Eynulla Fətullayev: ABŞ–İran sənədi “kəskin suallar” yaradır
Siyasət 18 İyun 2026, 09:50
350
ABŞ və İran arasında sabah, cümə günü imzalanacaq anlaşma memorandumunun tam mətni mətbuata sızdırılıb. Sənəddə diqqət çəkən bir neçə kritik məqam:
Citypost.az xəbər verir ki, bu sözləri Əməkdar jurnalist Eynulla Fətullayev sosial şəbəkə hesabında yazıb.
1. Livan tələsi və İsrailin küncə sıxışdırma cəhdi
İsrail Ordusunun Livanın cənubundan çıxarılması barədə birbaşa öhdəlik qoyulmasa da, mətndə buna dolayısı ilə eyham vurulur: “ABŞ və müttəfiqləri hazırkə müharibədə… Livanın ərazi bütövlüyü və suverenliyinə təminat verməyi öhdəliyini götürürlər”. Bu bənd yaxın gələcəkdə İsrailin başını çox ağrıdacaq — Vaşinqtonun qoşunları geri çəkmək üçün Təl-Əvivə ciddi siyasi təzyiq göstərəcəyi şəksizdir.
Maraqlıdır ki, bu bənd Baş nazir Netanyahunun və Müdafiə naziri Katsın bu həftə İsrailin Livan da daxil olmaqla sərhədyanı bufer zonalarını əldə saxlayacağı barədə bəyanatlarından dərhal sonraya təsadüf edir. Memorandumun mətni ilə Amerikanın bu təzyiqlərinin Netanyahu və Katsın dikbaş bəyanatları ilə necə uzlaşacağı hələ də suallar doğurur. Sazişin Livanla bağlı dumanlı təsviri İsrail diplomatiyasına manevr imkanı saxlasa da, effektivliyini demək olar ki sıfıra endirir. Çünki sənədin hər bəndindən İsrailin dərin narahatlığı və rəsmi Təl-Əvivin sazişin mətninə təsir etmək, milli təhlükəsizlik maraqlarını qorumaq məsələsində tam iflasa uğradığı açıqca görünür.
2. İranın vaxt qazanmaq taktikası
Yekun saziş (bura nüvə bəndi də daxildir) üzrə danışıqlara 60 gün vaxt qoyulub, lakin “tərəflərin qarşılıqlı razılığı ilə müddətin uzadıla bilməsi” şərti var. Əsl təhlükə də elə bu “diplomatil ifadələrin” arxasında gizlənir: Tehranın vaxtı uzatmaq üçün hər yola əl atacağı gözləniləndir. Bu arada isə SEPAH heç şübhəsiz ki, pərdəarxası yollarla nüvə proqramında həlledici sıçrayışa çalışacaü.
3. Hörmüz boğazının İrana peşkəş edilməsi
Daha bir dramatik məqam: İran gələcəkdə Hörmüz boğazına nəzarəti ələ keçirmək üçün ABŞ-dan faktiki olaraq yaşıl işıq alır. Memoranduma görə, boğaz sahili ölkələr olan İran və Oman gələcək inzibati qaydaları və dəniz xidmətlərini birgə müəyyənləşdirəcəklər. Yəni ABŞ Hörmüz boğazındakı status-kvonu qaytara bilmədiyi azmış kimi, vəziyyəti daha da pisləşdirib.
Bu bənd İrana boğaza tam nəzarət etmək və gəmilərdən rüsum haqqı toplamaq imkanı verəcək. Bu bənd tam mənası ilə kapitulyasiyanı təcəssüm etdirir!
4. Uranın taleyi: Vaşinqtonun bəri başdan ağ bayraq qaldırması
Zənginləşdirilmiş urana gəldikdə, təbii ki, İranın onu hansısa mərhələdə ölkədən çıxarmaq və ya kiməsə təhvil vermək öhdəliyi yoxdur. Mətndə qeyd olunur ki, bu məsələ yekun sazişdə həllini tapacaq və “bunun üçün minimum metod materialın MAQATE nəzarəti altında yerindəcə seyrəldilməsi olacaq”. Yəni ABŞ öncədən təslim olur və zənginləşdirilmiş uranın üçüncü ölkəyə verilməsini tələb etməyəcəyini, sadəcə “seyrəltmə” barəsində kompromisə razı olduğunu bəri başdan göstərir. Uran İranda qalacaq, bu isə iranlılara prosesi uzatmaq, sabotaj etmək, gözdən pərdə asmaq və əllərindəki uranla gizli manipulyasiyalar etmək üçün geniş qapı açır.
