Azərbaycan qadınının idealı: Mehriban Əliyeva ənənə ilə müasirlik arasında
Cəmiyyət 18 İyul 2026, 13:43
487
Mehriban xanımın harmonik obrazı həm müdrikliyi, həm gözəlliyi, həm yüksək insani keyfiyyətləri, həm də real fəaliyyəti özündə əks etdirir. Bu nadir şəxsiyyətin simasında milli ənənələr müasir dövrün tələbləri ilə ahəngdar şəkildə vəhdət təşkil edir. Burada müdriklik abstrakt anlayış deyil, düşünülmüş və balanslı qərarlar qəbul etmək bacarığıdır; gözəllik yalnız zahiri deyil, həm də əməllərdə təzahür edən daxili zənginlikdir; real fəaliyyət isə ictimai etimadın və rəğbətin əsas meyarına çevrilir. Mehriban xanımın obrazı milli və mədəni kimliyin ayrılmaz hissəsi kimi qəbul olunur. Xüsusilə gənclər üçün bu cür örnəklər mühüm əhəmiyyət daşıyır, çünki onlar şəxsi məqsədləri cəmiyyətin maraqları ilə uzlaşdırmağa kömək edir.
Müasir siyasətçidə bu keyfiyyətlər haradan qaynaqlanır? Bu barədə öz düşüncələrimi bölüşmək istərdim. İlk növbədə adından başlamaq istəyirəm. Hesab olunur ki, insanın adı müəyyən məna daşıyır, onun taleyini və xarakterini əks etdirir. "Mehriban" adı şəfqətli, mərhəmətli, başqalarına qayğı göstərməyi bacaran insanı xarakterizə edir. Mehriban xanım da həqiqətən səmimiyyəti, insanlara kömək etməyə daim hazır olması ilə seçilir. O, öz adına layiq insandır – yaxınlarını sevən, hər bir insanın taleyinə həssaslıqla yanaşan, mənəvi dayaq göstərməyi bacaran, xoş münasibətlər yaradan, insanlarda etibar və məhəbbət hissi oyadan bir şəxsiyyətdir.
Müasir genetikanın yanaşmaları ilə səsləşən belə bir Azərbaycan atalar sözü var: "Ot kökü üstə bitər." Mehriban xanımın ata babası görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlal Paşayevdir. Atası Arif Paşayev fizika-riyaziyyat elmləri doktoru, professor və akademikdir. Ana babası tanınmış jurnalist, "Bakı" qəzetinin təsisçisi və baş redaktoru Nəsir İmanquliyev olmuşdur. Anası Aida İmanquliyeva isə görkəmli şərqşünas alim, elmlər doktorudur. Mehriban xanım məhz belə zəngin intellektual köklərə malik bir ailədə formalaşıb.
Mehriban xanım Azərbaycanın vətənpərvər övladıdır. O, ölkəsinin tarixini dərindən bilir və onunla qürur duyur. Bununla yanaşı, digər ölkələrə və xalqlara da hörmət və anlayışla yanaşır, dünya tarixinin mürəkkəb və rəngarəng mənzərəsini düzgün dəyərləndirməyi bacarır.
Azərbaycan xalqının şüurunda müdrik, gözəl və cəsarətli qadın obrazı həmişə Koroğlunun sədaqətli silahdaşı Nigarın və Qaçaq Nəbinin ömür-gün yoldaşı Həcərin simasında təcəssüm olunub. Bu obrazlar Azərbaycan ailəsində və cəmiyyətində qadının rolunun mənasını ifadə edən bir növ ideal nümunəyə çevrilmişdir. Dini stereotiplərin və ya sosial çətinliklərin təsiri ilə bu ənənədən uzaqlaşmalar cəmiyyət tərəfindən hər zaman tənqidi qiymətləndirilib və bu yanaşma klassik Azərbaycan ədəbiyyatında da öz əksini tapıb. Bu baxımdan Cəfər Cabbarlının, Səməd Vurğunun və İlyas Əfəndiyevin əsərlərini xatırlamaq kifayətdir. Həmin əsərlərdə Şərq ədəbiyyatının bəzi ənənələrindən fərqli olaraq qadın yalnız sevgi obyekti deyil, fəal, iradəli və müstəqil şəxsiyyət kimi təqdim edilir. Məgər bu xüsusiyyətlərdə Mehriban xanımın obrazını görmürükmü?
Həmçinin oxuyun
Ümumilikdə hesab edirəm ki, Mehriban xanımın şəxsiyyətinin və insani keyfiyyətlərinin formalaşmasında ailə-mənəvi dəyərlərlə xalqımızın sosial-mədəni arxetipləri uğurla qovuşaraq bir-birini tamamlayıb.
Xidməti fəaliyyətimlə əlaqədar müxtəlif ölkələrin ictimai və siyasi xadimləri ilə görüşürəm. Onların hamısı yekdilliklə bildirirlər ki, belə mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın güclü rəhbərliyə malik olması ölkənin böyük üstünlüyüdür. Biz də əminik ki, харizmatik Prezident İlham Əliyev və onun etibarlı həyat yoldaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycanı inamla firavan və xoşbəxt gələcəyə aparırlar.
