Bizə yazın

Baku

-°C

USD

-

Babadan qalan mirasa görə vergi ödənilirmi?  

Hüquq 07 İyul 2026, 09:45

496

Bir çox vətəndaşı maraqlandıran suallardan biri də miras qalan əmlaka görə vergi ödənilib-ödənilməməsidir. Xüsusilə baba, nənə və ya digər qohumlardan miras qaldıqda vergi öhdəliyinin yaranıb-yaranmaması ilə bağlı suallar tez-tez gündəmə gəlir.

Citypost.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində miras yolu ilə əldə edilən əmlakın vergiyə cəlb olunması ilə bağlı güzəştlər açıq şəkildə müəyyən edilib.Vergi Məcəlləsinin 102.1.3.1-ci maddəsinə əsasən, mirasın 20 000 manatadək olan hissəsi gəlir vergisindən azaddır. Bu o deməkdir ki, əgər mirasın dəyəri 20 min manatı keçmirsə, həmin məbləğə görə gəlir vergisi hesablanmır.Qanunvericilikdə daha bir mühüm güzəşt də nəzərdə tutulub. Vergi Məcəlləsinin 102.1.3.2-ci maddəsinə əsasən, əgər miras fiziki şəxsə onun ailə üzvlərindən qalmışdırsa, mirasın tam dəyəri gəlir vergisindən azad edilir. Bu halda mirasın məbləğinin nə qədər olmasının əhəmiyyəti yoxdur – ailə üzvlərindən alınan miras tam şəkildə vergidən azad hesab olunur.

Mütəxəssislər qeyd edirlər ki, burada əsas məqamlardan biri də qanunvericilikdə "ailə üzvü" anlayışının necə müəyyən edilməsidir. Mirasın kimdən qalması və hüquqi statusu vergi məsələsinin həllində mühüm rol oynayır. Bu səbəbdən hər bir konkret hal üzrə notarius və ya vergi mütəxəssisi ilə məsləhətləşmək məqsədəuyğundur.Hüquqşünasların sözlərinə görə, miras əldə edən şəxs ilk növbədə notariat qaydasında vərəsəlik hüququnu rəsmiləşdirməlidir. Bundan sonra mirasın tərkibi, dəyəri və qanunvericilikdə nəzərdə tutulan vergi güzəştləri nəzərə alınmaqla hüquqi prosedurlar həyata keçirilir.

Beləliklə, babadan və ya digər qohumlardan miras qalan əmlaka görə hər zaman vergi ödənilməsi tələb olunmur. Vergi Məcəlləsində nəzərdə tutulan güzəştlərdən istifadə etmək üçün isə mirasın kimdən qalması və onun hüquqi statusu əsas meyar hesab edilir.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Əmək haqqını ayda iki dəfə almaq mümkündürmü?  

Bir çox işçi hesab edir ki, əmək haqqı yalnız ayda bir dəfə ödənilə bilər. Halbuki Azərbaycan Respublikasının əmək qanunvericiliyi müəyyən hallarda əmək haqqının ay ərzində iki hissə şəklində ödənilməsinə də imkan verir.Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, bu məsələ Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir və həm işəgötürənin, həm də işçinin razılığı olduğu halda əmək haqqının ödəniş qaydası fərqli şəkildə müəyyən edilə bilər.Əmək Məcəlləsinin 172.1-ci maddəsinə əsasən, əmək haqqı işçilərə ayda bir dəfədən az olmayaraq ödənilməlidir. Yəni qanun işəgötürənə əmək haqqını ayda yalnız bir dəfə ödəmək öhdəliyi qoyur və bu, minimum tələb hesab olunur.Bununla yanaşı, qanunvericilik daha çevik ödəniş...

07 İyul 2026, 10:31

Kirayəni iki ay ödəməsəniz, ev sahibi sizi evdən çıxara bilərmi? -  Qanun nə deyir?

Kirayə münasibətlərində ən çox mübahisə doğuran məsələlərdən biri kirayə haqqının vaxtında ödənilməməsidir. Bəzən müxtəlif maddi çətinliklər səbəbindən kirayəçi bir və ya bir neçə ay ödənişi gecikdirir. Bu zaman sual yaranır: ev sahibi kirayə müqaviləsini birtərəfli qaydada ləğv edib kirayəçini evdən çıxara bilərmi?Citypost.az xəbər verir ki, hüquqşünaslar bildirirlər ki, bu məsələ Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir və qanun müəyyən hallarda kirayə verənə müqaviləni ləğv etmək hüququ verir.Mülki Məcəllənin 685.2.2-ci maddəsinə əsasən, əgər kirayəçi iki dəfədən artıq ödəniş müddəti ərzində, iki aylıq kirayə haqqına çatan məbləği ödəməyi gecikdirərsə, kirayə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv edə bilər.Başqa sözlə, kirayəçi iki...

