Əsəd Cahangirin 60 illik yubileyi AYB-nin Natəvan zalında təntənəli şəkildə qeyd olundu
Cəmiyyət 07 İyul 2026, 11:35
1415
Azərbaycan Yazıçılar Birliyinin Natəvan zalında, 06 iyul 2026-cı il tarixində görkəmli ədəbi-tənqidçi, esseist, şair, Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangirin 60 illik yubileyinə həsr olunmuş möhtəşəm ədəbi-bədii tədbir keçirildi.
Respublikanın ədəbi-mədəni mühitinin tanınmış simalarını bir araya gətirən yubiley mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq şairi Sabir Rüstəmxanlı, Xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, AYB sədrinin müşaviri Rauf Aslanov, AYB katibləri İlqar Fəhmi və Elçin Hüseynbəyli, Milli Məclisin deputatları, yazıçılar Aqil Abbas və Səyyad Aran, AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli, texnika elmləri doktoru, professor Hüseynbala Mirələmov, yazıçı-dramaturq, Əməkdar İncəsənət xadimi Əli Əmirli, Bakı Dövlət Universitetinin müəllimi Sona Çərkəz, Ədalət Partiyasının sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Mütəllim Rəhimli, Vəhdət Partiyasının sədri, yazıçı-publisist Adəm Bakuvi, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, Vətəndaş Cəmiyyəti Naminə Marifləndirmə İctimai Birliyinin sədri Fizuli Kərimov, şairlər Vəli Qaraçaylı, Nicat Ərtürk, Güləmail Murad, İlqar Türkoğlu və digər çoxsaylı yazıçılar, elm və mədəniyyət xadimləri, ziyalılar, oxucular və media nümayəndələri iştirak edirdi.
Tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyinin Beynəlxalq Əlaqələr və Tərcümə Məsələləri üzrə katibi Səlim Babullaoğlu yubilyarın Azərbaycan ədəbi-bədii fikrində özünəməxsus yer tutduğunu vurğuladı. O qeyd etdi ki, Əsəd Cahangir yalnız istedadlı şair və esseist deyil, həm də dərin təfəkkürlü ədəbiyyatşünas, peşəkar tənqidçi, uğurlu tərcüməçi və müasir ədəbi proseslərin fəal təşkilatçılarındandır.
Sonra aparıcı sözü çıxışçılara verdi. Xalq yazıçısı Anar Əsəd Cahangirin uzun illər ərzində Azərbaycan Yazıçılar Birliyində səmərəli fəaliyyət göstərdiyini, milli ədəbiyyatın inkişafına, dünya ədəbiyyatının Azərbaycan oxucusuna tanıdılmasına və gənc ədəbi nəslin formalaşmasına mühüm töhfələr verdiyini bildirdi.
Xalq şairi Sabir Rüstəmxanlı qeyd etdi ki, Əsəd Cahangir təkcə görkəmli ədəbi tənqidçi və esseist deyil, həm də dərin fəlsəfi düşüncəni yüksək bədii ifadə ilə birləşdirən özünəməxsus poetik dünyaya malik şairdir. Əsəd Cahangirin şeirləri müasir Azərbaycan poeziyasında fəlsəfi məzmunu və orijinal poetik üslubu ilə diqqət çəkən nümunələr sırasında yer alır.
Xalq yazıçısı Çingiz Abdullayev Əsəd Cahangirin həm yaradıcı insan, həm də yüksək mənəvi keyfiyyətlərə malik ziyalı kimi qazandığı nüfuzdan danışaraq onu yubileyi münasibətilə təbrik etdi və ona gələcək fəaliyyətində yeni uğurlar arzuladı.
Millət vəkili Səyyad Aran Əsəd Cahangirin esseist kimi yaradıcılığına xüsusi diqqət yetirdi. O bildirdi ki, Əsəd Cahangirin esseləri dərin fəlsəfi düşüncəsi, zəngin intellektual yükü və özünəməxsus bədii üslubu ilə seçilir. Səyyad Aranın sözlərinə görə, Əsəd Cahangir Azərbaycan esse janrına yeni nəfəs gətirən, bu janrın imkanlarını uğurla genişləndirən qələm sahiblərindəndir.
Çıxış edən digər qonaqlar Əsəd Cahangirin çoxşaxəli yaradıcılığı, zəngin elmi-publisistik fəaliyyəti, Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətləri, dünya ədəbiyyatının təbliği və bədii tərcümə sahəsində gördüyü mühüm işlər barədə fikirlərini bölüşdülər. Natiqlər onun həm peşəkar ədəbiyyatşünas, həm də prinsipial tənqidçi kimi müasir ədəbi proseslərə verdiyi dəyərli töhfələri xüsusi qeyd etdilər.
Həmçinin oxuyun
Tədbirin ən yaddaqalan məqamlarından biri də Əsəd Cahangirin 60 illik yubileyi münasibətilə işıq üzü görmüş “Sözün Cahangiri”, eləcə də müəllifi olduğu “Kölgə işıqdan düşür” kitablarının təqdimatı oldu.
Sonda çıxış edən yubilyar göstərilən diqqət və yüksək ehtirama görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, tədbir iştirakçılarına, dostlarına, həmkarlarına, yubileyi münasibətilə ona “Əsəd Cahangir – 60” portretini hədiyyə edən rəssam xanım Aygün Akınaya və oxucularına dərin minnətdarlığını bildirdi. O, bu etimadı gələcək yaradıcılığında daha məsuliyyətlə çalışmağa stimul kimi dəyərləndirdi.
