Bizə yazın

Baku

-°C

USD

-

Mənzilin kvadratmetri niyə fərqli hesablanır?

Hüquq 28 İyul 2026, 11:00

364

Vətəndaşların ən çox qarşılaşdığı suallardan biri də mənzilin müqavilədə göstərilən sahəsi ilə faktiki ölçü arasında fərqin yaranmasıdır. Bəzən alıcılar mənzili, məsələn, 150 kvadratmetr sahə kimi alırlar, lakin sonradan mütəxəssis tərəfindən aparılan ölçmə zamanı sahənin 230 kvadratmetr olduğu müəyyən edilir. Bu isə haqlı olaraq alıcılarda sual yaradır: bu fərq necə yaranır və qanun buna necə yanaşır?

Citypost.az-ın məlumatına görə, hüquqşünasların sözlərinə görə, belə halların əsas səbəbi tikinti şirkətlərinin sahəni hesablama üsulu ilə bağlıdır. Bir sıra hallarda mənzil satılarkən ümumi sahəyə yalnız yaşayış otaqları deyil, həm də divarların, ara kəsmələrin və digər konstruktiv elementlərin altında qalan hissələr daxil edilir. Nəticədə alıcıya təqdim olunan kvadratmetr göstəricisi faktiki istifadə oluna bilən yaşayış sahəsindən fərqlənə bilir.

Mütəxəssislər bildirirlər ki, "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları"nın 3.2-ci bəndinə əsasən, yaşayış binasında otaqların sahəsi müəyyən edilərkən divarlar və ara kəsmələr arasındakı daxili sahə əsas götürülməlidir. Başqa sözlə, divarların və ara kəsmələrin altında qalan hissə yaşayış sahəsinə daxil edilməməlidir.

Hüquqşünaslar vurğulayırlar ki, əgər tikinti şirkəti mənzilin sahəsini qanunvericiliyin müəyyən etdiyi qaydalardan fərqli şəkildə hesablayaraq alıcını yanlış məlumatlandırıbsa, bu məsələ hüquqi mübahisə predmeti ola bilər. Belə vəziyyətdə alıcı müqaviləni, texniki pasportu və digər sənədləri müqayisə etdirməli, zərurət yaranarsa müstəqil ekspertiza keçirməli və hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilər.Onların sözlərinə görə, mənzil alarkən yalnız satış broşürlərində və ya reklam materiallarında göstərilən kvadratmetrə etibar etmək düzgün deyil. Alıcı mütləq texniki sənədlərlə tanış olmalı, sahənin hansı metodla hesablandığını dəqiqləşdirməli və müqavilədə bu barədə açıq qeyd edilməsinə diqqət yetirməlidir.

Hüquqşünaslar hesab edirlər ki, gələcəkdə bu cür anlaşılmazlıqların qarşısını almaq üçün mənzil alqı-satqısı zamanı sahənin hesablanma qaydası alıcıya tam izah edilməli, müqavilədə isə faktiki yaşayış sahəsi və ümumi sahə aydın şəkildə göstərilməlidir. Bu, həm alıcının hüquqlarının qorunmasına, həm də sonradan yarana biləcək məhkəmə mübahisələrinin qarşısının alınmasına xidmət edir.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Leyvi işıqdan istifadəyə görə hansı cərimələr tətbiq olunur? 

Elektrik enerjisindən qanunsuz istifadə, yəni ictimaiyyət arasında "leyvi işıq" kimi tanınan hallara görə Azərbaycan qanunvericiliyində həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutulur. Hüquqşünasların sözlərinə görə, məsuliyyətin növü vurulan ziyanın məbləğindən və əməlin nəticələrindən asılı olaraq müəyyən edilir.Citypost.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, elektrik enerjisinin sayğacdan kənar qoşulma yolu ilə mənimsənilməsi, sayğacın göstəricilərinə müdaxilə edilməsi, plombun qırılması və ya digər qanunsuz üsullarla elektrik enerjisindən istifadə edilməsi qanun pozuntusu hesab olunur.Onların sözlərinə görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsinə əsasən, elektrik enerjisinin qanunsuz istehlakı nəticəsində az miqdarda ziyan vurulduqda fiziki şəxslər 100 manatdan 150 manatadək, vəzifəli şəxslər 800 manatdan...

28 İyul 2026, 09:58

Valideyn evdən qovan və ya əl qaldıran övladı nə gözləyir?

Valideynə qarşı zorakılıq, onu yaşadığı evdən zorla çıxarmaq, əşyalarını küçəyə atmaq və fiziki xəsarət yetirmək son dövrlər cəmiyyətdə narahatlıq doğuran hallardan biridir. Belə vəziyyətlərlə üzləşən vətəndaşlar isə çox vaxt hansı hüquqlara malik olduqlarını və hara müraciət etməli olduqlarını bilmirlər.Citypost.az xəbər verir kii, mütəxəssislərin sözlərinə görə, ilk növbədə hadisənin bütün təfərrüatları araşdırılmalıdır. Çünki hüquqi qiymətləndirmə evin kimə məxsus olmasından, həmin şəxsin evdə hansı hüquqi əsasla yaşamasından, qeydiyyat məsələsindən və zorakılığın hansı formada baş verməsindən asılıdır.Hüquqşünaslar bildirirlər ki, əgər övlad anasını və ya atasını döyərək evdən çıxarıbsa, əşyalarını küçəyə atıbsa və fiziki xəsarət yetiribsə, bu artıq sadəcə ailədaxili mübahisə hesab edilmir. Belə...