07 İyul 2026, 08:33

İş yoxdur deyə maaş verməmək qanunidirmi? – İşçilərin hüquqları nələrdir?  

Bəzi işəgötürənlər iqtisadi çətinlikləri, sifarişlərin azalmasını və ya fəaliyyətin müvəqqəti dayanmasını əsas gətirərək əməkdaşlara əməkhaqqı ödəməkdən imtina edirlər. Lakin əmək qanunvericiliyi göstərir ki, işin olmaması hər zaman işçinin maaşdan məhrum edilməsi anlamına gəlmir və bu məsələdə işçilərin konkret hüquqları mövcuddur.Citypost.az-ın məlumatına görə, hüquqşünasların sözlərinə görə, müəssisədə istehsalatın dayanması, sifarişlərin olmaması, texniki problemlər və ya digər səbəblərdən yaranan fasilələr əmək qanunvericiliyində “boş dayanma” halları kimi qiymətləndirilir. Belə vəziyyətlərdə əməkhaqqının ödənilməsi məsələsi boş dayanmanın hansı səbəbdən baş verməsindən asılı olaraq müəyyən edilir.Əgər işin dayanması və ya istehsalatın olmaması birbaşa işçinin təqsiri nəticəsində yaranıbsa, həmin müddət üçün əməkhaqqının ödənilməməsi qanunvericiliyə uyğun hesab olunur....

06 İyul 2026, 10:54

Tənqid harada bitir, təhqir harada başlayır? Vəkil AÇIQLADI   

Müasir dövrdə sosial şəbəkələrin və rəqəmsal medianın geniş yayılması ilə birlikdə insanların fikir bildirmək imkanları artsa da, tənqid və təhqir arasındakı sərhədin müəyyənləşdirilməsi hüquqi və mənəvi baxımdan daha böyük əhəmiyyət kəsb etməyə başlayıb. Hüquqşünaslar bildirirlər ki, ifadə azadlığı heç də başqasının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir.Mütəxəssislərin fikrincə, tənqid və təhqiri bir-birindən ayırmaq üçün ilk növbədə “şərəf” və “ləyaqət” anlayışlarına diqqət yetirmək lazımdır. Şərəf insanın cəmiyyətdə qazandığı nüfuzu, digər şəxslərin ona verdiyi dəyəri ifadə edir. Ləyaqət isə insanın öz şəxsiyyətinə, mənəvi dəyərlərinə və mənlik hissinə verdiyi qiymətdir. Bu anlayışlar yalnız etik baxımdan deyil, həm də hüquq nəzəriyyəsində və məhkəmə təcrübəsində...

06 İyul 2026, 09:28

Vakant vəzifənin işini görən əməkdaşın haqqı necə ödənilməlidir?  

Bir çox əməkdaş öz vəzifəsi ilə yanaşı başqa işçilərin də funksiyalarını yerinə yetirməyə məcbur olur. Lakin əksər hallarda bu əlavə yükə görə heç bir ödəniş edilmir. Hüquqşünaslar isə bildirirlər ki, əmək qanunvericiliyi işçiyə əlavə vəzifələrin həvalə olunması zamanı onun hüquqlarını aydın şəkildə qoruyur.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, işçiyə öz əmək funksiyaları ilə yanaşı başqa bir vəzifənin və ya digər əməkdaşın işlərinin görülməsi tapşırılırsa, bu, mütləq qaydada rəsmiləşdirilməlidir. Yəni işəgötürən tərəfindən müvafiq əmr və ya sərəncam verilməli, əlavə işin həcmi, müddəti və ödəniş şərtləri dəqiq göstərilməlidir.Qanunvericiliyə əsasən, boş vakant vəzifə üzrə işlərin yerinə yetirilməsi işçiyə yalnız onun razılığı əsasında...

06 İyul 2026, 08:12

Axşam içki içib səhər maşın sürmək qanunidirmi?

Bir çox sürücülər hesab edirlər ki, spirtli içki axşam saatlarında qəbul edilibsə, səhər avtomobil idarə etmək hüquqi baxımdan problem yaratmır. Lakin qanunvericilik və tibbi göstəricilər bunun əksini sübut edir. Citypost.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, alkoqolun orqanizmdən tam xaric olması müəyyən vaxt tələb edir və bu müddət ərzində sürücünün məsuliyyətə cəlb edilməsi tamamilə qanunidir.Hüquqşünasların sözlərinə görə, sürücünün nə vaxt spirtli içki qəbul etməsi deyil, yoxlama anında orqanizmində alkoqolun mövcud olub-olmaması əsas götürülür.Nazirlər Kabinetinin 209 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara əsasən, xüsusi texniki vasitələrlə aparılan yoxlama zamanı qanda və ya nəfəsdə alkoqolun müəyyən edilmiş normadan artıq olması şəxsin sərxoş vəziyyətdə...

03 İyul 2026, 10:20