Cəlil Xəlilov
Polkovnik, Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Finlandiyada “Arşın mal alan” operettası uşaqların ifasında nümayiş etdirilib
Azərbaycanın 4–12 yaşlı uşaqlardan ibarət “Nağılçı” Yaradıcılıq Atelyesi Finlandiyada dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz “Arşın mal alan” operettası əsasında hazırlanmış tamaşanı uğurla təqdim edib.AZƏRTAC xəbər verir ki, mədəni səfər və tamaşalar “Nağılçı” Yaradıcılıq Atelyesi ilə Finlandiyadakı Azərbaycan Evinin birgə təşkilatçılığı ilə həyata keçirilib.İlk tamaşa Espoo şəhərində yerləşən Lippulaiva kitabxanasının tədbir zalında nümayiş olunub. Tədbirdə 100-dən çox tamaşaçı iştirak edib. Balaca aktyorlar tamaşanı Azərbaycan və ingilis dillərində təqdim edərək Finlandiya ictimaiyyətinin böyük marağına səbəb olub və alqışlarla qarşılanıblar.İkinci tamaşa isə Finlandiyadakı Azərbaycan Evində nümayiş etdirilib. Tədbirin sonunda iştirak edən uşaqlara sertifikatlar və xatirə hədiyyələri təqdim olunub. Qonaqlar balaca aktyorların səhnə mədəniyyətini,...
18 İyul 2026, 11:00
Dövlət Xidməti daha bir beynəlxalq mükafata layiq görülüb
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti (Dövlət Xidməti) beynəlxalq səviyyədə daha bir mühüm uğura imza atıb.Citypost.az xəbər verir ki, Dövlət Xidməti Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən nüfuzlu “Global Business Magazine” tərəfindən təşkil edilən müsabiqədə “Smart irs sistemləri: Rəqəmsallaşdırma və məlumatlara əsaslanan mühafizədə mükəmməlik – Azərbaycan 2026” (Smart Heritage Systems: Excellence in Digitalization and Data-Driven Preservation Azerbaijan 2026) beynəlxalq mükafatına layiq görülüb.Mükafat Dövlət Xidməti tərəfindən mədəni irsin qorunması, bərpası, konservasiyası və idarə olunması sahəsində rəqəmsal texnologiyaların tətbiqi, məlumatlara əsaslanan idarəetmə mexanizmlərinin formalaşdırılması, tarixi abidələrin rəqəmsallaşdırılması, vahid məlumat bazalarının yaradılması və innovativ həllərin uğurla...
18 İyul 2026, 10:40
Ucarda yeni "Sağlam məhəllə" istifadəyə verilib
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilən “Sağlam məhəllə” layihəsi çərçivəsində növbəti idman zonaları iyulun 16-da Zərdab və Ucar şəhərlərində, iyulun 17-də isə Kürdəmirdə istifadəyə verilib.Citypost.az xəbər verir ki, "Sağlam məhəllə"də minifutbol və basketbol meydançaları, stolüstü tennis və şahmat guşələri, həmçinin açıq havada istifadə üçün trenajor qurğuları quraşdırılıb. Açılış mərasimində iştirak edən gənclər və idman naziri Fərid Qayıbov idman qurğularında məşq edən uşaqlarla və məhəllə sakinləri ilə söhbət edib.Qeyd edək ki, indiyədək ölkənin müxtəlif şəhər və rayonlarında ümumilikdə 25 “Sağlam məhəllə” layihəsi icra olunub.Xatırladaq ki, Prezident İlham Əliyevin 2024-cü ildə imzaladığı Sərəncama əsasən, “Sağlam məhəllə” layihəsinin həyata keçirilməsi üçün Azərbaycan...
18 İyul 2026, 10:20
Sabiq polis zabiti vəfat etdi
Neftçalalı keçmiş polis zabiti vəfat edib.Citypost.az xəbər verir ki, təqaüddə olan polis zabiti Kamal Həsənov 71 yaşında dünyasını dəyişib.Qeyd edək ki, onun qardaşı Kamran Həsənov Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalıb.Allah rəhmət eləsin!
18 İyul 2026, 09:50
BDYPİ yol hərəkəti iştirakçılarına müraciət etdi
BDYPİ bütün yol hərəkəti iştirakçılarını diqqətli və məsuliyyətli olmağa çağırıbBaş Dövlət Yol Polisi İdarəsi həftəsonu ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib, onları diqqətli və məsuliyyətli olmağa çağırır.Citypost.az xəbər verir ki, bu barədə İdarənin müraciətində bildirilib.Qeyd olunub ki, həftəsonu və yay mövsümü ilə əlaqədar respublikanın avtomobil yollarında, xüsusilə paytaxtdan bölgələrə, turizm və istirahət məkanlarına, eləcə də dənizkənarı istirahət zonalarına aparan istiqamətlərdə nəqliyyat axınının əhəmiyyətli dərəcədə artacağı gözlənilir. Hərəkət intensivliyinin yüksəlməsi yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır:"Sürücülər hərəkət sürətini yol və hava şəraitinə uyğun seçsinlər, uzun məsafəyə yola çıxmazdan əvvəl kifayət qədər dincəlsinlər, yorğun və yuxusuz vəziyyətdə sükan arxasına əyləşməsinlər".Bildirilib ki, sürücülər...
18 İyul 2026, 09:48
Xırdalanda yaşayış binasında baş verən yanğın söndürülüb
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Xırdalanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.Bu barədə Citypost.az-a FHN-dən məlumat verilib.
18 İyul 2026, 09:35