 2026, 10:03

461

Ötən ilin martın 7-də prezident Donald Tramp Fox Business Network kanalına açıqlamasında İranın Ali Rəhbəri Seyid Əli Xamenei məktub yazdığını açıqladı. Martın 8-də Xameneyi ABŞ-ın məsələləri danışıqlar yolu ilə həll etmək istəmədiyini, əksinə öz tələblərini irəli sürmək və dominantlıq yaratmaq istədiyini bildirərək İranın buna razı olmayacağını bəyan etdi. 

Citypost.az xəbər verir ki, bu sözləri politoloq Xəqani Cəfərli yazıb.

"Martın 12-də Birləşmiş Ərəb Əmirliyinin prezidentinin müşaviri Ənvər Qarqaş Tehranda İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə görüşərək Trampın Xameneiyə ünvanlanmış məktubunu İranın Ali Rəhbərinə çatdırmaq üçün nazirə verdi. Məktubla bağlı məlumatların birində qeyd edilirdi ki, Tramp məktubu göndərməzdən öncə İsrail, Səudiyyə Ərəbistanı və BƏƏ də daxil olmaqla bir neçə müttəfiqini məktubun məzmunu barədə məlumatlandırıb. Adları çəkilən dövlətlərin heç biri bu məlumatı təkzib etmədi. 

Martın 29-da Sky News Arabic kanalı prezident Donald Trampın İranın Ali Lideri Əli Xameneiyə göndərdiyi məktubu dərc etdi. Məktubda deyilirdi: "Amerika Birləşmiş Ştatları, mənim rəhbərliyim altında, sülh və gərginliyin azaldılması istiqamətində əhəmiyyətli bir addım atmağa hazırdır. Birlikdə sanksiyaları ləğv edə, İran iqtisadiyyatını gücləndirə və iki ölkəmiz arasında əməkdaşlığa qapı aça bilərik ki, bu da təkcə xalqlarımızın xeyrinə deyil, həm də Yaxın Şərqdə və bütün dünyada sabitlik və sülhə xidmət edər. Əgər siz bu uzadılmış əli rədd etsəniz, əgər İran rejimi gərginləşmə, terror təşkilatlarına davamlı dəstək və hərbi macəralar yolunu seçərsə, cavab qətiyyətli və sürətli olacaq. Rejiminizin xalqımıza və ya müttəfiqlərimizə qarşı təhdidləri qarşısında boş dayanmayacağıq.”

Seyid Əli Xamenei prezident Donald Trampın danışqılara başlamaq tələbini ötən ilin martın sonunda rədd etdikdən sonra İran bir neçə dəfə ABŞ və İsrailin hücumuna məruz qalıb. Bu hücumlar nəticəsində Seyid Əli Xamenei başda olmaqla İranın dini, siyasi və hərbi elitasına daxil olan yüzdən artıq şəxs öldürülüb. İrana bir neçə yüz milyard dollar zərər dəyib. İran bu itgilərin yerini yaxın 30 ildə doldura bilməyəcək. 

Bütün bunlardan sonra İran nəhayət ki, Trampın ötən ilin martında göndərdiyi məktubda əksini tapan danışıqlara başlamaq tələbini qəbul edib. Üstəlik, Trampın şərtləri də dəyişməyib. Tramp yenə İranın nüvə proqramının ləğv edilməsində israr edir və əks halda hərbi əməliyyatların başlanacağını bildirir.  

Bu zaman çox maraqlı sual yaranır. Əgər İranın Trampın danışıqlara başlamaq tələbini qəbul edəcəkdisə Seyid Əli Xamenei başda olmaqla İranın dini, siyasi və hərbi elitasına daxil olan yüzdən artıq şəxs nəyin naminə öldü? 

Bu sual Seyid Müctəba Hüseyni Xameneiyə deyil, İranın qalib gəldiyinə inanan fantaiklərə yönəlib. Hərbi əməliyyatlara fasilə verən və faktiki olarq 60 günlük hüquqi möhlət olan ABŞ və İran arasında Anlaşma Memorandumu ilə bağlı fikirlərimi başqa bir yazıda bölüşəcəm." - deyə Xəqani Cəfərli bildirib

Yusif

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Eldəniz Əmirov: ABŞ-İran razılaşması problemin həlli deyil

ABŞ və İran arasında əldə olunan razılaşma bir çoxlarında münasibətlərin normallaşacağı təəssüratı yaratsa da, mənzərə əslində daha mürəkkəbdir.Tərəflər arasında əsas ziddiyyətlər olan nüvə proqramı, sanksiyalar, regional təsir uğrunda rəqabət və İsrail amili olduğu kimi qalır. Sadəcə hazırda hər iki tərəf yeni müharibənin iqtisadi və siyasi xərcinin həddindən artıq yüksək olduğunu görür.Bu səbəbdən yaxın dövr üçün ən real ssenari barışıq senarisi yox, idarə olunan gərginlikdir. Yəni tərəflər açıq müharibədən uzaq duracaq, lakin qarşıdurma tam bitməyəcək. Vaxtaşırı böhranlar, sərt bəyanatlar və təzyiqlər davam edəcək.Citypost.az xəbər verir ki, bu sözləri iqtisadçı Eldəniz Əmirov ABŞ və İran arasında əldə olunduğu bildirilən razılaşmanı şərh edərəksən...

