Bizə yazın

Baku

-°C

USD

-

Zahid Oruc: Rəqəmsal sahədə yeni dövr başlayır

Siyasət 07 İyul 2026, 13:15

2529

Milli Məclisin deputatı Zahid Oruc "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna təklif edilən dəyişikliklərlə bağlı çıxışında ölkənin rəqəmsal inkişaf strategiyası və kibertəhlükəsizlik sahəsində nəzərdə tutulan yeniliklər barədə danışıb.
Citypost.az xəbər verir ki, deputat bildirib ki, müzakirəyə təqdim olunan qanun layihəsi Azərbaycanın rəqəmsal inkişaf strategiyasında yeni mərhələnin hüquqi əsaslarını müəyyənləşdirir. Onun sözlərinə görə, layihənin hazırlanmasını zəruri edən əsas səbəb XXI əsrdə milli təhlükəsizlik anlayışının dəyişməsi, rəqəmsal suverenliyin, dövlət informasiya sistemlərinin, maliyyə sektorunun və kritik infrastrukturun milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilməsidir.
Zahid Oruc qeyd edib ki, ölkədə rəqəmsal dövlət siyasətinin əsası Ulu Öndər Heydər Əliyevin 2003-cü ildə təsdiq etdiyi İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiya ilə qoyulub, Prezident İlham Əliyevin rəhbərliyi ilə isə elektron hökumət, rəqəmsal xidmətlər, kibertəhlükəsizlik və rəqəmsal iqtisadiyyat istiqamətində ardıcıl islahatlar həyata keçirilib.
Deputat vurğulayıb ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında 58 təşəbbüs, 34 qanunvericilik aktına, 9 Prezident fərmanına və Nazirlər Kabinetinin 3 qərarına dəyişiklik edilməsi planlaşdırılıb.
Zahid Orucun sözlərinə görə, qanun layihəsində rəqəmsal sferada fəaliyyət göstərən şirkətlər üçün 20 illik vergi güzəştləri, yüksək ixtisaslı İT mütəxəssislərinin isə gəlir vergisindən tam azad edilməsi nəzərdə tutulur.
Deputat bildirib ki, myGov platforması bütün dövlət xidmətləri üçün vahid rəqəmsal pəncərəyə çevrilir. Hazırda e-Sosial, e-TƏBİB və e-Su sistemləri tam inteqrasiya olunub, e-Polis, Mobil Notariat, Azərişıq, Reseptim və digər xidmətlərin inteqrasiyasının isə ilin sonunadək başa çatdırılması planlaşdırılır. Onun sözlərinə görə, son üç ayda myGov platformasının istifadəçi sayı 2,7 milyondan 3,5 milyona yüksəlib.
Deputat qeyd edib ki, son on ildə ali təhsil müəssisələrində İT ixtisaslarına qəbul təxminən beş dəfə artsa da, bununla yanaşı müəllim heyətinin, laboratoriyaların və təhsil proqramlarının da inkişaf etdirilməsi vacibdir.
Zahid Oruc vurğulayıb ki, qanun layihəsinin əsas məqsədi kibercinayətkarlıq, məlumat sızmaları, fidyə proqramları, saxta domenlər, sosial mühəndislik hücumları və süni intellekt vasitəsilə həyata keçirilən manipulyasiyalara qarşı qabaqlayıcı kibertəhlükəsizlik sisteminin formalaşdırılmasıdır.
Deputat bildirib ki, layihə beynəlxalq təcrübəyə uyğundur və Avropa İttifaqının NIS2 Direktivi, Estoniya, Finlandiya və ABŞ-ın kibertəhlükəsizlik modelləri nəzərə alınmaqla hazırlanıb.
Onun sözlərinə görə, qanun layihəsində ilk dəfə olaraq kiberməkan, kibertəhlükəsizlik, kibergigiyena, rəqəmsal dəlil, Rəqəmsal Tədqiqatlar Mərkəzi, Milli Kiberinsidentlərə Cavab Mərkəzi (CERT), Dövlət Kiberinsidentlərə Cavab Mərkəzi və Təhlükəsizlik Əməliyyatları Mərkəzi (SOC) kimi anlayışlar sistemli şəkildə qanunvericilikdə təsbit olunur.
Zahid Oruc əlavə edib ki, layihədə rəqəmsal dəlillərin hüquqi əsaslarının formalaşdırılması, dövlət və özəl sektor arasında məsuliyyət bölgüsünün dəqiq müəyyənləşdirilməsi, dövlət informasiya sistemlərinin təhlükəsizlik auditinin gücləndirilməsi və Milli Kibertəhlükəsizlik Agentliyinin institusional fəaliyyətinin tamamlanması da nəzərdə tutulur.
Deputat qeyd edib ki, Milli Kibertəhlükəsizlik İndeksinin 2026-cı ilin iyun göstəricilərinə əsasən Azərbaycan 83,33 balla 31-ci, Gürcüstan 64-cü, Ermənistan isə 97-ci yerdə qərarlaşıb.
Zahid Oruc bank sektorunda son illər artan fişinq hücumlarına da diqqət çəkərək bildirib ki, Mərkəzi Bankın məlumatına görə, 2025-ci ildə ödəniş kartları üzrə 28 min 766 rəqəmsal dələduzluq əməliyyatı qeydə alınıb və vətəndaşlara dəymiş zərər 5 milyon manatdan çox olub.
Deputat sonda vurğulayıb ki, təqdim olunan qanun layihəsi Rəqəmsal İnkişaf Şurasının müəyyən etdiyi prioritetlərin hüquqi davamıdır və həm Milli Məclis, həm də ictimaiyyət tərəfindən dəstəklənəcəyinə inanır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Pərvanə Vəliyeva: Azərbaycan Aİ-nin etibarlı enerji tərəfdaşıdır

