AFFA rəsmisi “Ludoqorets” - “ Hapoel” oyununa təyinat aldı
İdman 22 İyul 2026, 18:25
327
Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.
Citypost.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 30-da keçiriləcək “Ludoqorets” (Bolqarıstan) - “Hapoel” (Təl-Əviv, İsrail) görüşünün hakim-inspektoru olacaq.
Həmçinin oxuyun
Qarşılaşma Razqrad şəhərində yerləşən “Ludoqorets Arena”da baş tutacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
"Şəfa" qvineyalı futbolçu Bafode Dansoko ilə müqavilə imzalayıb
"Şəfa" daha bir futbolçu transferini reallaşdırıb.Citypost.az kluba istinadən xəbər verir ki, qvineyalı vinger Bafode Dansoko ilə 1 illik müqavilə imzalanıb.30 yaşlı futbolçu son olaraq İsveçrə təmsilçisi "Vintertur"da çıxış edib. O, karyerası ərzində Belçikanın "Patro Eysden", "KMSK Deynze", "La Luvyer", Fransanın "Vol-an-Velen" və "Vaskal" klublarının da formasını geyinib.
22 İyul 2026, 17:18
"Neftçi" klubu yenilənmiş saytını istifadəyə verib
"Neftçi" Peşəkar Futbol Klubu rəqəmsal transformasiya strategiyasının növbəti mərhələsi olaraq, tamamilə yenidən qurulmuş rəsmi veb saytını təqdim edib.Bu barədə Citypost.az-a Bakı təmsilçisindən məlumat verilib.Yeni platforma sadəcə vizual yenilənmə deyil; sayt arxitekturadan dizayna, verilənlər bazasından təhlükəsizlik sisteminə qədər sıfırdan, müasir texnologiyalar üzərində inşa edilib. Saytın dizaynı klubun brend kimliyinə uyğun olaraq tamamilə yenidən düşünülüb: premium tünd interfeys, dinamik ana səhifə və klubun rənglərini əks etdirən zəngin vizual dil "ağ-qaralar"ın ruhunu yaşadır.İstifadəçilər gecə və gündüz rejimləri arasında seçim edə bilərlər. Ana səhifədəki canlı gerisayım paneli növbəti oyunun rəqibini, məkanını və başlanmasına qalan vaxtı real rejimdə göstərir. Yenilənmiş turnir cədvəli modulu A komanda...
22 İyul 2026, 13:00
Milli Paralimpiya Komitəsi ilə "Neftçi" İdman Klubu arasında əməkdaşlıq müzakirə edilib
rəhbərliyi arasında işgüzar görüş keçirilib.Bu barədə Citypost.az MPK-dan məlumat verilib.Toplantı zamanı gələcəkdə birgə layihələrin və idman tədbirlərinin təşkili, "Neftçi" İdman Klubunu beynəlxalq yarışlarda təmsil edən paralimpiyaçılara dəstəyin gücləndirilməsi, paraidman növlərinin təbliği, eləcə də yeni paralimpiyaçı nəslinin formalaşdırılması istiqamətində əməkdaşlıq perspektivləri müzakirə olunub.Görüşdə Milli Paralimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov, komitə prezidentinin müşaviri Şahin Kazımzadə, İdman şöbəsinin müdiri Cavad Axundzadə, "Neftçi" İdman Klubu İctimai Birliyinin İdarə Heyəti sədrinin müavini Fərəc Əliyev və İdmanın İnkişafı Departamentinin rəisi Emil Kərimov iştirak ediblər....
21 İyul 2026, 18:26
"Çelsi" "Aston Villa"dan Morqan Rocersi transfer edib
İngiltərənin "Çelsi" klubu "Aston Villa"nın yarımmüdafiəçisi Morqan Rocersi transfer edib."Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.Mənbənin iddiasına görə, İngiltərə millisinin futbolçusu ilə 2032-ci ilin yayına qədər müqavilə imzalanıb.Sözləşmədə onun daha bir il uzadılması imkanı da nəzərdə tutulub. Daha əvvəl "Çelsi"nin bu keçid üçün "Aston Villa"ya 117 milyon funt sterlinq ödəyəcəyi bildirilmişdi."Transfermarkt" portalı futbolçunun dəyərini 90 milyon avro qiymətləndirir.Rocers 2026-cı il dünya çempionatında İngiltərə millisinin heyətində 6 oyuna çıxıb. O, Argentina ilə yarımfinal matçında (1:2) bir məhsuldar ötürmə müəllifi olub....
21 İyul 2026, 08:26
"Turan Tovuz" "Fatih Karagümrük"lə üz-üzə gələcək
Yeni mövsümə Türkiyədə hazırlaşan "Turan Tovuz"un yoxlama oyunlarındakı növbəti rəqibi bəlli olub.Citypost.az xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.Komanda iyulun 27-də Türkiyə təmsilçisi "Fatih Karagümrük"lə qarşılaşacaq.Xatırladaq ki, "Turan Tovuz" daha əvvəl İranın U-21 yığması ilə heç-heçə edib - 1:1.
20 İyul 2026, 15:23
Bakıda Avropa Cüdo Ümidləri Turniri keçiriləcək
İyulun 25-26-da Bakıda Avropa Cüdo Ümidləri Turniri keçiriləcək.Bu barədə Citypost.az Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutacaq yarışda 10 ölkədən 87 klubu təmsil edən 329 cüdoçu (281 oğlan, 48 qız) qüvvəsini sınayacaq.Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq turnirdə idmançılar U-14 və U-16 yaş kateqoriyaları üzrə mübarizə aparacaqlar.Qeyd edək ki, iyulun 24-26-da yarış iştirakçıları üçün Kodokan mütəxəssisi, ikiqat Olimpiya mükafatçısı, üçqat dünya çempionu Misato Nakamura və Olimpiya mükafatçısı Mariya Çentrakkionun rəhbərliyi ilə texniki seminarlar təşkil olunacaq....
20 İyul 2026, 14:08