Deputat: Ana dilinə hörmət milli kimliyə hörmətdir
Cəmiyyət 28 İyul 2026, 10:33
351
Hər bir xalqın milli kimliyini yaşadan ən böyük mənəvi sərvət onun ana dilidir. Dil xalqın tarixini, mədəniyyətini, düşüncə tərzini, adət-ənənələrini və milli yaddaşını nəsildən-nəslə ötürən müqəddəs körpüdür. Məhz buna görə də Azərbaycan xalqı əsrlər boyu ana dilini qorumağı öz varlığını qorumaq qədər vacib hesab etmişdir. Bu gün ölkəmizdə hər il avqustun 1-də qeyd olunan Azərbaycan əlifbası və Azərbaycan dili günü də ana dilimizə dövlət və xalq səviyyəsində göstərilən yüksək ehtiramın təzahürüdür.Azərbaycan dili zəngin tarixi inkişaf yolu keçmiş, türk dilləri ailəsinin ən qədim və ən inkişaf etmiş dillərindən biri kimi formalaşmışdır. Zəngin lüğət tərkibi, ahəngdarlığı və ifadə imkanları Azərbaycan xalqının minilliklər boyu yaratdığı mədəni irsin ayrılmaz hissəsidir.
Bu sözləri Milli Məclisin deputatı Bədəl Bədəlov Citypost.az-a açıqlamasında bildirib.
Millət vəkilinin sözlərinə görə, Lakin ana dilimizin bu günə gəlib çatması heç də asan olmamışdır. Xüsusilə keçmiş ittifaq dövründə milli dillərin sıxışdırılması siyasəti Azərbaycan dilinin inkişafına ciddi maneələr yaradırdı. Belə bir mürəkkəb tarixi şəraitdə Azərbaycan dilinin hüquqlarını müdafiə etmək böyük siyasi iradə və qətiyyət tələb edirdi. Bu tarixi missiyanı isə Ulu Öndər Heydər Əliyev uğurla yerinə yetirdi.1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının hazırlanması zamanı Ulu Öndər Heydər Əliyevin prinsipial mövqeyi nəticəsində “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” müddəasının Konstitusiyada əks olunması milli tariximizin ən mühüm hadisələrindən biri oldu. Həmin dövrdə ittifaq respublikalarının əksəriyyətində belə bir hüquqi norma mövcud deyildi. Bu baxımdan, Ümummilli Lider Heydər Əliyevin qətiyyətli mövqeyi Azərbaycan xalqının milli maraqlarının müdafiəsində mühüm dönüş nöqtəsinə çevrildi.Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ana dilinin hüquqi statusunun möhkəmləndirilməsi istiqamətində ardıcıl addımlar atıldı. 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması milli dövlət quruculuğunun əsas nailiyyətlərindən biri idi. Ardınca qəbul edilən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun dövlət dilinin tətbiqi, qorunması və inkişafı üçün möhkəm hüquqi baza formalaşdırdı.
Bədəl Bədəlov bildirib ki, Dil siyasətinin sistemli şəkildə həyata keçirilməsi məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər 18 iyun 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı dövlət dilinin bütün sahələrdə istifadəsinin genişləndirilməsində mühüm mərhələ oldu. Həmin Fərman əsasında Dövlət Dil Komissiyasının yaradılması Azərbaycan dilinin elmi əsaslarla qorunmasına və inkişaf etdirilməsinə yeni imkanlar yaratdı.Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis olunması isə milli-mənəvi dəyərlərimizin qorunmasına verilən yüksək qiymətin ifadəsi idi. Bu əlamətdar gün latın qrafikalı əlifbaya keçidin uğurla başa çatmasının, müasir Azərbaycan dövlətinin milli-mədəni siyasətinin mühüm nailiyyətlərindən biri kimi tarixə düşdü. Ümummilli Liderin müəyyən etdiyi dil siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının imzaladığı çoxsaylı fərman və sərəncamlar nəticəsində Azərbaycan dilinin istifadəsi bütün sahələrdə daha da genişlənmişdir. Latın qrafikalı nəşrlərin artırılması, klassik və dünya ədəbiyyatı nümunələrinin Azərbaycan dilində nəşri, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın qəbul edilməsi, elektron məkanda Azərbaycan dilinin mövqeyinin gücləndirilməsi bu siyasətin mühüm istiqamətləridir.
Həmçinin oxuyun
Deputat vurğulayıb ki, Müasir dövrdə rəqəmsal texnologiyalar, sosial şəbəkələr və süni intellektin sürətli inkişafı ana dilimizin qarşısında yeni çağırışlar yaradır. Bu baxımdan, Azərbaycan dilinin informasiya texnologiyalarında, elektron resurslarda və beynəlxalq rəqəmsal platformalarda daha geniş istifadə olunması strateji əhəmiyyət daşıyır. Dilin müasir texnologiyalara uyğun inkişafı gələcək nəsillər üçün daha əlçatan və rəqabətqabiliyyətli olmasını təmin edir.Ana dilinə hörmət yalnız dövlət siyasəti ilə məhdudlaşmır. Hər bir ailə, hər bir məktəb, hər bir ziyalı və hər bir vətəndaş Azərbaycan dilinin saflığının qorunmasına öz töhfəsini verməlidir. Düzgün danışmaq, düzgün yazmaq, orfoqrafiya və orfoepiya normalarına riayət etmək milli mədəniyyətə və dövlətçiliyə hörmətin göstəricisidir.
