Ədalət Verdiyev: Türkiyə silah idxalçısından ixracatçıya çevrildi
Siyasət 10 İyul 2026, 09:56
363
Qardaş Türkiyəmiz vaxtilə patronu belə başqa ölkələrdən, əsasən də Qərbdən satın alırdı. Həm də silah və sursatı türklərə "qısır silah-sursat" kimi satırdılar. Yəni dəyəri Türkiyə tərəfindən ödənilən silah və sursatın kimə qarşı istifadəsinə idxal edən olkə məhdudiyyət qoyurdu. Bəzi ölkələr Türkiyəyə satdığı silahın yunanlara, hətta terrorçulara qarşı istifadə üçün şərtlərini irəli sürürdülər.
İndi isə Türkiyə yerli və milli imkanları ilə müharibə taleyini qısa müddətdə həll edən silahlar, o cümlədən MALE, HALE tipli pilotsuz aparatlar, müxtəlif dəniz dronları, gəzən sursatlar, tanklar və digər zirehli vasitələr, reaktiv və qoşquda daşınan artilleriya sistemləri, hipersəs raketlər, HHM kompleksləri, müxtəlif təyinatlı döyüş gəmiləri, helikopterlər, pilotsuz qırıcılar, bütün sadalanan silahlar üçün sursatlar və başqa avadanliqlar istehsal və ixrac edir. Bütün ölkələrdə olduğu kimi, bu silah, texnika, vasitə və avadanlıqları istehsal etməyə başlayanda bəzi detallar Türkiyəyə kənardan idxal olunurdu. Bəzi ölkələr mürəkkəb detalları on illərlə kənardan alır və bu həmin olkə vətəndaşlarını narahat etmir. Biz türklərdə isə bu mövzuda vəziyyət tam tərsinədir.
Türkiyə də adı çəkilən silahların bir çoxunun ilkin istehsal mərhələsində mövcud olan mühərrik və optik elektron problemini idxal hesabına həll edirdi. Bu gün isə Türkiyə əksər vasitələrin mühərrikini və digər detallarını özü istehsal edir. Tək problemli məsələ 5-ci nəsil KAAN qırıcısının mühərriki ilə bağlıdır ki, bu da yaxın perspektivdə idxal hesabına həll ediləcək. Bir çox aviasiya mühərriklərin istehsalı müəyyən zaman çərçivəsində istehsal pillələrinin və çoxsaylı sınaqların keçirilməsini tələb edir.
Maraqlıdır ki, daha əvvəl PUA və helikopter mühərriki barədə neqativ fikir səsləndirənlər həmin detalların yerli istehsal prosesi barədə kəlmə işlətmir. Onların hazırda gündəmində olan əsas məsələ budur: "KAAN hazırladılar, amma mühərriki yoxdur".
Amma bu şəxslərdən kimsə digər istehsalçılar ilə müqayisədə türk mühəndislərin KAAN qırıcısının iki dəfə qısa bir müddətdə prototiplərin, stels texnologiyanın, optik sistemlərin, atəşi idarəetmə sisteminin, bort avadanlıqlarının, ağıllı dəbilqənin və s. hazırlanmasını görməzdən gəldilər. Çünki görmək istəmədilər.
Amma Türkiyə bu gün idxal etməyə hazırlaşdığı ən son model mühərrikdən 20 faiz daha güclü mühərriki artıq hazırlamağa başlayıb. KAAN iki ildir ki, uçuş sınaq mərhələsindədir. Türkiyə dunyada 5-ci nəsil qırıcı istehsal edən 4-cu ölkədir. Yaxın illərdə isə biz KAAN qırıcısını ABŞ mühərrikindən daha güclü, həm də iki ədəd yerli mühərriklə Türkiyə və Azərbaycan səmasında görəcəyik.
