Bizə yazın

Baku

-°C

USD

-

Arzumun məhkəmə hökmünə etiraz: Tamilla Qulami DANIŞDI

Cəmiyyət 07 İyul 2026, 10:14

397

ÜMİD Partiyasının sədr müavini Tamilla Qulami tiktoker Arzumun yol-nəqliyyat hadisəsi ilə bağlı ictimai müzakirələrə münasibət bildirib. O, sosial şəbəkədə paylaşdığı açıqlamada məhkəmə hökmü və yol hərəkəti qaydalarının tətbiqi ilə bağlı bir sıra hüquqi suallar səsləndirib.

Citypost.az xəbər verir ki, Tamilla Qulami qeyd edib ki, hüquqşünas olmasa da, məsələ ilə bağlı hüquqi əsaslandırmaları araşdıraraq bu barədə videoçıxış hazırlayıb. Onun sözlərinə görə, hadisə ilə bağlı yayılan videogörüntülər və məhkəmə hökmü arasında ziddiyyət olduğu təəssüratı yaranır.

Sədr müavini bildirib ki, nun 50-ci maddəsinin III hissəsinə əsasən, arxadan gələn sürücü elə ara məsafəsi saxlamalıdır ki, öndəki nəqliyyat vasitəsi sürəti azaltdıqda və ya qəfil dayandıqda toqquşma baş verməsin. O hesab edir ki, təhlükəsiz ara məsafəsinin qorunmaması və sürət həddinin aşılması arxadan gələn sürücünün hüquqi öhdəliklərinin pozulması deməkdir.

Tamilla Qulami sual edib ki, ikitərəfli, bir zolaqlı yolda sola dönmək istəyən sürücünün qanunvericiliyə əsasən mütləq arxasına baxmaq öhdəliyi varmı. O bildirib ki, belə hallarda sürücü əsasən qarşıdan gələn nəqliyyat vasitələrinə nəzarət edir və arxadan gələn avtomobilin qarşı zolağa çıxaraq ötmə manevri etməsini əvvəlcədən nəzərə almaq qanunda tələb edilmir.

O vurğulayıb ki, sola və ya sağa dönən sürücünün istiqamət göstəricisini verməsi və manevrin təhlükəsizliyinə əmin olması qanunda nəzərdə tutulsa da, digər sürücülərin qaydaları pozacağı ehtimalı üzərində hüquqi öhdəlik qurulmayıb.

Tamilla Qulaminin fikrincə, belə işlərdə əsas məsuliyyətin avtomatik olaraq öndə gedən və dönmə manevri edən sürücünün üzərinə qoyulması gələcəkdə təhlükəli presedent yarada bilər. O bildirib ki, yayılan videogörüntülərdə arxadan gələn avtomobilin sürət həddini aşdığı və toqquşmadan sonra da yüksək sürətlə hərəkətini davam etdirdiyi görünür.

Sədr müavini hesab edir ki, həyatını itirən şəxsə Allahdan rəhmət diləməklə yanaşı, hadisədə sürət həddi və təhlükəsiz ara məsafəsi ilə bağlı qanuni öhdəliklərin də hüquqi qiymətləndirilməsi vacib idi.

Tamilla Qulami əlavə edib ki, məhkəmə hökmündə ictimaiyyətə açıqlanmayan sübut və ekspertiza rəyləri ola bilər. Lakin onun fikrincə, ictimaiyyətə təqdim olunan videogörüntülərlə hökm arasında fərq yaranırsa, bunun hüquqi izahı cəmiyyətə aydın şəkildə təqdim edilməlidir.

O, həmçinin Arzumun hadisə yerindən qaçdığı barədə yayılan iddialara da toxunaraq bildirib ki, qəza zamanı canlı yayımda təcili tibbi yardıma zəng edildiyi açıq şəkildə eşidilir.

Paylaşımının sonunda Tamilla Qulami qərar çıxarılarkən Arzumun əvvəllər məhkum olunmamasının, ailə vəziyyətinin, azyaşlı övladlarının və autizmli oğlunun olmasının da nəzərə alınmalı olduğunu qeyd edib.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Əsəd Cahangirin 60 illik yubileyi AYB-nin Natəvan zalında təntənəli şəkildə qeyd olundu 

Azərbaycan Yazıçılar Birliyinin Natəvan zalında, 06 iyul 2026-cı il tarixində görkəmli ədəbi-tənqidçi, esseist, şair, Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangirin 60 illik yubileyinə həsr olunmuş möhtəşəm ədəbi-bədii tədbir keçirildi.Respublikanın ədəbi-mədəni mühitinin tanınmış simalarını bir araya gətirən yubiley mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq şairi Sabir Rüstəmxanlı, Xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, AYB sədrinin müşaviri Rauf Aslanov, AYB katibləri İlqar Fəhmi və Elçin Hüseynbəyli, Milli Məclisin deputatları, yazıçılar Aqil Abbas və Səyyad Aran, AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli, texnika elmləri doktoru, professor...

