Bizə yazın

Baku

-°C

USD

-

Bakı–Tbilisi–Bakı qatarlarında sərnişin tutumu artırılır 

Cəmiyyət 07 İyul 2026, 13:22

320

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin məmnuniyyətinin yüksəldilməsi və Bakı–Tbilisi–Bakı beynəlxalq marşrutu üzrə artan sərnişin tələbatının qarşılanması məqsədilə sərnişinlər üçün daha geniş və daha əlçatan səyahət imkanları yaratmağa davam edir.

Citypost.az  səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, iyulun 10-dan etibarən Bakı–Tbilisi–Bakı beynəlxalq marşrutu üzrə hərəkət edən qatarların tərkibinə əlavə 3 ədəd yataq tipli vaqon (hazırda ölkədaxili marşrutda istifadə olunan standart+ sinif vaqonlar) qoşulacaq. Nəticədə hər reys üzrə 104 əlavə sərnişin yeri açılacaq və bir reys üzrə sərnişin yeri hazırkı 178-dən təqribən 60 % artaraq 282-yə çatdırılacaq.

Əlavə vaqonlara biletlər bu gündən satışa çıxarılıb. Bu vaqonlarda gediş haqqı hazırda istifadədə olan "Stadler" vaqonları üzrə biletlərin qiyməti ilə müqayisədə daha münasibdir. Belə ki, Bakı–Tbilisi–Bakı marşrutu ilə gedişhaqqı məsafədən asılı olaraq standart+ sinif üzrə 40,3 manatdan başlayır. Marşrut üzrə bir istiqamətə Bakıdan Tbilisiyə minimum gedişhaqqı 65,2 manat, Yevlaxdan 53,3 manat, Gəncədən 49,3 manat, Ağstafadan isə 45,3 manatdır. Böyük Kəsikdən Tbilisi vağzalı və Qardabani stansiyasına isə müvafiq olaraq 43,4 və 40,3 manat təşkil edir.

Xatırladaq ki, hazırda Bakıdan Tbilisiyə "Stadler" vaqonlarında komfort sinif üzrə minimum gedişhaqqı 79,5 manat, Gəncədən isə 58,2 manatdır.

Beləliklə, son yenilik sayəsində daha çox sərnişinin Bakı–Tbilisi–Bakı marşrutu ilə daha münasib qiymətə səfər etməsinə imkan yaranır.

"Stadler" tipli vaqonlarla müqayisədə marşruta əlavə edilən standart+ tipli yataq vaqonlarında ödənişsiz baqaj norması bu vaqonların texniki xüsusiyyətləri və konstruktiv imkanları nəzərə alınaraq 36 kiloqram müəyyən edilib.

Sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə standart+ vaqonlarında səyyar keytrinq, yəni mobil satış xidməti təşkil olunacaq.

Qeyd edək ki, Bakı–Tbilisi–Bakı marşrutu üzrə 25 may – 6 iyul tarixlərində 25 minə yaxın bilet satılıb və 14 minə yaxın sərnişin daşınıb. Bundan 6 356 nəfər Tbilisi, 4 343 nəfər Bakı, 1 112 nəfər Gəncə, 808 nəfər Yevlax, 520 nəfər Ağstafa və digər stansiyalardan qatara minik edib. Bu da Bakı–Tbilisi–Bakı marşrutu üzrə səfər edənlərin təqribən 40 %-nin bölgələrin payına düşdüyünü göstərir.

