“Oxucu müəllifin ürək döyüntüsünü eşitməlidir” - Ramidə YAQUBQIZI.
Söz adamı 18 İyun 2026, 09:53
2053
Şumlamağa çalışmayın, əkinki, sonra biçməyə nəyinizsə olsun
Bir neçə gün əvvəl hörmətli Rəşad Məcid olduqca maraqlı paylaşım etmişdir. “Süni intellekt kövrələ biləcəkmi?”.
Haqlı və yerində verilən sual idi. Mənim isə yazdığım cavab bu olmuşdu. “Bizimkilər süni intellekti çoxdan ağladıblar”.
Əslində, Rəşad müəllimin paylaşımındakı sual, sualdan çox real həyatın acı həqiqəti, ironiyası idi. Mənim cavabım da həmçinin. Hər ikimiz də mahiyyət etibarı ilə nöqtəni eyni yerdə qoymuşduq. Sadəcə, arada vergül var idi ki, o da eyni mənalı fərqli cümlələri birləşdirmişdi. Bu isə istehza ilə yanaşı, sözü oynadıb, bədii təsvirlərin gücü ilə işlədilməsidir ki, onu da hər bir qələm adamı bacarmalıdır.
Sual və cavabdakı ironiyanın məqsədi ondan ibarətdir ki, son dövrlər yazılan yazıların böyük əksəriyyəti süni intellekt məhsulu olduğu üçün hiss və həyacandan uzaqdır. Və yaxud da, xəbəri yoxdur desək daha yerinə düşmüş ifadə vasitəsi olar. Heç kimə sirr deyil ki, yarım saata yazılan mövzular, həmin yazıların müəllifləri daha çox iddialı və üzdədir. Onları jurnalistikada az qala qəhrəmana çevirən çevrə, dəstək də az deyil. Hamımız yaxşı bilirik. Bəzən xəbər xatirinə, bəzən sensasiya, bəzən də mən də yaza bilirəm məqsədi ilə yazılmış mənşəyi, mənbəyi məlum olmayan söz yığınları var var ki, onlar da süni intellektin vasitəsilə yazılmış təpədən-dırnağa süni yazılardır. Qabaqlar jurnalistikada plagiatlıq, oğurluq mövzular mövcud idisə, bu gün daha asan və sərfəli vasitə forması var. SÜNİ İNTELLEKT.
Ağlar günə qoyduqları mətbuatı cənginə alan bəzi müəlliflər bu yolla mən də yaza bilirəmdən daha çox, yaza bilmirəm şüarını sərgiləyirlər. Çünki hissi, duyğusu və sözlə yaşayıb, onu gözəlləşdirməyə çalışanlar həmən anlayırlar ki, bu yazılarda insan fikir, düşüncəsinin əlaməti yoxdur. Oxucu yazıda müəllifin ürək döyüntüsünü “eşitməlidir". Əgər oxuduğu məqalədəki mövzu az da olsa gözlərində canlanma bilmirsə, deməli, burada heç bir müəllif əməyindən söhbət gedə bilməz.
Odur ki, əziz həmkarlar, jurnalistika təsadüfi ünvan deyil. Nə də, mən də bacararam və yaxud da, bacarıram hikkəsi ilə döyüşüləcək meydan deyil. Söz müqəddəsdir. Onun nazını çəkib, gözəlləşdirə, bəzən də özəlləşdirə bilmirsənsə, heç özünü yorma. Nə də üzərinə düşən müvəqqəti kölgəyə bel bağlama.
“Əkinçi" ilə başlayan mətbuat tariximizin keçdiyi yol, bu yolda yetişən dühalar tarixin ən şərəfli səhifəsində daim yaşayacaqlar. Yazıb, yaratdıqları ilə. Sizin yazıqlarınız isə süni istehsal məhsulu kimi bir müddətdən sonra hansısa künc-bucaqda itib, batacaq. Ona görə də, jurnalistikada “şumlamağa" çalışmayın, əkinki, sonra da biçməyə nəyinizsə olsun.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Səməd Vurğun yaradıcılığı milli ədəbi fikrin və mənəvi dəyərlərin mühüm qaynağıdır – Xalq yazıçısı Anar
Səməd Vurğun Azərbaycan poeziyasının, milli ədəbi fikrin inkişafında misilsiz xidmətləri olan qüdrətli söz ustasıdır. Görkəmli şairin zəngin yaradıcılığı təkcə bədii-estetik xüsusiyyətləri ilə deyil, həmçinin humanizm və yüksək mənəviyyat ideyalarının təbliği baxımından bu gün aktuallığını qoruyub saxlayır.
01 Avqust 2026, 12:13
Onu Nil çayına bənzədirəm...
