Bizə yazın

Baku

-°C

USD

-

Elnur Məmmədov ABŞ-nin Yuta və Kaliforniya ştatlarına səfər edib 

Cəmiyyət 10 İyul 2026, 13:17

453

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov 7-9 iyul tarixlərində ABŞ-nin Yuta və Kaliforniya ştatlarında işgüzar səfərdə olub.

Citypost.az  xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, səfər zamanı Yuta ştatının siyasi, təhsil və biznes liderləri, o cümlədən texnologiya şirkətləri ilə görüşlər keçirilib.

Yuta ştatına səfər çərçivəsində nazir müavini Elnur Məmmədov Yuta ştatı Senatının prezidenti Stüart Adams, "İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsi"nin "Yetmiş Həvari Kvorumu"nun üzvü Cek Gerard, Yuta Universitetinin prezidenti Teylor Randal, Stirlinq Fondunun prezidenti Mayls Hansen ilə işçi görüşlər keçirib və mümkün praktiki əməkdaşlıq məsələlərini müzakirə edib.

Həmçinin, E.Məmmədov Yuta Ümumdünya Ticarət Mərkəzində Yuta Qubernator ofisinin Ticarət və Beynəlxalq Əməkdaşlıq üzrə Direktoru Franz Kolb, bu mərkəzin icraçı direktoru Conatan Fridmanın təşkilatçılığı ilə Yuta ştatının biznes və texnologiya şirkətləri üçün Azərbaycanın strateji rolu və biznes imkanları barədə çıxış edib.

Kaliforniya ştatına işgüzar səfər çərçivəsində nazir müavini Elnur Məmmədov "Nvidia" şirkətinin mənzil qərargahında şirkətin Beynəlxalq və Hökumətlərlə Əməkdaşlıq üzrə vitse-prezidenti Ned Finkl ilə görüş keçirib və mümkün əməkdaşlıq məsələlərini müzakirə edib. Bundan əlavə, E.Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti "Nvidia" şirkətində süni intellektin dövlət idarəçiliyində əhəmiyyəti, rəqəmsal transformasiyanın vətəndaş xidmətlərinə təsiri və innovativ yeniliklərin tətbiqi imkanları ilə tanış olub.

Bununla yanaşı, San Xose şəhərinin "Süni İntellekt" Mərkəzində şəhər idarəçiliyi və vətəndaş xidmətlərində Azərbaycanın və adıçəkilən şəhərin göstərdiyi xidmətlər haqqında məlumat mübadiləsi aparılıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Xaricdə onlayn təhsil vədlərinə aldanmayın – Agentlik

"Bəzi kütləvi informasiya vasitələrində, xaricdə təhsil şirkətlərinin müvafiq elanlarında və özünü təhsil "ekspertləri" kimi təqdim edən şəxslərin paylaşımlarında vətəndaşlarımız, xarici ölkələrdə yerləşən universitetlərə getmədən qiyabi və əyani təhsilalma formaları üzrə “onlayn” qaydada təhsil almağa təşviq olunur və sonda diplomların tanınacağı vədi verilir".Citypost.az xəbər verir ki, bu, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin yaydığı məlumatda əksini tapıb.Bildirilib ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şirkətlə və şəxslərlə əməkdaşlıq etmir və bunların fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır.Bildirilib ki, hazırda tanınma - xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyasının Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiq Prezidentin...

10 İyul 2026, 14:26

Milli Məclisin növbəti iclası iyulun 13-də keçiriləcək 

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası iyulun 13-də keçiriləcək.Citypost.az xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova bugünkü iclasın yekununda məlumat verib.O, iclasın gündəliyi haqqında məlumat veriləcəyini bildirib.

10 İyul 2026, 14:00

Zahid Oruc: Meyvə-tərəvəzin əvvəlki dadı niyə itib?

“O vaxt Azərbaycanın hər bölgəsi öz məhsulu ilə tanınırdı. Qubanın alması, Göyçayın “Gülöyşə” narı, Lənkəranın çayı, Gədəbəyin ağçiçək kartofu, Şəkinin tütünü, Zaqatalanın fındığı, Muğanın taxılı, Sabirabadın bostan məhsulları uzun illər aparılan seleksiya işlərinin, yerli genetik ehtiyatların qorunmasının və elmi toxumçuluğun nəticəsi idi”.Citypost.az xəbər verir ki, bu sözləri Milli Məclisin iclasında “Toxumçuluq haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Zahid Oruc deyib.O bildirib ki, onlar dadına, ətrinə, qidalılıq dəyərinə, yerli iqlimə uyğunluğuna, xəstəliklərə davamlılığına görə seçilirdi: "Təsadüfi deyil ki, XX əsrin  80-ci illərində Göyçay narının tingləri ilə ABŞ-da plantasiyalar salınırdı. Nə üçün uşaqlığımızın alması, pomidoru, qarpızı, yemişi, kartofu, soğanı, əvvəlki dadını vermir?...

10 İyul 2026, 13:37

Şənbə günü ölkədə 38 dərəcə isti olacaq 

Azərbaycanda iyulun 11-də 38 dərəcə isti olacaq.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 20-24° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-80 %, gündüz 50-60 % olacaq.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə...

10 İyul 2026, 13:08

İlham Əliyevdən Gürcüstanla bağlı mühüm fərman

Azərbaycan və Gürcüstan arasında təbii qazın Gürcüstana təchizatı barədə Saziş təsdiqlənib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında təbii qazın Gürcüstana təchizatı barədə Saziş"in təsdiq edilməsi haqqında Fərman imzalayıb.Fərmanla saziş qüvvəyə mindikdən sonra İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan Hökumətinə bildiriş göndərməlidir.Qeyd edək ki, saziş 2026-cı il mayın 18-də Bakı şəhərində imzalanıb....

10 İyul 2026, 12:59

FHN bu ərazilərdə siqaret çəkməyi qadağan etdi

Taxıl tədarükü əhalinin ərzaqla təminatında mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, tez alışma xassəsinə malik olan taxıl sahələrinin yanğın təhlükəsindən qorunması ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunmasının vacib şərtlərindəndir.Citypost.az xəbər verir ki, bu barədə FHN-in "Taxıl biçini mövsümü ilə əlaqədar yanğın təhlükəsizliyinə dair" müraciətində qeyd edilib.Bildirilib ki, biçin mövsümünün ilin isti və quraq dövrünə təsadüf etdiyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə, o cümlədən təsərrüfat sahibləri və taxıl yığımında iştirak edən şəxslərə müraciət edərək, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmasının vacibliyini bildirir, bununla bağlı sadə və zəruri qaydaları bir daha xatırladır: "taxıl zəmilərində kibrit yandırmaq, açıq oddan istifadə etmək, o cümlədən...

10 İyul 2026, 12:54