Deputat qeyd edib ki, bu gün dünyanın müxtəlif ölkələrində yaşayan on milyonlarla soydaşımız üçün Azərbaycan dili milli həmrəyliyin təntənəsidir. Həmvətənlərimizin ana dilini yaşatması Azərbaycançılıq ideologiyasının möhkəmlənməsinə, milli-mənəvi dəyərlərin qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir.Ümummilli Lider Heydər Əliyevin “Dil hər bir millətin milliliyinin əsasıdır” fikri bu gün də öz aktuallığını qoruyur. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü dil siyasəti isə Azərbaycan dilinin yalnız bugünkü deyil, gələcək inkişafının etibarlı təminatıdır.1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü hər bir azərbaycanlı üçün milli qürur, mənəvi məsuliyyət və vətənpərvərliyi təcəssüm etdirir. Ana dilimizi qorumaq, onu zənginləşdirmək və gələcək nəsillərə saf şəkildə çatdırmaq hər birimizin müqəddəs borcudur. Çünki Azərbaycan dili təkcə ünsiyyət vasitəsi deyil, xalqımızın milli varlığını, dövlət müstəqilliyini və mənəvi birliyini yaşadan əbədi sərvətdir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
İyulun 29-da gözlənilən hava şəraiti açıqlanıb.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 23-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz 40-50 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-39°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacaq....
28 İyul 2026, 12:37
Dini inanclılarla bağlı paylaşım edən şəxs saxlanılıb
Dini inanclı şəxslərlə bağlı paylaşım edən şəxs tutulub.Citypost.az xəbər verir ki, sosial şəbəkələrdə dini inanclı şəxslərlə bağlı qanunvericiliyə zidd paylaşımlar edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.1979-cu il təvəllüdlü şəxs barəsində prosessual tədbirlər davam etdirilir.
28 İyul 2026, 12:09
XİN Perunu Milli Günü münasibətilə təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Perunu Milli Günü münasibətilə təbrik edib.Citypost.az xəbər verir ki, bununla bağlı nazirliyin "X" sosial media hesabında paylaşım edilib."Peru Respublikasının Milli Günü münasibətilə Peru xalqına ən səmimi təbriklərimizi çatdırırıq.Peru, Milli Günün mübarək!", - paylaşımda qeyd olunub.
28 İyul 2026, 11:58
Bəzi ərazilərdə iki gün su olmayacaq
Bakı şəhərinin və Abşeron rayonunun bəzi qəsəbələrində içməli suyun verilişində müvəqqəti fasilə yaranacaq.Bu barədə Citypost.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus "İri Şəhərlərin Su Təchizatı" QSC-dən məlumat verilib.Bildirilib ki, buna səbəb Abşeron rayonu, Saray, Ceyranbatan, Mehdiabad, Fatmayı, Goradil qəsəbələri, Corat bağ massivi, eləcə də Sabunçu rayonu, Kürdəxanı, Pirşağı, Ramana, Maştağa, Bilgəh və Nardaran qəsəbələrinin bəzi ərazilərini içməli su ilə təmin edən istismar müddəti başa çatmış qəzalı su xəttinin bir hissəsinin yenisi ilə əvəz olunması işləridir.Məlumata görə, təmir işləri ilə əlaqədar iyulun 28-i səhər saatlarından iyulun 30-u günorta saatlarınaq qədər qeyd olunan ərazilərdə su təchizatında fasilə olacaq....
28 İyul 2026, 11:44
XİN: Zaxarovanın fikirləri reallığı təhrif edir
"Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın növbəti dəfə keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər reallığın təhrif olunmasıdır".Citypost.az xəbər verir ki, bunu XİN-in sözçüsü Ayxan Hacızadə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibinin Qarabağ bölgəsi və KTMT mövzusunda şərhi ilə bağlı sualı cavablayarkən deyib."Qarabağ bölgəsi beynəlxalq ictimaiyyət, o cümlədən Rusiya Federasiyası tərəfindən hər zaman Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınıb. Bu səbəbdən, KTMT mexanizmlərinin 30 il ərzində Ermənistanın işğalı altında saxlanmış Azərbaycanın suveren ərazilərinə münasibətdə tətbiq edilməsi məsələsini davamlı şəkildə gündəmdə saxlamaq cəhdi və bunun Qarabağ bölgəsinin Ermənistan tərəfindən tanınıb-tanınmaması ilə əlaqələndirilməsi Rusiya tərəfinin Azərbaycanın Qarabağ bölgəsi...
28 İyul 2026, 11:42
Şəhid oğlunun iddiaları ilə bağlı - Rəsmi açıqlama
Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında dəfn olunmuş Vətən müharibəsi şəhidi Elşən Orucovun məzarının baxımsız vəziyyətdə olması ilə bağlı iddialar yayılıb. Citypost.az xəbər verir ki, bu barədə sosial şəbəkədə onun övladı Ehtiram Orucovun videomüraciəti paylaşılıb. Şəhid övladı deyib ki, atasının məzarının üzlüyü, mərmər hissəsi qopub tökülüb: “Bayraq yerindən çıxıb, tərsinə asılıb. Qəbiristanlıq təmizlənməyib. Məzarın ətrafındakı ot-alağı özümüz təmizləmişik. Həmçinin, bu 6 il ərzində Qazax RİH-dən qapımızı açan olmayıb...”Bu iddialarla bağlı Qafqazinfo Qazax Rayon İcra Hakimiyyətinə müraciət edib. RİH-dən saytın sorğusuna cavab olaraq bildirildi ki, rayonda bütün şəhid ailələri, o cümlədən Vətən müharibəsi şəhidi Orucov Elşən Ehtiram oğlunun ailəsi daim diqqət mərkəzində saxlanılır, onların...
28 İyul 2026, 11:33