5. Sənəddə yer almayan "qırmızı xətlər"
Təbii ki, mətndə İranda uranın zənginləşdirilməsinin dayandırılması, nüvə obyektlərinin sökülməsi, ballistik raketlər və ya Yaxın Şərqdəki İranyönümlü proksi şəbəkələrinin maliyyələşdirilməsinin kəsilməsi barədə bir kəlmə belə yoxdur.
6. Boşluqlarla dolu keçid dövrü
Yekun saziş imzalanana qədərki dövr üçün İranın öz nüvə proqramı ilə bağlı geniş imkanların nəzərdə tutduğu bənd də
əlavə olunub. İfadə belədir: “nüvə proqramının hazırkı vəziyyətini qorumaq”. Hazırkı vəziyyəti qorumaq nə deməkdir? İranın indiyədək əldə etdiyi 60%-lik səviyyədə, sadəcə faizi artırmadan uranın zənginləşdirməyə davam etməsi mümkündürmü? İranlıların əl-qolu açılacaq, və Tehran öz nüvə proqramını davam edərkən bu bəndə istinad edəcək!
7. İranın hərbi xərcləri artacaq
İranlıların əldə edəcəkləri milyardlarla dollarların xərclənçəsinə heç bir məhdudiyyət qoyulmur. Bu pulların hərbi deyil, mülki məqsədlərə yönəldiləcəyinə dair sənəddə heç bir öhdəlik, hətta formal bir bənd belə yoxdur: “Vəsaitlər, İran Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş hər hansı yekun benefisiara ödəniş edilməsi üçün tam formada əlçatan olacaq”.
Kobud desək, iranlılar istəsələr, alacaqları yüz milyardlarla dollarları birbaşa hərbi xərclərə yönəldə bilərlər. Və ABŞ-ın Tehrana bu məsələdə mane olması bu sənədə əsasən mümkünsüz görünür…
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Aydın Quliyev: Trampın İranla sazişi beynəlxalq arenada qeyri-müəyyənlik yaradıb
“Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi analitik Aydın Quliyev ABŞ Prezidenti Donald Trampın İranla bağlı addımını şərh edib.Citypost.az xəbər verir ki, jurnalist bildirib ki, Trampın gözlənilməz qərarı beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaradıb və prosesləri qeyri-müəyyən istiqamətə aparır.Aydın Quliyevin sözlərinə görə, Avropa tərəfi sazişin daha gec – 19 iyunda İsveçrədə imzalanacağını gözləsə də, proses əvvəlcədən planlaşdırılandan fərqli şəkildə sürətlənib və 17–18 iyun gecəsi Versalda baş tutub.Analitik qeyd edib ki, Trampın Fransa Prezidenti Emmanuel Makronla görüşündən sonra İran tərəfi ilə “ilkin saziş” imzalanıb və sənədin mətnində ciddi dəyişikliklər olmayıb.O, Trampın bu addımının tələsik və strateji baxımdan suallar doğuran qərar olduğunu vurğulayıbƏli...
18 İyun 2026, 10:14
Azər Həsrət: ABŞ–İran anlaşması bölgədə yeni güc balansı yaradır
Siyasi analitik Azər Həsrət ABŞ və İran arasında əldə olunan anlaşmanı şərh edib.Citypost.az xəbər verir ki, analtik bildirib ki, İranın ABŞ ilə masa arxasına oturması və nüvə silahından imtina öhdəliyi götürməsi bölgədə yeni siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.Azər Həsrətin sözlərinə görə, Tehran uzun müddət qarşıdurma xətti izləsə də, hazırkı proseslər ölkənin daha fərqli siyasi kursa yönələ biləcəyini göstərir.O qeyd edib ki, ABŞ bu prosesdə İran üzərində təsirini gücləndirir və nəticədə ölkənin tam nəzarət altına alınması ehtimalı yaranır.Analitik əlavə edib ki, bu cür geosiyasi dəyişikliklər fonunda region ölkələri də öz strateji mövqelərini düzgün müəyyənləşdirməlidirlər.Əli...