Vaxtilə Türkiyəyə patronu məhdudiyyətlər ilə satan ölkələr, bu gün türk silahlarını və texnikalarını almaq üçün hətta seriya istehsalına başlamazdan əvvəl növbəyə durublar. Azərbaycana TB2 satdığını görə sanksiya tətbiq edərək Türkiyəyə optik elektron avadanlıq ixracını dayandıran Kanada bu gün Ankara ilə müdafiə sahəsində əməkdaşlıq etmək üçün dəridən-qabıqdan çıxır. Dünyanın 40-dan ölkəsi, o cümlədən NATO üzvləri Türkiyədən silah alır. Hər birimiz dərk etməliyik ki, Türkiyənin uğuru, həm də bizim və ümumilikdə bütün Türk dünyasının, dost və müttəfiqlərimizin uğurudur. Türkiyəmiz bu gün həm ətrafındakı dənizlərdə, həm Yaxın Sərqdə, həm Qafqazda, həm NATO-da, həm də Avrasiyada böyük siyasi və hərbi nüfuza malik yenilməz bir gücdür. Azərbaycan və ümumilkdə TDT ilə birlikdə Türkiyə böyük bir güc mərkəzidir. Bu mərkəz ilə bütün qlobal güclər artıq hesablaşır. Biz də vətəndaş olaraq ortaq üğurlarımıza sevinməyi, türk olmağı, qalıb olmagı, üstün olmağı, güc olmağı bacarmalıyıq.
Ədalət Verdiyev
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Elçin Rüstəmlidən İran səfirinə sərt reaksiya
Jurnalist Elçin Rüstəmli İranın Ermənistandakı səfirinin açıqlamasına münasibət bildiribCitypost.az xəbər verir ki, Jurnalist Elçin Rüstəmli İranın Ermənistandakı səfiri Xəlil Şirqulaminin Azərbaycan və Türkiyə liderlərinin İranın ali dini rəhbəri Əli Xameneinin dəfn mərasimində iştirak etməməsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.O qeyd edib ki, səfirin bu açıqlaması SEPAH-ın mövqeyini əks etdirir. Elçin Rüstəmli bildirib ki, Azərbaycan və Türkiyə liderlərinin dəfn mərasimində iştirak etməməsinə irad bildirilməsi yersizdir.Jurnalist, həmçinin vurğulayıb ki, mərasimdə Xameneinin oğlu Müctəba Xamenei də iştirak etməyib. Onun fikrincə, bu halda digər dövlət liderlərinə irad tutulması və bunun tarixi yaddaşda qalacağı barədə fikirlər əsassızdır....
10 İyul 2026, 10:20
Qulu Məhərrəmli: İsrailin qərarı təsadüfi deyil
Professor Qulu Məhərrəmli İsrail parlamentinin (Knessetin) qondarma “erməni soyqırımı”nın tanınması məsələsini gündəmdən çıxarmasını mühüm geosiyasi proseslərin nəticəsi kimi qiymətləndirib.Citypost.az xəbər verir ki, professor bildirib ki, bu addım birbaşa NATO-nun Ankara sammiti, ABŞ-Türkiyə münasibətlərində müşahidə olunan istiləşmə, Azərbaycan hökumətinin və ölkədəki yəhudi icmalarının səylərinin nəticəsidir. Onun fikrincə, bu, hadisələrin inkişafının ən uğurlu ssenarisidir.Qulu Məhərrəmli vurğulayıb ki, Türkiyə Azərbaycanın hərbi müttəfiqi və qardaş ölkəsi, İsrail isə dost və strateji tərəfdaşıdır. O qeyd edib ki, Qarabağın işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsində hər iki dövlətin Azərbaycana göstərdiyi dəstək misilsiz və unudulmaz olub.Professor əlavə edib ki, ABŞ-nin dəstəyi ilə yaxın zamanda...
