Bizə yazın

Baku

-°C

USD

-

Tural İrfan: Müharibələr erası bitməlidir

Cəmiyyət 27 İyul 2026, 09:14

465

Zaman axır. Bəşəriyyət təkamül edir, elm və texnologiyanın inkişafı sürətlənir. Yeni ehtiyaclar, maddi - mənəvi tələblər labüdləşir. Amma müharibələr dayanmır. Müharibə məsələsində bəşər daş dövründə qalıb. Tayfalar, qəbilələrarası çomaq davası bu gün raketlərlə davam edir.

Müharibəsiz dünya yaratmaq olar. Böyük dövlətlər hər nə qədər özlərini supergüc elan etsələr də əslində mahiyyəti etibarı ilə çox cılızdırlar. Güc göstərişi, təhdid, bomba atmaq heç də güclü və üstün olmaq demək deyil. Əslində bu, çarəsizliyin çarəsi kimi əlcaslzlıq illuziyasıdır... 

Sərvət üstündə savaşan, başqa bir mədəniyyəti, başqa bir dəyəri öz maddi ehtirasları naminə məhv edən bir sistem sonra hansı insani, humanitar, haq-hüquq amallarından danışa bilər. Bu, bir canavarın sürünü qırıb sonra da qan tökməyin haram olması haqda moizə oxumasına bənzəyir.

İslamın prinsiplərinə görə batil və haram yollarla məqsədə çatmaq da haramdır. Yenə Dostoyevskinin sözü yadıma düşür: "Əgər bəşəriyyətin səadətini təmin edəcək bir sarayın tikintisində məsum bir körpənin göz yaşı axacaqsa, həmin saray mütləq tar-mar olacaqdır". Allahdan qorxmasaydım ərəbin dahisi (ən hiyləgəri) olardım, deyirdi İmam Əli. Amma olmadı. Çünki mənəvi, insani uxrəvi qələbəni hakimiyyət, sərvət kimi dünya qələbəsinə qurban vermədi, sərhədləri gözlədi. Zülm edənə zülm etmədi, söyəni söymədi, əzəni əzmədi. Siyasətdə məğlub oldu, amma həqiqətdə, mərhəmətdə, mərdlikdə, ədalətdə qalib gəldi. Rəqibi isə axirət, mənəviyyat, ədalət, mərhəmət kimi dəyərləri siyasət, sərvət, hakimiyyət qələbəsinə qurban verdi. 

Lakin təəssüf, dünyanın təməli elə qurulub ki, haqlı həmişə hərtərəfli qalib olmur. Kamillik yalnız Allaha xas olduğu üçün kamilliyə can atanları hardasa naqis buraxır. Bəlkə də insanlar ilahlaşdırmasın, pərəstiş etməsin deyə edir. Boksçu Məhəmməd Əlinin maraqlı sözü vardı, deyirdi mən elə düşünürdüm ki, hamını məğlub etmişəm, dünyanın çempionu mənəm. Lakin Allah məni parkinson xəstəliyinə düçar edib aciz qoymaqla əsl qalibin kim olduğunu göstərdi. Peyğəmbər səhabəsi Xalid bin Vəlid 100-dən çox qatıldığı savaşların hamısında qalib gəlmişdi. Təcrübəli komandan, misilsiz hərbi strateq olduğu üçün Roma və Sasani imperiya ordularının çökdürülməsində müstəsna rolu vardı. Xəlifə Ömər Xalid haqqında artıq məğlubedilməzlik orbazı yarandığını görüb onu dərhal ordudan tərxis etdi.

Əgər keçmişdə müəyyən savaşlar inanc, mədəni dəyərlər, din uğrunda idisə müasir müharibələr yalnız maddiyyat, sərvət uğrunda aparılır. Maddiyyat, sərvət uğrunda insan öldürən bir qüvvə sonra qana bulaşmış əlini yuyub necə mənəvi, insani dəyərlərdən bəhs edə bilər? Təbii ki, bu süni və saxta alınacaq.

