Şuşada Qlobal Media Forumu keçiriləcək
Cəmiyyət 10 İyul 2026, 10:09
436
13-14 iyul tarixlərində Şuşada 4-cü Qlobal Media Forumu keçiriləcək.
Citypost.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyindən (MEDİA) bildirilib.
Məlumata görə, artıq nüfuzlu beynəlxalq platformalardan birinə çevrilmiş Şuşa Qlobal Media Forumu bu il “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunacaq.
Dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxsin iştirak edəcəyi forumda 30-a yaxın beynəlxalq informasiya agentliyi və 60-dan çox aparıcı media qurumu təmsil olunacaq. Həmçinin 10-a yaxın beynəlxalq təşkilat və şirkətin nümayəndələri də foruma qatılacaq.
Forum çərçivəsində medianın sülh quruculuğundakı rolu, sərhədlərarası media dialoqu və ictimai etimadın bərpası, dezinformasiya ilə mübarizədə beynəlxalq əməkdaşlıq, rəqəmsal platformalarda təhlükəsiz informasiya mühitinin yaradılması, süni intellekt dövründə media etikası və məsuliyyətli jurnalistika kimi aktual mövzular ətrafında panel müzakirələri, təkbətək görüşlər və interaktiv sessiyalar təşkil olunacaq.
Həmçinin oxuyun
Forum mediada məsuliyyətli davranışın vacibliyini önə çəkərək, cəmiyyətlər arasında sarsılmış etimadın bərpası, rəqəmsal həmrəyliyin gücləndirilməsi və sülhün təmin olunması istiqamətində praktiki addımların atılmasına töhfə verməyi hədəfləyir.
Qeyd edək ki, 2022-ci ildə ilk dəfə “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda Beynəlxalq Media Forumu keçirilib. Sonrakı illərdə bu təşəbbüs Şuşa Qlobal Media Forumu formatında davam etdirilib. Belə ki, 2023-cü ildə keçirilən 1-ci Şuşa Qlobal Media Forumu “4-cü Sənaye İnqilabı dövründə Yeni Media”, 2024-cü ildə baş tutan 2-ci Şuşa Qlobal Media Forumu “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə”, 2025-ci ildəki 3-cü Şuşa Qlobal Media Forumu isə “Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi” mövzularına həsr olunub.
İndiyədək keçirilmiş dörd forum ərzində 81 ölkədən 600-ə yaxın nüfuzlu media nümayəndəsi, ekspert və rəsmi şəxsi bir araya gətirən Şuşa Qlobal Media Forumu qlobal media gündəliyinin müzakirə olunduğu aparıcı beynəlxalq platformalardan biri kimi öz mövqeyini möhkəmləndirib.
Forumun əvvəlki illərdə keçirilən sessiyalarında rəqəmsal transformasiya, süni intellekt texnologiyalarının media sektoruna və xəbər istehsalı proseslərinə təsiri, bu texnologiyaların yaratdığı imkanlar və çağırışlar, mediada innovasiyalar, dezinformasiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın və həmrəyliyin gücləndirilməsi kimi məsələlər geniş müzakirə olunub. Son illərdə qlobal informasiya mühitində baş verən sürətli dəyişikliklər həmin mövzuların aktuallığını daha da artırıb. Bu baxımdan, əvvəlki forumlarda əsası qoyulan müzakirələrin davamı olaraq, sözügedən istiqamətlər 4-cü Şuşa Qlobal Media Forumunun da əsas diqqət mərkəzində olacaq və müasir çağırışlar kontekstində ətraflı müzakirə ediləcək.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Zakir Həsənov Selçuk Bayraktarı qəbul edib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Türkiyənin "Baykar" şirkətinin İdarə Heyətinin sədri cənab Selçuk Bayraktarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, görüşdə general-polkovnik Z.Həsənov iki qardaş ölkə arasında münasibətlərin bütün digər sahələrdə olduğu kimi hərbi sahədə də uğurla inkişaf etdiyini bildirib ."Baykar" şirkətinin Türkiyənin müdafiə sənayesindəki böyük rolu olduğunu diqqətə çatdıran nazir, qabaqcıl texnoloji innovasiyaların tətbiqi ilə birgə istehsalat potensialının daha da artırılmasının əhəmiyyətini vurğulayıb.Cənab S.Bayraktar göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirərək qarşılıqlı səfərlərin Azərbaycan-Türkiyə hərbi və hərbi-texniki əməkdaşlığının möhkəmlənməsinə müsbət təsir göstərdiyini xüsusi qeyd edib.Türkiyə Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol...