10 İyul 2026, 10:05
Qulu Məhərrəmli: Ərdoğanın hədiyyəsi liderləri çətin vəziyyətə saldı
Media eksperti, əməkdar jurnalist, professor Qulu Məhərrəmli NATO-nun Ankarada keçirilən sammiti ilə bağlı diqqətçəkən məqamlardan birinə toxunub.Citypost.az xəbər verir ki, professor bildirib ki, NATO-nun Ankara sammiti təkcə Avropa-ABŞ və Türkiyə-ABŞ münasibətlərindəki anlaşılmazlıqların aradan qaldırılması, Ukraynaya 140 milyardlıq silah yardımı ayrılması və ABŞ Prezidenti Donald Trampın İranla bağlı açıqlamaları ilə deyil, həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qonaqlara təqdim etdiyi qeyri-adi hədiyyə ilə yadda qalıb.Qulu Məhərrəmlinin sözlərinə görə, Ərdoğanın NATO sammitində iştirak edən dövlət başçılarına Türkiyə istehsalı olan, üzərinə liderlərin adları həkk edilmiş "Gümüşay" markalı tapança hədiyyə etməsi rəmzi xarakter daşıyır və təbii addımdır. Lakin bəzi hökumət başçıları üçün bu...
10 İyul 2026, 09:50
Tacikistan Azərbaycanla münasibətlərin inkişafını yüksək qiymətləndirdi
Tacikistan Azərbaycanla münasibətlərin müsbət dinamikasını qeyd edib.Citypost.az Tacikistan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, bu məsələ XİN rəhbəri Sirojiddin Muhriddinin ölkədəki diplomatik missiyasını başa vuran Azərbaycan səfiri Əlimirzamin Əsgərovla görüşü zamanı müzakirə olunub.Görüş zamanı diplomatlar ikitərəfli münasibətlərin və qarşılıqlı faydalı əməkdaşlığın inkişaf dinamikasını yüksək qiymətləndiriblər. "Nazir səfirə Tacikistan və Azərbaycan arasında dostluq münasibətlərinin inkişafına və möhkəmləndirilməsinə verdiyi mühüm töhfəyə görə təşəkkür edib və gələcək fəaliyyətində uğurlar arzulayıb", - XİN-in məlumatında bildirilib. (Report)...
10 İyul 2026, 08:36
Heydər Oğuz: Hədəf İranın tranzit gücüdür
ABŞ-ın İrana son hücumlarının əsl hədəfiABŞ-İsrail cütlüyünün İrana hücumları başlayanda qələmə aldığım bütün analizlərimdə bu savaşın yeganə hədəfinin İranın enerji resurslarına nəzarət etmək deyil, bundan daha əhəmiyyətli bir məqsədin qlobal ticarət marşrutlarını dəyişmək olduğunu söyləmişdim. Centcom-un İrana dünənki hücumları da bu ehtimalı gücləndirir.Dünənki hücumlarda bəlkə də bir çoxumuzun gözündən yayınan iki hədəf vardı - biri Çabahar limanı, digəri isə Gülüstan əyalətində yerləşən Ağqala dəmir yolu xətti. Məlumdur ki, Çabahar neft və qaz resursları ilə fərqlənməyən ərazidir. Bu liman şəhəri Pakistanın Gvadar limanı ilə qonşudur və İranın birbaşa Hind okeanına açılan qapısıdır. Dolayısıyla Çabaharın enerji mənbəyi kimi deyil, logistik əhəmiyyəti var....
10 İyul 2026, 08:20
Fazil Mustafa: Dövlətə qarşı ideoloji təhdidlər artır
Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, Azərbaycan dövlətinə bağlı olan, onun bayrağını sevən və dövlətin varlığını uca tutan hər kəs üçün bu mesajlar aydındır. Onun sözlərinə görə, dövlət kənardan idarə olunan informasiya hücumlarına məruz qalır və belə bir şəraitdə dövləti və onun dəyərlərini müdafiə etməmək doğru yanaşma deyil.Deputat qeyd edib ki, başqa ölkələrin dini ideologiyasının təbliğatçıları cəmiyyətin bir hissəsinə təsir göstərə, bəzi insanlar isə öz rahat həyat tərzini pozmamaq üçün dövlət vəzifəsində olsalar belə, dövlət maraqlarını qorumaqdan yayına bilərlər. O bildirib ki, bəzi şəxslər qaragüruhçu zehniyyət qarşısında milli diplomlarının, ziyalı adlarının və mandatlarının arxasında gizlənə bilər. Fazil Mustafanın sözlərinə...
10 İyul 2026, 07:07