Bizə yazın

Baku

-°C

USD

-

Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə iştirak edir

Cəmiyyət 18 İyun 2026, 09:12

273

Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir.

Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Əvvəlcə birgə foto çəkdirildi.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Sonra “Qurani-Kərim”dən ayə oxundu.

Daha sonra İslam İnkişaf Bankı (IsDB) haqqında videoçarx nümayiş olundu.

Dövlətimizin başçısı tədbirdə çıxış edir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sabah ölkə üzrə pensiyalar ödəniləcək 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyunun 19-da respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.Bu barədə Citypost.az-a nazirlikdən məlumat verilib.Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

18 İyun 2026, 11:24

Prezident Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət edib 

Prezident İlham Əliyev “Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət edib.Citypost.az xəbər verir ki, müraciətdə deyilir:"Hörmətli Sammit iştirakçıları,Sizi “Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Bakı Sammitinin açılışı münasibətilə salamlayıram.İnsan hüquqları sahəsində yeni qlobal çağırışlara həsr olunmuş bu Sammitin18 İyun – Azərbaycan Respublikasında İnsan Hüquqları Günündə keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu tarix Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin ölkəmizdə ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nı təsdiq etdiyi və insan hüquqlarının təmin olunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirdiyi gündür.Müasir dövrdə süni...

18 İyun 2026, 11:16

Azərbaycan və İslam İnkişaf Bankı Qrupu arasında sənədlər imzalanıb 

Azərbaycan və İslam İnkişaf Bankı (İİB) Qrupu arasında sənədlər imzalanıb.Citypost.az xəbər verir ki, tədbir iyunun 18-də Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılışı mərasimi çərçivəsində baş tutub.Sənədlər Azərbaycan Prezidenti İlham Əliyev və İslam İnkişaf Bankı (İİB) Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casirin iştirakı ilə imzalanıb.

18 İyun 2026, 11:00

Azərbaycanda qeydiyyatda olan işsizlərin sayı açıqlanıb 

2026-cı il iyun ayının 1-i vəziyyətinə Azərbaycanda qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,6 min nəfər olub.Citypost.az  xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.Qeyd edilib ki, onların 52,1 faizini qadınlar təşkil edib.İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 479,8 manat olub.

18 İyun 2026, 10:19

Azərbaycanda nikahların və boşanmaların sayı açıqlanıb 

Cari ilin ilk dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 11422 nikaha daxilolma və 6443 boşanma halları qeydə alınıb.Citypost.az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin yanvar-may ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb.Bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,4-dən 3,4-ə, boşanmaların sayı isə 2,0-dan 1,9-a düşüb....

18 İyun 2026, 10:08

İlham Əliyev: Sülhü Ermənistana Azərbaycan təklif edib

Azərbaycan Ermənistana sülh təklif etdi, yəni işğaldan və dağıntılardan əziyyət çəkmiş ölkə bunu təklif etdi.Citypost.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində deyib.Dövlət başçısı bildirib ki, indi bu sülh mövcuddur:"Bir ildir ki, Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır və bunun faydasını görür. Biz Ermənistanın işğalçı qüvvələrinin xalqımıza, şəhərlərimizə etdiklərini heç zaman yaddan çıxarmayacağıq, 65 məscidin dağıdılmasını unutmayacağıq. Onlar donuz və digər heyvanları məhz məscidlərin binalarında saxlayırdılar. Biz bunu yaddan çıxarmayacağıq".İlham Əliyev vurğulayıb ki, bununla belə, Azərbaycan gələcəyə baxdı və döyüş meydanında qisas aldı:"Bu kifayətdir. Müharibə və müharibələr dayanmalı...

18 İyun 2026, 09:48