Bizə yazın

Baku

-°C

USD

-

 "Qara siyahı"dan çıxmaq mümkündür? – Vəkillərdən vacib açıqlama

Hüquq 10 İyul 2026, 10:48

531

Bank krediti üzrə gecikməsi olmuş, lakin sonradan borcunu tam şəkildə ödəyən şəxslərin ən çox maraqlandığı məsələlərdən biri "qara siyahı" adlandırılan siyahıdan necə çıxmaqla bağlıdır. Bir çox vətəndaş hesab edir ki, kredit tam bağlandıqdan sonra adı avtomatik olaraq həmin siyahıdan silinir. Halbuki bu proses müəyyən qaydalar çərçivəsində həyata keçirilir.

Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən banklar kredit öhdəlikləri ilə bağlı məlumatları mütəmadi olaraq Mərkəzləşdirilmiş Kredit Reyestrinə ötürürlər. Kredit üzrə hər hansı gecikmə yarandıqda bu məlumat reyestrdə əks olunur və digər banklar da kredit müraciəti zamanı həmin məlumat bazasına çıxış əldə edə bilirlər.Bu səbəbdən bir bank qarşısında yaranmış gecikmə digər banklardan gizli qalmır və yeni kredit müraciətlərinə də təsir göstərə bilər.

Mütəxəssislər bildirirlər ki, kredit üzrə bütün öhdəliklər tam yerinə yetirildikdən sonra bank bu barədə məlumatı Mərkəzləşdirilmiş Kredit Reyestrinə göndərir və sistemdə müvafiq yenilənmə aparılır. Yəni vətəndaşın kredit borcunun bağlandığı rəsmi qaydada qeydə alınır.Qeyd olunur ki, cəmiyyətdə geniş istifadə olunan "qara siyahı" ifadəsi hüquqi termin deyil. Əslində söhbət vətəndaşın kredit tarixçəsindən gedir. Kredit tarixçəsində əvvəlki gecikmələr barədə məlumat müəyyən müddət ərzində saxlanıla bilər, lakin borcun tam ödənilməsi də həmin tarixçədə öz əksini tapır.

Mütəxəssislər kredit üzrə gecikmə yaranan hallarda bankdan yayınmağın düzgün olmadığını bildirirlər. Belə vəziyyətlərdə ilk növbədə kredit götürülən bankın filialına və ya qaynar xəttinə müraciət edilməli, mümkün restrukturizasiya, yeni ödəniş qrafiki və ya digər güzəşt imkanları araşdırılmalıdır.Onların fikrincə, borc tam ödənildikdən sonra bankdan kredit öhdəliyinin yerinə yetirilməsi barədə rəsmi arayış almaq da məqsədəuyğundur. Bu sənəd gələcəkdə yarana biləcək hər hansı mübahisənin qarşısının alınmasına kömək edir.Mütəxəssislər vətəndaşlara kredit götürərkən ödəniş qrafikinə ciddi riayət etməyi tövsiyə edirlər. Çünki vaxtında edilməyən ödənişlər təkcə əlavə faiz və cərimələrə səbəb olmur, eyni zamanda kredit tarixçəsinə də təsir göstərərək gələcəkdə yeni kredit və digər maliyyə xidmətlərindən istifadə imkanlarını məhdudlaşdıra bilər.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Nənənin borcuna görə bağışlanan evi ala bilərlər?

Vətəndaşların ən çox ünvanladıqları hüquqi suallardan biri də yaxın qohum tərəfindən bağışlanan əmlakın sonradan borclara görə əlindən alınıb-alınmayacağı ilə bağlıdır. Xüsusilə nənə, baba və ya valideyn tərəfindən bağışlanmış evlər barədə bu cür narahatlıqlar tez-tez yaranır.Citypost.az xəbər verir ki,  belə hallarda ilk növbədə əmlakın hansı hüquqi əsasla digər şəxsə keçməsi və borcun hansı mərhələdə yaranması araşdırılmalıdır.Vəkilərin sözlərinə görə, əgər nənə sağlığında evi notariat qaydasında bağışlama müqaviləsi ilə nəvəsinin adına keçiribsə və həmin vaxt əmlak üzərində məhkəmə qadağası, həbs və ya digər məhdudiyyət olmayıbsa, ümumi qayda olaraq sonradan həmin əmlaka görə nəvənin məsuliyyəti yaranmır."Bağışlama müqaviləsi qanunvericiliyin tələblərinə uyğun şəkildə bağlanıbsa və mülkiyyət...

10 İyul 2026, 09:40

Velosiped icarəyə götürərkən şəxsiyyət vəsiqənizi girov tələb edə bilərlərmi?