Bəlkə də kainatda həyatın mövcud olduğu elə qalaktikalar, planetlər var ki, orada savaş yoxdur. Varlıqlar artıq müharibələr dövrünü geridə qoyublar ya da heç əzəldən orada savaş olmayıb.

Doğrudur, insan hələ tam mənəvi təkamül mərhələsini keçməyib. Qalstuk taxıb ətir vursa da daxilən canavar, ilan yaxud da qoyundur və üfunət qoxuyur. Adamların tam insanlaşması savaşları geridə qoya, bu ənənəni gülünc və təəssüfedici bir keçmiş kimi tarixə çevirə bilər. Bu gün dünyanın hakimiyyəti əlində olan Qərb mənəvi, mədəni ali dəyərlərin deyil, maddi sərvətlərin əldə edilməsi üçün çabalayır, savaşır, qan tökür, işğallar həyata keçirir. Halbuki heç bir maddi zənginlik mədəni, mənəvi, ülvi-insani dəyərləri əvəz edə bilməz. Qərb insanının istifadə etdiyi bütün həzzlər bitdikdən sonra maddi təkamülə geylik yaxud narkotiklərlə çatmaq istəyir. O da tükəndikdə, üzünü əməliyyat etdirib itə oxşadır və bir gün də diskotekada artıq dozadan ürəyi dayanır. Bununla da Qərb adamının ömrü bitdi.

Şərqdə isə həzzlər maddi deyildi, mənəvi zənginliklər, inanc sistemləri, fəlsəfə məktəbləri, ölümsüzlük, axirət məsuliyyəti, mələk əxlaqı nümunəsi üzərindən bərqərar idi. Qərb artıq Şərqin bütün mənəvi dəyər və sərvətlərini çürüdüb məhv etməkdədir.

Müharibələr erası bitməlidir. Əgər müharibə lazımdırsa bu, beyinlərin savaşı olmalıdır.

Bir tərəfdən ülfi dəyərlərdən, demokratiyadan, multikulturalizmdən, tolerantlıqdan, insan haqlarının qorunmasından danışıb digər tərəfdən Quranı küçədə yandırtdırmaq və başqa ölkələrin dinc insanlarını öldürmək, mədəniyyətini məhv etmək paradoksdur.

Elə bir dünya nizamı qurulmalıdır ki, nəinki müharibə olmasın, heç ümumiyyətlə müharibəyə ehtiyac qalmasın. Məmməd Araz demişkən:

Əridib silahları

Marten sobaslnda,

Körpü sala billik

Yerlə Mars arasında

Müharibə olmazsa...

Tural İrfan

Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi şərhçi və dinşünas

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

MEDİA: İranın AzTV-yə qarşı addımı qəbuledilməzdir

İranın Kəşfiyyat Nazirliyinin bəzi xarici media subyektləri, o cümlədən Azərbaycan dövlət televiziya kanalı olan AzTV-ni "düşmən media qurumları" siyahısına daxil etməsi və həmin qurumlarla əməkdaşlıq edən şəxslərin cinayət məsuliyyəti ilə hədələnməsi təəccüb doğurur.Citypost.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) bəyanatında qeyd edilib.Bildirilib ki, Azərbaycan jurnalistlərin peşə fəaliyyətinin müdafiəsinə sadiq olmaqla yanaşı, qarşılıqlılıq prinsipinin tətbiqini də təmin edir:"Belə ki, "Media haqqında" Azərbaycan Respublikası Qanununun 11.4-cü maddəsinə əsasən, Media Reyestrinə daxil edilmiş jurnalistlərin peşə fəaliyyətinin həyata keçirilməsinə digər dövlətlər tərəfindən xüsusi məhdudiyyətlər qoyulduqda həmin məhdudiyyətləri tətbiq etmiş dövlətin jurnalistlərinə Azərbaycan Respublikasında da eyni məhdudiyyətlər qoyula bilər".MEDİA bəyan edib ki,...