18 İyun 2026, 10:05
Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşüb
Daşkənd şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 16-da Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.Bu barədə Citypost.az-a Nazirlər Kabinetindən xəbər verilib.Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Özbəkistanın dövlət başçısına çatdırıb.Şavkat Mirziyoyev Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.Görüşdə Azərbaycan-Özbəkistan münasibətlərinin strateji tərəfdaşlıq və müttəfiqlik əsasında uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub.Ticarət-iqtisadi, investisiya, nəqliyyat-logistika, enerji, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri geniş müzakirə edilib....
16 İyun 2026, 16:36
Eldəniz Əmirov: ABŞ-İran razılaşması problemin həlli deyil
ABŞ və İran arasında əldə olunan razılaşma bir çoxlarında münasibətlərin normallaşacağı təəssüratı yaratsa da, mənzərə əslində daha mürəkkəbdir.Tərəflər arasında əsas ziddiyyətlər olan nüvə proqramı, sanksiyalar, regional təsir uğrunda rəqabət və İsrail amili olduğu kimi qalır. Sadəcə hazırda hər iki tərəf yeni müharibənin iqtisadi və siyasi xərcinin həddindən artıq yüksək olduğunu görür.Bu səbəbdən yaxın dövr üçün ən real ssenari barışıq senarisi yox, idarə olunan gərginlikdir. Yəni tərəflər açıq müharibədən uzaq duracaq, lakin qarşıdurma tam bitməyəcək. Vaxtaşırı böhranlar, sərt bəyanatlar və təzyiqlər davam edəcək.Citypost.az xəbər verir ki, bu sözləri iqtisadçı Eldəniz Əmirov ABŞ və İran arasında əldə olunduğu bildirilən razılaşmanı şərh edərəksən...
16 İyun 2026, 10:16
Elbəyi Həsənli: Türkiyəyə qarşı təhlükəli ssenari müzakirə olunur
Dünən İran, bu gün Türkiyə: Müharibə ritorikası artıq Ankaraya yönəlir?Son illər Türkiyəyə qarşı sərt çıxışları ilə tanınan amerikalı analitik Michael Rubin bu dəfə daha da irəli gedib.2026-cı il aprelin 16-da yayımlanan “Destroy the F-16s: Israel Could Launch a Preemptive Attack on Turkey” (“F-16-ları məhv edin: İsrail Türkiyəyə preventiv hücum edə bilər”) adlı məqaləsində Rubin artıq sadəcə Türkiyəni tənqid etmir. O, İsrailin Türkiyəyə qarşı preventiv hərbi zərbə endirməsi ssenarisini müzakirə edir. Elə buradaca qeyd edək ki, cənab Rubin uzun müddət anti-erməni təbliğatı aprıb. Türkiyə və Azərbaycanı açıq şəkildə tərfləməklə məşğul olub. Sonra Amerika erməni lobbisinin təsiri ilə öz mövqeyini 180 dərəcə dəyişib....
16 İyun 2026, 10:12
Seyid Əli Xamenei nəyin naminə öldü? Xəqani Cəfərli AÇIQLADI
Ötən ilin martın 7-də prezident Donald Tramp Fox Business Network kanalına açıqlamasında İranın Ali Rəhbəri Seyid Əli Xamenei məktub yazdığını açıqladı. Martın 8-də Xameneyi ABŞ-ın məsələləri danışıqlar yolu ilə həll etmək istəmədiyini, əksinə öz tələblərini irəli sürmək və dominantlıq yaratmaq istədiyini bildirərək İranın buna razı olmayacağını bəyan etdi. Citypost.az xəbər verir ki, bu sözləri politoloq Xəqani Cəfərli yazıb."Martın 12-də Birləşmiş Ərəb Əmirliyinin prezidentinin müşaviri Ənvər Qarqaş Tehranda İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə görüşərək Trampın Xameneiyə ünvanlanmış məktubunu İranın Ali Rəhbərinə çatdırmaq üçün nazirə verdi. Məktubla bağlı məlumatların birində qeyd edilirdi ki, Tramp məktubu göndərməzdən öncə İsrail, Səudiyyə Ərəbistanı...
16 İyun 2026, 10:03