Bizə yazın

Baku

-°C

USD

-

Japarov: Azərbaycan regionda mühüm rol oynayır

Cəmiyyət 31 İyul 2026, 08:08

249

Azərbaycan inamla inkişaf edir, beynəlxalq arenada mövqelərini möhkəmləndirir və regionda sülhün və sabitliyin təmin edilməsində mühüm rol oynayır.

Citypost.az xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.

"Qırğızıstanda sizi qardaş Azərbaycanın lideri və qırğız xalqının əziz dostu kimi böyük hörmətlə qarşılayırlar. Sizin rəhbərliyinizlə Azərbaycan inamla inkişaf edir, beynəlxalq arenada mövqelərini möhkəmləndirir, regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır. Bu gün ölkə təsirli nəticələr nümayiş etdirir, genişmiqyaslı islahatları ardıcıl şəkildə həyata keçirir və milli maraqlarını qətiyyətlə müdafiə edir", – deyə Japarov bildirib.

Qırğızıstan Prezidenti qeyd edib ki, Azərbaycanın müasir nailiyyətləri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm təməl üzərində qurulub:

"Bu quruculuq yolu davam etdirilir. Siz ölkənin bundan sonrakı inkişafını təmin edir, onun regional və beynəlxalq proseslərdə rolunun daha da möhkəmlənməsinə nail olursunuz".

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Tənzilə Rüstəmxanlı: Sərhədçilər qürur mənbəyimizdir

Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin yaradılmasının 24-cü ildönümü münasibətilə təbrik paylaşımı edib.Citypost.az xəbər verir ki, deputat bildirib ki, ötən 24 il ərzində Dövlət Sərhəd Xidməti ölkənin sərhədlərinin etibarlı mühafizəsi, ərazi bütövlüyünün və milli təhlükəsizliyin təmin olunması istiqamətində böyük inkişaf yolu keçərək peşəkarlığı, yüksək döyüş hazırlığı və Vətənə sədaqəti ilə xalqın etimadını qazanıb.Tənzilə Rüstəmxanlı xüsusi vurğulayıb ki, Vətən müharibəsində və ondan sonrakı dövrdə sərhədçilərin göstərdikləri qəhrəmanlıq, fədakarlıq və şücaət xalqımızın yaddaşında əbədi yaşayacaq.Deputat əlamətdar gün münasibətilə Dövlət Sərhəd Xidmətinin bütün şəxsi heyətini, veteran sərhədçiləri və bu şərəfli peşənin nümayəndələrini təbrik edərək, onlara xidmətdə uğurlar, möhkəm cansağlığı...

31 İyul 2026, 12:38

Prezidentdən Mərkəzi Asiya ilə bağlı mühüm mesaj

Mərkəzi Asiya ölkələri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.Citypost.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Qırğızıstanın Çolpon- Ata şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının Görüşündə söyləyib.Dövlətimizin başçısı qeyd edib ki, 2023-cü ilin əvvəlindən bu günə qədər o, Mərkəzi Asiyanın qardaş ölkələrinə ümumilikdə 16 səfər edib, onun həmin ölkələrdən həmkarları isə 26 dəfə Azərbaycanda səfərdə olublar.“Bu statistika münasibətlərin dinamikasından və yaxınlığından açıq şəkildə xəbər verir, həm də göstərir ki, bu gün Mərkəzi Asiya və Azərbaycan artıq vahid geosiyasi və geoiqtisadi məkana çevrilib”, - deyə Prezident İlham Əliyev əlavə edib....

31 İyul 2026, 12:36

Prezident: Mərkəzi Asiya ilə vahid geosiyasi məkan formalaşıb

“Azərbaycan Məşvərətçi Görüş formatının fəal üzvü olacaq”.Citypost.az  xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündə bildirib.Prezident bildirib ki, Mərkəzi Asiya ölkələri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.“2015-ci ilin əvvəlindən bu həftəyədək, yəni son üç il yarım ərzində mən qardaş Mərkəzi Asiya ölkələrinə ümumilikdə 16 dəfə səfər etmişəm. Bu müddətdə həmkarlarım isə Azərbaycana 26 dəfə səfər ediblər. Bu statistika münasibətlərimizin dinamikasını, yaxınlığını və bu gün Mərkəzi Asiya ilə Azərbaycanın artıq vahid geosiyasi və geoiqtisadi məkana çevrildiyini ən yaxşı şəkildə göstərir. Həmçinin qeyd etmək istərdim ki, bu gün ilk dəfədir Məşvərətçi...

31 İyul 2026, 12:35

Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilir 

Qırğızıstanın Çolpon-Ata şəhərində Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilir.Citypost.az xəbər verir ki, Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çolpon-Ata şəhərindəki Konqres Mərkəzinə gəlib.

31 İyul 2026, 12:30

Sabah 39 dərəcə isti olacaq 

Avqustun 1-də gözlənilən hava proqnozu açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 22-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 50-55 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 22-26° isti, gündüz 34-39° isti, dağlarda gecə 15-20° isti, gündüz 23-28° isti olacaq....

31 İyul 2026, 12:23

Adil Kərimli Xalq artisti Tofiq Bakıxanovu evində ziyarət edib 

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli iyulun 30-da görkəmli bəstəkar, pedaqoq, "Şöhrət", "Şərəf" və 1-ci dərəcəli "Əmək" ordenləri laureatrı, Xalq artisti Tofiq Bakıxanovu evində ziyarət edib.Bu barədə Citypost.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.Bildirilib ki, bəstəkarın səhhəti ilə maraqlanan nazir ona xoş arzularını çatdırıb.Qeyd olunub ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva ölkəmizdə mədəniyyətin, ədəbiyyatın inkişafında xidmətləri olan şəxslərin fəaliyyətini daim diqqətdə saxlayır, öz qayğılarını əsirgəmirlər. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu bu ənənə yaradıcı insanlar üçün böyük stimuldur.Tofiq Bakıxanovun bənzərsiz yaradıcılığı ilə musiqi mədəniyyətimizi zənginləşdirdiyini deyən Adil Kərimli onun bu sahədə xidmətlərinin dövlətimiz tərəfindən...

31 İyul 2026, 12:04