Tədbirin sonunda Əsəd Cahangir oxucular üçün kitablarını imzaladı, xatirə şəkilləri çəkdir. Yubiley mərasimi səmimi söhbət və xoş təəssüratlarla başa çatdı.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Mərdəkanda yeniyetmənin axtarışına başlanıldı
Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batdığı ehtimal edilən 16 yaşlı oğlanın axtarışına başlanılıb.Bu barədə Citypost.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.Bildirilib ki, əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.Hazırda 2010-cu il təvəllüdlü Vüsal Arif oğlu Hümbətovun batdığı ehtimal edilən istiqamətlərdə axtarışları davam etdirilir.
07 İyul 2026, 12:05
2,3 milyonluq dələduzluqda ittiham olunur - həbs edildi
Qızıl ticarəti ilə məşğul olan Elnarə Şirməmmədova (Səfərova) həbs edilib.Citypost.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə iş açılıb. İş üzrə 9 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.İttihama görə, E.Şirməmmədova vətəndaşlardan ümumilikdə bir milyon 300 min manata yaxın pulu dələduzluq yolu ilə alaraq ələ keçirib.Məhkəmə istintaq müddətində Elnarə Şirməmmədovanın həbsdə saxlanılmasına qərar verib.İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış şəxslər saytımıza müraciət edərək bildiriblər ki, onlara dəymiş zərərin ödənilməsi istiqamətində heç bir addım atılmır. Şikayətçilərin sözlərinə görə, E.Şirməmmədova 9 nəfərdən müxtəlif məbləğlərdə pul alaraq geri qaytarmayıb. Cinayət işində zərərçəkmiş qismində tanınmış...
07 İyul 2026, 11:20
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 7-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, Avropa və Regional Təhlükəsizlik Əməkdaşlığı üzrə Alt Komitəsinin sədri, senator Stiv Deynsi qəbul edib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev Donald Trampın ikinci dəfə ABŞ Prezidenti seçilməsindən sonra əməkdaşlıq və qarşılıqlı etimada əsaslanan ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və bunun ölkələrimiz, eyni zamanda, region üçün çox önəmli olduğunu dedi.Dövlətimizin başçısı ABŞ-nin vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfərini məmnunluqla xatırladı, həmin səfər zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanmasının ikitərəfli əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyətinə toxundu.Prezident...
07 İyul 2026, 11:05
Deputatlar 17 məsələnin müzakirəsinə başlayıb
Bu gün Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində növbəti iclası keçirilir. Citypost.az xəbər verir ki, iclasın gündəliyinə 17 məsələ daxildir. Bunlar aşağıdakılardır:1. “Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “İctimai iştirakçılıq haqqında” və “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).2. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 3. “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 2 fevral tarixli 340-VIIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası...
07 İyul 2026, 11:00
Aqşin Yenisey: "Tarix şüuru çatışmır"
Şərq - başda Rusiya olmaqla - italyan yazıçısı Cuzeppe Lampeduzanın “Leopard” romanındakı şahzadənin “hər şeyi o qədər az dəyişdir ki, hər şey tamamilə olduğu kimi qalsın” tövsiyyəsinə uyğun bir yol seçib. Elə dəyişməli ki, hər şey olduğu kimi qalsın. Yadınızdadırsa, bu yaxınlarda belə bir suala cavab yazacağımı söyləmişdim: "Nə üçün biz elmin elmilik, sənətin dünyəvilik, fəlsəfənin bəşərilik prinsipini özümüzin millilik prinsipimizə qurban veririk. Çünki seçdiyimiz yol bunu tələb edir. Əgər elmin elmilik, sənətin dünyəvilik, fəlsəfənin bəşərilik prinsipini seçsək, hər şeyi o qədər az dəyişdirə bilməyəcəyik ki, hər şey tamamailə olduğu kimi qala bilsin.Millilik prinsipi tam bizə görədir, bu prinsip elə dəyişdirir ki,...
07 İyul 2026, 10:33
Elçin Əfəndiyev: "Cəmiyyətdə zövq və mədəniyyət deqredasiyaya uğrayır"
Təhsil eksperti Elçin Əfəndiyev sosial şəbəkələrdə yaydığı paylaşımda cəmiyyətdə zövq, mədəniyyət və təhsil sahəsində müşahidə etdiyi mənfi tendensiyalarla bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, Elçin Əfəndiyev bildirib ki, televiziya efirləri və sosial media platformaları, xüsusilə TikTok və Instagram, insanların zövqünə və həyat tərzinə mənfi təsir göstərərək bayağılığın yayılmasına səbəb olur.Ekspertin sözlərinə görə, cəmiyyətdə bəzi tiktokerlər, blogerlər və şou-biznes nümayəndələri həddindən artıq populyarlaşdırılır, gənclər isə elm və intellekt sahəsində mühüm xidmətləri olan şəxsiyyətləri kifayət qədər tanımırlar.Bu kontekstdə Elçin Əfəndiyev Yusif Məmmədəliyev, Lütfi Zadə və Rafiq Əliyev kimi alimlərin adlarını çəkərək onların cəmiyyətdə daha çox tanıdılmasının vacibliyini vurğulayıb.Təhsil eksperti hesab edir ki,...
07 İyul 2026, 10:26