Pərvanə Vəliyeva: Azərbaycan Aİ-nin etibarlı enerji tərəfdaşıdır
Siyasət 07 İyul 2026, 12:49
1110
Azərbaycan Avropa İttifaqı üçün dəyərli və etibarlı enerji tərəfdaşıdır. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır, 40% ixracımız bu ölkələrin payına düşür. Cənubi Qafqazda ticarətin təxminən 70 faizi Azərbaycanla aparılır. 10 Aİ üzvü olan ölkəyə Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi vasitəsilə ixrac olunur. Yaşıl enerjinin ixracı üzrə də Aİ ilə ölkəmiz arasında anlaşma mövcuddur və bir neçə layihə üzərində hazırda çalışılır ki, Türkiyə və Gürcüstan tranziti vasitəsilə elektrik enerjisi Avropa bazarlarına çatdırıla biləcək.
Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirib.
Deputatın sözlərinə görə, Azərbaycan qazının Avropa bazarına ixracının artması, Cənub Qaz Dəhlizinin uğurlu fəaliyyəti və enerji təhlükəsizliyinə verilən töhfələr əməkdaşlığın əsas istiqamətlərindən biri kimi qiymətləndirilmişdir.Azərbaycan ilə yalnız enerji sahəsində deyil, nəqliyyat-logistika, yaşıl enerji, rəqəmsal transformasiya və regional bağlantılar istiqamətində əməkdaşlıq etmək Avropa İttifaqına maraqlıdır. Ölkəmizin coğrafi mövqeyi və mövcud infrastrukturu Aİ üçün bağlantı layihələrində cəlbedici hesab olunur. Buna görə də, Aİ, məhz, Azərbaycanı Cənubi Qafqazda strateji əhəmiyyətli tərəfdaş sayır.
Həmçinin oxuyun
P. Vəliyeva əlavə edib ki, Avropa İttifaqı yeni Tərəfdaşlıq Prioritetlərinin qəbuluna, yeni saziş üzrə danışıqların davam etdirilməsinə, enerji və nəqliyyat sahələrində dialoqun dərinləşdirilməsinə, eləcə də insanlar arasında əlaqələrin genişləndirilməsinə hazır olduğunu bəyan etmişdir. Bununla yanaşı, minalardan təmizləmə, yaşıl nəqliyyat, su ehtiyatlarının idarə olunması və rəqəmsallaşma sahələrini dəstəkləmək məqsədilə 13,5 milyon avro həcmində maliyyə paketi ayrılmışdır.Yenilənmiş Tərəfdaşlıq Prioritetləri üzrə danışıqlar əhəmiyyətli irəliləyiş əldə etmiş, onların 2026-cı ildə yekunlaşdırılması və ilin sonlarında Azərbaycan–Aİ Əməkdaşlıq Şurasının iclasının keçirilməsi gözlənilir. Bütün bunlarla yanaşı, Azərbaycan hər zaman Aİ ilə öz milli maraqlarına, qarşılıqlı fayda, hörmətə və bərabərhüquqlu tərəfdaşlığa əsaslanan əməkdaşlıq münasibətləri qurur.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Zahid Oruc: Rəqəmsal sahədə yeni dövr başlayır
Milli Məclisin deputatı Zahid Oruc "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna təklif edilən dəyişikliklərlə bağlı çıxışında ölkənin rəqəmsal inkişaf strategiyası və kibertəhlükəsizlik sahəsində nəzərdə tutulan yeniliklər barədə danışıb.Citypost.az xəbər verir ki, deputat bildirib ki, müzakirəyə təqdim olunan qanun layihəsi Azərbaycanın rəqəmsal inkişaf strategiyasında yeni mərhələnin hüquqi əsaslarını müəyyənləşdirir. Onun sözlərinə görə, layihənin hazırlanmasını zəruri edən əsas səbəb XXI əsrdə milli təhlükəsizlik anlayışının dəyişməsi, rəqəmsal suverenliyin, dövlət informasiya sistemlərinin, maliyyə sektorunun və kritik infrastrukturun milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilməsidir.Zahid Oruc qeyd edib ki, ölkədə rəqəmsal dövlət siyasətinin əsası Ulu Öndər Heydər Əliyevin 2003-cü ildə təsdiq etdiyi İnformasiya və Kommunikasiya Texnologiyaları...
07 İyul 2026, 13:15
Jurnalist: "Türkiyədəki siyasi gedişat narahatlıq doğurur"
Jurnalist Elçin Rüstəmli Türkiyədə baş verən siyasi proseslərlə bağlı paylaşım edib.Elçin Rüstəmli bildirib ki, Türkiyə siyasətində sağ, sol, mərkəzçi, millətçi və mühafizəkar kimi müxtəlif siyasi cərəyanlar mövcud olsa da, bəzi siyasətçilərin partiyalarını tez-tez dəyişməsi diqqət çəkir.Jurnalist paylaşımında xüsusilə Kemal Kılıçdaroğlunun son addımlarını tənqid edib. O iddia edib ki, Kılıçdaroğlu hökumətin güc strukturları ilə birləşərək öz partiyasına qarşı mübarizə aparır.Elçin Rüstəmlinin fikrincə, Türkiyədə müşahidə olunan bu siyasi proseslər qardaş ölkənin gələcəyi baxımından narahatlıq doğurur. O, paylaşımını "Tanrı qorusun!" ifadəsi ilə yekunlaşdırıb.Yusif...
