Məhəmməd Əsədullazadə: Moskva İrəvandan geosiyasi seçim tələb edir
Cəmiyyət 31 İyul 2026, 08:50
269
Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən telefon danışığı Moskva–Yerevan münasibətlərində mövcud gərginliyin davam etdiyini göstərir. Diqqət çəkən məqamlardan biri Putinin Paşinyanı yenidən baş nazir seçilməsi münasibətilə açıq şəkildə təbrik etməməsi oldu.
Müzakirələr zamanı Rusiyanın Ermənistandan geosiyasi seçim etməsini istədiyi, yəni Avrasiya İqtisadi İttifaqı ilə inteqrasiyanı davam etdirmək, yoxsa Avropa İttifaqına yaxınlaşmaq arasında aydın mövqe nümayiş etdirməsini şərt kimi irəli sürüb. Bununla da Moskvanın İrəvana siyasi təzyiqləri artırmaq niyyətində olduğunu göstərir. V. Putin N. Paşinyandan Avropa İttifaqı ilə bağlı referendum tələb etməsi bir növ bu ölkənin daxili işlərinə qarışmaqdan ibarətdir.
Ermənistanın Avropa ilə siyasi münasibətlərini dərinləşdirməsi fonunda Rusiya ilə əvvəlki səviyyədə strateji tərəfdaşlığı qoruması getdikcə çətinləşir. Moskva bu prosesə iqtisadi rıçaqlarla, o cümlədən enerji siyasəti və qazın qiyməti kimi vasitələrlə təsir göstərməsi gözlənilir.
Danışıq zamanı Ermənistanda müxalifətə qarşı aparılan hüquqi proseslərin, müxalifət ətrafında yaranmış vəziyyətə son qoyması tələb edilib.
Hazırkı mərhələdə Rusiya–Ermənistan münasibətləri son illərin ən mürəkkəb dövrlərindən birini yaşayır. Bununla belə, Paşinyan hökumətinin Qərblə siyasi və iqtisadi əməkdaşlığı genişləndirmək kursunu davam etdirəcəyi gözlənilir. Rusiya isə öz növbəsində siyasi və iqtisadi təzyiq vasitələrindən istifadə edəcək. Ermənistana pul köçürmələri də artıq dayandırılıb.
Əgər Moskva ilə İrəvan arasında gərginlik daha da dərinləşərsə, Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı fəaliyyəti dayanacaq . Həmçinin Ermənistan MDB, KTMT tərk etməsi mümkündür.
Məhəmməd Əsədullazadə
Politoloq
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Tural İrfan: Mirzə Cəlilin irsinə əməl edənlər azdır
Anlamaq olmur, Mirzə Cəlilin bizə sadəcə fəxr etmək üçün adı, Sabirin də sadəcə heykəli lazımdır? Qəribədir: Hadini, Cavidi, Sabiri, Mirzə Cəlili sadəcə dildə "sevirik", büt hesab edirik, amma ortaya qoyduqları prinsiplərin əksinə gedib əməldə, əqidədə Şeyx Nəsrullahlara təqlid edirik.Bu gün Mirzə Cəlilin mövqeyində olan, onun irsini yaşadan beş nəfərdirsə Şeyx Nəsrullahların ənənəsini davam edən və yayan beşminlər, on minlərlədir. Özü də daha mütəşəkkil, daha dinamik!Demək Sabir cəmiyyətə sadəcə heykəl kimi lazımmış. Mirzə Cəlil sadəcə büt kimi lazımmış. Başqalarının Sabiri, Mirzə Cəlili yoxdur, bizim isə var, ancaq oxunmayan Quran kimi qoymusunuz evin ən hündür yerinə, sadəcə tarixi şəxsiyyət, ziyalı obrazı kimi...
31 İyul 2026, 12:50
Əmək və sosial müdafiə nazirinə müavin təyin edildi
Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinə müavin təyin edilib.Citypost.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev Sərəncam imzalayıb. Sərəncama əsasən, Nuhi Abbasəli oğlu Abdinov Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.
31 İyul 2026, 12:45
Tənzilə Rüstəmxanlı: Sərhədçilər qürur mənbəyimizdir
Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin yaradılmasının 24-cü ildönümü münasibətilə təbrik paylaşımı edib.Citypost.az xəbər verir ki, deputat bildirib ki, ötən 24 il ərzində Dövlət Sərhəd Xidməti ölkənin sərhədlərinin etibarlı mühafizəsi, ərazi bütövlüyünün və milli təhlükəsizliyin təmin olunması istiqamətində böyük inkişaf yolu keçərək peşəkarlığı, yüksək döyüş hazırlığı və Vətənə sədaqəti ilə xalqın etimadını qazanıb.Tənzilə Rüstəmxanlı xüsusi vurğulayıb ki, Vətən müharibəsində və ondan sonrakı dövrdə sərhədçilərin göstərdikləri qəhrəmanlıq, fədakarlıq və şücaət xalqımızın yaddaşında əbədi yaşayacaq.Deputat əlamətdar gün münasibətilə Dövlət Sərhəd Xidmətinin bütün şəxsi heyətini, veteran sərhədçiləri və bu şərəfli peşənin nümayəndələrini təbrik edərək, onlara xidmətdə uğurlar, möhkəm cansağlığı...
31 İyul 2026, 12:38
Prezidentdən Mərkəzi Asiya ilə bağlı mühüm mesaj
Mərkəzi Asiya ölkələri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.Citypost.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Qırğızıstanın Çolpon- Ata şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının Görüşündə söyləyib.Dövlətimizin başçısı qeyd edib ki, 2023-cü ilin əvvəlindən bu günə qədər o, Mərkəzi Asiyanın qardaş ölkələrinə ümumilikdə 16 səfər edib, onun həmin ölkələrdən həmkarları isə 26 dəfə Azərbaycanda səfərdə olublar.“Bu statistika münasibətlərin dinamikasından və yaxınlığından açıq şəkildə xəbər verir, həm də göstərir ki, bu gün Mərkəzi Asiya və Azərbaycan artıq vahid geosiyasi və geoiqtisadi məkana çevrilib”, - deyə Prezident İlham Əliyev əlavə edib....
31 İyul 2026, 12:36
Prezident: Mərkəzi Asiya ilə vahid geosiyasi məkan formalaşıb
“Azərbaycan Məşvərətçi Görüş formatının fəal üzvü olacaq”.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündə bildirib.Prezident bildirib ki, Mərkəzi Asiya ölkələri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.“2015-ci ilin əvvəlindən bu həftəyədək, yəni son üç il yarım ərzində mən qardaş Mərkəzi Asiya ölkələrinə ümumilikdə 16 dəfə səfər etmişəm. Bu müddətdə həmkarlarım isə Azərbaycana 26 dəfə səfər ediblər. Bu statistika münasibətlərimizin dinamikasını, yaxınlığını və bu gün Mərkəzi Asiya ilə Azərbaycanın artıq vahid geosiyasi və geoiqtisadi məkana çevrildiyini ən yaxşı şəkildə göstərir. Həmçinin qeyd etmək istərdim ki, bu gün ilk dəfədir Məşvərətçi...
31 İyul 2026, 12:35
Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilir
Qırğızıstanın Çolpon-Ata şəhərində Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilir.Citypost.az xəbər verir ki, Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çolpon-Ata şəhərindəki Konqres Mərkəzinə gəlib.
31 İyul 2026, 12:30