Azərbaycan Avropa İttifaqı üçün dəyərli və etibarlı enerji tərəfdaşıdır. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır, 40% ixracımız bu ölkələrin payına düşür. Cənubi Qafqazda ticarətin təxminən 70 faizi Azərbaycanla aparılır. 10 Aİ üzvü olan ölkəyə Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi vasitəsilə ixrac olunur. Yaşıl enerjinin ixracı üzrə də Aİ ilə ölkəmiz arasında anlaşma mövcuddur və bir neçə layihə üzərində hazırda çalışılır ki, Türkiyə və Gürcüstan tranziti vasitəsilə elektrik enerjisi Avropa bazarlarına çatdırıla biləcək.Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirib.Deputatın sözlərinə görə, Azərbaycan qazının Avropa bazarına ixracının artması, Cənub Qaz Dəhlizinin...

07 İyul 2026, 12:49

Jurnalist: "Türkiyədəki siyasi gedişat narahatlıq doğurur"  

Jurnalist Elçin Rüstəmli Türkiyədə baş verən siyasi proseslərlə bağlı paylaşım edib.Elçin Rüstəmli bildirib ki, Türkiyə siyasətində sağ, sol, mərkəzçi, millətçi və mühafizəkar kimi müxtəlif siyasi cərəyanlar mövcud olsa da, bəzi siyasətçilərin partiyalarını tez-tez dəyişməsi diqqət çəkir.Jurnalist paylaşımında xüsusilə Kemal Kılıçdaroğlunun son addımlarını tənqid edib. O iddia edib ki, Kılıçdaroğlu hökumətin güc strukturları ilə birləşərək öz partiyasına qarşı mübarizə aparır.Elçin Rüstəmlinin fikrincə, Türkiyədə müşahidə olunan bu siyasi proseslər qardaş ölkənin gələcəyi baxımından narahatlıq doğurur. O, paylaşımını "Tanrı qorusun!" ifadəsi ilə yekunlaşdırıb.Yusif...

07 İyul 2026, 10:29

Qulu Məhərrəmli: "Putinin halı Rusiyanın halıdır"

Professor Qulu Məhərrəmli Rusiya Prezidenti Vladimir Putin haqqında paylaşım edib.Citypost.az xəbər verir ki, Qulu Məhərrəmli bildirib ki, bir neçə gün əvvəl bunkerdə "cəbhə xəttində komandirlərlə görüş" görüntüsü yaradan Vladimir Putinin hazırkı vəziyyəti Rusiyanın ümumi durumunu – pərişanlıq, ümidsizlik və düşkünlüyü əks etdirir.Professor qeyd edib ki, bu mənzərənin Ukraynada minlərlə dinc sakinin ölümünə səbəb olmuş müharibənin məsuliyyətini daşıyan şəxsin son aqibəti olmadığını düşünür.Paylaşımının sonunda Qulu Məhərrəmli "Allahın cəzasından qaçmaq mümkün olmayacaq" fikrini ifadə edib....