10 İyul 2026, 10:25
Bakıda Azərbaycan–Serbiya hərbi görüşü keçirildi
Azərbaycan və Serbiya respublikalarının Müdafiə nazirlikləri arasında 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, iyulun 8-də Bakı şəhərində hər iki ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə hərbi mütəxəssislərinin işçi görüşü keçirilib.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində təşkil edilən görüşdə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində mövcud vəziyyət, müasir çağırışlar və təhdidlər, kritik informasiya infrastrukturunun mühafizəsi, kiberinsidentlərə qarşı mübarizə, təcrübə mübadiləsi, mütəxəssislərin hazırlanması və birgə təlimlərin təşkili istiqamətində əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.Tərəflər kibertəhlükəsizlik sahəsində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinin, bilik və təcrübə mübadiləsinin genişləndirilməsinin hər iki ölkənin müdafiə potensialının gücləndirilməsinə mühüm töhfə verəcəyini...
10 İyul 2026, 10:16
Tamam Cəfərova Rəfail Tağızadəni təbrik etdi
Milli Məclisin deputatı Tamam Cəfərova Şamaxı rayonunun tanınmış ziyalısı Rəfail Tağızadəni doğum günü münasibətilə təbrik edib.Citypost.az xəbər verir ki, deputat paylaşımında Rəfail Tağızadənin fəxrlə dilə gətirdiyi "Taleyimin adı Mədəniyyətdir" sözlərinin onun 1982-ci ildən bəri keçdiyi şərəfli ömür yolunun əyani sübutu olduğunu bildirib.Tamam Cəfərova qeyd edib ki, Rəfail Tağızadənin Azərbaycan mədəniyyətinə verdiyi töhfələr hər zaman yüksək qiymətləndirilib. O xatırladıb ki, Rəfail Tağızadə 2014-cü ildə "Qızıl qələm" media mükafatına, 2017-ci ildə isə "Azərbaycanın Fəxri Mədəniyyət İşçisi" adına layiq görülüb.Deputat doğum günü münasibətilə Rəfail Tağızadəyə möhkəm cansağlığı, xoşbəxt ömür və yaradıcılıq fəaliyyətində yeni uğurlar arzulayıb.Turan...
10 İyul 2026, 10:14
Tural İrfan: Bu seriallar ailələri dağıdır
Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi şərhçi və dinşünas Tural İrfan televiziya seriallarında istifadə olunan dil və mövzularla bağlı fikirlərini bölüşüb.Citypsost.az xəbər verir ki, siyasətçi bildirib ki, təsadüfən televiziyada izlədiyi serialda istifadə olunan danışıq tərzi onda mənfi təəssürat yaradıb. Onun sözlərinə görə, serial personajları müxtəlif ləhcələrdən qarışıq şəkildə istifadə edir, lakin həmin sözləri əhalinin danışıq tərzinə uyğun ifadə edə bilmirlər. Bu isə kobud və cansıxıcı görüntü yaradır.Tural İrfan qeyd edib ki, serialın mövzusu həyat yoldaşına katibəsi ilə xəyanət etmiş kişinin boşanma prosesi və keçmiş həyat yoldaşının onun sərvətini əldə etməyə çalışması üzərində qurulub. Onun fikrincə, ekran əsərində təqdim olunan dialoqlar...
10 İyul 2026, 10:01
Ali Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbəti iclasının gündəliyi açıqlanıb."Report"un yerli bürosu xəbər verir ki, bu gün keçiriləcək növbədənkənar sessiyasının iclasının gündəliyinə aşağıdakı məsələlər daxil edilib:"Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsinin icrası haqqında" Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi (ikinci oxunuş);"Normativ hüquqi aktlar haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi (ikinci oxunuş);"Naxçıvan Muxtar Respublikasının fəxri adları haqqında" Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi (ikinci oxunuş)....
10 İyul 2026, 09:35
Yardımlıda elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
Bu gün Yardımlı rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.Bu barədə Citypost.az-a "Azərişıq" ASC-dən məlumat verilib.Yardımlı Elektrik Şəbəkəsi (EŞ) ərazisində 35/10 kV-luq "Aruz" yarımstansiyasından çıxan 35 kV-luq "Yardımlı-3" hava xəttində təmir işləri həyata keçiriləcək. Beləliklə, saat 12:30-dan 14:30-dək kimi şəhər ərazisi, eləcə də Bozayran, Çayüzü, Köryədi, Kürəkçi, Ostayır, Peştəsər, Şəfəqli, Vəlixanlı, Vərgədüz kəndlərinin bir hissəsində enerjinin verilişində fasilə olacaq:"Aparılan təmir-bərpa və yenidənqurma işləri yekunlaşdıqdan sonra yuxarıda qeyd olunan ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər"....
10 İyul 2026, 09:23