27 İyul 2026, 16:30

Hövsanda nəzarətsiz ərazidə 13 yaşlı qız batıb 

Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1 km aralı, dənizdə nəzarətsiz ərazidə dörd nəfər batıb.Bu barədə Citypost.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.Dalğıc-xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində vətəndaşlar - 1985-ci il təvəllüdlü Əliya Aysel Bəkir qızı, 2009-cu il təvəllüdlü Rüstəmova Elmira Rauf qızı və 2019-cu il təvəllüdlü Rüstəmova Nuray Rauf qızı xilas edilib.Dalğıclar tərəfindən 2013-cü il təvəllüdlü Rüstəmova Aylin Rauf qızının meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.Fövqəladə Hallar Nazirliyi bir daha vətəndaşlara müraciət edərək müvafiq...

27 İyul 2026, 16:08

Rövşən Rzayev Oğuzda vətəndaşları qəbul edib 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev iyulun 27-də Oğuzda vətəndaşları qəbul edib.Bu barədə Citypost.az-a dövlət komitəsindən məlumat verilib.Bildirilib ki, qəbulda, əsasən Oğuz və Qəbələ rayonlarında məskunlaşmış keçmiş məcburi köçkünlər iştirak ediblər. Vətəndaşların müraciətlərində, əsasən Böyük Qayıdış, dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, müvəqqəti yaşayış sahələrinin təmiri, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq və digər şəxsi xarakterli müraciətlər üstünlük təşkil edib.Qəbul zamanı vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerində həll olunub. Müraciətlərdə vurğulanan digər məsələlərin qısa müddətdə araşdırılacağı, həmçinin aidiyyəti üzrə dövlət qurumlarına çatdırılacağı bildirilib....

27 İyul 2026, 15:37

Azərbaycanda vahid indekslərin siyahısı genişləndirildi

Nazirlər Kabineti 15 sentyabr 2022-ci il tarixli "Dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı"nda dəyişiklik edib.Citypost.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb.Qərara əsasən, siyahıya Prezidentin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəliyi əlavə edilib.

27 İyul 2026, 15:26

Ceyhun Məmmədov iranlı millət vəkilləri ilə görüşüb

Ceyhun Məmmədov: Azərbaycan–İran parlamentlərarası əlaqələrinin inkişafı müzakirə olunubMilli Məclisin deputatı Ceyhun Məmmədov Ərdəbilə səfəri çərçivəsində Ərdəbil vilayətini təmsil edən dörd iranlı millət vəkili ilə görüş keçirdiyini bildirib.Deputatın sözlərinə görə, görüş zamanı Azərbaycan ilə İran arasında mövcud münasibətlərin hazırkı vəziyyəti, ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, parlamentlərarası əlaqələrin genişləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Ceyhun Məmmədov qeyd edib ki, müzakirələr zamanı Prezident İlham Əliyevin Azərbaycan–İran münasibətlərinin inkişafına xüsusi önəm verdiyi vurğulanıb. Bildirilib ki, dövlət başçısının İran rəhbərliyi ilə keçirdiyi görüşlər, 44 günlük Vətən müharibəsi dövründə aparılan təmaslar, humanitar əməkdaşlıq, eləcə də Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktından sonra münasibətlərin normallaşdırılması...

27 İyul 2026, 15:10

Ötən həftə 1 740,7 hektar ərazi minalardan təmizlənib 

Azad olunan ərazilərdə iyulun 20-dən 26-na qədər 39 tank əleyhinə mina, 173 piyada əleyhinə mina, 753 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.Məlumata əsasən, 1 740,7 hektar ərazi minalardan təmizlənib.Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN), beş yerli təşkilat və bir QHT Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib....

27 İyul 2026, 14:44