07 İyul 2026, 11:35

Aqşin Yenisey: "Tarix şüuru çatışmır"

Şərq - başda Rusiya olmaqla - italyan yazıçısı Cuzeppe Lampeduzanın “Leopard” romanındakı şahzadənin “hər şeyi o qədər az dəyişdir ki, hər şey tamamilə olduğu kimi qalsın” tövsiyyəsinə uyğun bir yol seçib. Elə dəyişməli ki, hər şey olduğu kimi qalsın. Yadınızdadırsa, bu yaxınlarda belə bir suala cavab yazacağımı söyləmişdim: "Nə üçün biz elmin elmilik, sənətin dünyəvilik, fəlsəfənin bəşərilik prinsipini özümüzin millilik prinsipimizə qurban veririk. Çünki seçdiyimiz yol bunu tələb edir. Əgər elmin elmilik, sənətin dünyəvilik, fəlsəfənin bəşərilik prinsipini seçsək, hər şeyi o qədər az dəyişdirə bilməyəcəyik ki, hər şey tamamailə olduğu kimi qala bilsin.Millilik prinsipi tam bizə görədir, bu prinsip elə dəyişdirir ki,...

07 İyul 2026, 10:33

Elçin Əfəndiyev: "Cəmiyyətdə zövq və mədəniyyət deqredasiyaya uğrayır"  

Təhsil eksperti Elçin Əfəndiyev sosial şəbəkələrdə yaydığı paylaşımda cəmiyyətdə zövq, mədəniyyət və təhsil sahəsində müşahidə etdiyi mənfi tendensiyalarla bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, Elçin Əfəndiyev bildirib ki, televiziya efirləri və sosial media platformaları, xüsusilə TikTok və Instagram, insanların zövqünə və həyat tərzinə mənfi təsir göstərərək bayağılığın yayılmasına səbəb olur.Ekspertin sözlərinə görə, cəmiyyətdə bəzi tiktokerlər, blogerlər və şou-biznes nümayəndələri həddindən artıq populyarlaşdırılır, gənclər isə elm və intellekt sahəsində mühüm xidmətləri olan şəxsiyyətləri kifayət qədər tanımırlar.Bu kontekstdə Elçin Əfəndiyev Yusif Məmmədəliyev, Lütfi Zadə və Rafiq Əliyev kimi alimlərin adlarını çəkərək onların cəmiyyətdə daha çox tanıdılmasının vacibliyini vurğulayıb.Təhsil eksperti hesab edir ki,...

07 İyul 2026, 10:26

ADY iyunda 1,6 milyon tondan çox yük daşıyıb 

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 2026-cı ilin iyun ayında 1 milyon 636 min 336 ton yük daşıyıb.Citypost.az ADY-yə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 20 % çoxdur.Məlumata əsasən, hesabat dövründə tranzit daşımaları 707 min tonu ötərək keçən ilin göstəricisini 38 % üstələyib.Tranzit yükdaşımalarda Şərq-Qərb dəhlizi üzrə 67 % (448 096 ton), Şimal-Cənub istiqaməti üzrə isə 48 % (47 240 ton) artım qeydə alınıb....

07 İyul 2026, 10:22

Sumqayıt Narkoloji Dispanserində 6 054 nəfər qeydiyyatda olan xəstə var 

Sumqayıt Narkoloji Dispanserində 6 054 nəfər qeydiyyatda olan xəstə var.Bu barədə Citypost.az-a Sumqayıt Narkoloji Dispanserindən məlumat verilib.Qeydiyyatda olanların 4 557 nəfərini narkotik istifadəçiləri təşkil edir. Onlardan 110-u qadındır.Məlumata əsasən, dispanserdə qeydiyyatda olan 1 487 nəfər isə alkoqolizm xəstəsidir. Həmin şəxslərdən 24-ü qadındır.

07 İyul 2026, 10:15

Rüfət Hacıəlibəyovv YÜKSƏK vəzifəyə təyin olundu - SƏRƏNCAM

Səhiyyə nazirinə yeni müavin təyin edilib.Citypost.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Rüfət Cahangir oğlu Hacıəlibəyov səhiyyə nazirinin müavini təyin edilib.

07 İyul 2026, 10:01