Bu gün dünya şöhrətli neftçi-alim, akademik, görkəmli ictimai xadim, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, AMEA-nın həqiqi üzvü və sabiq vitse-prezidenti, Dövlət mükafatı laureatı, müstəqil Azərbaycanın ikinci Dövlət katibi Midhət Abasovun 100 illik yubileyidir.Tanınmış publisist Bahəddin Həzinin Midhət Abasova həsr etdiyi və "Bizim yol" saytında dərc etdiyi yazını oxucularımızın diqqətinə təqdim edirikDemişdim, həyatda elə adamlarla qarşılaşırsan, görürsən, nə dostluğa yarayır, nə düşmənçiliyə.Bir qism adam var, onlara lap ürəyim yanır: ha çalışır, ha vuruşur, nəticə yoxdur. Günün sonunda əli boş qalıb; nəinki sevgi, heç nifrət də qazana bilməyib.Niyə?!Niyəsini deyim: o cür adamları saya salıb, heç nifrət eləyən də olmur...Bəli, insan üçün ən...
31 İyul 2026, 13:55
Corc Bernard Şoundan unudulmaz kəlamlar
O, Nobel nitqinə zarafatyana dediyi bu cümlə ilə başlamışdı: "Bilirəm ki, siz bu mükafatı mənə verib bura çıxışa çağırmaqda əsas məqsədiniz odur ki, görəsiniz ki, 70 yaşında bir qoca necə səyləyir.." Bu gün (26 iyul) həmin dahi "qoca"nın, Nobelin pul mükafatının qəpiyinə dəymədən hamısını “Gənc yazarlar” klubuna verən böyük ingilis dramaturqu və romançısı Corc Bernard Şounun (1856-1950) doğum günüdür. B.Şou "Piqmalyon" kimi ölməz əsərlərin müəllifi və Nobel mükafatı laureatı (1925), ictimai xadim, London iqtisadi və siyasi elmlər məktəbinin əsasını qoyanlardan biri, Şekspirdən sonra ingilis teatrında ən məşhur dramaturq, "Oskar" mükafatçısı (1939) idi.Öz açıq fikirləri ilə zəmanəsini qabaqlayan B.Şou...
26 İyul 2026, 13:52
Tanrıya ucalan səs itmədi! Əmir Pəhlivan yazır...
Əhməd bəy Ağaoğlunun qızı Sürəyya Ağaoğlu 1903-cü ildə Şuşada anadan olmuşdur. Atası böyük fikir adamı, ideoloq, hüquq professoru Əhməd bəy Ağaoğlu ilə birlikdə 1910-cu ildə Türkiyəyə mühacirət etmişdir. Uşaqlıq və gənclik illəri Türkiyə milliyyətçi ocaqları və Mustafa Kamal Paşa Atatürkün yaxın dostları arasında keçmişdir. Bir neçə dəfə atası Əhməd bəy Ağaoğlu ilə birlikdə Mustafa Kamal Atatürklə şəxsən görüşmüşdür.Türkiyənin ilk qadın vəkili, Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinin ilk prezidenti olan Sürəyya Ağaoğlu İstanbul Hüquq Fakültəsini bitirdiktən sonra ömrünün sonuna qədər vəkilliklə məşğul olmuşdur.1950-ci ildə Alman hüquqşünas Werner Taschenbreker ilə ailə qurmuşdur. Lakin bu izdivacdan onların övladı olmamışdır.Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinin ilk prezidenti...
24 İyul 2026, 12:34
Nazim Əhmədli - ŞEİR
Üzünü qoy sinəm üstə,gör səni necə yandırır;ürəyim gündüz üşüyür,həsrətim gecə yandırır;gün addıyır, düşür gecə,dəli sevgi bir işgəncə;çınqısı çatıb indicəhələ, təzəcə yandırır;bu dərd mənə gəldi, kimdən,qaçdım loğmandan, həkimdən;alovu qalxır içimdən,məni gizlicə yandırır;bilmədim nə sirr eliyib,qovub, lap yesir eliyib;könlümü əsir eliyib,dərd içə-içə yandırır;mən dəli sevda adamı,həsrət qırıb inadımı;sındırıb qol-qanadımı,doldurub peçə yandırır;ağ buludlar lələk-lələk,ruhum bir adsız kəpənək;ömrümüzü çərxi-fələk,yandırır, heçə yandırır.
24 İyul 2026, 11:30
ÜÇ ARİF - Əlabbas Bağırov yazır...
SiqaretƏvvəl-əvvəl Arifi tanıdım, sonra Arif Məmmədovu, axırda da Arif Əmrahoğlunu. Məndən ötrü bu üç imzanın hər biri fərdi dəyərlərə sahib başqa-başqa insanlar idi. Bilməyənlər üşün deyim ki, Arif tələbə yoldaşım olub, beş il – 73-78 arası ADU-nun (indiki BDU) filologiya fakültəsində bir yerdə oxuyub, elə bir o qədər də xatirələri hələ də soyumayan tələbə yataqxanasında qapıbir qonşu olmuşuq. O illərdən çoxlarında çox şeyin, hətta sifətinəcən belə dəyişdiyini gördüm, amma elə şeylər oldu, onu heç ölüm də Arifə tərgidə bilmədi.Onu ılk dəfə 1973-cü il sentyabr ayının 1-də, o vaxt Azərbaycanda yeganə olan universitetin Kommunist küçəsində yerləşən binasının ikinci mərtəbəsinin uca dəhlizində,...
24 İyul 2026, 10:32