Ümumilikdə ADY-nin son illərdə xidmət coğrafiyasının genişləndirilməsi və sərnişin məmnuniyyətinin artırılması istiqamətində həyata keçirdiyi layihələr nəticəsində qatarla səyahətə üstünlük verənlərin sayı artıb. 2026-cı ilin 6 ayında dəmir yolu ilə 5,4 milyondan çox sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrünün göstəricisi (4,6 milyon nəfər) ilə müqayisədə 20 %-ə yaxın artım deməkdir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

NATO Baş katibi: Bu gün on milyardlarla dollarlıq kontraktlar imzalanıb 

Ötən il NATO-nun müdafiəsinə 37 milyard dollar investisiya yatırılıb.APA xəbər verir ki, bunu NATO Baş katibi Mark Rutte Ankarada keçirilən NATO zirvəsində deyib.Onun sözlərinə görə, gələn ilə qədər hərbi blok 4 milyon artilleriya mərmisi istehsal edəcək.“Bu səhər əhəmiyyətli yeni kontraktlar imzalanıb və böyük bəyanatlar verilib. Bu kontraktlar bütünlükdə on milyardlarla dollar dəyərindədir və getdikcə artır”, - NATO Baş katibi bildirib.

07 İyul 2026, 14:37

Azərbaycan-ABŞ iqtisadi əməkdaşlığı müzakirə olunub 

Azərbaycanla ABŞ arasında ticarət və investisiyaların təşviqi, enerji, süni intellekt, rəqəmsal iqtisadiyyat, kritik mineralların hasilatı və emalı, sənaye, nəqliyyat və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.Citypost.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, Avropa və Regional Təhlükəsizlik Əməkdaşlığı üzrə Alt Komitəsinin sədri, senator Stiv Deynsin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.Görüşdə Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlığın hər iki ölkənin prezidentlərinin siyasi iradəsi və qarşılıqlı etimadı əsasında uğurla inkişaf etdiyi qeyd olunub.Tərəflər arasında ticarət və investisiyaların təşviqi, enerji, süni intellekt, rəqəmsal iqtisadiyyat, kritik mineralların hasilatı...

07 İyul 2026, 14:25

Milli Məclis iyulun 10-da toplanacaq

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası iyulun 10-da keçiriləcək.Citypost.az xəbər verir ki, bunu parlamentin spikeri Sahibə Qafarova bugünkü iclasın yekununda bildirib.O, iclasın gündəliyi haqqında məlumat veriləcəyini bildirib.

07 İyul 2026, 13:50

Aqil Qurbanov və hərbçilər təltif olundu

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Baş direktoru və bir qrup hərbi qulluqçunu müxtəlif medallarla təltif edib.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, general-polkovnik Z.Həsənovun müvafiq əmrinə əsasən müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə", general-mayor Elmir İbrahimov "Hərbi xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli medalı, general-mayor Elnur Kazımov və polkovnik Teymur Məmmədov isə "Şücaətə görə" medalı ilə təltif olunublar....

07 İyul 2026, 13:42

Mərdəkanda yeniyetmənin axtarışına başlanıldı

Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batdığı ehtimal edilən 16 yaşlı oğlanın axtarışına başlanılıb.Bu barədə Citypost.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.Bildirilib ki, əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.Hazırda 2010-cu il təvəllüdlü Vüsal Arif oğlu Hümbətovun batdığı ehtimal edilən istiqamətlərdə axtarışları davam etdirilir.

07 İyul 2026, 12:05

Əsəd Cahangirin 60 illik yubileyi AYB-nin Natəvan zalında təntənəli şəkildə qeyd olundu 

Azərbaycan Yazıçılar Birliyinin Natəvan zalında, 06 iyul 2026-cı il tarixində görkəmli ədəbi-tənqidçi, esseist, şair, Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangirin 60 illik yubileyinə həsr olunmuş möhtəşəm ədəbi-bədii tədbir keçirildi.Respublikanın ədəbi-mədəni mühitinin tanınmış simalarını bir araya gətirən yubiley mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq şairi Sabir Rüstəmxanlı, Xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, AYB sədrinin müşaviri Rauf Aslanov, AYB katibləri İlqar Fəhmi və Elçin Hüseynbəyli, Milli Məclisin deputatları, yazıçılar Aqil Abbas və Səyyad Aran, AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli, texnika elmləri doktoru, professor...

07 İyul 2026, 11:35