Bizə yazın

Baku

-°C

USD

-

"Qarabağ"ın sabiq futbolçusu Yassin Benzia "Əl-Feyha" klubu ilə yollarını ayırıb 

İdman 07 İyul 2026, 12:13

275

"Qarabağ"ın sabiq futbolçusu Yassin Benzia Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Feyha" ilə yollarını ayırıb.

Citypost.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

31 yaşlı yarımmüdafiəçinin başa çatan müqaviləsinin müddəti yenilənməyib.

Xatırladaq ki, Yassin Benzia 2023-cü ilin yanvarından 2025-ci ilin yayınadək "Qarabağ"ın formasını geyinib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Rəşad Ergün: "Uğursuz nəticə olsa, məsuliyyət baş məşqçinin üzərində olacaq"  

İdman jurnalisti Rəşad Ergün "Sabah" klubunun baş məşqçisi Valdas Dambrauskasın açıqlamalarını müsbət qiymətləndirib.Citypost.az xəbər verir ki, Rəşad Ergün bildirib ki, Dambrauskasa güclü komanda formalaşdırmaq və keyfiyyətli hazırlıq keçmək üçün bütün lazımi şərait yaradılıb. Onun sözlərinə görə, litvalı mütəxəssis ötən mövsüm bunun qarşılığını verərək komandanı həm ölkə çempionu edib, həm də kubokun qalibi olmağı bacarıb.Jurnalist qeyd edib ki, UEFA Çempionlar Liqasında Uels təmsilçisi ilə keçiriləcək oyun öncəsi Dambrauskasın açıqlamalarında hazırlıq prosesi ilə bağlı heç bir narazılıq ifadə olunmayıb. Baş məşqçi komandanın yaxşı şəraitdə hazırlaşdığını və qarşılaşmaya tam hazır olduğunu bildirib.Rəşad Ergün vurğulayıb ki, Dambrauskas fikirlərini dəqiq ifadə etməyi bacaran məşqçilərdəndir və...

07 İyul 2026, 10:37

Güləşçilərimiz finala yüksəldi

Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U-20 Avropa çempionatına start verilib.Citypost.az  xəbər verir ki, yarışın ilk günündə yunan-Roma güləşi üzrə 55, 63, 77, 87 və 130 kq-da finalçılar müəyyənləşib. Milli ilk günü uğurlu başa vurub.Emin Cavadlı (55 kq) Skopye arenasında heç kimə şans tanımayıb. O, türkiyəli Denizhan Ogünə (5:1), almaniyalı Lenni Voernerə (16:5) və yunanıstanlı Vasileyos Papageorgiuya (9:0) qalib gələrək finala yüksəlib. Emin sabah həlledici görüşdə ermənistanlı Edqar Petrosyanla üz-üzə gələcək.Tural Əhmədov (63 kq) 1/8 finalda gürcüstanlı Giorgi Tçikaidzeyə (0:9) məğlub olub.Cavidan Nehmətov (77 kq) finlandiyalı Luka Kayanneyə (2:0), rusiyalı Nazar Berkovskiyə (8:0) və türkiyəli Alkan Akaraya (3:1) üstün gələrək...

07 İyul 2026, 09:28

“Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib

“Qəbələ” hücum xəttini yeni futbolçu ilə gücləndirib.Citypost.az-ın məlumata görə, klub Karim Rossini heyətinə qatıb.Tərəflər müqavilənin şərtlərini razılaşdırıblar.Sözləşmənin yaxın günlərdə imzalanması gözlənilir.Qeyd edək ki, Rossi ötən mövsümü “Şamaxı”da keçirib.

06 İyul 2026, 19:16

Azərbaycan gimnastları Dünya Kubokunda və beynəlxalq turnirdə medallar qazanıblar 

Portuqaliyanın Koimbra şəhərində batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun final yarışları keçirilib.Citypost.az  xəbər verir ki, Azərbaycanı təmsil edən Maqsud Mahsudov batut gimnastikası üzrə fərdi proqramın finalında 61.440 xal toplayaraq yarışı yeddinci pillədə başa vurub.Kişilərin sinxron proqramında isə Maqsud Mahsudov və Hüseyn Abbasov bürünc medala layiq görülüblər.Tamblinq üzrə yarışda Mixail Malkin 32.300 xalla bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıb. Tofiq Əliyev 29.300 xalla üçüncü yeri tutaraq bürünc medala sahib çıxıb. Gümüş medalı isə Portuqaliya təmsilçisi Vasko Peso əldə edib.Bununla yanaşı, Koimbrada təşkil olunan “Coimbra GymFest” beynəlxalq turnirində də Azərbaycan gimnastları uğurlu çıxış ediblər.Batut gimnastikası üzrə fərdi proqramda Maqsud Mahsudov qızıl,...

06 İyul 2026, 09:00

"Səbail" Abbas Ağazadə ilə müqavilə imzalayıb

"Səbail" növbəti transferini reallaşdırıb.Bu barədə Citypost.az-a klubdan bildirilib.Son olaraq Premyer Liqada "İmişli"də çıxış etmiş Abbas Ağazadə ilə 1+1 illik müqavilə imzalanıb.Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi ötən mövsüm Azərbaycan Premyer Liqasında 33 oyuna çıxıb və 1 qola imza atıb.

04 İyul 2026, 16:37

"Kəpəz" Azər Məmmədovla 1 illik müqavilə imzaladığını açıqlayıb

"Kəpəz" yeni baş məşqçisi Azər Məmmədovla müqavilənin detallarını açıqlayıb.Bu barədə Cityposta.az-a  Gəncə təmsilçisinin mətbuat xidmətindən bildirilib.50 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.Xatırladaq ki, A.Məmmədov 2023-cü ildə də "sarı-göylər"in baş məşqçisi vəzifəsində çalışıb.

04 İyul 2026, 15:16