16 İyun 2026, 10:16

Elbəyi Həsənli: Türkiyəyə qarşı təhlükəli ssenari müzakirə olunur

Dünən İran, bu gün Türkiyə: Müharibə ritorikası artıq Ankaraya yönəlir?Son illər Türkiyəyə qarşı sərt çıxışları ilə tanınan amerikalı analitik Michael Rubin bu dəfə daha da irəli gedib.2026-cı il aprelin 16-da yayımlanan “Destroy the F-16s: Israel Could Launch a Preemptive Attack on Turkey” (“F-16-ları məhv edin: İsrail Türkiyəyə preventiv hücum edə bilər”) adlı məqaləsində Rubin artıq sadəcə Türkiyəni tənqid etmir. O, İsrailin Türkiyəyə qarşı preventiv hərbi zərbə endirməsi ssenarisini müzakirə edir.  Elə buradaca qeyd edək ki, cənab Rubin uzun müddət anti-erməni təbliğatı aprıb. Türkiyə və Azərbaycanı açıq şəkildə tərfləməklə məşğul olub. Sonra Amerika erməni lobbisinin təsiri ilə öz mövqeyini 180 dərəcə dəyişib....

16 İyun 2026, 10:12

Qulu Məhərrəmli: Bir neçə günə mənzərə tam aydın olacaq

Əməkdar jurnalist, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli İran ətrafında baş verən son proseslərlə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, sosial şəbəkə hesabında yazıb ki, ABŞ Prezidenti Donald Trampın daha əvvəl İranla bağlı səsləndirdiyi “razılaşmışıq” məzmunlu bəyanatları özünü doğrultmadığından, indi mümkün yeni anlaşmaya da çoxları ehtiyatla yanaşır.Qulu Məhərrəmli bildirib ki, Pakistanın vasitəçiliyi ilə tərəflər arasında razılıq əldə olunub və sənədin iyunun 19-da Cenevrədə imzalanacağı gözlənilir.Professorun sözlərinə görə, əldə olunan razılaşmaya əsasən, Hörmüz körfəzi dərhal açılmalıdır. Bununla belə, İranın nüvə proqramı ilə bağlı məsələlər barədə hələlik aydın məlumat verilmir.“Bu mövzu tərəflər tərəfindən daha çox təbliğat məqsədilə istifadə olunur və əsas “qələbə”...

16 İyun 2026, 10:00

Nigar Sabirqızı: Trampın vədlərinin reallaşması çətin görünür

Jurnalist, tanınmış aparıcı Nigar Sabirqızı ABŞ Prezidenti Donald Trampın İranla bağlı səsləndirdiyi bəyanatları şərh edib.Citypost.az xəbər verir ki, jurnalist, sosial şəbəkə hesabında yazıb ki, Trampın iranlılara verdiyi “yardım artıq yoldadır” və “ABŞ işini başa çatdırdıqdan sonra hakimiyyət İran xalqına məxsus olacaq” vədlərinin yaxın vaxtlarda reallaşacağı inandırıcı görünmür.Nigar Sabirqızı bildirib ki, dünya mediasında da bu fikrin xüsusi vurğulandığını müşahidə etmək mümkündür. Onun sözlərinə görə, İran xalqının taleyini yalnız özünün dəyişə biləcəyi əvvəldən bəlli idi.“Onlar bunu istəyirmi? Məncə, hamısı yox. Bir neçə ildən bir etirazlara çıxır, qəddarcasına yatırıldıqdan sonra sakitləşir və illərlə susurlar. Onları qınamaq da olmaz. Vəhşi qanunlarla idarə olunan bir...

16 İyun 2026, 09:53

Qulu Məhərrəmli: Rusiyada hərbi təzyiq güclənir

Professor Qulu Məhərrəmli Ukrayna-Rusiya cəbhəsində son günlər müşahidə olunan hərbi gərginliklə bağlı paylaşım edibCitypost.az xəbər verir ki, professor bildirib ki, Ukrayna ordusu son 3–4 gündə əməliyyatların gedişində ciddi dönüş yaradaraq Rusiyaya qarşı aktiv hücumlar həyata keçirir. Onun sözlərinə görə, Krımın faktiki olaraq Rusiya ilə əlaqələrinin zəifləməsi müşahidə olunur.Qulu Məhərrəmli qeyd edib ki, Ukrayna tərəfindən istifadə olunan “Flaminqo” raketləri və dronlar vasitəsilə Sankt-Peterburqdan Moskva və Tatarıstana qədər müxtəlif bölgələr hədəfə alınır, xüsusilə enerji infrastrukturuna ciddi zərbələr endirilir.Professorun sözlərinə görə, hazırda Rusiyanın bir sıra şəhərlərində gün ərzində bir neçə dəfə hava həyəcanı siqnalları verilir, həmçinin yol və nəqliyyat məhdudiyyətləri səbəbindən Krım və...

15 İyun 2026, 09:49

Ceyhun Məmmədov: Uğurların başlanğıcı 15 İyun

Milli Məclisin deputatı Ceyhun Məmmədov 15 İyun – Milli Qurtuluş Günü münasibətilə paylaşım edibCitypost.az xəbər verir ki, deputat bildirib ki, Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi və dövlətçilik tariximizin ən əlamətdar səhifələrindən biridir.Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ölkəni parçalanma və xaos təhlükəsindən xilas edib, müstəqil Azərbaycanın inkişaf yolunun əsasını qoyub.Ceyhun Məmmədov qeyd edib ki, bu gün milli birliyin və dövlətçiliyin möhkəmlənməsinin rəmzi kimi tarixə düşüb və əldə olunan uğurların təməlində həmin dövrdə atılan uzaqgörən addımlar dayanır.Deputat əlavə edib ki, Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası bu gün...

15 İyun 2026, 09:45