28 İyul 2026, 08:56

Zaminin ölümündən sonra hüquqi vəziyyət necə olur?

Kredit münasibətlərində ən çox müzakirə olunan hüquqi məsələlərdən biri də zaminin vəfat etməsindən sonra onun öhdəliklərinin taleyidir. Xüsusilə vətəndaşlar arasında "zamin ölərsə, onun borcu avtomatik silinirmi?" və ya "zaminin varisləri bu borca görə məsuliyyət daşıyırmı?" kimi suallar tez-tez səsləndirilir.Citypost.az xəbər verir ki, hüquqşünaslar bildirib ki, bu məsələ ilə bağlı hüquqşünaslar arasında fərqli yanaşmalar mövcuddur və hüquqi praktikada da müxtəlif mövqelər irəli sürülür.Bir qrup hüquqşünas hesab edir ki, zamin vəfat etdikdən sonra onun varisləri mirası qəbul etdikləri halda, miras əmlakının onlara çatan hissəsi həcmində zaminlik öhdəliyinə görə məsuliyyət daşıya bilərlər. Yəni varislər şəxsi əmlakları ilə deyil, yalnız miras olaraq qəbul etdikləri...

27 İyul 2026, 10:21

Qaynana və gəlin ev mübahisəsi: Qanun nə deyir?

Daşınmaz əmlakla bağlı ailədaxili mübahisələr məhkəmələrdə ən çox rast gəlinən işlərdən biridir. Xüsusilə uzun illər eyni evdə yaşamış gəlin və qaynana arasında yaranan mülkiyyət mübahisələri bir çox suallar doğurur. Oxuculardan biri də məhz bu mövzu ilə bağlı müraciət edərək bildirib ki, 19 ildir qayınanası ilə birlikdə sənədsiz evdə yaşayırlar. Sonradan qayınanası evi öz adına rəsmiləşdirib və indi ailənin evdən çıxarılması tələbi ilə məhkəməyə müraciət edib.Citypost.az xəbər verir ki, hüquqşünaslar bildirirlər ki, belə hallarda ilk növbədə evin hüquqi statusu və mülkiyyət hüququ araşdırılır. Əgər yaşayış evi artıq dövlət qeydiyyatına alınıb və çıxarış (kupça) qayınananın adına rəsmiləşdirilibsə, həmin şəxs qanun qarşısında həmin...

27 İyul 2026, 09:48

Uzun illər yaşamayan şəxsi qeydiyyatdan çıxarmaq mümkündürmü?

Daşınmaz əmlakla bağlı məhkəmə mübahisələrinin əhəmiyyətli hissəsini qeydiyyatda olan, lakin uzun illərdir həmin evdə yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı işlər təşkil edir. Oxuculardan biri də bu mövzuda müraciət edərək bildirib ki, qardaşı artıq 16 ildir həmin evdə yaşamır. Mənzil isə 2021-ci ildə onun adına özəlləşdirilib. Oxucu soruşur ki, qardaşını qeydiyyatdan çıxarmaq üçün ona kompensasiya ödəməsi tələb oluna bilərmi?Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, belə hallarda kompensasiya ödənilməsi üçün hüquqi əsas hər zaman mövcud olmur.Mütəxəssislərin bildirib ki, əgər mənzil özəlləşdirilərkən qardaş öz razılığını verərək mənzilin digər ailə üzvünün adına rəsmiləşdirilməsinə etiraz etməyibsə və bununla bağlı müvafiq razılıq ərizəsi imzalayıbsa,...

27 İyul 2026, 08:55

Etibarnamə ilə alınan avtomobil niyə risklidir?

Avtomobil alqı-satqısı zamanı vətəndaşların qarşılaşdığı problemlərdən biri də nəqliyyat vasitəsinin əvvəlki sahibinin borclarına və ya məhkəmə qərarlarına görə üzərinə həbs qoyulmasıdır. Belə hallarda alıcı həm avtomobildən istifadə etməkdə çətinlik çəkir, həm də ödədiyi vəsaiti geri qaytara bilmədiyi üçün hüquqi çıxış yolu axtarır.Citypost.az xəbər verir ki, hüquqşünaslar bildirir ki, belə vəziyyətlərdə ilk növbədə avtomobilin hansı qaydada alındığı müəyyənləşdirilməlidir. Çünki bir çox vətəndaş "maşını almışam" desə də, əslində nəqliyyat vasitəsini alqı-satqı müqaviləsi ilə deyil, etibarnamə əsasında istifadə edir.Mütəxəssislərin sözlərinə görə, qanunvericilik baxımından avtomobil yalnız rəsmi alqı-satqı müqaviləsi bağlanaraq dövlət qeydiyyatında yeni sahibin adına rəsmiləşdirildiyi halda həmin şəxsin mülkiyyəti hesab olunur. Əgər avtomobil...

24 İyul 2026, 11:30