07 İyul 2026, 10:06

Kamran Məmmədli: Dəfn mərasimindəki izdiham ictimai dəstəyin göstəricisidir

Siyasi şərhçi Kamran Məmmədli İranın ali dini lideri ilə bağlı keçirilən dəfn mərasimini şərh edərək, kütləvi iştirakın cəmiyyətdəki ictimai dəstəyin göstəricilərindən biri olduğunu bildirib.Citypost.az xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə qeyd edib ki, heç bir sərt rejim milyonlarla insanı zorla küçəyə çıxara bilməz.Kamran Məmmədlinin sözlərinə görə, əgər siyasi liderin dəfn mərasiminə müxtəlif bölgələrdən ümumilikdə bir milyondan çox insan könüllü şəkildə qatılırsa, bu, həmin liderə və onun təmsil etdiyi siyasi xəttə cəmiyyətdə müəyyən səviyyədə dəstəyin olduğunu göstərən mühüm sosial göstəricidir.O bildirib ki, demokratiya yalnız müəyyən siyasi baxışlara uyğun nəticələri "xalqın iradəsi" kimi qəbul etməkdən ibarət deyil. Müəllif hesab...

06 İyul 2026, 11:35

Bədəl Bədəlov: Rəqəmsal islahatlar yeni mərhələ yaradır

Müasir dövrdə rəqəmsal transformasiya dövlətlərin iqtisadi gücünü, idarəetmə səmərəliliyini və beynəlxalq rəqabət qabiliyyətini müəyyən edən əsas amillərdən biri hesab olunur. Dördüncü sənaye inqilabının yaratdığı yeni reallıqlar fonunda rəqəmsal texnologiyalar, süni intellekt, böyük verilənlər, bulud texnologiyaları və kibertəhlükəsizlik artıq təkcə texnoloji inkişaf göstəricisi deyil, həm də milli təhlükəsizliyin, iqtisadi dayanıqlığın və sosial rifahın vacib elementinə çevrilib. Bu baxımdan Azərbaycanda son illərdə həyata keçirilən ardıcıl islahatlar ölkənin rəqəmsal gələcəyinin formalaşdırılmasına xidmət edən strateji kursun əsasını təşkil edir.Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində rəqəmsallaşma iqtisadiyyatın şaxələndirilməsi, dövlət idarəçiliyinin müasirləşdirilməsi, vətəndaş məmnunluğunun artırılması və innovasiya əsaslı inkişaf modelinin qurulmasının mühüm istiqaməti...

06 İyul 2026, 10:03

Zaur İbrahimli: Azərbaycan diplomatiyası yeni uğurlara imza atır

Çinin tanınmış  diplomatlarından Çıjou Enlay deyirdi ki, “bütün diplomatiya müharibənin başqa vasitələrə davamıdır”.  Azərbaycan diplomatiyası da dövlət başçısının rəhbərliyi altında II Qarabağ Müharibəsində ölkəmizin tarixi zəfərindən sonra diplomatik  mübarizədə əhəmiyyətli qələbələrə imza atıb.Müasir beynəlxalq proseslər yüksək dinamika, sərt   rəqabət,   qarşıdurma, siyasi, iqtisadi və hüquqi amillərin çoxsəviyyəli qarşılıqlı əlaqəsi ilə xarakterizə olunur. Bu sərt rəqabət, qarşıdurma, yeni dünya nizamının formalaşması mərhələsində hər bir ölkənin beynəlxalq nüfuzu,  diplomatik uğurları, beynəlxlaq arenada yeri, rolu milli maraqların qorunması, davamlı inkişaf, təhlükəsizliyinin təmin edilməsində ən mühüm amilə çevirilir.  Çağdaş dövrümüzün ən məşhur diplomatlarından Henri Kissincer “Diplomatiya” əsərində qeyd edir ki, tarix dərsləri qərarların qəbulu zamanı avtomatik...

06 İyul 2026, 09:26