FHN bu ərazilərdə siqaret çəkməyi qadağan etdi
Cəmiyyət 10 İyul 2026, 12:54
378
Taxıl tədarükü əhalinin ərzaqla təminatında mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, tez alışma xassəsinə malik olan taxıl sahələrinin yanğın təhlükəsindən qorunması ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunmasının vacib şərtlərindəndir.
Citypost.az xəbər verir ki, bu barədə FHN-in "Taxıl biçini mövsümü ilə əlaqədar yanğın təhlükəsizliyinə dair" müraciətində qeyd edilib.
Bildirilib ki, biçin mövsümünün ilin isti və quraq dövrünə təsadüf etdiyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə, o cümlədən təsərrüfat sahibləri və taxıl yığımında iştirak edən şəxslərə müraciət edərək, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmasının vacibliyini bildirir, bununla bağlı sadə və zəruri qaydaları bir daha xatırladır: "taxıl zəmilərində kibrit yandırmaq, açıq oddan istifadə etmək, o cümlədən siqaret çəkmək, zəmilərin yaxınlığında tonqal qalamaq qəti qadağandır! Bu məkanlarda siqaret çəkmək üçün xüsusi yer ayrılmalıdır, yolla hərəkət edərkən tam söndürülməmiş siqaret kötüyü və ya kibriti, yanar mayelərlə islanmış materialları, eləcə də şüşə qab və şüşə qırıntılarını ətrafa atmaq yolverilməzdir, taxıl zəmilərinin ətrafı quru ot və tullantılardan vaxtaşırı təmizlənməlidir, biçində iştirak edən texnikalar ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalı, biçinə başlamazdan əvvəl yanğın-texniki müayinədən keçirilməlidir, işdən sonra texnikanın sahələrdə saxlanılması, gecə vaxtı yanacaqla doldurulması, yanacaq və yağların ətrafa tökülməsinə yol verilməsi, texnikalarda əlavə yanacaq və yağlama materiallarının saxlanılması qəti qadağandır, tarla düşərgələri, taxıltəmizləmə xırmanları, ot və küləş tayaları yığılan sahələr ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməlidir, əkin sahələri ilə meşə sahəsi, avtomobil yolları və dəmiryol xətləri arasında mühafizə zolağı yaradılmalıdır, yanğın baş verərsə, iş dərhal dayandırılaraq ətrafdakılar məlumatlandırılmalı, əlaltında olan ilkin yanğınsöndürmə vasitələri ilə (odsöndürən, su, torpaq, qalın parça materialı və s.) yanğını söndürməyə çalışmalı və “112” qaynar xəttinə məlumat verilməlidir".
Həmçinin oxuyun
Nəzərə alınmalıdır ki, biçindən sonra əkin yerinin yandırılması qadağandır və bu əməllərə yol verilməsi inzibati məsuliyyət yaradır.
"Unutmayın: qaydalara biganəlik - həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!", - deyə, müraciətdə bildirilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Zahid Oruc: Meyvə-tərəvəzin əvvəlki dadı niyə itib?
“O vaxt Azərbaycanın hər bölgəsi öz məhsulu ilə tanınırdı. Qubanın alması, Göyçayın “Gülöyşə” narı, Lənkəranın çayı, Gədəbəyin ağçiçək kartofu, Şəkinin tütünü, Zaqatalanın fındığı, Muğanın taxılı, Sabirabadın bostan məhsulları uzun illər aparılan seleksiya işlərinin, yerli genetik ehtiyatların qorunmasının və elmi toxumçuluğun nəticəsi idi”.Citypost.az xəbər verir ki, bu sözləri Milli Məclisin iclasında “Toxumçuluq haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Zahid Oruc deyib.O bildirib ki, onlar dadına, ətrinə, qidalılıq dəyərinə, yerli iqlimə uyğunluğuna, xəstəliklərə davamlılığına görə seçilirdi: "Təsadüfi deyil ki, XX əsrin 80-ci illərində Göyçay narının tingləri ilə ABŞ-da plantasiyalar salınırdı. Nə üçün uşaqlığımızın alması, pomidoru, qarpızı, yemişi, kartofu, soğanı, əvvəlki dadını vermir?...
10 İyul 2026, 13:37
Elnur Məmmədov ABŞ-nin Yuta və Kaliforniya ştatlarına səfər edib
Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov 7-9 iyul tarixlərində ABŞ-nin Yuta və Kaliforniya ştatlarında işgüzar səfərdə olub.Citypost.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.Belə ki, səfər zamanı Yuta ştatının siyasi, təhsil və biznes liderləri, o cümlədən texnologiya şirkətləri ilə görüşlər keçirilib.Yuta ştatına səfər çərçivəsində nazir müavini Elnur Məmmədov Yuta ştatı Senatının prezidenti Stüart Adams, "İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsi"nin "Yetmiş Həvari Kvorumu"nun üzvü Cek Gerard, Yuta Universitetinin prezidenti Teylor Randal, Stirlinq Fondunun prezidenti Mayls Hansen ilə işçi görüşlər keçirib və mümkün praktiki əməkdaşlıq məsələlərini müzakirə edib.Həmçinin, E.Məmmədov Yuta Ümumdünya Ticarət Mərkəzində Yuta Qubernator ofisinin Ticarət...
10 İyul 2026, 13:17
Şənbə günü ölkədə 38 dərəcə isti olacaq
Azərbaycanda iyulun 11-də 38 dərəcə isti olacaq.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 20-24° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-80 %, gündüz 50-60 % olacaq.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə...
10 İyul 2026, 13:08
İlham Əliyevdən Gürcüstanla bağlı mühüm fərman
Azərbaycan və Gürcüstan arasında təbii qazın Gürcüstana təchizatı barədə Saziş təsdiqlənib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında təbii qazın Gürcüstana təchizatı barədə Saziş"in təsdiq edilməsi haqqında Fərman imzalayıb.Fərmanla saziş qüvvəyə mindikdən sonra İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan Hökumətinə bildiriş göndərməlidir.Qeyd edək ki, saziş 2026-cı il mayın 18-də Bakı şəhərində imzalanıb....
10 İyul 2026, 12:59
Allahşükür Paşazadə Özbəkistanın ali ordeni ilə təltif olundu
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşzadəyə ‘"El-yurt hurmati"" (Xalqın və Vətənin Hörməti) ordenini təqdim edib.Bu barədə Citypost.az-a QMİ-dən məlumat verilib.Bununla bağlı Özbəkistan prezidentinin imzaladığı Fərmanda Allahşükür Paşazadənin mənəvi və maarifçilik fəaliyyətlərinin inkişafına töhfə verməsi, dinlərarası və sivilizasiyalararası dialoqun gücləndirilməsi, sülh, humanizm və maarifçilik ideyalarının yayılması, Özbəkistan və Azərbaycan xalqları arasında dostluq və qardaşlığın möhkəmləndirilməsi, dini sahədə ixtisaslı mütəxəssislərin hazırlanması, gənclərin ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə edilməsi istiqamətləri üzrə xidmətləri qeyd olunub.Özbəkistanla Azərbaycanla arasında mövcud olan siyasi, iqtisadi və humanitar əlaqələrin möhkəmlənməsindən məmnunluğunu ifadə edən Özbəkistan Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi...
10 İyul 2026, 12:38
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndəriləcək
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana propan və gübrə göndəriləcək.Citypost.az xəbər verir ki, 14 vaqon propan və 5 vaqon gübrə bu gün Biləcəri stansiyasından yola salınacaq.
10 İyul 2026, 12:30