Vətəndaşlar arasında tez-tez rast gəlinən suallardan biri də budur: "Velosiped və ya digər əşyanı icarəyə götürərkən məndən şəxsiyyət vəsiqəmi girov kimi saxlamağı tələb etdilər. Bu, qanunidirmi?"Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, cavab qəti şəkildə xeyrdir. Azərbaycan qanunvericiliyi şəxsiyyət vəsiqəsinin girov götürülməsinə və ya hər hansı əsas olmadan saxlanılmasına yol vermir.Şəxsiyyət vəsiqəsi vətəndaşın əsas şəxsiyyətini təsdiq edən rəsmi dövlət sənədidir və həmin sənəd yalnız qanunla müəyyən edilmiş hallarda aidiyyəti dövlət orqanları tərəfindən götürülə bilər. Heç bir fiziki şəxs, mağaza, velosiped icarəsi xidməti, otel, lombard və ya digər sahibkarlıq subyekti vətəndaşın şəxsiyyət vəsiqəsini girov kimi tələb etmək hüququna malik deyil.Azərbaycan Respublikasının...

09 İyul 2026, 11:00

Valideynə baxmayan övladı qanun cərimələyə bilər ?

Bəzən belə hallarla rastlaşırıq: yaşlı və əmək qabiliyyətini itirmiş valideyn övladının köməyinə ehtiyac duyur, lakin övlad ona nə maddi dəstək göstərir, nə də qayğı ilə maraqlanır. Halbuki bu, təkcə mənəvi məsuliyyət deyil, həm də qanunla müəyyən edilmiş hüquqi öhdəlikdir.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 190-cı maddəsinə əsasən, yetkinlik yaşına çatmış şəxslərin əmək qabiliyyəti olmayan valideynlərini saxlamaqdan və onlara qulluq göstərməkdən qəsdən boyun qaçırması inzibati məsuliyyət yaradır.Qanunvericiliyə görə, belə hallarda həmin şəxsə xəbərdarlıq edilir və ya 60 manatdan 100 manatadək məbləğdə cərimə tətbiq olunur.Bununla yanaşı, valideynin aliment almaq hüququ da mövcuddur. Əgər əmək qabiliyyəti olmayan və maddi yardıma...

09 İyul 2026, 09:55

Gecə saatlarında yüksək səslə futbol izləmək cərimə ilə nəticələnə bilər?

Futbol azarkeşlərinin sevimli komandalarının oyununu emosional şəkildə izləməsi təbiidir. Xüsusilə mühüm qarşılaşmalar zamanı qışqırmaq, sevinmək və ya dostlarla birlikdə oyuna baxmaq adi haldır. Lakin bu həyəcan digər insanların istirahət hüququnu pozduğu halda hüquqi məsuliyyət yarana bilər.Hüquqşünasların sözlərinə görə, bir çox vətəndaş "öz evimdir, istədiyim qədər səs sala bilərəm" düşüncəsində olsa da, qanunvericilik bununla razılaşmır. Yaşayış binalarında gecə saatlarında qonşuların rahatlığını pozacaq səviyyədə səs-küy yaratmaq inzibati məsuliyyət yaradır.Belə hallarla bağlı tez-tez müraciətlər daxil olur. Məsələn, vətəndaş bildirir ki, dostları ilə birlikdə evdə futbol oyununa baxarkən sevinclə ucadan qışqırıblar. Bir müddət sonra polis əməkdaşları gəlib və bildiriblər ki, qonşular yüksək səs-küyə görə...

08 İyul 2026, 10:23

Xaricdə bağlanan nikah Azərbaycanda etibarlıdır? – Hüquqşünasdan açıqlama  

Xarici ölkədə nikah bağlamağı planlaşdıran Azərbaycan vətəndaşlarını ən çox maraqlandıran suallardan biri həmin nikahın Azərbaycanda hüquqi qüvvəyə malik olub-olmamasıdır. Hüquqşünaslar bildirirlər ki, xaricdə bağlanmış nikah müəyyən şərtlər daxilində Azərbaycan Respublikasında tam etibarlı hesab olunur.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu məsələ Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənir. Qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan vətəndaşları arasında, eləcə də Azərbaycan vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında bağlanmış nikah, nikahın bağlandığı ölkənin qanunvericiliyinə uyğun rəsmiləşdirildiyi halda Azərbaycanda da tanınır. Bunun üçün yalnız bir mühüm şərt mövcuddur – nikahın bağlanmasına qanunla mane olan hallar olmamalıdır.Hüquqşünaslar izah edirlər ki, əgər...

08 İyul 2026, 09:19

Gözəllik salonunda etdiyiniz ödənişdən ƏDV geri ala bilərsiniz

Bir çox vətəndaş bilmir ki, gözəllik salonu, bərbərxana və kosmetoloji mərkəzlərdə göstərilən xidmətlərə görə ödədikləri əlavə dəyər vergisinin (ƏDV) bir hissəsini geri almaq hüququna malikdirlər.Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, bu hüquq Vergi Məcəlləsinin 165.5-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, ƏDV ödəyicisi olan bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzləri tərəfindən fiziki şəxslərə göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin qanunvericilikdə müəyyən olunmuş hissəsi geri qaytarılır.Mütəxəssislər bildirirlər ki, ƏDV-nin geri qaytarılması üçün əsas şərtlərdən biri xidmət göstərən obyektin rəsmi qaydada ƏDV ödəyicisi olmasıdır. Əgər xidmət göstərən müəssisə ƏDV ödəyicisi deyilsə, bu halda ƏDV geri qaytarılması mümkün olmur.Bundan başqa, xidmətə görə ödəniş...

08 İyul 2026, 08:41