07 İyul 2026, 10:29
Qulu Məhərrəmli: "Putinin halı Rusiyanın halıdır"
Professor Qulu Məhərrəmli Rusiya Prezidenti Vladimir Putin haqqında paylaşım edib.Citypost.az xəbər verir ki, Qulu Məhərrəmli bildirib ki, bir neçə gün əvvəl bunkerdə "cəbhə xəttində komandirlərlə görüş" görüntüsü yaradan Vladimir Putinin hazırkı vəziyyəti Rusiyanın ümumi durumunu – pərişanlıq, ümidsizlik və düşkünlüyü əks etdirir.Professor qeyd edib ki, bu mənzərənin Ukraynada minlərlə dinc sakinin ölümünə səbəb olmuş müharibənin məsuliyyətini daşıyan şəxsin son aqibəti olmadığını düşünür.Paylaşımının sonunda Qulu Məhərrəmli "Allahın cəzasından qaçmaq mümkün olmayacaq" fikrini ifadə edib....
07 İyul 2026, 10:06
Kamran Məmmədli: Dəfn mərasimindəki izdiham ictimai dəstəyin göstəricisidir
Siyasi şərhçi Kamran Məmmədli İranın ali dini lideri ilə bağlı keçirilən dəfn mərasimini şərh edərək, kütləvi iştirakın cəmiyyətdəki ictimai dəstəyin göstəricilərindən biri olduğunu bildirib.Citypost.az xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə qeyd edib ki, heç bir sərt rejim milyonlarla insanı zorla küçəyə çıxara bilməz.Kamran Məmmədlinin sözlərinə görə, əgər siyasi liderin dəfn mərasiminə müxtəlif bölgələrdən ümumilikdə bir milyondan çox insan könüllü şəkildə qatılırsa, bu, həmin liderə və onun təmsil etdiyi siyasi xəttə cəmiyyətdə müəyyən səviyyədə dəstəyin olduğunu göstərən mühüm sosial göstəricidir.O bildirib ki, demokratiya yalnız müəyyən siyasi baxışlara uyğun nəticələri "xalqın iradəsi" kimi qəbul etməkdən ibarət deyil. Müəllif hesab...
06 İyul 2026, 11:35
Bədəl Bədəlov: Rəqəmsal islahatlar yeni mərhələ yaradır
Müasir dövrdə rəqəmsal transformasiya dövlətlərin iqtisadi gücünü, idarəetmə səmərəliliyini və beynəlxalq rəqabət qabiliyyətini müəyyən edən əsas amillərdən biri hesab olunur. Dördüncü sənaye inqilabının yaratdığı yeni reallıqlar fonunda rəqəmsal texnologiyalar, süni intellekt, böyük verilənlər, bulud texnologiyaları və kibertəhlükəsizlik artıq təkcə texnoloji inkişaf göstəricisi deyil, həm də milli təhlükəsizliyin, iqtisadi dayanıqlığın və sosial rifahın vacib elementinə çevrilib. Bu baxımdan Azərbaycanda son illərdə həyata keçirilən ardıcıl islahatlar ölkənin rəqəmsal gələcəyinin formalaşdırılmasına xidmət edən strateji kursun əsasını təşkil edir.Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində rəqəmsallaşma iqtisadiyyatın şaxələndirilməsi, dövlət idarəçiliyinin müasirləşdirilməsi, vətəndaş məmnunluğunun artırılması və innovasiya əsaslı inkişaf modelinin qurulmasının mühüm istiqaməti...
06 İyul 2026, 10:03
Zaur İbrahimli: Azərbaycan diplomatiyası yeni uğurlara imza atır
Çinin tanınmış diplomatlarından Çıjou Enlay deyirdi ki, “bütün diplomatiya müharibənin başqa vasitələrə davamıdır”. Azərbaycan diplomatiyası da dövlət başçısının rəhbərliyi altında II Qarabağ Müharibəsində ölkəmizin tarixi zəfərindən sonra diplomatik mübarizədə əhəmiyyətli qələbələrə imza atıb.Müasir beynəlxalq proseslər yüksək dinamika, sərt rəqabət, qarşıdurma, siyasi, iqtisadi və hüquqi amillərin çoxsəviyyəli qarşılıqlı əlaqəsi ilə xarakterizə olunur. Bu sərt rəqabət, qarşıdurma, yeni dünya nizamının formalaşması mərhələsində hər bir ölkənin beynəlxalq nüfuzu, diplomatik uğurları, beynəlxlaq arenada yeri, rolu milli maraqların qorunması, davamlı inkişaf, təhlükəsizliyinin təmin edilməsində ən mühüm amilə çevirilir. Çağdaş dövrümüzün ən məşhur diplomatlarından Henri Kissincer “Diplomatiya” əsərində qeyd edir ki, tarix dərsləri qərarların qəbulu zamanı avtomatik...
06 İyul 2026, 09:26